Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-417/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 1(106)-202/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Müşviq Məmmədovdan ibarət tərkibdə) 27 dekabr 2022-ci il tarixli 1(099)517/2022 saylı hökmü ilə xx xxxx 1980-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Astara Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 oktyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 3 may 2022-ci ildən hesablanmaqla, 11 (on bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 11 (on bir) il müddətinə, Təqsirləndirilən şəxs1 10 il müddətinə, Təqsirləndirilən şəxs3 11 il 6 ay müddətinə, Təqsirləndirilən şəxs4 isə 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan R espublikası CM-in 70-ci maddəsi tətbiq olunmuş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 4 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Məhkum müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyevdən ibarət tərkibdə) 2024-cü il 3 oktyabr tarixli, 1(106)-202/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, hökm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar Təqsirləndirilən şəxs4 aid hissədə dəyişdiril miş, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 5 (beş) ilə qədər azaldılmış, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs4 dərhal məhkəmə zalından həbs edilmiş, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs3 təyin edilmiş 11 (on bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) il 6 ayadək azaldılmış, hökm apellyasiya şikayətləri və apellyasiya protesti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Tə qsirləndirilən şəxs3, Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məhkum edilmişlər ona görə ki, onlar külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikası vətəndaşı olması güman edilən «İza» adı ilə tanıdıqları şəxs və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Astara rayonunun Sərək kəndi ərazisində gizlədilmiş hər biri külli miqdar təşkil edən 19281,522 qram çəkidə narkotik vasitə heroin, 3298 ədəd metadon həbləri, 21871,411 qram çəkidə qurudulmuş mar ixuana narkotik vasitələrini və 2095,158 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etmək məqsədilə xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs3 həmin yerə gələrək qeyd edilən maddələri gizlədildiyi yerdən götürərək əldə edərək, saxlayıb, daşımaqla yaşadığı Astara rayonu, Sərək kəndində yerləşən evinə gətirib həmin narkotik vasitələrdən və psixotrop maddədən külli miqdarda 49,813 qram çəkidə narkotik vasitə heroini üzərində, külli miqdarda 49,586 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1080 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 98 ədəd narkotik vasitə metadon həblərini yaşadığı evdə saxlamış, külli miqdarda 4,913 qram çəkidə psixotrop maddə metamfetamini və 31,411 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın isə satışını həyata keçirmək məqsəd i ilə oğlu Təqsirləndirilən şəxs4 vermiş, külli miqdarda 2040,659 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18151,709 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini həmin gün yaşadığı evin həyətində X3 Baxşiyevlə birlikdə Məhkum və Təqsirləndirilən şəxs2 vermiş, sonuncular da satışını həyata keçirmək məqsədi ilə həmin əldə etdikləri narkotik vasitə heroindən külli miqdarda 37,159 qram çəkidə olan hissəni Məhkum, külli miqdarda 19,550 qram qram çəkidə olan hissəni isə Təqsirləndirilən şəxs2 öz üzərilərində saxlayıb daşımış, qalan külli miqdarda 2040,659 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18095 qram çəkidə narkotik vasitə heroini, külli miqda rda 21840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini həmin gün Astara rayonunun Pensər kəndi ərazisinə daşıyaraq Təqsirləndirilən şəxs1lə görüşüb ona vermiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin külli miqdarda 35,659 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, qalan külli miqdarda 2005 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18095 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini etibarnamə əsasında idarə etdiyi "Lada Priora” markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklər lə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 may 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14:l0-da Astara rayonu, Pensər kəndində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda 35,659 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin dərhal sonra şöbənin inzibati ərazisində baxış zamanı etibarnamə əsasında idarə etdiyi "Lada Priora” markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin arxa saxlanc yük yerindən yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2535 qram, 2570 qram, 2800 qram, 2480 qram, 2470 qram, 2 700 qram və 2540 qram olmaqla ümumilikdə külli miqdarda 18095 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, doqquz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1850 qram, 2105 qram, 4400 qram, 1750 qram, 1405 qram, 1860 qram, 1250 qram, 2270 qram, 4950 qram olmaqla ümumilikdə külli miqdarda 21840 qram çəkidə xarici görünüşlərinə və bioloji tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 128 qram təşkil edən üzərində "Methadone 40” yazısı olan 3200 həb metadon dərman preparatı və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1005 qram olmaqla, ümumilikdə külli miqdarda 2005 qram çəkidə xarici görün üşlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminlə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin gün saat 17.40-da Məhkum və Təqsirləndirilən şəxs2 Astara rayonu, Pensər kəndində yerləşən bazarın yaxınlığında saxlanılaraq həmin Regional Şöbəyə dəvət olunub şəxsi axtarış keçirilərkən Məhkum əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 37,159 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 19,550 qram çəkidə xarici görünüşlərinə və ki myəvi tərkiblərinə görə Məhkum və Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 22.10-da Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Astara rayonu, Sərək kəndində yerləşən yaşadıqları evin yaxınlığında saxlanılaraq həmin Regional Şöbəyə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,813 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 isə əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 4,913 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş metamfetaminlə eynilik təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 31,411 qram çəkidə xarici görünüşlərinə və bioloji tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş qurudulmuş marixuana ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 04 may 2022-ci ildə gecə saat 01.10-da keçirilən baxış zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşadıqları Astara rayonu, Sərək kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında, taxta şkafın içərisindən bir ədəd bükümdə külli miqdarda 49,586 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş metamfet aminlə eynilik təşkil edən psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda 1080 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 3,92 qram təşkil edən üzərində "Methadone 40” yazısı olan 98 həb metadon dərman preparatı aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hökmlə onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki o hökmün cəza hissəsi ilə razı deyildir, ona ağır cəza təyin edilmişdir. Məhk um bildirmişdir ki cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin edilmiş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 oktyabr tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbər liliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün tövsif edilməməsini və ağır cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CP M-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməm əlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şi kayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.10.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(099)-517/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 1(106)-202/2023 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə, Məhkum
Məhkəmə qərarları › İş №1(102)-417/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-417/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver