Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-418/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Roman Ələkbərli (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Abdulla Məmmədov) 20 aprel 2023-cü il tarixli, 1(100)-21/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi 02 dekabr 2021-ci il tarixdən hesablanmı şdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum idarə etdiyi nəqliyyat vasitəsi olan “QAZ-33021” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 iyul 2021-ci il tarixdə təxminən saat 23:37 radələrində Bakı-QazaxGürcüstan sərhədi yolunun Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu h alda bunları etməyərək idarə etdiyi “QAZ-33021” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini baş yol ilə Qazax istiqamətində hərəkət etdirərkən yolun sağ kənarındakı yol ayırıcısından qarşısına çıxan sürücü X1 idarə etdiyi “QAZ-31105” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X4 ağır dərəcəli travmatik və hemorragik şokla müşayiət olunan sol gicgah nahiyəsinin, burun əsasının, sol çənəaltı nahiyənin əzilmiş yaraları, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol ön-yan səthinin sıyrıqları, sol tərəfli 3-4-5-6-7-8-9-10-cu qabırğaların yerini dəyişmiş sınıqları, sol ağ ciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hemotoraks, sol əlin arxa səthinin sıyrığı, sol bud sümüyünün aşağı üçdə birinin qapalı, sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerini dəyişmiş sınıqları, sol baldırın yuxarı və aşağı üçdə birinin əzilmiş yaraları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmin avtomobildə olan sərnişinlər X5 təpə nahiyəsinin dərialtı hematoması, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yarısının, sol said nahiyyəsinin orta üçdə birinin arxa səthinin, sol qalçaçuxurunun, hər iki bud nahiyəsinin aşağı üçdə birinin ön səthinin, qarının ön divarının qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X2 alın nahiyəsinin sol yarısının, b urunun sol yan səthinin sıyrıqları, sol çənə nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yarısının ön səthinin sıyrığı, sol bazunun orta üçdə birinin ön-bayır səthinin və sağ bazunun aşağı üçdə birinin iç səthinin qançırları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Afiq Hüseynzadə) 1(104)343/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(100)-21/2023 nöm rəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Ş.S,Məmmədova təyin edilmiş əsas cəzanın müddəti 5 ildə 6 ilədək artırılmış, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə üzrə işə baxılması 08 may 2024-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni geri götürür və xahiş edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, M əhkum tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-418/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-418/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver