Məhkəmə qərarları › İş №1(102)-418/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-418/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-418/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, xx.xx.1981-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 247 saylı evdə yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli, 1(106)-317/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(017)-7/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim R.M.Nuriyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu iki gün təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müd dətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablanmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 mülki iddialarının təmin edilərək, onların hər birinin xeyrinə Məhkum 4000 manat maddi ziyan və ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat pulun alınması, Zərərçəkmiş şəxs3 mülki iddiasının isə qismən təmin edilərək Məhkum 24830 manat maddi ziyan və ödənilmiş 195 manat dövlət rüsumu olmaqla, cəmi 25025 manat pulun alınıb Zərərçəkmiş şəxs3 verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Kərimov Aqşin Əflatun oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhm ənov) apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum bacanağı Zərərçəkmiş şəxs4 qızıl alqı-satqısı məşğul olub gəlir əldə edəcəklərini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 4000 manat, 2021-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 6010 manat, ümumilikdə vahid niyyətlə 10010 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 10010 manat maddi ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində Ağcabədi şəhəri, H.Əliyev prospektində 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs5 həyat yoldaşı X1 təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 15 yanvar 2022-ci il tarixdə Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən çayxananın qarşısında 4000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin fevral ayının sonlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən X4rşısında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs6 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin aprel ayının ortalarında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə məxsus olan Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən mülkü satacağını bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayına qədər olan müddət ərzində müxtəlif sənədləşdirmə işlərinin aparılmasını bildirib vahid niyyətlə, ümumilikdə 24830 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs x xeyli miqdarda, yəni 24830 manat maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə o, irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərk ibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum kassasiya müraciətində bildirir ki, onun heç kimi aldatmaq niyyəti olmamış və zərərçəkmişlə arasında olan pul münasibətləri mülki icraat qaydasında baxılmalı idi. Məhkum kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə o, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyini, habelə əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-cı maddələrində məhkəmə qərarının k assasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsul iyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi, əməlində cinayət tərkibinin əlamətləri olmaması barədə iddia ilə çıxış edərək, barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş xeyli miqdarda ziyan vurmaqla təkrar olaraq dələduzluq cinayətinin tərkibinin olması, onun həmin maddələrlə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş (cinayət təqibini istisna edən halların olmasına, həmçinin əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddia) və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yekun qənaətini birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş sübutlardan, o cümlədən birinci instansiya məhkəməsində məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələridən, üzləşdirmə protokollarından və digər istintaq materiallarından hasil etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzanın ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə (aşağı həddinə yaxın həddə) azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçilərin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli, 1(106)-317/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının Məhkum barəsində olan 29 may 2024-cü il tarixli, 1(106)-317/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar