Məhkəmə qərarları › İş №1(102)-419/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-419/2020

03.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-419/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs2 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 120.2.3, 120.2.4 və 29,186.2.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Əliövsəd Abasov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 1(101)-809/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum, xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış; Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 29,186.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,186.2.2-ci maddəsi ilə 03 (üç) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, o, qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2018ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o,ictimai borcunu yerinə yetirən şəxsi xüsusi amansızlıqla öldürmüş və özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Belə ki, Məhkum öz atası Zərərçəkmiş şəxs2 məxsus olmaqla Bakı şəhəri, **************** ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki istixananın dəmir konstruksiyalarını satmaq üçün sonuncunun ona verdiyi razılıqdan üz döndərməsi səbəbindən Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə, özgənin əmlakını, yəni sonuncuya məxsus dəyəri 45000 (qırx beş min) manat olan və içərisində 1530 (bir min beş yüz otuz) manat dəyərində əşya olan fərdi yaşayış evini, ümumilikdə isə 46530 (qırx altı min beş yüz otuz) manat dəyərində əmlakı yandırmaqla qəsdən məhv etmək qərarına gələrək, 26 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsindən ümumi miqdarı 2 litr olan hər b iri bir litr həcmində iki ədəd plastmas qabda benzin alıb Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək benzini evin ətrafına tökməyə başladıqda həmin evin sakini, o cümlədən onun qardaşı arvadı olan Zərərçəkmiş şəxs1 onun cinayətkar əməlinin qarşısının alınmasına yönəlmiş ictimai borcunu yerinə yetirib Məhkum əlindən qabı almağa çalışdıqda, əlində olan butulkadan benzinin özünün və eləcə də Zərərçəkmiş şəxs1 üzərinə tökülmüş olduğunu gördüyü halda, özündə olan həmin butulkanı Zərərçəkmiş şəxs1 verməyərək bu kimi hərəkətlərini davam etdirmiş, alovun baş verəcəyi təqdirdə birbaşa benzinlə təmas etdiyindən qarşısındakı Zərərçəkmiş şəxs1 diri-diri yanacağını, həmçinin sonuncu ilə yanaşı digər ev sakinləri Zərərçəkmiş şəxs2, A8 və qonşu B6 da həyat və sağlamlığı üçün açıq təhlükə törətdiyini dərk etd iyi halda, həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək, gödəkcəsinin sol yan cibində olan alışqanı çıxararaq yandırmış, baş vermiş alov nəticəsində Zərərçəkmiş şəxs1 xüsusi ağrılar, ümumilikdə isə sağlamlığa ağır zərərvurmaya aid olan və ümumi bədən səthinin 75-80%-ni əhatə edən sifətin, boyunun, hər iki yuxarı və aşağı ətrafların və gövdənin İİİ dərəcəli termiki yanıqları kimi xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs1 hadisədən dərhal sonra X29 xidməti vasitəsilə xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncu almış olduğu həmin xəsarətlərdən 03 noyabr 2017ci tarixdə Bakı şəhəri 5 saylı ŞKX-da ölmüşdür. Bu kimi hərəkətləri ilə Məhkum ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhru m etmiş, bundan başqa törətdiyi yanğın digər ev sakinləri və qonşuların müdaxiləsi ilə söndürüldüyündən Zərərçəkmiş şəxs2 məxsus əmlakın məhv edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi və X9 və zərərçəkmiş şəxsin hüquqi varisi X23 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2019 nömrəli 13 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Qədim Babayev və Rəşad Abdulovdan ibarət tərkibdə) məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətlər i təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı tamamilə əsassız olduğu üçün ləğv edilməli, Məhkum Azərbaycan Respublikası CM-in 29, 186.2.2 maddəsi üzrə cinayət işinin icraatına xitam verilməli, ittiham olunduğu Azərbaycan Respublikası CM-in 120.2.3 və 120.2.4-cü maddələri isə onun törətdiyi cinayət əməlinə müvafiq olaraq həmin Məcəllənin 124.1 maddəsinə tövsif edilməlidir. Belə ki, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsi n müdafiəçilərinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini bir-bir müzakirə edib onları nəyə görə qəbul etməməsini əsaslandırmamış və şikayətin dəlillərinə heç bir münasibət bildirməmişdir. İlk olaraq zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs2) yaşadığı həyət evinin daş döşənmiş həyətinin hansı hissələrinə benzin tökməsi və alışqanı məhz harada yandırması dəqiq müəyyən edilməmişdir. Nə istintaq zamanı, nə də məhkəmə baxışında təqsirləndirilən şəxs Məhkum və dostu B6 Zərərçəkmiş şəxs1 yanarkən təqsirləndirilən şəxsin əynindəki gödəkcəsi ilə söndürməyə səy göstərməsi və söndürməsi halı düzgün qiymətləndirilməmişdir. İttiham tərəfi biri digərinin təkrarı olan qeyri-mötəbər şahid ifadələrinə əsasən Məhkum cinayəti birbaşa qəsdlə törətməsi nəticəsinə gəlmiş, məhkəmə isə təqsirlən dirlən şəxsin, zərərçəkmişin və şahidlərin istintaqda verdikləri ifadələrini qismən dəyişdirməklə, istintaq orqanından fərqli olaraq, Məhkum bu cinayəti birbaşa deyil, dolayı qəsdlə törətməsi kimi səhv nəticəyə gəlmiş, onun əməlini ehtiyatsızlıqdan törədilən əməl kimi qiymətləndirməmişdir. Məhkum da baş vermiş yanğın zamanı əllərinin və sağ baldırının 2-ci dərəcəli texniki yanıqları alması özünün, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə tibbi-ekspertizasının 08.12.2017-ci il tarixli, 1790 saylı rəyi ilə də təsdiq olunur. Əgər İ6 alışqanı yandırması ilə özünün əllərinin də alov tutub yanacağını və bunun nəticəsində özünün, Zərərçəkmiş şəxs1 və digər şəxslərin də yanaraq ağır xəsarət ala biləcəklərini qabaqcadan görə bilsəydi, bunu dərk etsəydi, o həmin vəziyyətdə alışqanı yandırmazdı. Belə ki, onun istintaqda və məhkəmədə verdiyi ifadələrdən də görünür ki, alışqanı yandırmaqda məqsədi niyyətinin ciddiliyinə atasını inandırmaq olmuşdur ki, atası həm dəmir boruların satılmasına razılıq versin, həm də daha onu döyməsin. Lakin o, cinayətkarcasına özünə güvənmişdir ki, yandırdığı alışqanı atasını razı salandan sonra söndürə biləcəkdir ki, yanğın baş verməsin. Lakin onun yandırdığı alışqanın alovundan, iradəsindən asılı olmayaraq, öz əllərini də alov bürüdüyünə görə, o yanığının yetirdiyi ağrının təsirindən alışqanı əlindən buraxmağa məcbur olmuşdur. Beləliklə, onun iradəsindən asılı olmayaraq, yəni əlindən buraxmağa məcbur olduğu alışqandan daş döşənmiş həyətdə ehtiyatsızlığından yanğın baş vermiş, nəticədə birinci özü və sonra isə Zərərçəkmiş şəxs1 yanaraq ağır xəsarət almışdır. Məhkum əllərinin yanmasına baxmayaraq Zərərçəkmiş şəxs1 da yanmasını gördükdə dərhal gödəkcəsini çıxaraq ona büküb yanğını söndürməyə başlamış və dostu B6 da köməkliyi ilə Zərərçəkmiş şəxs1 yanmasını söndürmüşlər. İ6 hadisədən sonra dərhal X8 yanmasının qarşısını almağa yönəlmiş hərəkətlər edərək yanğını söndürməsi onun Zərərçəkmiş şəxs1 yandırmaq niyyətinin olmamasının birbaşa sübutudur. Lakin məhkəmə baş vermiş bu əmələ səhvən AR CM-nin 25.3.maddəsini tətbiq etməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi bu əməli dolayı qəsd kimi qiymətləndirmişdir. Həmin maddəyə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Halbuki, məhkəmə Məhkum törətdiyi bu əmələ Azərbaycan Respublikası CM-in 26.2.maddəsini tətbiq etməli idi. Nə istintaq zamanı, nə də məhkəmə baxışında Məhkumla mərhum Zərərçəkmiş şəxs1 arasında yanğın hadisəsi baş verən günə kimi hər hansı bir narazılığın, düşmənçiliyin olmasının müəyyən edilməməsini birinci instansiya məhkəməsi nəzərə almamışdır. Ona görə də məhkəmə Məhkum Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla öldürmək, ümumiyyətlə ona hər hansı bir zərər yetirmək niyyətində olması nəticəsinə gəlməsi tamamilə əsassız olmaqla, həm də yanlışdır. Belə ki, Məhkum bu əməli qəsdən törətməsinin müəyyən edilməsi, daha doğrusu qəsdən törədilmiş cinayətin tərkibinin yaranması üçün cinayət tərkibinin digər üç əlamətindən (oby ekt, obyektiv cəhət, subyekt) əlavə subyektiv cəhətin, yəni subyektin həmin əməli hansı motivlə törətməsinin də müəyyən edilməsi əsas şərtdir. İ6 cinayəti qəsdən və ya ehtiyatsızlıqdan törətməsinin müəyyən edilməsi üçün şahidlərin ifadəsindən əlavə, onun özünün də həmin cinayəti hansı motivlə törətməsinə münasibəti də olduqca zəruridir. Qeyd etdiyim kimi, İ6 alışqanı yandırması onun iradəsini əks etdirən qəsdən törədilən hərəkətdir, lakin onun alışqanı yanan əlindən buraxmağa məcbur olması və nəticədə yanğının baş verməsi onun iradəsinə zidd olan, arzu etmədiyi, baş verən nəticəyə şüurlu surətdə yol vermədiyi əməl olduğu üçün, onun əməlinin ikinci hissəsinin məhz ehtiyatsızlıqdan baş verən cinayət əməli olmasını təsdiq edir. Məhkəmənin Məhkum atası Zərərçəkmiş şəxs2 evini yandırmağa, bunun la da ona məxsus əmlakın məhv edilməsinə cəhd etməsi nəticəsinə gəlməsi də tamamilə səhv olmaqla işin materialları ilə tam təkzib olunur. Həm istintaq materialları, həm də məhkəmə baxışında araşdırılmış sübutlarla İ6 atasının evinin nəinki içərisindəki əşyalara, heç daş divarına belə benzin tökməsi və daş divarı yandırmaq niyyətində olması müəyyən edilməmişdir. Belə ki, Məhkum özünün, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və hadisənin bilavasitə şahidlərinin ifadələrindən də görünür ki, İ6 butulkalardakı benzini həyətin daş döşəməsinə tökərək «buraları», evi və evin əmlakını yox, yandıracağı ilə hədələmişdir. Baş vermiş yanğın nəticəsində nəinki evin içərisindəki əşyalara, evin divarına belə heç bir ziyan dəyməmiş, evin divarında yanğının izləri olmamışdır ki, kimsə «yanan» evi söndürsün və bununl a da evin və içərisindəki əşyaların yanmasının qarşısı alınsın. Hətta həyətdə başlamış yanğın söndürülməsəydi belə, yanğının evə keçməsi ehtimalı belə olmamışdır. Çünki, evin divarı daşdan olmaqla üzərinə sement qarışıq suvaq çəkilmişdir ki, onlar da nəinki tez alışıb yanan material deyil, əksinə heç bir halda alışıb yanma xüsusiyyətinə malik deyil. Hesab edirəm ki, Məhkum əməlində CM-nin 29, 186.2.2-ci maddəsinin tərkibi olmadığı üçün həmin maddə ilə cinayət işinə xitam verilməlidir. Məhkəmə baxışında təqsirkar (İ6) zərərçəkmiş şəxsi (X8) məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olmasına dair hər hansı bir fakt aşkar olunmamasına baxmayaraq, məhkəmə səhvən belə bir nəticəyə gəlmişdir ki, guya İ6 X8 ona gör ə xüsusi amansızlıqla yandıraraq öldürmüşdür ki, guya X8 ictimai borcunu yerinə yetirərək ona evi yandırmağa mane olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi, İ6 ifadələrində X8 üzərinə benzinin dağılmasını görmədiyini, alışqanı yandırmazdan əvvəl X8ni özündən uzaqlaşdırdığını, alışqanı yandırmaqda məqsədinin atasını istixana borularını satmağa razı salmaq olduğunu, lakin yandırdığı alışqandan əllərinin alov tutaraq yandığına görə ağrının təsirindən alışqanı yerə buraxmağa məcbur olduğunu, X8 də alov bürüyəndə onun da üzərinə benzinin tökülməsini başa düşdüyünü və dərhal X8 yanmasının qarşısını almasını bildirmişdir. Şahidlər də onun ifadəsini təsdiq etmişlər. Belə bir vəziyyətdə ictimai borcunu yerinə yetirən şəxsdən buna görə qisas almadan söhbət gedə bilməz. Bu o halda ola bilərdi ki, X8 İ6 benzini yerə səpməsinə mane olandan sonra, qisas alma niyyəti ilə ona xəsarət və sair yetirərək intiqam almış olaydı. Belə bir hal isə müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən işin qərəzli aparılması onunla təsdiqini tapır ki, nə təqsirləndirilən şəxsin, nə zərərçəkmişin, nə də şahidlərin ifadələrində Məhkum mərhum X8 üzərinə benzini qəsdən tökərək onu yandırması barədə bir ifadə belə olmamasına baxmayaraq ona mərhum X8 qəsdən, xüsusilə amansızlıqla öldürməsi ittihamı verilmişdir. Lakin məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, mərhum X8 üzərinə benzinin tökülməsi Məhkum təqsirli hərəkətləri, habelə qəsdi nəticəsində deyil, məhz mərhum X8 İ6 əlindən benzin butulkasını almağa cəhd edərkən təsadüfən tökülmüşdür. Məhkəmə eyni zamanda İ6 alışqanı yandırmasını qəsdən edilən hərəkə t kimi, onun alışqanı əllərinin yanmasına görə yerə atmasını və bunun nəticəsində İ6 öz iradəsindən asılı olmayaraq üzərinə benzin dağılmış X8ni yandırmasını qəbul etsə də, nəticədə alışqanı bilavasitə mərhum X8 yaxınlığında yandırmasına görə onun mərhumu xüsusi amansızlıqla öldürməsi kimi səhv nəticəyə gəlmişdir. Bütün bunlarla yanaşı, apellyasiya məhkəməsinin diqqətinə bir xüsusatı da çatdırmağıma baxmayaraq məhkəmə mərhum X8 yanıq xəsarətini 26 oktyabr 2017-ci il tarixdə aldıqda deyil, bundan 8 gün sonra - 03 noyabr 2017 ci tarixdə yerləşdirildiyi və müalicə aldığı Bakı şəhər 5 saylı ŞKX-da ölmüşdür. Beləliklə, onun ölümünə səbəb aldığı yanıq xəsarəti olmamış, həkimlərin onu səhv, səhlənkar müalicə etməsi olmuşdur. Buna görə də Məhkum törətdiyi əməli CM-nin 120-ci maddəsinə deyil, ən pis halda CM-nin 126.3 maddəsinə tövsif edilməli idi. Belə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış (CPM-in 399.1.1.), məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun deyil (CPM-in 399.1.2), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş (CPM-in 399.1.3), cinayət qanunu norması düzgün tətbiq edilməmiş (CPM-in 399.1.4) və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun deyil (CPM-in 399.1.5). Məhkum barəsində çıxarılmış hökmdə CPM-nin 402-ci maddəsində göstərilən iki bəndin də tələbləri tam pozulmuşdur. Belə ki, məhkəmə nəinki Məhkum xüsusi ilə amansızlıqla cinayət törətməsini, heç onun bu cinayəti qəsdən törətməsini qanunda göstərilən hər hansı bir sübutla əsas landırmamış, həmçinin irəli sürülmüş ittihamda mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edilmişdir. Yəni, hökmdə Məhkum mərhum Zərərçəkmiş şəxs1 dolayı qəsdlə öldürməsini təsdiq edəcək hər hansı bir mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə yalnız öz fantaziyasına əsaslanaraq İ6 X8 ölümünə şüurlu surətdə yol verməsi nəticəsinə gəlmişdir ki, bu da işin həqiqi və faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, Məhkum alışqanı qəsdən yandırsa da, onun məqsədi nəinki atasının evini yandırmaq olmamış, X8 isə İ6 yandırdığı alışqanı özünün əllərini yandırması nəticəsində əlindən buraxmağa məcbur olmasına görə yerə səpilmiş benzinin alovlanmasından od tutub yana biləcəyini əvvəlcədən görə bilmədiyinə və X8ni alov bürüyəndən dərhal sonra əynindəki gödəkcəsini çıxararaq ona bürüyüb alovunu söndürməsinə görə onun bu cinayəti dolayı qəsdlə törətməsi nəticəsinə gəlinməsi tamamilə yanlışdır. Məhkəmə burada hüquqi tövsifdə səhvə yol verərək tətbiq edilməli olan cinayət qanunu normasını (CM-in 26.2 maddəsini) tətbiq etməyərək (CPM-in 403.0.1), habelə tətbiq edilməli olmayan cinayət qanunu normasını (CM-in 25.3 maddəsini) tətbiq etmişdir (CPM-in 403.0.2) ki, bu da birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə tam əsas olsa da, Apelyasiya Məhkəməsi, hansı səbəbdənsə Məhkum əməlinin səhv tövsifinə göz yummuşdur. Kassator kassasiya göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarını Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsini, həmin hissədə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsini, mübahisələndirilən qərarın dəyişdirilməsini və Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4cü maddələrindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs2 və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun tədqiq edilmədiyini, sübutlara onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə düzgün qiymət verilmədiyini, Məhkum cinayət əməllərinin düzgün tövsif edilmədiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarını Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsini, həmin hissədə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsini, mübahisələndirilən qərarın dəyişdirilməsini və Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci maddələrinin (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələri apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq sübutlar tədqiq edilmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verildikdə kassasiya instansiyası məhkəm əsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir: 1.İşə baxan məhkəmələr belə hesab etmişlər ki, Məhkum öz atası Zərərçəkmiş şəxs2 məxsus olmaqla Bakı şəhəri, *********************** ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki istixananın dəmir konstruksiyalarını satmaq üçün sonuncunun ona verdiyi razılıqdan üz döndərməsi səbəbindən Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə, özgənin əmlakını, yəni sonuncuya məxsus dəyəri 45.000 (qırx beş min) manat olan və içərisində 1530 (bir min beş yüz otuz) manat dəyərində əşya olan fərdi yaşayış evini, ü mumilikdə isə 46530 (qırx altı min beş yüz otuz) manat dəyərində əmlakı yandırmaqla qəsdən məhv etmək qərarına gələrək, 26 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsindən ümumi miqdarı 2 litr olan hər biri bir litr həcmində iki ədəd plastmas qabda benzin alıb Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək benzini evin ətrafına tökməyə başladıqda həmin evin sakini, o cümlədən onun qardaşı arvadı olan Zərərçəkmiş şəxs1 onun cinayətkar əməlinin qarşısının alınmasına yönəlmiş ictimai borcunu yerinə yetirib Məhkum əlindən qabı almağa çalışdıqda, əlində olan butulkadan benzinin özünün və eləcə də Zərərçəkmiş şəxs1 üzərinə tökülmüş olduğunu gördüyü halda, özündə olan həmin butulkanı Zərərçəkmiş şəxs1 verməyərək bu kimi hərəkətlərini davam etdirmiş, alov un baş verəcəyi təqdirdə birbaşa benzinlə təmas etdiyindən qarşısındakı Zərərçəkmiş şəxs1 diri-diri yanacağını, həmçinin sonuncu ilə yanaşı digər ev sakinləri Zərərçəkmiş şəxs2, A8 və qonşu B6 da həyat və sağlamlığı üçün açıq təhlükə törətdiyini dərk etdiyi halda, həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək, gödəkcəsinin sol yan cibində olan alışqanı çıxararaq yandırmış, baş vermiş alov nəticəsində Zərərçəkmiş şəxs1 xüsusi ağrılar, ümumilikdə isə sağlamlığa ağır zərərvurmaya aid olan və ümumi bədən səthinin 75-80%-ni əhatə edən sifətin, boyunun, hər iki yuxarı və aşağı ətrafların və gövdənin İİİ dərəcəli termiki yanıqları kimi xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs1 hadisədən dərhal sonra X29 xidməti vasitəsilə xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərilməsinə baxmay araq, sonuncu almış olduğu həmin xəsarətlərdən 03 noyabr 2017-ci tarixdə Bakı şəhəri 5 saylı ŞKX-da ölmüşdür. Bu kimi hərəkətləri ilə Məhkum ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmiş, bundan başqa törətdiyi yanğın digər ev sakinləri və qonşuların müdaxiləsi ilə söndürüldüyündən Zərərçəkmiş şəxs2 məxsus əmlakın məhv edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir.

2. İşin hallarından da göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) 120.2. 4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 186.2.2-ci (özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd) maddələri ilə cinayət törətməkdə təqsirli bilmişdir.

3. Kassasiya şikayətinin əsas dəlili məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələrinin tərkibinin olmamasıdır.

4. Məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə başa düşülür. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə başa düşülür. 5. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 №-li qərarının 1 və 3-cü bəndlərinin müddəalarına əsasən qəsdən adam öldürmə cinayətlərinin ictimaitəhlükəlilik dərəcəsi nəzərə alınaraq törədilmiş cinayət hadisəsi hərtərəfli, tam və obyektiv araşdırılmalı, bu kimi cinayət işləri üzrə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulları, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törədəndən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə köməklik edən digər hallar araşdırılmal ıdır. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.

6. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxs lərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.

7. Həmin Qərarın 7-ci bəndinin müddəalarına əsasən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə, vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür.

8. Həmin Qərarın 8-ci bəndinin müddəalarına əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə proses ində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Meyit üzərində təhqiredici hərəkətlər özlüyündə qəsdən adam öldürmənin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir.

9. Göstərilən Plenum qərarının işığında cinayət işinin materiallarındakı sübutlara nəzər salaq: Məhkəmə araşdırmaları zamanı Məhkum ona Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 2 9,186.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı olmamaqla, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilir. Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 31, mənzil 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda Arzu və azyaşlı oğlu Renatla birlikdə yaşamışdır. Yaşadığı ev təmirsiz vəziyyətdə olmaqla, maddi vəziyyəti pis olduğundan təmir işi apara bilməmişdir. Hadisədən təxminən 5-6 ay əvvəl anası R8 ona həyətdə olan və istifadə olunmayan istixananı söküb dəmir konstruksiyalarını sataraq yaşadığı evi təmir etməyinə icazə verəcəyinə söz vermiş, buna görə də sinif yoldaşı və qonşusu olan B6 müştəri tapmasını xahiş etmişdir. B6 tapdığı S6 adlı müştəri ilə görüşüb dəmir konstruksiyaları 1.300 manata satmaq barədə razılaşmış, S6 göndərdiyi fəhlələr artıq istixananı sökməyə başlamışdır. 26.10.2017-ci il tarixdə, saat 11 radələrində işin vəziyyətini maraqlanmaq üçün fəhlələrin yanına gəlmiş, fəhlələr söküntü işlərini davam etdirmişdir. Anasıgilin həyətinə keçdikdə anası R8 ilə rastlaşmış, anası ona atası N6 istixananın istilik sisteminə aid dəmir boruların satılmasına etiraz etdiyini, həmin borulardan həyətdə çardaq qurulmasında istifadə edəcəyini, yalnız dəmir konstruksiyanın satılmasına razı olduğunu bildirmişdir. Bu xəbəri eşidəndən sonra anası ilə sözlə mübahisə etmiş, müştəri ilə əvvəlcədən istixananın dəmir konstruksiyalarının dəmir borularla birgə satılması barədə razılaşdığını bildirib, dəmir boruların satılması üçün atası N6 razı s almağı anası R8 xahiş etmişdir. Sonra əsəbi halda evə getmiş, bu barədə arvadı A8 demiş, A8 onu sakitləşdirərək qayınatası N6 ilə danışacağını demişdir. Bundan sonra evdən çıxıb getmiş, saat 12 radələrində arvadı A8 onu evə çağırdığı üçün evə gəlmiş və evdə bacısı X8 görmüşdür. X8 ona məsləhət görmüşdür ki, atası evdə olmayan gün boruları söküb aparsınlar. O, isə X8 etiraz edərək boruları gizlin satmayacağını, alıcı ilə əvvəlcədən razılaşdığı kimi boruların da hamısını satacağını demiş, əsəbi halda evdən çıxıb getmişdir. Saat 15 radələrində fəhlələr ona zəng edərək atasının istilik sisteminin borularını sökməyə icazə vermədiyini bildirmiş, oraya getdikdə atası onunla mübahisə edərək istilik sisteminin borularının satılmayacağını demişdir. Əsəbiləşərək buraları yandıracağını bildirib evdən çıxmışdır. Əslində evi yandırmaq fikri olmamış, atası N6 razı salmaq üçün belə söz demişdir. Oradan çıxdıqdan sonra öz evinə getmiş və benzin almaq üçün qab axtarsa da qab tapa bilmədiyi üçün evdən çıxaraq qab axtarmağa davam etmiş və yoldan iki ədəd bir litrlik plastmas qab tapıb Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsinə getmiş, oradan iki litr benzin alıb atasıgilə qayıtmışdır. Atasıgilə çatmağa az qalmış arvadı A8 ona zəng edib harada olduğunu soruşmuş, o isə atasıgilə çatdığını bildirmişdir. Bundan sonra istixana olan həyətə deyil, atasıgil yaşayan həyətə daxil olmuş və əlindəki içərisində benzin olan sellofan paketi yerə qoymuşdur. O, plastmas qablardan birini açıb real olaraq qorxutmaq üçün benzini həyətə, yerə, daşın (metlaxın) üzərinə səpmişdir. Həmin vaxt məqsədi ailə ü zvlərinin onun fikrinin ciddi olduğunu başa düşmələri olmuşdur. Bu vaxt arvadı A8 evdən çıxıb ona tərəf gəlmiş və plastmas qabı əlindən alıb kənara atdığından benzinin hamısını yerə səpə bilməmişdir. Sonra ikinci qabı açıb benzini yerə səpməyə başlamışdır. Həmin vaxt qardaşı arvadı, həm də bibisi qızı olan X8 də evdən çıxıb üstünə gəlmiş və əlindən tutub benzin qabını almaq istəmişdir. Bu vaxt atası N6 istixana olan həyətdən gəlib boynundan tutmuş, yumruğu ilə boynunun arxasından vurmağa başlamışdır. Bu zaman sinif yoldaşı Bəhruzun da istixana olan həyətdən gəldiyini görmüşdür. X8 əlindən tutub onu bərk silkələmiş və plastmas qabı bərk-bərk tutub əlindən almağa çalışmış, lakin o isə qabı buraxmayaraq benzini yerə səpməyə davam etmiş, eyni zamanda atası da arxadan onu tutaraq vurmağa davam etmişdir. X8 ondan butulkanı almağa çalışarkən əlindəki butulkada olan benzin onun özünün üzərinə az olmaqla, həm X8 üzərinə, eləcə də özünün həyat yoldaşı A6 da üzərinə tökülmüşdür. Həmin vaxt ara qarışmış, atasının əlindən qurtula bilmədiyini görüb, cibindəki alışqanı yandıracağı halda atasının onu buraxacağını düşünüb, cibindən alışqanı çıxararaq alışqanı yandıran zaman əlləri benzinə bulaşdığından əllərini alov bürümüşdür. Əli yandığından əli boşalmış, həmin vaxt əlində olan butulka da alışmış və əlindən alışqan da, butulka da yerə düşmüş, ani olaraq yerdən başlayan alov X8ni bürümüşdür. O, əlindəki alışqanı yandırmamışdan əvvəl X8ni itələyərək bir qədər özündən uzaqlaşdırmağa nail olmuşdur. O, tez əynindəki gödəkcəni çıxarıb X8ni bürümüş, B6 köməkləşib sonuncunu tam söndürmüşdür. Həmi n vaxt onun əlləri, sağ ayağı, həmçinin gödəkcəsi və şalvarının müəyyən hissəsi yanmışdır. Bundan sonra anası R8 həyətə çıxmışdır. Etdiyi hərəkətə görə atası onu əli ilə vurduğu üçün evdən çıxıb qaçmışdır. Evdəkilər təcili tibbi yardım stansiyasından həkim çağırıb X8ni xəstəxanaya aparmışlar. Əlləri yandığı üçün həmin gün axşam saat 23-24 radələrində 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmiş, ona tibbi yardım göstərilmişdir. 03.11.2017-ci il tarixdə, saat 16 radələrində X8 xəstəxanada ölmüşdür. X8 və onun qohumları ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır, mehriban münasibətləri olmuşdur. X8ni qəsdən yandırmamış və bu təsadüfən ehtiyatsızlıqdan baş vermişdir. Alışqanı qorxu yaratmaq, hamının onun hərəkətlərinin ciddiliyinə inandırmaq və atasının istixananın borularını satmağa r azı salmaq məqsədilə, eləcə də həmin anda onu arxadan tutaq vuran atasının əlindən çıxmaq üçün yandırmışdır. X8 üzərinə benzin tökmək fikri olmamış, qəsdən onun üzərinə benzin tökməmiş, X8 ilə dartışan zaman sonuncunun üzərinə benzin tökülmüşdür. X8 istixanada olan dəmir boruların satılması ilə bağlı heç vaxt ona narazılıq etməmişdir. Atası onun evinin təmiri üçün istixana dəmirlərini satmasına icazə verməsindən sonra o, müştəri tapdıqdan sonra atasının birdən ancaq istixananın dəmir konstruksiyalarını satmasına icazə verməsi, istixananın borularını isə satmağa icazə verməməsi səbəbindən atasına əsəbləşmişdir. Belə ki, o bir neçə dəfə ailə üzvləri vasitəsi ilə atasını razı salmağa çalışsa da, sonuncu heç bir yolla razılaşmadığından o, əlacsız qalaraq evi yandıracağı ilə hədələmək fikrinə d üşmüşdür. O, Zabrat dairəsində YDMdən iki ədəd bir litrlik plastmas butulkada benzin almışdır. Həqiqətən də atası Nizaminin evinin iki girişi olmuş və istixana sahəsi ilə evin həyətinin girişlərinin ayrı olmasını bilmiş və o, məhz yaşayış evinin həyətyanı sahəsinə daxil olmaq üçün olan qapıdan evin həyətinə keçmişdir. Həyətə daxil olduqdan sonra ilk olaraq açdığı butulkanı onun həyat yoldaşı A8 onun əlindən aldıqdan sonra o, ikinci butulkanın ağzını açmışdır. Zərərçəkmiş şəxs1 onun əlindən və butulkadan tutaraq dartıb butulkanı onun əlindən almaq istəyərkən butulkanın ağzı açıq olmuşdur. Həmin vaxt atası da onların səslərinə oraya gəlmiş və arxadan onu tutaraq vurmağa başlamışdır. O, atasının əlindən çıxmaq məqsədi ilə cibində olan alışqanı çıxartmış və yandırmışdır. Lakin həmin vaxt alışq anı yandırması nəticəsində X8 və yaxud başqa orada olan şəxslərin yana biləcəyini düşünməmiş, özünün əli yandığından anidən alışqanı əlindən yerə atmışdır. X8 yanmağa başladığını görən kimi, tez əynindəki gödəkcəni çıxarıb X8ni bürümüş, B6 köməkləşib onu tam söndürmüşdür. Həmin vaxt atası ona daha da əsəbiləşib etdiyi hərəkətə görə onu vurmağa başladığından, eləcə də baş verənlərdən özünü itirdiyindən oradan qaçıb çıxıb getmişdir. Evin həyətyanı sahəsinə daxil olarkən alışqan onun gödəkcəsinin sol yan cibində olmuşdur. Onun X8ni öldürmək kimi bir niyyəti qətiyyən olmamış, hadisə ehtiyatsızlıq ucbatından baş vermişdir. Belə ki, o, əlindəki alışqanı əlini yandırdığına görə yerə atmış, həmin vaxt X8 özü də bir qədər ondan aralı olmuşdur. O, alışqanı yandırarkən əlinin yana biləcəyini bilmiş, belə ki, əllərinin üzərinə benzin töküldüyünü əlləri yaş olduğundan hiss etmişdir. Alışqanı yandırmasından sonra onun sol əli, sağ əlinin üstü, eləcə də ayağı da yanmışdır. Alışqanı yandırdıqdan sonra, həmin an əlində olan butulka da alışmış və o, butulkanı yerə atmışdır. Onun atasına məxsus evi yandırmaq fikri olmamış, sadəcə benzin alıb gəlib səs salmaqla atasını istixana dəmirlərini və borularını satmağa razı salmağa çalışmışdır. Hadisə baş verməmişdən 3 gün əvvəl o, anası ilə mübahisə etməmiş, eləcə də anasına,- «X8 ağ evdə yaşayacaq, mən isə siçanlı evdə yaşayacağam» deməmişdir.

10. Qeyd edilməlidir ki, məhkum ifadələrində ardıcıl olmuş, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı eyni ifadələr vermişdir.

11. Birinci instansiya məhkəməsində zərərçəkmiş şə xs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Məhkum ailəlidir və ailəsi ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs1 onun gəlini olmaqla bacısı qızıdır. İ6 maddi imkanı normal olmadığı üçün yaşadığı evi təmir etdirə bilmədiyindən arvadı R8 yaşadıqları evə bitişik həyətdə olan istixananın dəmir konstruksiyalarını söküb satmağa və pulunu İ6ə verməyi bildirmiş, o da dəmir konstruksiyaları satmağa razılıq versə də, istilik sistemini satmağa razılıq verməmişdir. Hadisədən bir neçə gün əvvəl İ6 ona istixanaya müştəri tapdığını və 1300 manata razılaşdığını demiş, İ6ə ucuz satdığını deyib istilik sisteminin dəmir borularını satmamağı tapşırmışdır. Fəhlələr işə başlamış, istixananın şüşələrini, dəmir konstruksiyaların müəyyən hissəsini sökmüşlər. Hadisə günü, yəni 26.1 0.2017-ci il tarixdə, saat təxminən 15 radələrində evə gəlmiş və fəhlələrin istixananın istilik sisteminin dəmir borularını kəsdiyini görmüş, onlara istilik sisteminə əl vurmamalarını demiş, onlar isə İ6ə zəng vurub çağırmışlar. Təxminən 10 dəqiqə keçmiş İ6 gəlmiş, ona istilik sisteminin borularını satmayacağını, orta lazım olduğunu demiş, İ6 isə artıq satdığını bildirmişdir. İ6 yaxasından tutub səhv etdiyini və istixananın istilik sistemini satmağa icazə vermədyini demişdir, İ6 əsəbi halda buraları yandıracağını deyib çıxıb getmişdir. Fəhlələrin yanında dayanıb onlarla söhbət etmiş, bir qədər keçmiş arvadı ilə gəlini İ6 yoldaşı A8 gəlmiş və ona İ6 istilik sisteminin borularını da satmağa razılıq verməsini xahiş etmişlər. Arzuya həmin boruların çardaq düzəldəndə ona lazım olacağını bildiri b, evin təmiri üçün bankdan 1500 manat pul götürüb onlara verəcəyini, pulu da yavaş-yavaş ödəyə biləcəklərini demişdir. Bundan sonra A8 və R8 evə getmiş, özü isə fəhlələrin yanında qalmışdır. Bir qədər sonra İ6 sinif yoldaşı B6 gəlmiş və onunla bu barədə söhbət etmişdir. Təxminən 5-10 dəqiqə keçmiş, həyətdən səs gəlmiş və nəvəsi Z8 onların yanına gəlib İ6 həyəti yandırdığını demişdir. Evin həyətinə keçəndə İ6 həyətə yerə-daşın üzərinə plasmas butulkada olan benzini səpdiyini görmüş, dərhal ona tərəf getmiş, İ6ə yaxınlaşan kimi onu tutub “haranı yandırırsan” deyib boynunun arxasından vurmağa başlamışdır. Bu vaxt gəlini X8 də İ6 əlidəki benzin butulkasını dartaraq əlindən almağa çalışmışdır. Onun arxasınca B6 da gəlmişdir. Həmin vaxt X8 İ6 əlindən tutub dartışdırdığı və plastmas butulkanı əl i ilə sıxdığı üçün benzin X8 üstünə tökülümüşdür. Bu zaman ara qarışmış, butulka İ6 əlindən yerə düşmüş və İ6 alışqanı yandırmış, alıqsan od tutan kimi İ6 əllərini də bürümüşdür. Həmin vaxt alışqan onun əlindən yerə düşmüş, bu vaxt ani olaraq yerdən başlayan alov X8ni bürümüşdür. X10caqlayıb yerə yıxmışlar və İ6 əynindəki gödəkcəni çıxarıb X8yə bürüyüb söndürməyə çalışmışdır. Həmin vaxt İ6 gödəkcəsi, şalvarı, əlləri və ayağının biri aşağı hissədən yanmışdır. İ6 X8ni qucaqlayıb ağlamış və «X8 mənim səni yandırmaq fikrim yox idi, sən haradan çıxdın» demişdir. O isə İ6ə bu nə hadisədi törətdin deyib vurmuş, İ6 onun əlindən çıxıb küçəyə qaçmışdır. Hər şey bir anın içində baş vermişdir. Bundan sonra R8 evdən həyətə çıxmışdır, yaxınlıqda olan qohum-qonşular toplaşmışlar. Onlar tez TTYS-dan hək im çağırmış və X8ni xəstəxanaya aparmışlar. 03.11.2017-ci il tarixdə saat təxminən 16 radələrində X8 xəstəxanada ölmüşdür, İ6, eləcə də onların heç birinin X8 və onun qohumları ilə düşmənçiliyi, ədavəti olmamış, İ6 X8ni qəsdən yandırmamış, hadisə təsadüf nəticəsində baş vermişdir, O, həmçinin bildirmişdir ki, həmin ərazidəki torpaq sahəsi istixana ərazisi olmuşdur. Torpaq onların ailəsinə məxsusdur. Həmin torpaq sahəsini şəxsi mənzil tikdirmək üçün 27 avqust 1992-ci il tarixdə İstixana kombinatı vermişdir. Həmin sahədə evi 1992-ci il tiksələr də evə dair heç bir rəsmi sənəd yoxdur, ev heç kimin adına deyildir. Bu səbəbdən həmin evlə bağlı heç bir sənəd yoxdur. Evin faktiki sahibi özüdür. Eləcə də, İ6 benzin səpdiyi yerin evin həyəti olmasına baxmayaraq, evin özündən bir qədər aralı olmasın dan, eləcə də oğlu İ6 evi yandıra biləcəyinə ehtimal vermədiyindən belə hesab edir ki, İ6 həmin vaxt evi yandırmaq yox, sadəcə o cür təəssürat yaratmaq istəməklə onu razı salmağa çalışmışdır. Oğlu Məhkum etdiyi hərəkətlərə görə bağışlamışdır və sonuncu ilə barışmışdır.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 göstərmişdir ki, Məhkum onun əridir və onunla nikahından yeddi yaşlı oğlu var. Hadisədən təxminən 5-6 ay əvvəl qayınanası R8 İ6ə həyətlərində olan istifadə olunmayan istixananın dəmir konstruksiyalarını satıb pulunu evlərinin təmirinə xərcləməsinə icazə vermiş, İ6 də həmin vaxtdan müştəri axtarmış və müştəri tapıb 1300 manata razılaşmış, fəhlələr söküntü işlərinə artıq başlamışdır. 25.10.2017-ci il tarixdə İ6 ona səhəri gün söküntünün tam yekunlaşacağını və p ulu verəcəklərini bildirmişdir. 26.10.2017-ci il tarixdə, saat təxminən 11 radələrində İ6 evdən çıxıb fəhlələrə baş çəkməyə getmiş, bir qədər sonra İ6 əsəbi halda evə gəlib atasının istixananın istilik sisteminin dəmir borularını satmağa razılıq vermədiyini demiş, İ6i sakitləşdirib qayınatası ilə danışacağını demişdir. Saat 11:30-da uşağı götürmək üçün məktəbə getmiş, həmin vaxt baldızı X8 də uşağını məktəbdən götürdüyünü görmüş və Xəyaləyə atasının istixananın borularını satmağa icazə vermədyi üçün İ6 əsəbi olduğunu demiş və onlara gəlməsini xahiş etmiş, birlikdə evə gəlmişlər. Lakin həmin vaxt İ6 evdə olmamış, İ6ə zəng edib evə çağırmış, İ6 evə gəldikdə X8 ona atası evdə olmayan vaxt boruları sökməyi, sonra atasını razı salmağı məsləhət görmüş,lakin İ6 gizlin satmaq istəmədiyini deyib ge tmişdir. Xəyalə ilə birlikdə qayınatası ilə danışmağa getsələr də qayınatası həmin vaxt evdə olmamış, ona görə də qayınanası ilə söhbət edib evə qayıtmışdır. Saat təxminən 15 radələrində İ6 daha da əsəbi halda evə gəlmiş və ona atasıgilə gedib bir butulka benzin alıb həyəti yandıracağını deyib bu yolla atasını razı salmağı bildirib evdən çıxmışdır, İ6 arxasınca çölə çıxıb qayınanasıgilə zəng etmiş, telefona X8 cavab verib telefonu qayınanasına vermişdir. O, qorxutmaq üçün qayınanasına İ6 gəlib həyəti yandıracağını demiş, onlara getmişdir. Həmin vaxt X8 otağında olmuş, o, X8ni görməmişdir, qaynı, yəni X8 əri E6 və baldızı X8 isə evdə olmamışlar. Qayınanası ilə birlikdə istixana olan həyətə keçmiş və ustaların yanında qayınatasını razı salmağa çalışmışlar, lakin qayınatası razılaşmamış və bo ruları satmamağı evin təmiri üçün bankdan 1500 manat pul götürüb onlara verəcəyini demişdir. Bundan sonra qayınanası ilə birlikdə evə keçmiş və İ6ə zəng edib atasının sözünü ona çatdırmış, İ6 ona qulaq asıb telefonu söndürmüşdür. Bir qədər sonra o yenidən İ6ə zəng edib harada olduğunu soruşmuş, İ6 acıqlı halda «çatıram qapıdayam» deyib telefonu söndürmüşdür. O, qayınanasına İ6 artıq çatdığını, tez çölə çıxmasını deyib özü baldızı X8 böyük qızı Z8 ilə həyətə çıxmış, lakin qayınanasının çıxmadığını görüb həyətdən telefonla X8yə zəng edib onu çağırmış, Z8 isə qayınatasını çağırmaq üçün göndərmişdir. Bu vaxt İ6 darvazadan içəri girmiş və əlindəki içərisində benzin olan sellofanı yerə qoymuş, sonra plastmas butulkanın birinin ağzını açıb həyətə, yerə daşın üzərinə səpməyə başlamışdır. O isə həm in butulkanı onun əlindən alıb həyətdə olan daş hasara tərəf güllərin dibinə atmışdır. Bu vaxt qayınatası istixana olan həyətdən çıxıb gəlmiş və İ6i tutub «haranı yandırırsan» deyib boynunun arxasından vurmağa başlamışdır. Bu vaxt X8 də evdən həyətə çıxmış və qaçaraq İ6ə yaxınlaşıb əlindən tutub dartışdırıb butulkanı almaq istəmişdir. Həmin vaxt İ6 sinif yoldaşı B6 da istixana olan həyətdən onlar olan həyətə gəlmişdir. X8 İ6 əlindən tutub dartışdırdığı və plastmas butulkanı əli ilə sıxdığı üçün benzin X8 üstünə tökülmüşdür. Bu zaman ara qarışmış, butulka İ6 əlindən yerə düşmüş və İ6 alışqanı yandırmış, alışqan onun əlindən yerə düşmüşdür. Bu vaxt ani olaraq yerdən başlayan alov X8ni bürümüşdür, X10caqlayıb yerə yıxmışlar və İ6 əynindəki gödəkçəsini çıxarıb X8yə bürüyüb söndürməyə çalışmı şdır. Həmin vaxt İ6 gödəkçəsi, şalvarı, əlləri və ayağının biri pəncədən yuxarı hissədən yanmışdır, İ6 X8ni qucaqlayıb ağlamış və «X8 mənim səni yandırmaq fikrim yox idi, sən haradan çıxdın» demiş, atası isə «bu nə hadisədi törətdin» deyib İ6i vurmuşdur. Bu vaxt İ6 atasının əlindən çıxıb küçəyə qaçmış, bundan sonra qayınanası evdən həyətə çıxmış, yaxınlıqda olan qohum-qonşu toplaşmışlar. Onlar tez TTYS-dan həkim çağırmış və X8ni xəstəxanaya aparmışlar. 03.11.2017-ci il tarixdə saat təxminən 16 radələrində X8 xəstəxanada ölmüşdür, İ6, eləcə də onların heç birinin X8 və onun qohumları ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. İ6 X8ni qəsdən yandırmamış, hadisə təsadüf nəticəsində baş vermişdir.

13. Birinci instansiya məhkəməsində qanuni nümayəndəsi olan anası X3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid X17 ifadəsində göstərmişdir ki, atası onlardan ayrı yaşamaqla, anası ilə birlikdə yaşayır və ondan başqa bir yaşında bacısı da vardır. O, özü 71 saylı orta məktəbin ikinci sinfində oxuyur. 26 oktyabr 2017-ci il tarixdə, günorta saatlarında dərsləri başa çatdıqdan sonra anası X8 onu məktəbdən götürərək birlikdə birinci dayısı İ6gilə getmiş, oradan da bibisi A8 ilə birlikdə nənəsi Rayagilə getmişlər. Həmin vaxt evdə bibisi X8, nənəsi R8, bibisi X8 (körpə) oğlu T6 və bacısı M8 (körpə) evdə olmuş, anası bir az evdəkilərlə söhbət etdikdən sonra, anası paltarını dəyişmiş və o, yemək yeyib evdə oyanamağa başlamışdır. Bir qədər sonra xalası A8 çıxıb getmiş, az sonra anası da onu evdə qoyub evdən çıxmışdır. Bir müddətdən sonra bibisi A8 yenidən evə qayıdaraq, nənəsil ə söhbət etmiş, daha sonra isə dayısı İ6lə telefonla danışmışdır. Telefonla danışdıqdan sonra bibisi A8 onun əlindən tutaraq həyətə çıxarkən, dayısı İ6 əlində iki ədəd “Coca cola” (plasmas) butulkası görmüş, sonuncu həmin əlindəki butulkanın birini yerə qoymuş, digər butulkanın isə ağzını açaraq həyətdəki daşların üstünə səpmişdir. Bu zaman bibisi A8 ona tez ustaların yanına gedib, babası N6 çağırmasını, dayısı İ6 buraları yandırırdığını, tez gəlməsini deməsini bildirmişdir. O da dərhal ustaların işlədiyi yerə qaçaraq gedib, babası N6 baş verənləri demişdir. Həmin vaxt babasının yanında üç nəfər işləmiş, sonunculardan başqa dayısı İ6 tanışı B6 da orada olmuşdur. Babası onun sözündən sonra evə getmiş, B6 dayı da sonuncunun arxasınca getmişdir. O, isə bir az ustalara baxıb sonradan babasının arxasınca getmiş, həyətə girəndə hay küy, çığırma, qışqırma və ağlama səsi eşitmişdir. Biraz irəli gedib baxanda bibisi X8 yerdə uzanıb qışqırdığını, üstündən də duman və tüstü çıxdığını görmüşdür. Nənəsi və A8 bibisi də orada olmaqla qışqırmış, babası isə dayısı İ6i əli ilə vurmuşdur. O qorxudan geri qayıdaraq arxa qapıdan çıxaraq G8 xala (qonşu) gilə getmiş, G8 xalaya İ6 dayısının həyəti yandırdığını, özünün qorxduğunu demiş, sonuncu da onu evə qəbul etmişdir. Orada olarkən evin pəncərəsindən baxanda dayısı İ6 darvazadan çıxaraq qaçdığını və babasının da darvazadan bayıra çıxaraq İ6 arxasınca daş atdığını görmüşdür. Bir az keçmiş Məmləkət xala da nənəsigilə gəlmiş, o isə qorxusundan babasıgilə getməmişdir. Bir müddət sonra anası `oraya gələrək onu götürmüş və ikisi birlikdə babasıgilə g etmişlər.

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun qardaşını onlarla eyni məhəllədə yaşayan şəxs kimi tanıyır, X8 atası N6 yanında fəhləlik etmişdir, Məhkumla eyni sinifdə oxumuşlar. Təxminən 2017ci ilin yay aylarında İ6 ona atasıgilin həyətindəki “parnikin” dəmir borularını, dəmir konstruksiyalarını satıb evini təmir elətdirmək istədiyini, buna görə də ona müştəri tapmağı xahiş etmişdir. İ6 ona atasının dəmir borulara satmağa icazə vermədiyini, təkcə dəmir konstruksiyalara görə isə az pul verildiyini, atasını razı sala bilmədiyini demişdir. Təxminən oktyabr ayından İ6lə çayxanada söhbət zamanı müştəri tapdığını və 1.300 manata satmaq barədə razılaşadığını bildirmişdir. 26 oktyabr 2017-ci il tarixdə təxminən saat 15 radə lərində İ6lə atası N6 arasında yaranmış narazılığa görə Nizami onun xətrini çox istədiyindən N6gilə getmiş, N6 fəhlələrin işlədikləri yerdə görmüşdür. Həmin vaxt orada təxminən 3-4 fəhlə olmuşdur. N6 İ6lə söhbətinin nə yerdə qalmasını soruşmuş, N6 isə istilik sistemini satmasına icazə vermədiyini bildirmişdir. N6 İ6 müştəri ilə artıq razılaşdığını bildirdikdə N6 malmülkün ona məxsus olduğunu, İ6 qələt elədiyini bildirmişdir. Həmin vaxt X8 qızı həyətə girib İ6 həyəti yandırdığını demiş, hər ikisi qaçaraq həyətə getmişdir. Həyətə girəndə İ6 əlində iki litrlik plasmas qabda olan mayeni yerə səpdiyini görmüş, sonradan onun benzin olduğunu bilmişdir. X8 İ6 əlindəki həmin qabı dartışdıraraq almağa çalışmış, İ6 həmin vaxt X8yə “ay qız çəkil, uzaqlaş məndən” desə də X8 İ6 əlindəki plasmas butulkan ı almağa çalışmışdır. N6 yumruqla İ6 boyun nahiyyəsindən vurduğunu görmüşdür. Onları aralamaq üçün getdiyi vaxt birdən ani olaraq “gup” eləyib yanğın baş vermiş, alov İ6 əllərini və daha çox X8ni bürümüş, X8 qışqırmağa başlamışdır. İ6 əynindəki gödəkcəni çıxardıb onunla birlikdə X8ni söndürməyə çalışmışlar. X8ni söndürəndən sonra N6 İ6i əli ilə bir neçə dəfə vurmuş, İ6 də qapıdan çıxıb qaçmışdır. X8 həmin vaxt üşüdüyünü demişdir. Həmin vaxt İ6 anası R8 qucağında uşaqla evdən çıxdığını görmüş, ona X8ni bürümək üçün paltar gətirməsini demiş, R8 örtük gətirərək X8ni bürümüşdür. Sonra N8 ilə birlikdə su gətirib həyətdə yanan döşəmə (daşların üzərinə tökülmüş benzinin alovunu) daşları söndürmüşlər. Səs-küyə tanımadığı qonşu qadınlar gəlmişdir. Sonra İ6i axtarmaq üçün N6 arxasınca evdən çıxmış, lakin İ6i görməmişdir, Məhkumla X8 arasında hər hansı məsələyə görə narazılıq olması barədə eşitməmiş və şahidi olmamışdır.

15. Məhkumun, zərərçəkmişin və şahidlərin ifadələrindən müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Məhkum qardaşı arvadı olmaqla həm də bibisinin qızı olmuşdur. Onların arasında heç bir ədavət, düşmənçilik və narazılıq olmamışdır. Bu xüsusat təkzib edilmir. O zaman haqlı bir sual doğur – İ6 nə səbəbə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qətlə yetirmək istəsin və bunu atasının, arvadının və şahid B6 gözləri qarşısında etsin? Bir halda ki, Məhkum qəsdən adam öldürmə cinayəti isnad olunur, o zaman irəli sürülən ittiham da təkzibedilməz sübutlara söykənməlidir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində g östərmişdir ki, Məhkum qəsəbə sakini kimi tanımış və təxminən 2017-ci ilin oktyabr ayının ortalarında İ6 ona yaxınlaşıb,- “eşitmişəm ki naves üçün dəmir borular axtarırsan” deyə bildirmişdir. O da İ6ə cavab olaraq həqiqətən də ona dəmir borular lazım olduğunu, evinin həyətində çardaq quracağını bildirmişdir. Bu zaman İ6 ona telefonda mənə istixana şəkili göstərərək, satmaq istədiyi boruların şəkildəki borular olduğunu, “naves” üçün yarayan borular olduğunu demişdir. Bu zaman o, İ6ə istədiyi kimi borular olsa alacağını bildirmişdir. İ6 onunla söhbət edərkən boruları alması üçün az qala yalvarmış, evinin yarımçıq qaldığını, təmir üçün təcili pul lazım olduğunu, həmin boruları ona 1800 manata satacağını demiş, o isə baha olduğunu əsas gətirib borular üçün ümumilikdə 1300 manat verə biləcəyini bildirmiş, eyni zamanda həmin istixananın sökülməsi və onun həyətimdə navesin tikilməsi haqqını öz üzərinə götürmüşdür. Bundan sonra o, təsadüfən fəhlə tapıb İ6lə əlaqələndirmiş, aralarında olan sövdələşməyə əsasən İ6 həmin boruları gətirib onun yaşadığı evin qapısına töküb təhvil verəndən sonra o, sonuncunun pulunu verməli olmuşdur. Onun özü razılaşmalarından sonra İ6 ona satmaq istədiyi istixana borularına gedib baxmamış, belə ki, İ6ə hər şeyə evinin həyətində baxacağını, bəyəndiyi təqdirdə pulunu verəcəyini, bəyənmədikdə isə malını geri götürüb aparacağını bildirmişdir. Təxminən 27 oktyabr 2017-ci il tarixdə məhəllədə olarkən, İ6 evdə həyəti yandırdığını, bu zaman evin gəlininin də yandığını eşitmiş, lakin İ6 bu hərəkətləri hansı səbəbdən etməsi barədə heç bir məlumatı olmamışdır. Həmi n hadisənin baş verməsindən sonra Məhkum görməmiş, sonuncu ilə heç bir əlaqəsi olmamış, həmçinin İ6 ona satmaq istədiyi boruları sökməsi üçün tapdığı fəhlələrlə də heç bir əlaqə yaratmamışdır. O, Məhkum hər hansı bir miqdarda beh verməmiş, Məhkum mərhum Zərərçəkmiş şəxs1 ilə münasibətlərindən xəbəri olmamış, sonuncunu ümumiyyətlə tanımamış və yalnız ibtidai istintaq zamanı adını eşidib, mərhum gəlinin olduğunu bilmişdir.

17. Cinayət işinin materiallarındakı “Baxış keçirilməsi haqqında” 03 noyabr 2017-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Sabunçu rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən MTE və PA ETT Birliyinin Sabunçu rayon Şöbəsinin məhkəmə-tibb eksperti Rübail Rəhimovun və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 N6 qızının meyitinə baxış keçirilmiş və baxış zamanı Sabunçu rayon MTE şöbəsinin meyitxanasında təşrih masasının üzərində paltarsız axası üstə uzanıqlı halda Zərərçəkmiş şəxs1 meyitinin olduğu, meyitinin hər iki yuxarı ətrafının, gövdəsinin, qarnının, aşağı ətraflarının yuxarı nahiyələrinin bint sarğısı ilə əhatə olunduğu müəyyən olunmuşdur. Baxış zamanı sarğılar açılaraq Zərərçəkmiş şəxs1 bədənində İİ-İİİ dərəcəli termiki alov yanıqları aşkar olunmuş, meyitin burun nahiyəsinin, yanağının sağ yarısının, alt çənəsinin, sağ qulaq seyvanının, boynun sağ ön yan səthinin, hər iki döşün yuxarı və aşağı iç kvadrantlarının, qarnın, kürəyin, belin, hər iki yuxarı ətrafların çiyin qurşağınadək, hər iki budun ön səthlərinin, hər iki ayağın üst səthləri termiki alov yanğısına məruz qalmışdır. Meyit əllə müayinə edildikdə qoltuq bükümlərində ilıq olduğu, meyit ləkələrinin görünən yerlərdə təzyiq edildikdə rənginin itdiyi, 30 saniyə sonra bərpa olunduğu müəyyən olunmuş, yuxarı və aşağı ətrafların, gövdənin, boynun və başın skelet sümüklərində patoloji hərəkətlilik qeyd olunmamışdır. (cild 01, iş vər. 9-12)

18. Cinayət işinin materiallarındakı “Baxış keçirilməsi haqqında” 03 noyabr 2017-ci il tarixli protokoldan və əlavə olunmuş foto cədvəldən görünür ki, Sabunçu rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X14 tərəfindən dəvət olunmuş hal şahidlərinin və Zərərçəkmiş şəxs2 iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, ****************** ünvansız yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən yaşayış evinə daxil olmaq üçün 2 laylı boz rəngli dəmir darvazadan istifadə olunduğu, darvazadan 10 metr məsafədə istixana yerləşən həyətə daxil olmaq üçün tək laylı dəmir qapının olduğu, darvazadan həyətə daxil olduqda sol tərəfdə 1 mərtəbəli daşdan inşa edilmiş yaşayış evinin yerləşdiyi, sol tərəfdə isə istixana ilə həyəti ayıran daş hasar olduğu, darvazadan dərhal solda həyətdən istixanaya keçmək üçün istifadə olunan tək laylı dəmir qapı olduğu, həyətin döşəməsinin daş plitələrdən olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs2, gəlini Zərərçəkmiş şəxs1 xəsarət alması hadisəsinin darvazadan 7-8 metr məsafədə yerdə olan su çəninin yanında baş verdiyini bildirmişdir. Baxış zamanı su çəninin qarşısında yerə döşənmiş daş plitələrin üzərində yanıq hissinin izlərinin olduğu, həmçinin divarın dibində əkilmiş güllərin yarpaqlarının yanması m üşahidə olunmuşdur. Həyətdən istixanaya daxil olduqda istixananın dəmir konstruksiyalardan ibarət olduğu, həmin dəmir konstruksiyaların və istilik sistemlərinin borularının müəyyən hissəsinin qaynaq aparatı vasitəsi ilə kəsilib yerə atıldığı müəyyən edilmişdir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya predmet aşkar edilməmiş və götürülməmişdir. (cild 01, iş vər. 14-22)

19. Cinayət işinin materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisinin Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə etdiyi 26.10.2017-ci il tarixli, HK 1 № 2043 nömrəli raportundan görünür ki, məsul növbətçi raportla məruzə edərək 26.10.2017ci il tarixdə, saat 19:22 radələrində 14 saylı TTY-dən həkim Y6 Zabrat qəsəbəsi, ******************* yaşayan 25 yaşlı Zərərçəkmiş şəxs1 dediyinə görə qaz partlamasından 2 -3-cü dərəcəli termiki yanıq xəsarəti alması barədə məlumat vermişdir. (cild 01, iş vər. 25)

20. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” 28 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı X24 və bölmənin digər əməkdaşları, Məhkum və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə, 26 oktyabr 2017-ci il tarixdə, saat 19:22 radələrində 14 saylı TTYMdən daxil olmuş məlumata əsasən hadisə yerin baxış keçirilmiş və bu zaman evin sol tərəfindəki qara dəmir qapıdan içəri olduqda açıq boş sahənin müşahidə olunduğu, sağ tərəfdə taxta stolun altında bir litrlik plastmas qabı Məhkum göstərərək parniki yandırmaq üçün aldığını bildirmiş, həmin qaba baxış keçirilərkən qabda az miqdarda alışqan maddə olan benzin m üşahidə olunmuşdur. Həmin plastmas butulkada olan alışqan maddə-benzin istintaq əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi götürülmüşdür. (cild 01, iş vər. 29)

21. Cinayət işinin materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisinin Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə məruzə etməsi ilə bağlı Hk1N2044 nömrəli 26.10.2017-ci il tarixli raportundan görünür ki, növbətçi PB-nin rəisinə məruzə edərək 26.10.2017-ci il tarixdə saat 21.30 radələrində 3 saylı Xəstəxanadan tibb bacısı Rzayeva məlumat verərək, Zabrat qəsəbəsi, istixana kombinatı ev2 ünvanda yaşayan 1984-cü il təvəllüdlü Məhkum dediyinə görə atasının evində əlinə benzin tökülməsi nəticəsində hər iki əlin 1-2-ci dərəcəli yanıq xəsarəti alması barədə məlumat verməsini bildirmişdir. (cild 01, iş vər. 92)

22. Cinayət işin in materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisinin Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə məruzə etməsi ilə bağlı *********************** nömrəli 27.10.2017-ci il tarixli raportundan görünür ki, məsul növbətçi PB-nin rəisə məruzə edərək 27.10.2017-ci il tarixdə, saat 11:52-də “102”-dən 112 operatoru H8 məlumat verərək Zabrat qəsəbəsi, Yeni Məhəllədə 5 saylı Xəstəxanadan 112 xidmətinə verilən məlumatda qaz partlayışı olması və Zərərçəkmiş şəxs1 xəsarət almasını bildirməsi, 112 xidməti vətəndaşın ***-***-**-** nömrəsi ilə əlaqə saxladıqda isə həmin şəxsin qohumunun X8 həyat yoldaşının qardaşının onun üzərinə benzin tökərək yandırması, qaz partlayışı olmadığını bildirməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 93)

23. Cinayət işinin materiallarında olan Sabunçu RPİ-ni n 15-ci PB-nin məsul növbətçisinin Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə məruzə etməsi ilə bağlı HK2, 1709 nömrəli 03.11.2017-ci il tarixli raportundan görünür ki, məsul növbətçi PB-nin rəisinə məruzə edərək 03.11.2017-ci il tarixdə, saat 12:30 radələrində 5 saylı Xəstəxananın yanıq şöbəsindən həkim Salahovun ***-**-** saylı nömrədən Zabrat qəsəbəsi, ************** yaşayan 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 26.10.2017-ci il tarixdə onlara yanıq xəsarəti ilə daxil olduğunu, 03.11.2017-ci il tarixdə isə vəfat etdiyini bildirmişdir. (cild 01, iş vər. 94)

24. Məhkəmə-tibbi ekspertizasının 08.12.2017-ci il tarixli 1790 nömrəli rəyindən görünür ki, Məhkum sağ əlin l-ll-lll barmaqlarının, sol əlin, sağ baldırın İİ dərəcəli termik yanıqları müəyyən edilir. Xəsarətlər yüksək hərarətin (alovun) yerli təsirindən törənə bilər, müddəti qərarda qeyd olunan 26.10.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (Cild 01, iş vər. 95-96)

25. Məhkəmə-tibbi ekspertizasının 01.12.2017-ci il tarixli 136 nömrəli rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs1 meyitinin bədənində sifətin, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin (ümumilikdə bədən səthinin 75-80%- ni əhatə edir) İİİ dərəcəli termik yanıqları aşkar edildi. Xəsarətlər həyati olub, mərhumun xəstəxanaya daxil olmasından (26.10.2017-ci il, saat 17:15) az əvvəl olmaqla qərarda göstərilən 26.10.2017-ci il tarixdə yük sək hərarətin yerli təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı yanıq xəsarətləri nəticəsində inkişaf etmiş yanıq intoksikasiyası olmuşdur, ölüm 03.11.2017-ci il tarixdə, saat 12:15-də xəstəxanada baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Zərərçəkmiş şəxs1 meyiti müayinə edilərkən onun bədən səthi üzərində yanıq xəsarətlərindən başqa digər xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdə xəstəxanaya daxil olarkən onun spirtli içki, narkotik və ya psixotrop maddələr qəbul etməsi barədə hər-hansı bir qeydiyyat yoxdur. (cild 01, iş vər. 103-109)

26. Cinayət işinin materialları nda olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, Ç-20/2018 nömrəli məktubundan görünür ki, Məhkum və Zərərçəkmiş şəxs1 Naib qızı barəsində 2016-cı ildən məktubun göndərildiyi tarixədək hər hansı mülki xarakterli iş Sabunçu Rayon Məhkəməsinə daxil olmamışdır. (cild 02, iş vər. 6)

27. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon 15-ci Polis Bölməsinin 07 fevral 2018-ci il tarixli, 077-2000-1218 nömrəli məktubundan görünür ki, Məhkum və Zərərçəkmiş şəxs1 Naib qızı barəsində Bölmədə profilaktik yığım işi açılmamışdır. (cild 02, iş vər. 8)

28. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 mart 2018-ci il tarixli protokoldan və əlavə olunmuş foto cədvəldən görünür ki, Bakı şəhəri Sabunçu r ayon prokurorluğunun böyük müstəntiqi X12 tərəfindən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisinin iştirakı ilə Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilməsi üçün Məhkum əvvəllər haqqında ifadə verdiyi və hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsi və ya təsvir etməsi təklif edilmiş, Məhkum cinayət hadisəsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,*********************** nömrəsiz fərdi evin həyətində baş verdiyini bildirmiş və bundan sonra təqsirləndirilən şəxs Məhkum və müdafiəçi ilə birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünə məxsus “Mercedes-Benz” markalı mikroavtobusla Bakı şəhəri, Sabunçu rayon Prokurorluğunun inzibati binasından təqsirləndirilən şəxs Məhkum göstərdiyi istiqamətdə hərəkət edilmişdir. Təqsirləndirilən şəxs Məhkum həmin ünvanda yerləşən və girişi boz rəngli dəmir darvazadan olan fərdi yaşayış evini göstərərək cinayət hadisəsinin həmin yerdə baş verdiyini bildirmiş, həyət sahəsinə daxil olduqda Məhkum sol tərəfdə yerləşən dəmir su çəninin qarşısında dayanaraq cinayətin baş verdiyi vaxt içində benzin olan plastmas qabları həmin su çəninin yanına qoyduğunu və benzini səpməyə həmin yerdən başladığını bildirmiş, bundan sonra təqsirləndirilən şəxs Məhkum bir qədər irəli və sola doğru gedərək cinayətin baş verdiyi vaxt Zərərçəkmiş şəxs1 ilə çəkişməyə başladığı yeri və şəraiti göstərmiş, təqsirləndirilən şəxs Məhkum cinayətin baş verdiyi vaxt Zərərçəkmiş şəxs1 onun üzərinə gələrək benzinlə dolu qabı ondan almağa çalışdığı, benzinin Zərərçəkmiş şə xs1 üzərinə töküldüyü və onun alışqanı yandıraraq alovun Zərərçəkmiş şəxs1 bürüməsinə səbəb olduğu şəraiti əyani olaraq təsvir etmişdir. (cild 02, iş vər. 108115)

29. İş üzrə keçirilmiş Əlavə Məhkəmə-tibbi ekspertizasının 15.03.2018-ci il tarixli 10136/2017 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədənində sifətin, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin (ümumilikdə bədən səthinin 75-80%-ni əhatə edir) İİİ dərəcəli termik yanıqları aşkar edildi. Xəsarətlər həyati olub, mərhumun xəstəxanaya daxil olmasından (26.10.2017-ci il, saat 17:15) az əvvəl olmaqla qərarda göstərilən 26.10.2017-c il tarixdə yüksək hərarətin yerli təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidi r. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı yanıq xəsarətləri nəticəsində inkişaf etmiş yanıq intoksikasiyası olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 meyitində yanıq xəsarətlərindən başqa digər xəsarətlər aşkar edilmədi, Qərarın ikinci bəndində qoyulmuş sual (yanmiş sahənin həcminə və yerinə görə onun yanmasına səbəb olmuş məhlulun kənar şəxs tərəfindən mərhumun üzərinə çilənmə və ya tökülmə nəticəsində baş verməsini müəyyən edilməsi) tibbə xarakterik olmadığından həmin suala cavab vermək məhkəmə-tibb ekspertinin səlahiyyətində deyil. (Cild 02, iş vər. 139-144)

30. Belə ki, iş materiallarından müəyyən olunur ki, Məhkum anası X31 həyətdə olan və istifadə olunmayan istixananı söküb dəmir konstruksiyalarını sataraq yaşadığı evi təmir etməyinə icazə verəcəyinə söz vermiş, buna görə də sinif yo ldaşı və qonşusu olan B6 müştəri tapmasını xahiş etmişdir. Bundan sonra B6 tapdığı S6 adlı müştəri ilə görüşüb dəmir konstruksiyaları 1.300 manata satmaq barədə razılaşmış və S6göndərdiyi fəhlələr artıq istixananı sökməyə başlamışlar. 26.10.2017-ci il tarixdə, saat 11 radələrində Məhkum işin vəziyyətini maraqlanmaq üçün fəhlələrin yanına gəlmiş, fəhlələr söküntü işlərini davam etdirmişlər. Anasıgilin həyətinə keçdikdə o, anası Raya ilə rastlaşmış, anası ona atası N6 istixananın istilik sisteminə aid dəmir boruların satılmasına etiraz etdiyini, həmin borulardan həyətdə çardaq qurulmasında istifadə edəcəyini, yalnız dəmir konstruksiyanın satılmasına razı olduğunu bildirmişdir. Bu xəbəri eşidəndən sonra İ6 anası ilə mübahisə etmiş, müştəri ilə əvvəlcədən istixananın dəmir konstruksiyalarını n dəmir borularla birgə satılması barədə razılaşdığını bildirib, dəmir boruların satılması üçün atası N6 razı salmağı anası R8 xahiş etmişdir. Sonra əsəbi halda evə getmiş, bu barədə arvadı A8 demiş, A8 onu sakitləşdirərək qayınatası N6 ilə danışacağını demişdir. Bundan sonra İ6 evdən çıxıb getmiş, saat 12 radələrində arvadı A8 onu evə çağırdığı üçün evə gəlmiş və evdə bacısı X8görmüşdür. X8 ona məsləhət görmüşdür ki, atası evdə olmayan gün boruları söküb aparsınlar. O, isə X8 etiraz edərək boruları gizlin satmayacağını, alıcı ilə əvvəlcədən razılaşdığı kimi boruların da hamısını satacağını demiş, əsəbi halda evdən çıxıb getmişdir. Saat 15 radələrində fəhlələr ona zəng edərək atasının istilik sisteminin borularını sökməyə icazə vermədiyini bildirmiş, oraya getdikdə atası onunla mübahisə ed ərək istilik sisteminin borularının satılmayacağını demişdir. Əsəbiləşərək buraları yandıracağını bildirib evdən çıxmışdır. Bundan sonra Məhkum Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsinə getmiş, oradan iki litr benzin alıb atasıgilə qayıtmışdır. Atasıgilə çatmağa az qalmış arvadı Arzu ona zəng edib harada olduğunu soruşmuş, o isə atasıgilə çatdığını bildirmişdir. Bundan sonra istixana olan həyətə deyil, atasıgil yaşayan həyətə daxil olmuş və əlindəki içərisində benzin olan sellofan paketi yerə qoymuşdur. O, plastmas qablardan birini açıb real olaraq qorxutmaq üçün benzini həyətə, yerə, daşın (metlaxın) üzərinə səpmişdir. Bu vaxt arvadı A8 evdən çıxıb ona tərəf gəlmiş və plastmas qabı əlindən alıb kənara atdığından benzinin hamısını yerə səpə bilməmişdir. Sonra ikinci qabı açıb benz ini yerə səpməyə başlamışdır. Həmin vaxt qardaşı arvadı, həm də bibisi qızı olan X8 də evdən çıxıb üstünə gəlmiş və əlindən tutub benzin qabını almaq istəmişdir. Bu vaxt atası Nizami istixana olan həyətdən gəlib boynundan tutmuş, yumruğu ilə boynunun arxasından vurmağa başlamışdır. Bu zaman sinif yoldaşı B6 da həyətə gəlmişdir. X8 əlindən tutub onu bərk silkələmiş və plastmas qabı bərk-bərk tutub əlindən almağa çalışmış, lakin o, isə qabı buraxmayaraq benzini yerə səpməyə davam etmiş, eyni zamanda atası da arxadan onu tutaraq vurmağa davam etmişdir. X8 ondan butulkanı almağa çalışarkən əlindəki butulkada olan benzin onun özünün üzərinə az olmaqla, həm X8 üzərinə, eləcə də özünün həyat yoldaşı A8 da üzərinə tökülmüşdür. Həmin vaxt Məhkum cibindəki alışqanı çıxararaq alışqanı yandırmışdır. B u zaman yerdən başlayan alov X8ni bürümüşdür. O, tez əynindəki gödəkcəni çıxarıb X8ni bürümüş, Bəhruzla köməkləşib sonuncunu tam söndürmüşdür. Həmin vaxt onun əlləri, sağ ayağı, həmçinin gödəkcəsivə şalvarının müəyyən hissəsi yanmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumla zərərçəkmiş şəxsin arasında heç bir ədavətin, düşmənçiliyin və narazılığın olmaması Zərərçəkmiş şəxs1 xəstəxanada olarkən verdiyi izahatından da görünür. Belə ki, Zərərçəkmiş şəxs1 anası X2 və tibb bacısı X4 iştirakları ilə verdiyi izahatında göstərmişdir ki, 26 oktyabr 2017-ci il tarixdə axşam saat 5:00 radələrində həyətdə 8 aylıq körpəmə yemək bişirmək məqsədilə məişət qaz balonunu yandırmaq istəyərkən kibritin qığılcımından qaz balonunun yanındakı plastmas butulkada olan benzin məhluluna alov keçdi və nəticə də qaz balonu partladı. Bu zaman evdə olan qaynatam N6, qaynanam İradə və qaynım İ6 köməyimə gəldilər. Qonşumuz Q6 maşını ilə təcili olaraq yola çıxartdılar və təcili tibbi yardım maşını ilə yola saldılar. (cild 1, iş vərəqə 27).

32. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs1 izahatında göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir. Amma məhkumun qəsdən öldürdüyü iddia edilən zərərçəkmişin bu izahatı məhkumla zərərçəkmişin arasında hər hansı bir ədavətin, narazılığın olmamasına və Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətində olmamasına bariz sübutdur. Əgər Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyəti ilə yandırsa idi, o zaman zərərçəkmiş bədəninin 75-80 %-nin yandığı və ağır bir vəziyyətdə olduğu halda anasının yanında onu yandıran şəxsin barəsində düzgün məlumat verməmə klə aldığı xəsarətin qaz partlayışından törənməsi barədə ifadə verməzdi.

33. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, şahid X6 da ifadələrində göstərmişdir ki, həyətə girəndə İ6 əlində iki litrlik plastmas qabda olan mayeni yerə səpdiyini görmüş, sonradan onun benzin olduğunu bilmişdir. X8 İ6 əlindəki həmin qabı dartışdıraraq almağa çalışmış, İ6 həmin vaxt X8yə “ay qız çəkil, uzaqlaş məndən” desə də, X8 İ6 əlindəki plastmas butulkanı almağa çalışmışdır. Nizaminin yumruqla İ6 boyun nahiyyəsindən vurduğunu görmüşdür. Onları aralamaq üçün getdiyi vaxt birdən ani olaraq “gup” eləyib yanğın baş vermiş, alov İ6 əllərini və daha çox X8ni bürümüş, X8 qışqırmağa başlamışdır. İ6 əynindəki gödəkcəni çıxardıb onunla birlikdə X8ni söndürməyə çalışmışlar.

34. Əgər Məhkum Zərərçəkmiş şəxs1 qəsdə n, xüsusi amansızlıqla öldürmək istəyirsə, o zaman X8 yanarkən nədən dərhal gödəkcəsini çıxararaq onu söndürməyə çalışır? Təkcə bu hal Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətində olmadığına ciddi əsas verir.

35. Bundan başqa, cinayət işinin materiallarındakı sübutlardan müəyyən olunur ki, Məhkum atası Zərərçəkmiş şəxs2la istixananın dəmirlərini söküb satmaq üstündə mübahisələri olmuş və onlar istixanada bu barədə mübahisə edərkən Məhkum atasına “buraları yandıracam” deyərək, əsəbi halda çıxıb getmişdir. Cinayət işinin materiallarındakı sübutlardan müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs1 ilə istixananın dəmir konstruksiyalarını söküb satmaq üstündə və ya başqa bir səbəbə görə heç bir narazılıqları, mübahisələri və anlaşılmazlıqları olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 Məh kumnın benzini yerə səpdiyini görərək butulkanı onun əlindən almaq istəmiş və hərəsi butulkanın bir tərəfindən tutaraq dartışmağa başlamışlar. Bu xüsusat isə Məhkum Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla öldürməsinə heç bir əsas vermirdi.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hadisələrin ardıcıllığına da nəzər saldıqda müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürməsi barədə istintaq orqanının və işə baxan məhkəmələrin gəldiyi nəticə heç bir sübutla təsdiq olunmayan mülahizədən ibarətdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, istər Məhkum, istərsə də Zərərçəkmiş şəxs2, şahidlər A8, B6 X8, R8 və başqa şahidlərin ifadələrindən, həmçinin cinayət işinin materiallarındakı digər sübutlardan müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürm ək niyyəti olmamışdır. Belə ki, Məhkum Zərərçəkmiş şəxs1 ilə əlində benzin olan butulkanı dartışarkən benzinin Zərərçəkmiş şəxs1 əllərinə və üstünə tökülməsini görməsinə baxmayaraq, alışqanı yandırdığı təqdirdə Zərərçəkmiş şəxs1 ağır xəsarət alacağını dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin Zərərçəkmiş şəxs1 ağır xəsarət almasını arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş, alışqanı qəsdən yandırmış və nəticədə Zərərçəkmiş şəxs1 bədənini alov bürümüşdür. Bu zaman Məhkum gödəkcəsini çıxararaq həmin zaman orada olan B6 köməkləşib alovu söndürməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 sağlamlığa ağır zərərvurmaya aid olan və ümumi bədən səthinin 75-80%-ni əhatə edən sifətin, boyunun, hər iki yuxarı və aşağı ətrafların və gövdənin İİİ dərəcəli termiki yanıqları kimi xəsarətlər almış və Zərərçəkmiş şəxs1 hadisədən dərhal sonra X29 xidməti vasitəsilə xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərilməsinə baxmayaraq, Məhkum cinayət əməli ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 03 noyabr 2017-ci tarixdə Bakı şəhəri 5 saylı ŞKX-da ölməsinə səbəb olmuşdur. Qeyd edilən əməllər isə CM-in 120.2.3 və 120.2.4-cü maddələrinin deyil, CM-in 126.3-cü maddəsinin dispozisiyasında sadalanan əlamətlərə uyğun gəlir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla zərərçəkmiş şəxsin ölümü ilə nəticə verdikdə bu maddə ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur.

39. İstintaq və məhkəmə təcrübəsində qəsdən sağlamlığa ağır zərərvurmanın qeyd edilən xüsusilə ağırlaşdırıcı tərkib əlamətinin qəsdən adam öldürmədən fərqləndirilməsi bir sıra çətinliklər yaradır. Ona görə də qəsdən adam öldürmənin ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan qə sdən sağlamlığa ağır zərər vurmadan fərqləndirilməsinin meyarlarının dəqiq müəyyən edilməsi mühüm təcrübi əhəmiyyətə malikdir.

40. Bu iki cinayət bir-birindən ən əvvəl obyektiv meyar üzrə fərqlənir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi üzrə tövsif edərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir.

41. Təhlil edilən cinayətlər daha çox subyektiv meyar üzrə fərqlənir. Lakin təqsirkarın əməlini CM- in 126.3-cü maddəsi üzrə tövsif edərkən cinayət tərkibinin subyektiv cəhətini müəyyən etmək çox mürəkkəb olur. Belə ki, bu əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Burada təqsirkarın qəsdi ilə yalnız əməlin ilkin nəticəsinin (sağlamlığa ağır zərər vurmanın) əhatə olunduğunu, sonrakı nəticənin (ölümün) isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün bir sıra hallara diqqət yetirilməlidir.

42. Nəzərə alınmalı olan həmin hallar sırasına zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır. Məsələn, qəsdən adam öldürmə zamanı, bir qayda olaraq, mühüm həyati əhəmiyyətə malik olan nahiyələrə (kəlləyə, döş və ya qarın boşluğuna və s.) təhlükəli üsul və vasitələrlə (odlu və ya soyuq silahla, güclü təsirli maddələrlə və s.) xəsarət yetirilir. Zərərçəkmiş şəxsə vurulan zərərin yetirildiyi bədən nahiyəsi, habelə zərərin yetirilməsinin üsul və vasitələri zərərçəkmiş şəxsin ölümünün baş verə biləcəyini təqsirkarın qabaqcadan görməsini istisna etdikdə, əməl CM-in 126.3-cü maddəsi üzrə tövsif edilməlidir (məsələn, zərərçəkmiş şəxsin qıç nahiyəsinə məişət bıçağı ilə yetirilmiş zərər nəticəsində onun qan itirərək ölməsi).

43. Qeyd edilməlidir ki, qəsdən adam öldürməni CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətdən fərqləndirmək üçün yetirilmiş zərər lə baş vermiş ölüm arasında keçən müddətin uzun və ya qısa olması da həlledici əhəmiyyət kəsb etmir. Belə ki, qəsdən adam öldürmə zamanı zərərçəkmiş aldığı zərərdən xeyli müddət keçdikdən sonra da ölə bilər (məsələn, odlu silah yarası almış şəxs bir neçə gündən sonra ölür), əksinə, sağlamlığa ağır zərər vurmadan sonra da baş verə bilər (məsələn, zərərçəkmiş şəxsin qan itirmə nəticəsində bir neçə dəqiqədən sonra ölməsi). Burada qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir.

44. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti ehtiyatsızlıqdan adam öldürmədən (CM-in 124-cü maddəsi) fərqləndirmək də çətinlik yaradır. Burada nəzərə almaq lazımdır ki, ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət t örədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımi diqqət və ehtiyatlılıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət isə təqsirin qarışıq forması ilə törədilir.

45. Şərh olunanların fövqündə yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürməsi barədə istintaq və məhkəmə orqanlarının gəldiyi nəticə cinayət işinin materiallarındakı sübutlarla ziddiyyət təşkil edən və heç bir fakt və ya sübutla təsdiq edilməyən mülahizələrdən ibarətdir. İşə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddə lərinə uyğun tədqiq etmələrinə baxmayaraq, Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə düzgün tövsif etməmiş və nəticədə əsassız qərar qəbul etmişlər.

46. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin bu barədə olan dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ixtisaslaşdırılmış cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməli və bu maddə ilə ona cəza təyin edilməlidir.

47. Təqsirin formasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, məhkumun Zərərçəkmiş şəxs1 qarşı yönəlmiş əməli birbaşa qəsdlə deyil, dolayı qəsdlə törədilmişdir.

48. Belə ki, məhkumun z ərərçəkmiş şəxslə heç bir ədavətinin, düşmənçiliyinin və narazılığının olmaması, Zərərçəkmiş şəxs1 alov bürüdükdən sonra Məhkum dərhal gödəkçəsini çıxararaq odu söndürməsi, İ6 «X8 mənim səni yandımaq fikrim yox idi, sən hardan çıxdın» deməsi, eləcə də iş üzrə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar Məhkum Zərərçəkmiş şəxs1 birbaşa qəsdlə ağır xəsarət yetirməsini istisna edir.

49. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab ol unur. 25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. 50.Məhkəmə kollegiyası da cinayət işinin materiallarındakı sübutların işığında belə qənaətə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs1 ilə əlində benzin olan butulkanı dartışarkən benzinin Zərərçəkmiş şəxs1 əllərinə və üstünə tökülməsini görməsinə baxmayaraq, alışqanı yandırdığı təqdirdə Zərərçəkmiş şəxs1 ağır xəsarət alacağını dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin Zərərçəkmiş şəxs1 ağır xəsarət almasını arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş, alışqanı qəsdən yandırmış, Zərərçəkmiş şəxs1 bədənini alov bürümüş və nəticədə o, ağır xəsarət almış, hadisədən dərhal sonra X29 xidməti vasitəsilə xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərilməsinə baxmayaraq, 03 noyabr 2017-ci tarixdə Bakı şəhəri 5 saylı ŞKX-da ölmüşdür.

51. Məhkəmə kollegiyası müdafiəçinin o dəlili ilə də razılaşmır ki, bu maddələrlə məhkumun CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə olan əməli CM-in 124.1-ci maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilməlidir. Belə ki, iş materiallarındakı sübutlardan müəyyən edilir ki, Məhkum benzin butulkasını ağzı açıq vəziyyətdə Zərərçəkmiş şəxs1 ilə dartışarkən benzinin zərərçəkmişin əllərinə və üzərinə tökülməsini bilməsinə baxmayaraq, özündə olan alışqanı yandıracağı təqdirdə Zərərçəkmiş şəxs1 ağ ır xəsarət alacağını bilərək alışqanı qəsdən yandırmış və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağır xəsarət almış və onun bu əməli ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə olan halda isə Məhkum əməli ehtiyatsızlıqdan adam öldürmə kimi tövsif edilə bilməz.

52. Məhkəmə kollegiyası kassatorun Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlardan: Zərərçəkmiş şəxs2, şahidlər A8, R8, B6 və digər şahidlərin ifadələrindən, hadisə yerinə baxış protokolundan müəyyən edilir ki, Məhkum atası Zərərçəkmiş şəxs2la istixananın dəmir konstruksiyalarını söküb satmaq üstündə mübahisələri olmuş, digər şəxslərin yanında evi yandıracağı ilə hədələmiş və 26 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsindən ümumi miqdarı 2 litr olan hər biri bir litr həcmində iki ədəd plastmas qabda benzin alıb Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək benzini evin ətrafına tökməyə başladıqda əvvəlcə arvadı Arzu Əsgərova, sonra isə qardaşı arvadı və bibisi qızı Zərərçəkmiş şəxs1 butulkanı onun əlindən almağa cəhd etsələr də o, benzini evin ətrafına tökmüş və öz əməlinin ictimai təhlükəli nəticələrini dərk edərək, bunun nəticələrini arzu etməsə də, həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək cibindəki alışqanı çıxararaq yandırmış, lakin digər ev sakinlərinin və qonşuların müdaxiləsi ilə alov söndürüldüyündən Zərərçəkmiş şəxs2 məxsus əmlakın məhv e dilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir. 53.Beləliklə, kassasiya kollegiyası işin halları barədə aşağıdakı nəticəyə gəlir: Məhkum öz atası Zərərçəkmiş şəxs2 məxsus olmaqla Bakı şəhəri, ******************* ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki istixananın dəmir konstruksiyalarını satmaq üçün sonuncunun ona verdiyi razılıqdan üz döndərməsi səbəbindən Zərərçəkmiş şəxs2 qisas almaq niyyəti ilə, özgənin əmlakını, yəni sonuncuya məxsus dəyəri 45.000 (qırx beş min) manat olan və içərisində 1530 (bir min beş yüz otuz) manat dəyərində əş ya olan fərdi yaşayış evini, ümumilikdə isə 46.530 (qırx altı min beş yüz otuz) manat dəyərində əmlakı yandırmaqla qəsdən məhv etmək qərarına gələrək, 26 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində Zabrat dairəsində olan yanacaqdoldurma məntəqəsindən ümumi miqdarı 2 litr olan hər biri bir litr həcmində iki ədəd plastmas qabda benzin alıb Zərərçəkmiş şəxs2 yaşadığı evə gedərək benzini evin ətrafına tökməyə başladıqda həmin evin sakini, o cümlədən onun qardaşı arvadı və bibisi qızı olan Zərərçəkmiş şəxs1 Naib qızı onun bu əməlinin qarşısını almaq üçün Məhkum əlindən qabı almağa çalışdıqda, əlində olan butulkadan benzinin özünün və eləcə də Zərərçəkmiş şəxs1 üzərinə tökülmüş olduğunu gördüyü halda, özündə olan həmin butulkanı Zərərçəkmiş şəxs1 verməmiş, alovun baş verəcəyi təqdirdə birbaşa benzinlə təmas etdiyindən qarşısındakı Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirəcəyini dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş, lakin həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək, gödəkcəsinin sol yan cibində olan alışqanı çıxararaq yandırmış, baş vermiş alov nəticəsində Zərərçəkmiş şəxs1 xüsusi ağrılar, ümumilikdə isə sağlamlığa ağır zərərvurmaya aid olan və ümumi bədən səthinin 75-80%-ni əhatə edən sifətin, boyunun, hər iki yuxarı və aşağı ətrafların və gövdənin İİİ dərəcəli termiki yanıqları kimi xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs1 hadisədən dərhal sonra X29 xidməti vasitəsilə xəstəxanaya çatdırılıb ona tibbi yardım göstərilməsinə baxmayaraq, Məhkum əməli ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 N6 qızının 03 noyabr 201 7-ci tarixdə Bakı şəhəri 5 saylı ŞKX-da ölməsinə səbəb olmuşdur. Məhkum törətdiyi yanğın digər ev sakinləri və qonşuların müdaxiləsi ilə söndürüldüyündən Zərərçəkmiş şəxs2 məxsus əmlakın məhv edilməsinə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 29,186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası kassatorun dəlillərin cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsalandırıcı hissəsindəki istinad olunan dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlillərlə qismən razılaşır və belə nəticəyə gəli r ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4cü maddələri ilə ixtisaslaşdırımış cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməli, bu maddə ilə Məhkum cəza təyin edilməli və hazırki qərarla müəyyən edilən cəza hökmlə məhkuma CM-in 29, 186.2.2-ci maddəsi ilə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə Məhkum qəti cəza təyin olunmalıdır.

55. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edilməsi ilə aşağıdakıları qeyd etməyi lazım bilir:

6. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasə n, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

57. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 58. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

59. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

60. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

61. Bundan başqa məhkəmə kollegiyası qeyd edi r ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır.

62. Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.

63. Ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda cəz anın məqsədinə nail olmaq üçün ədalət prinsipinə əməl edilməlidir.

64. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırl ar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür.

65. İşə əlavə olunmuş AZ-İİ № 566876 nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Məhkum himayəsində 17.08.2010-cu il təvəllüdlü bir azyaşlı övladı vardır.

66. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən Məhkum cinayət əməlini əsas etibarı ilə qismən etiraf edib peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs N6 barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

67. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusu ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Zərərçəkmiş şəxs2 10.12.2018 və 18.12.2018-ci il tarixli birinci instansiya məhkəməsinə təqdim etdiyi, 14.12.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs2 oğlu Məhkumla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, eləcə də oğlu Məhkum onun evini yandırmaq niyyətinin olmadığını düşündüyünü bildirmişdir.

68. Kollegiya onu da nəzərə alır ki, iş materiallarından görünür ki, məhk um zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş və zərərçəkmiş şəxsin hüquqi varisi X23 istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində Məhkum ağır cəza təyin edilməsini xahiş etmişdir.

69. Kollegiya qeyd edir ki, bu xarakterli işlərdə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq mühüm əhəmiyyət kəsb edir. Çünki, heç bir Ata və Ana övlad itkisinə hazır deyildir. Övladının bir cinayətin qurbanı olması isə valideynə ikiqat zərbədir. İnsanın həyatdan məhrum edilməsi ilə nəticələnən cinayətlərdə cinayət törətmiş şəxsin zərərçəkmişin yaxın qohumları, xüsusilə Ata və Anası tərəfindən bağışlanılmasına nail olmaq mühüm şərtdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya o nun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi ayrıca olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkum isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir.

70. Odur ki, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlini qismən etiraf edib peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıranhalın olmamasını, habelə məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, təyin olunan cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, h əm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə və cəzanın qanunla müəyyən edilən məqsədinə çatmaq üşün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, hökmlə Məhkum cəza təyin edilərkən onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Çünki, hökm çıxarılarkən məhkuma isnad olunan CM-in 120.2.3 və 120.2.4-cü maddələri xüsusilə ağır cinayətlərinə kateqoriyasına daxil olduğundan, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mü əyyən edilmişdi.

72. Lakin hazırki qərarla Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edildiyindən və bu maddə xarakterinə ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayətlər kateqoriyasına daxil olduğundan məhkumun cəzaçəkmə müəssisənin növü də dəyişdirilməlidir.

73. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilmişdir.

74. Məhkum ilk dəfə qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir.

75. Belə olan halda, məhkəmə kollegiyası Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4cü maddələri ilə ixtisaslaşdırımış cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməli, bu maddə ilə Məhkum azadlıqdan məhrum etmə cəzası təyin edilməli və hazırk i qərarla müəyyən edilən cəza hökmlə məhkuma CM-in 29, 186.2.2-ci maddəsi ilə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə Məhkum qəti cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ix tisaslaşdırımış cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilsin və bu maddə ilə ona 11 (on bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki qərarla təyin edilmiş cəza hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə Məhkum təyin edilmiş 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmdə göstərildiyi müddətdən, yəni 23 fevral 2018-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar