Məhkəmə qərarları › İş №1(102)-417/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-417/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-417/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirlənd irilən şəxs və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarından Məhkum Təqsirləndirilən şəxs və məhkum Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxx 1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təh silli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Ağdam Hərbi Məhkəməsinin 13 dekabr 2014-cü il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 06 may 2003-cü il tarixli Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 oktyabr 2014-cü il tarixdə Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çək ilməmiş 05 (beş) ay 10 (on) gün müddətində hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan Məhkum, xx xxxx 1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə i şləməmiş, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2000-ci il tarixli hökmü ilə CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3 ün vanda yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə, Məhkum isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs qohumu Məhkum ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd sellofan torbada külli miqdar çəkidə 102,315 qram narkotik vasitə olan heroini və 3 ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram miqdarında n arkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 4 ünvanında yerləşən evində saxlamış, aralarında olan razılaşmaya əsasən 19 mart 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Məhkum həmin evdə satış məqsədilə saxladıqları 3 ədəd selofan bükümlərdə olan narkotik vasitə olan marixuanadan 1 ədəd selofan bükümdə olan hissəsini, yəni 104,32 qram marixuananı qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ünvan 4 ünvanından özü ilə götürüb Yevlax şəhəri İ.Dəmirov küçəsinə daşımış, 19 mart 2022-ci il tarixdə, saat 16:30-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri İ.Dəmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şü bhəli şəxs qismində saxlanılmış, həmin tarixdə saat 16:35-dən 16:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş baxış nəticəsində evin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs Məhkumla birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib saxladıqları 1 ədəd sellofan bükümdə külli miqdarda 102,315 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi və həmin evin ikinci mərtəbəsində olan eyvanın divarına söykənilmiş halda olan taxta lövhənin arxasından 02 (iki) ədəd sellofan torbada, ayrı-ayrılıqda 102,08 qram, 96,27 qram, ümumi çəkisi 198,35 qram miqdarında narkotik vasitə olan qurudul muş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Məhkum narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri İ.Dəmirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:15-dən saat 19:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibində olan qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşıdığı 104,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkum qohumu Təqsirləndirilən şəxs ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında i stintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd sellofan torbada külli miqdar çəkidə 102,315 qram narkotik vasitə olan heroini və 3 ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evdə saxlamış, aralarında olan razılaşmaya əsasən 19 mart 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Məhkum həmin evdə saxladıqları narkotik vasitə olan marixuanadan 1 ədəd selofan bükümdə olan 104,32 qram marixuananı qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ünvan 4 ünvanından özü ilə götürüb Yevlax şəhəri, İ.Dəmirov küçəsinə daşımış, 19 mart 2022-ci i l tarixdə, saat 16:30da Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri İ.Dəmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə saat 16:35-dən 16:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə video çəkilişlə və müdafiəçinin iştirakı keçirilmiş baxış nəticəsində evin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs Məhkumla birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib saxladıqları 1 ədəd sellofan bükümdə külli miqdarda 102,315 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi və həmin evin ikinci mərtəbəsində olan eyvanın divarına söykənilmiş halda olan taxta lövhənin arxasından 02 (iki) ədəd sellofan torbada, ayrı-ayrılıqda 102,08 qram, 96,27 qram, ümumi çəkisi 198,35 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri İ.Dəmirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:15-dən saat 19:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibində olan qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşıdığı 104,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bəkirova Sevda Həbib qızı, məhkum Məhkum müdafiəçiləri Mustafayev Dəyanət Musa oğlu və Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 25 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarından: - məhkum Təqsirləndi rilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək barəsində ədalətli qərar qəbul edilməsini; - məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilmədiyindən onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, polis əməkdaşları qanunsuz və əsassız olaraq onun evinə girərək 100 qram heroin və tərəzi qoyaraq onu cinayət məsuliyyətinə cəlb etmişlər. Halbuki, onun evində yalnız 200 qram marixuana olmuşdur. Həmçinin onda olan görüntülər də polis əməkdaşları tərəfindən ləğv edilmiş, yalnız onların topladıqları sübutlar əsasında onun barəsində y ekun məhkəmə aktları qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alaraq barəsində ədalətli araşdırma aparılaraq əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona yüngül cəza təyin olunmasını xahiş edir. İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, iş üzrə toplanmış sübutlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edən məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına görə, müvafiq prosessual sənədlərdə təqsirləndirilən şəxslərin guya fərqli vaxtlarda həbs olunması göstərilsə də, təqsirləndirilən şəxslər göstərmişlər ki, onlar eyni vaxtda tutulmuş, birinci instansiya məhkəməsi də öz hökmündə bu hala heç bir münasibət bildirməmişdir. Həmçinin hüquqlarını müd afiə etdiyi şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananın ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmiş, lakin Məhkum bu ifadəsinədə məhkəmələr tərəfindən heç bir hüquqi qiymət verilməmiş, məhkəmələr məhkumun yalnız ibtidai sitintaq zamanı verdiyi ifadələri əsaslı saymışlar. Lakin Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə məruz qalmış və bunun nəticəsində həqiqətə uyğun olmayan ifadələr verərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Bu ifadələrin məhkəmələr tərəfindən sübut kimi qəbul edilməsi, Məhkum məhkəmə iclasında verdiyi ifadələrinin isə nəzərə alınmaması əsaslı olmamış, nəticə də CPM-nin tələbləri pozulmuşdur. Həmçinin şikayət müəllifi M əhkum digər məhkum Təqsirləndirilən şəxs evində olan zaman narkotik vasitə olan marixuananı onunla birlikdə təmizləməsi ilə bağlı qeyd etmişdir ki, Məhkum həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuna alıb çəkmiş, bu faktı sonuncu öz ifadələrində təsdiq etmiş və evində olan marixuananın iki selofan torbada olmısını bildirmişdir. Həmin selefon torbalar 14 mart 2022-ci il tarixdə evə baxış keçirilən zaman da orada olmuşdur. Məhkum narkotik vasitənin təmizlənməsində və sellofan torbalara doldurulmasında güddüyü məqsəd Təqsirləndirilən şəxs məxsus olan marixuanadan istifadə etmək olmuş, onun Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə alması, habelə narkotik vasitələrin satışı ilə məşğu olması sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs isə saxlanılan zaman e vində narkotik vasitə olan marixuananın olduğunu etiraf etsə də, heroinin ona məxsus olmadığını bildirmişdir. Bundan başqa aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroin izlərinin olduğu göstərilsə də, həmin narkotik vasitənin də hər hansı şəxsə satılması məqsədilə saxlanılması və ya satılması müəyyən edilməmişdir. Bundan başqa məhkum olunmuş şəxslərin ətrafında aparılmış əməliyyat-axtarış tədbirlərinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış, işə mahiyyəti üzrə baxan məhkəmələr isə Məhkum və Təqsirləndirilən şəxs onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərkən bu nəticəni təkzib edən sübutları və müdafiə tərəfinin əsaslı arqumentlərini nəzərə almamış, bunu isə kifayət qədər əsaslandırmamış, apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayətlərind ə irəli sürülmüş dəlilləri qanuna müvafiq qaydada cavablandırmamışdır. Odur ki, kassasiya şikayətinin müəllifi qeyd olunanları nəzərə alaraq onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Təqsirləndirilən şəxs və Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizələrlə məhkəməyə müraciət etməmiş, məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cnayət-Prosessual Məc əlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Təqsirləndirilən şəxs və Məhkum, müdafiəçi Z.K.Qəhrəmanovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin, habelə məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, adları çəkilən məhkumların onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq məhkum edilmiş, Təqsirləndirilən şəxs əməli isə düzgün tövsif olunmadığından sonuncu ağır cəzaya məruz qalmışdır. Bununla da, müdafiəçi Z.K.Qəhrəmanov apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli və Məhkum aid hissədə cinayət işinin icraatına xitam verilməli olması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci, Təqsirləndirilən şəxs isə həmin qərarın dəyişdirilməli olması haqda tələbini CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsul iyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun və məhkum Təqsirləndirilən şəxs şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə həmin müraciətlərə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə sə lahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə gö rə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxı şına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdi r. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanıl ır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyi bsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpas ına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 12 7-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zə ruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üç ün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olma yan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakç ıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparıl an prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta y etirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-n in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətd ir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aş ağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edi lməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd e dilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əs aslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üz rə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Təqsirləndirilən şəxs və Məhkum barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumlar Təqsirləndirilən şəxs və Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağl ı hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə apelyasiya şikayətlərinə qismən istintaq aparmaqla baxaraq araşdırılmış sübutların Təqsirləndirilən şəxs və Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə onların təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün bu sübutların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, Təqsirləndirilən şəxs və Məhkum göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum təqsirliliklərinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında Təqsirləndirilən şəxs və Məhkum ibtidai araşdırma mərhələsində müdafiəçilərinin iştirakları ilə və heç bir təsir və ya təzyiq göstərilmədən verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid4, Şahid5, X, Şahid3 və Şahid1 ifadələri, şəxsi axtarış və götürmə, hadisə yerinə baxış keçirilməsi və ma ddi sübutun götürülməsi və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış başqa təkzibolunmaz sübutlar dayanır. Araşdırılmış sübutlar birinci instansiyası məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə və həmin sübutlar əsasında müəyyən edlmiş hallara hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Məhkum qohumu Təqsirləndirilən şəxs ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd sellofan torbada külli miqdar çəkidə 102,315 qram narkotik vasitə olan heroini və 3 ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evdə saxlamış, aralarında olan razılaşmaya əsasən 19 mart 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Məhkum həmin evdə saxladıqları narkotik vasitə olan marixuanadan 1 ədəd selofan bükümdə olan 104,32 qram marixuananı qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ünvan 7 ünvanından özü ilə götürüb Yevlax şəhəri, İ.Dəmirov küçəsinə daşımışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindir ilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 19 radələrində ünvan 9 ünvanda yaşayan Məhkum qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid5 ilə birlikdə həmin vaxt Yevlax şəhəri İ.Dəmirov küçəsində olan Məhkum yaxınlaşaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən içərisində çəkisi 109,45 qram narkorik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd sellofan torbanı çıxararaq təqdim etmiş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkum həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə əvvəllər yaşadığı Sumqayıt şəhərində, küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Narkotiklərə Qarşı Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2 Yusif oğlu ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, yaşadığı evdə saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə daxil olmu ş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin CinayətAxtarış Bölməsinin əməliyyat müvvəkili Şahid3 ilə birlikdə həmin tarixdə saat 18 radələrində Yevlax şəhər İ.Dəmirov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncuya qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirərək Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Yevlax rayon Polis Şöbəsinə gətirdikdən sonra şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirilən zaman hər hansı qanunsuz əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 nömrəli evin 2-ci mərtəbəsində eyva nda 2 ədəd sellofanda narkotik vasitə saxladığını bildirdiyinə görə həmin ünvanda mənzilə baxış keçirilən zaman stolun üstündə bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində çəkisi 103 qram olan qəhvəyi rəngli kütlə olan bükülü və elektron tərəzi, eyvanda divara söykənmiş bir ədəd taxtanın altında olan 2 ədəd sellofanda çəkilərinin 105 və 99 qram olduğu qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax RPŞ-nin Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 və həmin şöbənin Cİnayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 da eyni məzmunlu ifadələr verərək digər şahidlərin ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 20 mart 202 2-ci il tarixli 17/255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 102,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 102,08qr., 96,27qr., ümumi təmiz çəkisi – 198,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çək isini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektə 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 17/254 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Məhkum üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 104,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmçinin iş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 11 aprel 2022-ci il tarixli 17/301 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Məhkum üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş.....” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş iş üzrə tərtib edilmiş 23 mart 2022-ci il tarixli axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan1 ünvanına axtarış keçirilən zaman götürülmüş “EURONET HD+” markalı müşahidə kamerasının yaddaş blokuna baxış keçirilmişdir. Baxış zamanı 14 mart 2022-ci il tarixdə saat 15:46-dan başlayaraq Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən qonaq otağında Təqsirləndirilən şəxs başqa Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin olması, saat 15:48-15:49 radələrində Məhkum mətbəx otağına keçərək oradan bir ədəd böyük ölçülü mavi rəngli sellofan torbanı qonaq otağına gətirməsi, həmin torbanı stolun üzərindən götürdüyü qarmaqlı elektron əl tərəzisində çəkməsi, həmin vaxt tərəzidəki çəkiyə digər şəxsin də diqqətlə baxması, daha sonra saat 1702-də Təqsirləndirilən şəxs yerə şəffaf rəngli sellofan sərmə si, Məhkum həmin mavi rəngli sellofan torbanın içərisindən sarı rəngli sellofan torba çıxarması, sellofan torbanı açaraq içərisindən narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq yerə sərilmiş sellofan torbanın üzərinə tökməsi, həmin vaxt onun yanında Təqsirləndirilən şəxs və digər şəxsin də olması, Təqsirləndirilən şəxs qurudulmuş marixuanaya bənzər kütləni Məhkumla birlikdə çubuqlarından təmizləməsi, daha sonra Məhkum təkbaşına qayçıdan istifadə edərək qurudulmuş marixuanaya bənzər kütləni çubuqlarından təmizləməsi, digər şəxsin bir ədəd şəffaf rəngli sellofan torbanı Məhkum təqdim etməsi, Məhkum həmin sellofan torbaya narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütlə yığması, daha sonra həmin kütləni digər şəxsin elektron tərəzidə çəkməsi, həmin torbaya yen idən narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütlə yığması, daha sonra Məhkum yerdə olan narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütlələri şəffaf rəngli sellofan torbalara yığması və daha sonra saat 17:26-da onları mavi rəngli sellofan torbaya qoyaraq həmin sellofan torbanı mətbəx otağına apararaq oraya qoyması müəyyən edilmişdir. Həmin tarixdə saat 20:08 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən qonaq otağında ondan başqa Məhkum olması, Məhkum mətbəx otağına keçərək oradan bir neçə ədəd şəffaf rəngli sellofan torbaları gətirərək qonaq otağındakı stolun üzərinə qoyması və daha sonra həmin sellofan torbalarla birlikdə evdən çıxaraq getmələri müəyyən edilmişdir. 19 mart 2022- ci il tarixdə saat 08:58-də radələrində Məhkum əlində bir ədəd qara rəngli çanta ilə Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs və digər başqa bir şəxslə birlikdə evin həyətinə düşərək çantanı “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyması, onlarla birlikdə düşən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin əlində olan ağ rəngli sellofan torba ilə birlikdə Məhkum idarə etdiyi həmin avtomobilin arxa oturacağına əyləşməsi və çıxaraq getmələri müəyyən edilmişdir. 19 mart 2022-ci il tarixdə saat 14:47 radələrində Məhkum əlində bir ədəd ağ rəngli sellofan torba ilə Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs və digər başqa bir şəxslə birlikdə evin həyətinə düşməsi və daha sonra çıxaraq getməsi, bundan sonra Məhkum arxası ilə şəxsiyyəti istintaqa məlu m olmayan digər şəxsin də evdən çıxaraq getməsi müəyyən edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxsla Məhkum arasında olan “Whatsapp” yazışmalardan da onların bir-birlərinə narkotik vasitələrin şəklini göndərmələri, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan1 ünvanına axtarış keçirilən zaman götürülmüş müşahidə kamerasının görüntüsündə olan Məhkum Təqsirləndirilən şəxs evində narkotik vasitələri çeşidləyərək aparması müəyyən edilmiş və bu hallar da onların qabaqcadan razılaşmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dəlalət edir. Həmin sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkumlar Təqsirləndirilən şəxs və Məhkum törətdikləri cinayətləri n predmeti olan külli miqdarda narkotik vasitəni «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına daxil edilmiş, 102,315 qram heroini və 3 ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 qram və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək saxlamaları və daşımaları barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onların hər birisinin bu əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində isə satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlam a, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin təhlil edilən məsələyə dair hissədə gəldikləri nəticə düzgündür, əsaslıdır, araşdırılmış sübutlarla təsdiq olunur və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsə dilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanu nsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə t utulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal et mə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəx s tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfind ən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirak çıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda adı çəkilən qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr tərəfindən digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik v asitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkəmələrin Təqsirləndirilən şəxs və Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəs i ilə bağlı onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinmələri, həm də onların törətdiyi əməllərin hüquqi tövsifinə dair gəldikləri nəticə ilə də razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, o cümlədən, kassasiya şikayətində iddia edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllərinin başqa cür qiymətləndirilməsi və CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya müraciətində təhlil edilən məsələyə həsr olunmuş dəlillər qəbul edilməz sayılmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktrnın mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. CPM-nin 28.5-ci maddəsinin tələbi isə ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, həmin qərar həmçinin prosessual qanunvericiliyinin yuxarıda təsvir e dilmiş tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izxah və tövsiyələrinə də tam uyğundur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ittiham olunduqları cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişdir. Həmçinin müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayətinin hüquqlarını müdafiə etdiyi Məhkum və digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hər ikisinə eyni müdafiəçinin təyin olunmaqla onların müdafiə hüququnun pozulmasına dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Məhkum 19 mart 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar olaraq ayrı-ayrı cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş, həmin şəxslərin narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq saxlamaları müəyyən edildikdən sonra isə cinayət işləri bir icraatda birləşdirilmişdir. Cinayət işləri bir icraatda birləşdirildikdən sonra isə hər iki təqsirləndirilən şəxslər başqa müdafiəçələrlə təmin olunduğundan və təqsirləndirilən şəxslər in mənafeləri arasında ziddiyyət olmadığından işə baxan məhkəmələr haqlı olaraq onların müdafiə hüququnun pozulması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası bu qənaətlə də razılaşaraq hesab edir ki, ümumilikdə müdafiəçi Z.K.Qəhrəamanovun kassasiya şikayətlərinin bütün dəlilləri Məhkum cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi qiymətləndirilməli və bu görə həmin şikayət bütövlükdə qəbul edilməz sayılırıq təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda vurğulamağı lazım bilir ki, baxılan işdə CPMnin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan da hər hansı biri müəyyən edilmir. Məhkum Məhkum kassasiya müra ciətində onun əməlinin düzgün tövsif edilməməsi ilə yanaşı həmçinin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası bu məsələnin həll edilməsi ilə bağlı da maddi hüquq normalarının tələblərinə əməl edilib-edilməməsini yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsi həll edilərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini səciyyələndirən halları, o cümlədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və himayəsində iki azyaşlı uşaqlarının olmalarını cəzanı yüngülləşdirən hallar kimi, digər tərəfdən isə əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal qismində kifayət qədər nəzərə almış, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq adı çəkilən məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin yarısından az olmayan həddə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsinə münasibət bildirərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət qədər nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs h aqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. C inayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müva fiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz aza d etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunm ası, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil e dib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs və məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs və məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs və X8, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikaytələrinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar