Məhkəmə qərarları › İş №1(102)-418/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-418/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-418/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Zərərçəkmiş şəxs1 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Eyvaz Mehdi oğlu, Zərərçəkmiş şəxs2 nümayəndəsi – “Mərkəz” Vəkil Bürosunun vəkili Abbasov Mehman Mais oğlu, Müdafiəçi - Xırdalan şəhəri Və kil Bürosunun vəkili Rüstəmzadə Ayxan Xankişi oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rüstəmzadə Ayxan Xankişi oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs2 tərəfindən, X2 və nümayəndəsi Abbasov Mehman Mais oğlunun birgə verdiyi kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət tərkibdə) xx xxxxxx 1978-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəs ində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X2 tərəfindən verilmiş mülki iddialar qismən, zərərçəkmiş X1 tərəfindən verilmiş mülki iddia isə tam təmin edilmiş və Məhkum 200.865 manatın alınaraq Zərərçəkmiş şəxs2, 5.154.577 manatın alınaraq zərərçəkmiş şəxs X6, 3.105.391,82 manatın alınaraq Zərərçəkmiş şəxs1 və 1.327.539 manatın alınaraq zərərçəkmiş şəxs X1-ə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, zərərçəkmiş şəxslər - Zərərçəkm iş şəxs1, Zərərçəkmiş şəxs2 və X2 mülki iddialarının təmin edilməyən hissəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim – Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rüstəmzadə Ayxan Xankişi oğlu kassasiya şikayəti verərək Məhkum bəaət verilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şik ayəti verərək mülki iddianın tam şəkildə təmin edilməsini, Zərərçəkmiş şəxs2 mülki iddianın tam şəkildə təmin edilməsi, yəni 250.000 ABŞ dollarının ödəniləcəyi günün ABŞ dollarının manata nisbətdəki kursuna uyğun olaraq ödənilməsini, zərərçəkmiş şəxs X2 nümayəndəsi Abbasov Mehman Mais oğlu ilə birlikdə kassasiya şikayəti verərək Məhkum təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzasının 10 ilə artırılmasını, həmçinin Məhkum 3.876.000 manat və 1.630.000 ABŞ dollarının ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq alınaraq zərərçəkmiş X2-ə ödənilməsini, həmçinin zərərçəkmiş şəxs X1 kassasiya şikayəti verərək Məhkum təyin edilmiş cəzanın daha ağır cəza ilə əvəz edilməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkə mədən xahiş etmişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü guya xaricdə yaşayan müxtəlif iş adamları ilə etibarlı əlaqəsi olan, Azərbaycan Respublikasında yaradılacaq çoxşaxəli biznes fəaliyyətinin rəhbəri kimi Zərərçəkmiş şəxs1 təqdim edib sonuncunu biznesin aparıcı iştirakçılarından biri olacağını təmin edəcəyini bildirib, həmin biznes fəaliyyətindən külli miqdarda pullar qazanacağına dair yalan vəd verərək etibarını qazanmış və bu işin qurulması üçün əvvəlcədən müəyyən məbləğdə vəsaitin lazım olduğuna onu inandırmış, bundan sonra Zərərçəkmiş şəxs1 saxlanılması üçün əvvəllər tanışları X3 və X4 verdiyi müxtəl if məbləğlərdə şəxsi vəsaitlərindən Məhkum özü bilavasitə X3-dən, habelə Zərərçəkmiş şəxs1, X4, eləcə də X3-dən tanışları X5 və qeyriləri vasitəsi ilə olmaqla xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanda və Bakı şəhərində yerləşən digər müxtəlif ünvanlarda həmin dövrün məzənnəsi ilə 81.850 manat təşkil edən 100.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 105.222 manat təşkil edən 130.000 ABŞ dolları xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 241.740 manat təşkil edən 300.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 104.728 manat təşkil edən 130.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 81.440 manat təşkil edən 100.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 122.145 manat təşkil edən 15 0.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 114.170 manat təşkil edən 140.000 A3Ş dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 201.725 manat təşkil edən 250.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 222.502,5 manat təşkil edən 275.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 40.485 manat təşkil edən 50,000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 24.234 manat təşkil edən 30.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 16.188 manat təşkil edən 20.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 48.594 manat təşkil edən 60.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 161.200 manat təşkil edən 200.000 ABŞ doll arı, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 4.008,5 manat təşkil edən 5.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 4.005,5 manat təşkil edən 5.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 35.288 manat təşkil edən 44.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20.065 manat təşkil edən 25.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 53.965,86 manat təşkil edən 67.080 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 70.989,6 manat təşkil edən 88.000 ABŞ dolları, həmçinin xx.xx.2009-cu il tarixdə ünvan 4 ünvanda X3 vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 11.302,2 manat təşkil edən 14.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 13.973,21 mana t təşkil edən 17.300 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 19.932,9 manat təşkil edən 24.700 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 58.508,96 manat təşkil edən 72.700 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 35.589,84 manat təşkil edən 44.200 ABŞ dolları, 02 03.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 66.042,8 manat təşkil edən 82.000 ABŞ dolları, xx.xx.2009cu il tarixdə həmin dövrün məzənnəsi ilə 8.045 manat təşkil edən 10.000 ABŞ dolları X18 vasitəsilə, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 120.675 manat təşkil edən 150.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 32.112 manat təşkil edən 40.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 28.101,5 m anat təşkil edən 35.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 40.160 manat təşkil edən 50.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 64.256 manat təşkil edən 80.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 12.051 manat təşkil edən 15.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 36.157,5 manat təşkil edən 45.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 64.272 manat təşkil edən 80.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 16.074 manat təşkil edən 20.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 80.360 manat təşkil edən 100.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmi dövrün məzənnəsi ilə 200.900 manat təşkil edən 250. 000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 80.370 manat təşkil edən 100.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 9 725,98 manat təşkil edən 12.100 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 40.220 manat təşkil edən 50.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 23.540,3 manat təşkil edən 29.275 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 173.283,55 manat təşkil edən 215.500 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 241.260 manat təşkil edən 300.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 40.612,1 manat təşkil edən 50.500 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 120.600 manat təşkil edən 150.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 160.780 manat təşkil edən 200.000 ABŞ dolları, xx.xx.2009cu il tarixdə həmin dövrün məzənnəsi ilə 46.822,36 manat təşkil edən 58.244 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 100.085,55 manat təşkil edən 124.500 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 104.429 manat təşkil edən 130.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 32.132 manat təşkil edən 40.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 104.416 manat təşkil edən 130.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 160.700 manat təşkil edən 200.000 ABŞ dolları, xx.xx.2009cu il tarixdə həmin dövrün məzənnəsi ilə 184.736 manat təşkil edən 230.000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 240.870 manat təşkil edən 300.000 ABŞ dolları, 2009-cu ilin təxminən ikinci yarısında həmin dövrün məzənnəsi ilə 167.875,11 manat təşkil edən 208.722 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 160.700 manat təşkil edən 200.000 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 80.340 manat təşkil edən 100.000 ABŞ dolları, xx.xx.2010-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 401.950 manat təşkil edən 500.000 ABŞ dolları, xx.xx.2010cu il tarixdə həmin dövrün məzənnəsi ilə 401.300 manat təşkil edən 500.000 ABŞ dolları olmaqla cəmi 5.739.807,82 manat təşkil edən 7.127.821 ABŞ dolları nağd pulu və xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən ofis binasının 2ci mərtəbəsindəki Z ərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 1.681.584 manat təşkil edən 2.120.000 ABŞ dolları dəyərində 674 kvadrat metr qeyri-yaşayış sahəsini, ümumilikdə həmin dövrün məzənnəsi ilə 7.421.391,82 manat təşkil edən 9.247.821 ABŞ dolları nağd pulunu və əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 guya rəhbərlik etdiyi şəxsi biznes fəaliyyətinə şərik edəcəyini bildirib böyük miqdarda gəlir əldə edəcəyinə dair yalan vəd verərək inandırmaqla onu aldatmış, bu məqsədlə 2009-cu ilin oktyabr ayında həmin dövrün məzənnəsi il ə 120.525 manat təşkil edən 150.000 ABŞ dolları, 2009cu ilin noyabr ayında həmin dövrün məzənnəsi ilə 30.340 manat təşkil edən 100.000 abş dolları pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan ünvanda iki dəfəyə alıb cəmi həmin dövrün məzənnəsi ilə 200.865 manat təşkil edən 250.000 ABŞ dolları məbləğində nağd pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxx 2010-cu il tarixdə tanışı X1-ə məxsus Bakı şəhəri, Xətai rayonu, 28 may küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında yerləşən həmin dövrün məzənnəsi ilə 67 3.764 manat təşkil edən 840.000 ABŞ dolları dəyərində ümumi sahəsi 400 kvadrat metr qeyri-yaşayış sahəsini, həmçinin xx xxx 2012-ci il tarixdə eyni məqsədlə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşməklə ünvanı istintaqa tam məlum olmayan çoxmənzilli yaşayış binasında sonuncuya məxsus hər bir kvadrat metri 575 manat olmaqla ümumi sahəsi 1137 kvadrat metr olan 653.775 manat dəyərində yaşayış sahəsini, ümumilikdə 1.327.539 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs X1ə külli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 Bakı şəhərində sökülməli olan yaşayış binalarının yerində həyata keçiriləcək tikinti işlərinin sonuncu tərəfindən aparılmasını təşkil edəcəyinə dair yalan vəd verib onu aldatmış, bununla bağlı guya müəyyən xərclərin ödənilməsi adı ilə ünvan 7 ünvanda və Bakı şəhərində müxtəlif ünvanlarda X2dən şəxsən özü, eləcə də qohumu X6 və qeyriləri vasitəsi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrün məzənnəsi ilə 1.278.577 manat təşkil edən 1.630.000 ABŞ dolları və 3.876.000 manat olmaqla ümumilikdə 5.154.577 manat məbləğində nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs X2ə külli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlak ını ələ keçirmək məqsədi ilə tanışı X12 guya «SOCAR» neft şirkətində keçiriləcək tenderlərdə qalib olmasını təmin edəcəyini vəd edib inandırmaqla onu aldatmış, bu məqsədlə xx xxxxx 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «xxxx» restoranının yaxınlığında sonuncudan həmin dövrün məzənnəsi ilə 286.306 manat təşkil edən 365.000 ABŞ dolları nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs X7ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Rüstəmzadə Ayxan Xankişi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr öz hökmündə və qərarında Məhkum aldatma və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə həmin dövrün məzənnəsi ilə 7.421391,82 manat təşkil edən 9.247.821 ABŞ dolları nəğd pulunu və əmlakını ələ keçirməklə dələduzluq etdiyi nəticəsinə gəlmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Zərərçəkmiş şəxs2 epizodu üzrə ibtidai istintaq orqanı bir nəfər şəxsin, Zərərçəkmiş şəxs2 ifadəsinə istinad edərək Məhkum 200.865 manat təşkil edən 250.000 ABŞ dolları məbləğində pulla ittiham vermiş, məhkəmələr də həmin epizod üzrə ittiham hökmü çıxarmışdır. Cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 ifadəsindən başqa bir nəfər də olsun şəxsin həmin epizod üzrə ifadəsi yoxdur və ifadəsində guya Məhkum 2 dəfəyə 2009-cu ilin oktyabr-noyabr aylarında 250.000 ABŞ dolları verdiyini göstərmişdir. İbtidai istintaq orqanı Məhkum alibi gətirmək hüququnu pozaraq guya verilmiş pulun müddətini 60 günə qədər uzatmış, məh kəmələr də bu xüsusata da qiymət verməmişlər. Üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Məhkum pul verdiyini, Məhkum də belə bir halın olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 «xxxx» MTK-dan aldığı mənzillərə görə 7.400 manat borcu olmuş, özü də təsdiq etmişdir ki, borcu ilə əlaqədar həmin vaxt «xxxx» MTK-ya rəhbərlik edən Məhkum ondan həmin pulu tələb etmiş, vəkilin «Bəs nə üçün həmin vaxt Məhkum yaxasından tutub öz pulunu tələb etmədin ki, «xxxx» MTK-ya olan borcunu bağlayasan?» sualına cavab verə bilməmişdir. 7.400 manat borc üzündən aldığı mənzili satmış şəxs Məhkum 250.000 ABŞ dolları pul verməsi və Məhkumun tələbi ilə evini sataraq borcunu bağladığı halda Məhkumdan pulunu tələb etməməsi fantaziyadan başqa bir şey deyil. İttihamı təsdiq edən bi r dənə də dolayı sübut olmadığı halda, ittihamın sübut olunması zamanı yaranmış həmin şübhə də təsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Zərərçəkmiş şəxs2 digər Zərərçəkmiş şəxs1 sinif yoldaşı və yaxın dostudur. Məhz sonuncunun göstərişi ilə yalan şikayət ərizəsi ilə istintaq orqanına müraciət etmişdir. Yuxarıda qeyd edildiyi kimi Məhkum ittiham elan etmişdir ki, guya o, aldatma və etibardan sui-istifadə etməklə X1 1.327.539 manatını (1.251.437 ABŞ dollarını) ələ keçirməklə dələduzluq etmişdir. X1 xx xxxxx 2017-ci il tarixdə AR DİN-nin BMCMİ-yə ərizə ilə müraciət etmiş və həmin ərizəsində anlaşılmayan bir şəkildə göstərmişdir ki, Məhkum 2007-ci ildən tanıyır, 2009-cu ilin may ayına qədər Məhkum taxıl alverinə 1.258.000 ABŞ dolları vəsait qoymuş, həmin puldan 390.000, 336.000 ABŞ dol ları qaytarımş, sonradan yenə də Məhkum 658.1131 ABŞ dolları almış və bunun qarşılığında 400 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsini onun qardaşının adına keçirmişdir. Sonra isə ərizəsində göstərmişdir ki, Məhkum dələduzluq etmiş 400 kv.m qeyri-yaşayış sahəsini girov qoymuşdur ki, Məhkum ona 300.000 ABŞ dolları versin, lakin Məhkum həmin qeyri- yaşayış sahəsini mənimsəmişdir. Ərizəsində daha sonra göstərmişdir ki, xx xxx 2012-ci ildə Məhkum yenə də dələduzluq edərək 1137 kv.m mənzili sataraq ona külli miqdarda ziyan vurmuş, hazırda Məhkum ona 1.252.000 ABŞ dolları borcludur. Qabil Əliyev ibtidai istintaqda üzləşmə zamanı göstərmişdir ki, 2008-ci ildən 2012-ci ilin yanvar ayına kimi Məhkum 2.141.131 ABŞ dolları birgə biznes fəaliyyəti üçün 2010-cu ilin sentyabr-oktyabr aylarında Xətai rayonu, 28 may küçəsində 1 kv.m-nin dəyəri 2100 ABŞ dollarından Məhkum 400 kv.m qeyri-yaşayış sahəsi vermiş, 2012-ci ilin may ayında Məhkum pul istəmiş, Məhkum qarşılığında ondan əmlak istədiyi üçün Badamdar qəsəbəsində 1137 kv.m yaşayış sahəsinin 1 kv.m-ni 575 manatdan hesablamaqla 831.351 ABŞ dolları dəyərində əmlakı Məhkum vermiş, Məhkum həmin mənzilləri hansısa şirkətin hesabına keçirmiş, bunun müqabilində 600.000 manat verməli olduğu halda verməmiş, daha sonra o, Məhkum olan borcunu hissə-hissə ödəmiş, lakin Məhkum ona olan borcunu verməmiş, girov kimi verdiyi yaşayış və qeyri-yaşayış sahələrini də satıb mənimsəmişdir. Bundan fərqli olaraq məhkəmədə X1 özü tərəfindən tərtib edilmiş «Debitor/Kreditor borcları Ceyhun» adı altında olan sənəd təqdim edildikdə bildirmişdir ki, həmin sənəd onun tərəfindən tərtib olunmuş, sənəddə göstərilən mənzil və obyekt satışından fərqi, Şamillə hesablaşmadan (mənzili aldığı şəxs) yaranan fərq 601.040 manat pulu (770.564 ABŞ dolları) da Ceyhunun ona vurduğu ziyan kimi hesablamışdır. Bundan başqa, X1 özü tərəfindən tərtib edilmiş hesablaşma sənədinə istinad etsək və onun dediyi kimi yaşayış və qeyri-yaşayış sahələrini ona geri qaytarsaq onda X1in Məhkumlə hesablaşmasının nəticəsi necə olacaq adi riyazi hesablamadır. X1 məhkəmə istintaqı zamanı Məhkumlə birgə biznes fəaliyyəti ilə əlaqədar qarşılıqlı surətdə bu günə kimi haqq-hesab etmədiklərini də məhkəmədə bildirdi. Bundan başqa, Ceyhun X1 3.876.000 manat və 1.630.000 ABŞ dolları olmaqla ümumilikdə 5.154.577 manat məbləğində nəqd pulunu ələ keçirməklə dələduzluq etməsi barədə məhkəmə it tiham hökmü çıxarmışdır. Həmin epizod üzrə X2 şikayət ərizəsində etibardan sui-istifadə etmə və aldatma kimi digər zərərçəkmiş şəxslərin ərizələrində göstərdikləri xüsusatlar (vəzifəli şəxslərlə ünsiyyətdə olmaq, ölkədə bəzi strateji sahələrə nəzarət edən, tapşırıqlar verən) göstərilmişdir ki, bu xüsatlara da yuxarıda adı çəkilən qərarda hüquqi qiymət verilmişdir. X2 27.10.203-cü ildə 200.000 manat, xx.xx.2013-cü ildə 90.000 manat və 60.000 ABŞ dolları Ceyhunun ortağı Tərlan adlı şəxsə verdiyini, xx.xx.2013-cü il tarixdə 500.000 ABŞ dolları və xx.xx.2013-cü il tarixdə 100.000 ABŞ dolları X6 vastəsilə, xx xxxxxx 2013-cü ildə X8 vasitəsilə 100.000 ABŞ dolları Məhkum göndərdiyini bildirdiyi halda həmin şəxslər ifadələrində və üzləşmə zamanı, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hə min xüsusatı təsdiq etməmişlər. Müdafiəçi göstərilənləri nəzərə alaraq, Məhkum barəsində apellyasiya məhkəməsinin qərarını ləğv edərək Məhkum bəraət verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Məhkum barəsindəki hökmü, eləcə də, apellyasiya məhkəməsinin qərarı cəzanın yüngüllüyünə görə, eləcə də, mülki iddianın tam həcmdə təmin edilməməsi hissəsində əsassızdır. Aşağıda göstərilən əsaslara görə Məhkum daha ağır cəza verilməli və iş üzrə onun verdiyi mülki iddia tam həcmdə təmin edilməlidir. Belə ki, şahidlərdən X9 və X10un ifadəsinin məzmunundan da aydın görünür ki, Məhkum onun əmlakını nəinki dələduzluq etməklə ələ keçirmiş, eyni zamanda, dövlət orqanlarının adından istifadə edərək külli miqdarda əmlakım ı hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. İbtidai araşdırma zamanı və eləcə də məhkəmə baxışı zamanı Məhkum nəinki törətdiyi cinayət əməlindən peşiman olmamış, əksinə, zərərçəkmiş şəxslərin ünvanına müxtəlif kobud ifadələr işlədərək, onların şəxsiyyətlərini alçaltmışdır. Məhkum zərərçəkmiş şəxslərə ağır cinayət törətməklə vurduğu milyonlarla ziyanı ödəməmiş və zərərçəkmişlərlə barışıq əldə etməsinə heç bir cəhd göstərmədiyi halda, ona məhkəmə tərəfindən yüngül çəza təyin edilmişdir. Məhkum ali təhsilinin olmadığını, onun heç bir biznes fəaliyyəti ilə məşğul olmadığını cəmiyyətdə hər-hansı bir nüfuz sahibi olmadığını və faktiki olaraq, Bakı şəhərində daimi yaşayış yerinin belə olmadığını Məhkum 1.000.000 ABŞ dolları qiymətində villanı elə ilk görüşündəcə ona hədiyyə edən vəzifəli şəxs bildiyi halda, nəyə görə elə ilk görüşündəcə Məhkum milyonlarla dəyəri olan villa bağışlamalı və 2.515.000 ABŞ dollarının əvəzsiz olaraq Zərərçəkmiş şəxs1 tərəfindən ona verməsi barəsində göstəriş verməsinin səbəbi aydın deyildir və heç bir məntiqə sığışmır. Məhkum bunun səbəbini izah edə bilmir. Məhkum göstərilən absurd xarakterli ifadəsinin məzmunundan belə başa düşülür ki, həmin vəzifəli şəxs uzun müddət Məhkumlə görüşə bilmək arzusunda olmuş və elə ilk görüşündə də “həsrətində" olduğu Məhkum villa və milyonlar vermişdir. Çünki, həmin vəzifəli şəxsin Məhkum ilk görüşdə milyonlar verməsinin başqa məntiqi izahı yoxdur. Göründüyü kimi, Məhkum məsuliyyətdən yayınmaq məqsədi güdərək, absurd xarakterli ifadəsi ilə, həmin vəzifəli şəxs barəsində həddindən artıq mənfi fikir yaratmaqla, eyni zam anda onun nüfuzuna da xələl gətirmiş olur. Məhkum qeyd edilən ifadəsi o cinayətkar əməlindən peşiman olmadığını, törətdiyi ağır cinayətin məsuliyyətini dərk edib islah olunmaq niyyətində olmadığını sübut edir. Bundan başqa, hökmdə 3.105.391 manatın Məhkum alınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilməsi göstərilmişdir. Məhkum ittiham verilmişdir ki, o, dələduzluqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 9.042.821 ABŞ dollarını ələ keçirmişdir. Həmin məbləğdən cəmi 5.395.000 ABŞ dolları, yəni qismən ödənilmişdir, 3.647.821 ABŞ dollarını ödəməkdən imtina edilmişdir. Bundan başqa, Məhkum onun külli miqdarda olmaqla 9.042.821 ABŞ dolları vəsaitini dələduzluqla ələ keçirdiyinə görə, o bir iş adamı olaraq məcbur olub banklardan kredit götürmüşdür. Həmin kreditlərə görə də, xx xxxx 2017-ci il tarixə qə dər 1.592.733 manat məbləğində faiz ödəmiş və bu barədə müvafiq sənədləri istintaqa və məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, həmin məbləğ Məhkum cinayət əməli nəticəsində ona vurulmuş real zərərdir. Məhkəmə mülki iddinanın həmin hissəsini təmin etməmişdir. Məhkum və onun müdafiəçiləri əsassız olaraq, Zərərçəkmiş şəxs1 vurulmuş zərəri devalvasiyadan qabaqkı dövrün manat kursuna çevirib hesablamaqla və ödənilmiş 5.395.000 ABŞ dollarını devalvasiyadan sonrakı dövrün manat kursuna çevirib hesablayaraq guya zərərçəkmişə vurulmuş ziyandan artıq ödədiklərini göstərməyə çəhdlər göstərmişlər. Müdafiə tərəfinin həmin cəhdləri tamamilə əsassızdır. Hökmdə də və eləcədə apellyasiya qərarında Zərərçəkmiş şəxs1 ödənilməli olan zərər manatla göstərilmişdir. Məhkum alınaraq Zərərçəkmiş şəxs1 ödəniləcə k məbləğ manatla olduğu kimi ABŞ dolları ilə də göstərilməlidir. Yəni, ödənilmə aparıldığı zaman dolların həmin dövrün kursuna uyğun ödənilməsi göstərilməlidir. Əks halda, zərərçəkmişə məhkəmənin hökmü və qərarı ilə ziyan vurulmuş olur. Zərərçəkmişə real ziyan vurulmuş olur ki, buda zərərçəkmişin qanuni manefeyini ciddi surətdə pozmuş olur. Zərərçəkmiş şəxs vurulmuş ziyanı olduğu kimi tələb etmək hüquq vardır və eləcə də, təqsirləndirilən şəxsin də vurduğu ziyanı olduğu kimi ödəmək hüququna malikdir. Beləliklə, Zərərçəkmiş şəxs1 Məhkum tutularaq ödənilməsi nəzərdə tutulan 3.105.391,82 manat məbləğ hökmdə göstərilərkən mütləq ittiham həcmində göstərildiyi kimi həmin dövrün məzənnəsinə uyğun olaraq 3.647.821 ABŞ dolları valyuta ekvivalenti göstərilməli idi. Həmçinin Məhkum onun sərvətini dəl əduzluq yolu ilə ələ keçirməsi nəticəsində bankdan əldə etdiyi kreditə görə banka faktiki olaraq faiz kimi ödədiyi 1.592.733 manat məbləğ real zərər kimi qiymətləndirilərək həmin məbləğin Məhkum tutularaq ona ödənilməsi hökmdə öz əksini tapmalı idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarında dəyişiklik edərək mülki iddiasının tam həcmdə (3.647.821 ABŞ dolları və 1.592.733 manat real ziyanın) təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum dələduzluqla onun 250.000 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkum törətdiyi ağır cinayət əməlindən heç bir peşimançılıq keçirməmiş, əksinə onu və digər zərə rçəkmişləri kobud ifadələrlə təhqir etmiş, ona vurduğu ziyanın hər-hansı bir qismini ödəməmişdir. Məhkum digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 Məhkumu geniş əlaqələrə malik bir şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1lə onun uzun müddət dostluq münasibəti olduğuna görə, Zərərçəkmiş şəxs1in Məhkum barəsində dediklərinə inanmışdır. Dəfələrlə Məhkum, o və Zərərçəkmiş şəxs1 birlikdə görüşləri olmuş və birlikdə yemək yemişlər. Məhkum geniş əlaqələrə malik olduğu, böyük bizneslə məşğul olduğu və ölkəyə gətirilən spirtli içkilər, taxıl məhsullarının onun himayəsində olduğu barədə, təkcə Zərərçəkmiş şəxs1 onun barəsində dedikləri deyil, eyni zamanda, Məhkumun özü və ətrafındakılar da onu buna inandırmışlar. Məhkum Zərərçəkmiş şəxs1 milyonlarla ABŞ dolla rı alaraq, guya onu ölkə rəhbərinin nəzarətində olan böyük biznesə şərik edəcəyinə inandırmış, Zərərçəkmiş şəxs1 iş adamı kimi, əminliklə inanaraq Məhkuma milyonlarla pul vəsaiti vermişdir. Qərarda ona vurulmuş ziyanın ABŞ dolları ilə deyil, yalnız manatla göstərilməsini əsassız hesab edir. Belə ki, ona dəymiş ziyanı olduğu kimi tələb etmişdir. Məhkumun ona vurduğu ziyan ABŞ dolları ilə olmuşdur. Məhkəmənin qərarda müəyyən etdiyi qaydada, yəni Məhkum 200.865 manatın tutularaq ona ödənilməsi hissəsi onun qanuni hüquq və mənafelərini pozmuşdur. Çünki, bu halda məhkəmənin qərarı ilə ona dəymiş real zərər tam ödənilmir. Əksinə, Məhkum qazanc əldə etmiş olur. Ona görə də, ona vurulmuş ziyan faktiki olduğu kimi ABŞ dolları ilə göstərilməli və ödəniləcəyi təqdirdə ABŞ dolları kimi və ya ödəniş gününə ABŞ dollarının manata olan kursuna uyğun ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında dəyişiklik edərək, mülki iddiamın tam həcmdə təmin edilməsi, yəni 250.000 ABŞ dolları ziyan ödəniləcəyi günün ABŞ dollarının manata nisbətdəki müəyyən edilmiş kursuna uyğun olaraq ödənilməsi barəsində qərar qəbul edilməsini xahiş edir. İş üzrə digər zərərçəkmiş şəxs X2 nümayəndəsi Abbasov Mehman Mais oğlu ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərarında birinci instansiya məhkəməsinin hökmlə gəldiyi nəticələrə uyğun yekun nəticəyə gəlmiş, Məhkum təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının onun t örətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, zərərçəkmiş şəxslərə, o cümlədən zərərçəkmiş şəxs X2 vurduğu böyük məbləğdə maddi zərərə görə, bunun zərərçəkmiş şəxslər üçün ağır nəticəyə səbəb olması (müflisləşməsi, kommersiya uğursuzluğu və s.) və işin başqa hallarına görə uyğun gəlməməsi məsələsinə lazımi diqqət yetirməmiş, Məhkum təyin olunmuş cəzanı ağırlaşdırmamaqda haqlı olmamışdır. Bundan başqa Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxs X2ə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində 1.630.000 ABŞ dolları və 3.876.000 manat məbləğində zərər vurmasına baxmayaraq, həmin zərərdən heç bir məbləğ ödəməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən zərərçəkmiş X2ə vurulmuş ümumi ziyanın 1.630.000 ABŞ dolları olan hi ssəsinin cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 1.278.577 manat məbləğində hesablanması zərərçəkmiş şəxs X2 bir daha əhəmiyyətli ziyanın vurulmasına səbəb olur. Kassasiya instansiyası məhkəməsi bu məsələlərə xüsusi əhəmiyyət verməli, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarını zərərçəkmiş şəxs X2 aid hissədə ləğv edərək, həmin hissədə kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməlidir. Belə bir davranışlı insana cəza təyinində güzəşt etmək, cəzasını qismən yüngülləşdirmək yolverilməzdir. Nədənsə birinci instansiya məhkəməsinin hökmündə məhkumun əməlində cəzasını ağırlaşdıran halın olması qeyd olunmamışdır. Lakin əslində təqsirləndirilən şəxs Məhkum əməlində cəzanı ağırlaşdıran hallar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs Məhkum zərərçək miş X2ə və digər zərərçəkmiş şəxslərə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsi nəticəsində zərərçəkmişlər üçün ağır nəticələr yaratmışdır. Ona görə də, Məhkum təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 10 ilədək artırılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı mülki iddia cavabdeh (məhkum) Məhkum 1.630.000 ABŞ dolları pulun ödənilməsi hissəsində dəyişdirilməli, həmin hissədə cavabdeh (məhkum) Məhkum 1.630.000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə zərərçəkmiş X2 ödənilməli, ümumilikdə cavabdeh (məhkum) Məhkum 3.876.000 manat və 1.630.000 ABŞ dolları ödəniş günü üçün Azərbayc an Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə alınaraq zərərçəkmiş şəxs X2 ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum münasibətdə, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun olmadığından dəyişdirilməli, Məhkum barəsində olan Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəza daha da ağırlaşdırılmalı və ona təyin olunmuş yeni cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Məhkəmə hökmdə cəza təyini zamanı Məhkum cəza təyin edərkən ona küllü miqdarda ziyan vurmasını və bu günə qədər həmin ziyanı ödəməməsini nəzərə almalıdır. Həmçinin, hal-hazırda təqsirləndiril ən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza onun islah olunması üçün yetərli deyil. Belə ki, o və onunla bərabər bir neçə şəxsin milyonlarını mənimsəmiş şəxs belə çıxır ki, 3-4 ildən sonra azadlığa çıxacaq və heç nə olmamış kimi, onlardan aldatma yolu ilə əldə etdiyi milyonları xərcləyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın daha ağır cəza ilə əvəz edilməsi və cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin vermiş olduqları kassasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxslər tərəfindən verilən kassasiya şikayətlərinin isə təmin olunmaması barədə, zərərçəkmiş şəxslərin nümayəndələrinin zərərçəkmiş şəxslər tərəfindən verilən kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunmaması barədə, dövlət ittihamçısının isə kassasiya şikayətlərinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birin ci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Yuxarıda göstərildiyi kimi, müdafiə tərəfinin kassasiya şikayətində Məhkum təqsirsiz olması və ona bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas ola bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlili göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələrin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdikləri hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. İş materiallarından həm də görünür ki, ittihamın sübut edilməsində aradan qaldırılmayan şübhə qalmamışdır, ittiham tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-c ü maddəsində qeyd olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilmə si üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. İş üzrə zərərçəkmiş şəxslərin kassasiya şikayətlərində mülki iddianın tam şəkildə təmin edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istina d edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi işdə olan sübutlara və müvafiq normalara istinad edərək zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “...Zərərçəkmiş şəxslər - X1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X2 və onun nümayəndəsi Abbasov Mehman Mais oğlu apellyasiya şikayətlərində, birinci instansiya məhkəməsinin hökmünü, Məhkum təyin edilmiş cəzanın yüngüllüyü və şəxsiyyətinə uyğun olmaması, həmçinin mülki iddialarının (zərər çəkmiş şəxs X1 istisna olunmaqla) qismən təmin edilməsi hissədə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. İstintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 ümumilikdə həmin dövrün məzənnəsi ilə 7.421.391,82 manat təşkil edən 9.247.821 ABŞ dolları məbləğində maddi ziyanın vurulduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiəçi Fazil Nəhmətovun apellyasiya şikayətinin bu hissədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 7.421.391,82 manat maddi ziyanın dəydiyini və ona 5.395.000 ABŞ dolları məbləğində nəğd pulun və əmlakın ödənilməsini nəzərə alaraq, ödənilən əmlakların məbləğinin cinayət əməlinin törədildiyi dövrdəki məzənnəyə uyğun (irəli sürülmüş ittihama uyğun orta məzənnə 1 ABŞ dolları =0,80 manat hesablanmaqla) olaraq 4.316.000 manatın dəymiş ziyanın məbləğindən çıxılaraq, 3.105.391,82 manatın Məhkum alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməklə, mülki iddianın təmin edilməyən hissədə baxılmamış saxlanılmasını düzgün müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin Məhkum tər əfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə vurulmuş 9.247.821 ABŞ dolları məbləğində maddi ziyanın cinayət əməlinin törədildiyi dövrdəki məzənnəyə uyğun olaraq 7.421.391,82 manat məbləğində hesablaması əsaslı olmuşdur. Məhkəmə Kollegiyası Zərərçəkmiş şəxs2 apellyasiya şikayətinə münasibətdə, birinci instansiya məhkəməsinin Məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 250.000 ABŞ dolları məbləğində maddi zərərin cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 200.865 manat təşkil etməsinin nəzərə alınaraq, həmin məbləğin Məhkum alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi barədə qərarını əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinə münasibətdə, onun banklardan kredit götürməsi ilə 1.592.733 manat məbləğində f aiz ödəməsinin Məhkum alınaraq ona ödənilməsi hissədə mülki idianın təmin edilməməsi və mülki iddianın bu hissədə mülki mühakimə icraatı qaydasında həll edilməli olduğunun birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirildiyini qeyd edir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs X2 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, istintaq orqanı tərəfindən verilmiş ittiham üzrə Məhkum zərərçəkmiş şəxs X6 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrün məzənnəsi ilə 1.278.577 manat təşkil edən 1.630.000 ABŞ dolları və 3.876.000 manat olmaqla ümumilikdə 5.154.577 manat məbləğində vurduğu maddi ziyan üzrə, birinci instansiya məhkəməsinin 1.630.000 ABŞ dolları məbləğinin cinayət əməlinin törədildiyi dövrün məzənnəsi ilə 1.278.577 mana t məbləğində hesablanması və zərərin digər hissəsi olan 3.876.000 manatla toplanılaraq ümumilikdə 5.154.577 manat məbləğində maddi ziyanın Məhkum alınaraq Novruz Rəsulova ödənilməsi haqqında qərarı əsaslı olmuşdur....”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin həmin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, buna dair mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyası Müddəalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mülki iddia üzrə mövqeyini, qərarda bu m əsələ ilə bağlı göstərilənləri iş materialları ilə birlikdə təhlil edərək belə nəticəyə gəlir ki, həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə təhlil edərək bir daha qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın cinayətin törədildiyi dövrdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi ilə hesablamaqda tamamilə düzgün nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxslərin onlara dəymiş maddi ziyanın ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğu n olaraq ödənilməsi barədə tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdırvə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs2 və X1 Məhkum təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı şikayətin dəlillərinə münasibət bildirib qeyd edir ki, şikayətlərin həmin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini göstərmiş, bununla bağlı gəl diyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. “...Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin, birinci instansiya məhkəməsi tərəfindən Məhkum yüngül cəza təyin edilməsi və təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə uyğun olmaması ilə bağlı hissədə əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 şikayətində göstərilən “cinayət qanunvericiliyinin normalarının geriyə qüvvəsinin düzgün tətbiq olunmaması” dəlilləri ilə bağlı aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəl lənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Birinci instaniya məhkəməsinin Məhkumun törətdiyi cinayət əməli üzrə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə xx xxxxxx 2017ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 178,3.2-ci maddəsi ilə təqsirli bilərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin etməsi Cinayət Qanunvericiliyinin tələbinə uyğun olmuşdur.....” Apellyasiya məhkəməsi həmçinin zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinin cəzanın yüngüllüyünə dair dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, buna dair mövqeyini (gəldiyi nəticəni) ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin və apellayasiya məhkəməsinin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdirilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzzrə müsbət xarakterizə olunmasını, him ayəsində iki azyaşlı uşağının olmasını), (iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs X1in Məhkum barəsində seçilmiş cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməli olduğu barədə şikayətin dəlillərinə münasibət bildirib qeyd edir ki, birinci instansiya məhkəməsi tamamilə düzgün olaraq Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qənaətinə gəlmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi cinayətlərin kateqoriyasına görə ağır cinayət hesab edilir. Cinayət işi materiallarına əlavə olun muş tələbnamədən görünür ki, Məhkum əvvələr məhkum olunmamışdır. Odur ki, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə məhkəmələrin mövqeyi tamamilə düzgündür. Eyni zamanda, əlavə sübutlara istinad etməklə məhkəmə baxışının predmeti olmayan yeni faktlara əsaslanmalarına dair kassasiya şikayətlərində göstərilənlənə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya instansiyası məhkəməsini yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayan məhkəmə orqanı kimi təsbit etməklə, Cinayət-prosessual qanunun 419.11-ci maddəsi isə kassasiya instansiyası məh kəməsinə birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etməyi və onları sübuta yetirilmiş hesab etməyi qadağan etməklə, kassasiya kollegiyasının səlahiyyətlərini müstəsna olaraq hüquqi məsələlərlə məhdudlaşdırmış, ona yeni sübutları tədqiq etmək, onların əsasında işin faktiki hallarını yenidən müəyyən etmək səlahiyyəti verməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Rüstəmzadə Ayxan Xankişi oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs2 tərəfindən, X2 və nümayəndəsi Abbasov Mehman Mais oğlunun birgə verdiyi kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi Rüstəmzadə Ayxan Xankişi oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs2 tərəfindən, X2 və nümayəndəsi Abbasov Mehman Mais oğlunun birgə verdiyi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar