Məhkəmə qərarları › İş №1(102)-419/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-419/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-419/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 419/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum, Müdafiəçi iştirakları ilə, Tərtər rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarından Məhkum və Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon Məhkəməsinin (sədrlik edən hakim Əsgərov Nadir Məmmədrza oğlu) 16 avqust 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1975-ci il tarixdə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Tərrər rayonunun Sarıcalı kəndində qeydiyyatda olan Məhkum, Azərbaycan R espublikası Cinayət Məcəlləsinin CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza müddəti ərzində üzərində yaşayış yerini hər gün saat 21-00-dan növbəti gün saat 08-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyvətdə saxlanılması üçün ona xidmət etmək. Tərtər rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış şerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil şerinin d əyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 20 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) ilə endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində saxlanıldığı 2 gün CM-nin 68.1-1-ci maddəsinə əsasən 4 gün azadlığı n məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarından Məhkum və Müdafiəçi birgə kassasiya şikayəti verərək Məhkum cərimə cəzası təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 15 may 2018-ci il tarixdə saat 16 radələrində qardaşı X15 ilə bir qrup şəxs halında birləşib Tərtər rayonunun Sarıcalı kənd sakini X6 Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən “xxx" şadlıq sarayında keçirilən böyük toy məclisində adamların gur toplaşdığı yerdə heç bir əsaslı səb əb olmadan həmkəndliləri X13 və X10 hə biri-birinin ünvanına nalayiq söyüşlər söyərək şadlıq sarayında olan insanlara əhəmiyyət verməyib ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, şadlıq sarayında keçirilən toyda olan insanların normal istirahət hüququnu və toyun gedişini pozub X8 və X4 bədənlərinin müxtəlif nahiyələrindən əlləri ilə bir neçə zərbə vuraraq X2yə sağ çiyinin ön tərəfində olan qançır, sağ bazu oynağının şişkinləşməsi və hərəkət m əhdudluğu, gövdənin yuxarı ön səthində olan kiçik ölçülü qançırla müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, X1 isə təpənin ön tərəfində olan əzilmiş-cırılmış yara, gövdənin yuxarısında olan çoxsaylı sıyrıqlarla müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edən zaman, həmin vaxt hadisə yerinə toplaşan şəxslərdən X11 onun bu hərəkətlərinin qarşısını almağa çalışarkən X2u əli ilə vurub ona təpədə olan əzilmiş-cırılmış yara, kürəkdə olan sıyrıq, sol əlin 1-ci barmağında olan sıyrıqla müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, səmimi və etirafedici ifadə vermiş, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. İlk dəfə cinayət əməli törətmişdir. Zərərçəkmiş şəxslərdən üzr istəyib barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağı var. Evin yeganə qazanc gətirənidir. Uşaqlarımın biri xəstədir. Mütəmadi müalicə üçün Bakı şəhərinə aparır. Ailədə bütün güc və əziyyət onun üzərindədir. Qeyd olunan hallar məhkəməyə əsas verirdi ki, barəsində 62-ci maddə tətbiq edilməklə, ona daha yüngül cəza cərimə cəzası, həmçinin bar əsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə verilən cəzanın şərti hesab edilməsi mümkün idi. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi m əsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cüml ədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Tərtər rayon Məhkəməsi 16 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxslərdən üzr istəyib barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həya t şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları və ailə vəziyyətini nəzərə alıb ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal k ömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcudluğuna əsas verməmişdir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə də kassasiya şikayətinin dəlili təmin edilməməlidir Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işi üzrə Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar müəyyən olunmadığından məhkəmələr düzgün olaraq onun barəsində şərti məhkum etmə tətbiq etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Məhkum və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar