Məhkəmə qərarları › İş №1(102)-419/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-419/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-419/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Ələkbərzadə Faiq Zaur oğlunun, Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 03 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X21 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarından məhkum X12 müdafiəçisi-vəkil Ələkbərzadə Faiq Zaur oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: A.R.Əfəndiyev) Məhkum - 05 avqust 1968-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər mə hkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Hökmlə iş üzrə mülki iddia 930115.53 (doqquz yüz otuz min yüz on beş manat əlli üç qəpik) məbləğində pul təqsirləndirilən şəxslər X4, X13, X6, X2, Məhkum və X9 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. İşin halları: Məhkum təqsirləndirilmişdir ondan ötrü ki, o, birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədilə tanışı, ünvan 2 ünvanmda qeydiyyatda ol an X14 ilə qabaqcadan əlbir olaraq, 2009-cu il ərzində sonuncunun onun adından 5633950,22 manat məbləğində kənd təsərrüfatı məhsullarının Azərbaycan Respublikasının müxtəlif rayonlarından alınaraq Rusiya Federasiyasma ixrac edilməsinə razılıq verməklə, vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərinə əsasən 2009-cu il ərzində əldə etdiyi gəlirdən 225358,00 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, Bakı şəhəri Vergilər Departamentinə gəlir vergisi bəyannaməsi təqdim etməyərək, külli miqdar təşkil edən 225358,00 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə də, Məhkum külli miqdar təşkil edən 225358,00 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 23 yanvar 2018-ci il tarixli qərarı ilə mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkum X7 və məhkum X17 müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 may 2017-ci ii tarixli hökmü dəyişdirilmiş, X5 təyin edilmiş cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilməsi barədə müddəalar hökmdən xaric edilmiş, məhkumlar X14 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, onlara cəza təyin edilməmiş, iş üzrə verilmiş mülki iddia qismən t əmin edilmiş, məhkumlar X9 1.867,86 manat, Məhkum 316,56 X2 26.453,31 manat, X32 85.119,90 manat, X6 137.249,88 manat, X13ndan 139.428,54 manat tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərarından mülki iddiaçılar, məhkum X4 müdafiəçisi İbadov Zaur Fəzail oğlu, Məhkum müdafiəçisi Ələkbər-zadə Faiq Zakir oğlu, məhkum X2in müdafiəçisi X24, məhkum X9un müdafiəçisi X25, X13un müdafiəçisi X29 və məhkum X6un müdafiəçisi Zalıyev Mayis Mayıl oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Seyidov Əzi z Cəfər oğlu, hakimlər Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə) 27 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya protesti və mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, məhkum və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, X14, X30, X19, Məhkum, X26 və X8 haqqındakı Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 07 may 2019-cu il tarixli hökmü ilə mülki iddiaçılar tərəfind ən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkum (mülki cavabdeh) X14 və müdafiəçi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə X7 və X3 barələrində onlara cəza təyin edilməsinə aid hissədə, eləcə də iş üzrə məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilmiş, məhkum X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər hansı müəssisədə icra və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilməsi, təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilməsi barədə müddəalar və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, X3 və X7 təqsirləndirildikləri CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara həmin maddə ilə cəza təyin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və mülki iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə mülki iddiaya aid hissədə ləğv edilmiş, iş üzrə verilmiş mülki iddialar təmin edilmiş, mülki cavabdeh X4 132463,52 (yüz otuz iki min dörd yüz altmış üç) manat tutularaq, mülki cavabdehlər X4 və X13 müştərək qaydada 376225,95 (üç yüz yetmi ş altı min iki yüz iyirmi beş, doxsan beş) manat tutularaq, mülki cavabdehlər X4 və X9 müştərək qaydada 321835,07 (üç yüz iyirmi bir səkkiz yüz otuz beş, yeddi) manat tutularaq, mülki cavabdehlər X4 və Məhkum müştərək qaydada 204358 (iki yüz dörd min üç yüz əlli səkkiz) manat tutularaq, mülki cavabdehlər X4 və X2 müştərək qaydada 354440,29 (üç yüz əlli dörd min dörd yüz qırx, iyirmi doqquz) manat tutularaq, mülki cavabdehlər X13 və X6 müştərək qaydada 137249,88 (yüz otuz yeddi min iki yüz qırx doqquz, səksən səkkiz) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ələkbərzadə Faiq Zaur oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətin in dəlilləri: Müdafiəçi-vəkil Ələkbərzadə Faiq Zaur oğlu kassasiya şikayəti verərək Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş Məhkum Əskər oğlu barəsində olan Yasamal Rayon Məhkəməsinin 10 may 2017ci il tarixli hökmünü və Bakı Apelyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmünü ona aid hissəsi ləğv edərək və onun barəsində cinayət törətdiyi gendən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 03 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxsləri n də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oldu ğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi təl əb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçi-vəkil Ələkbərzadə Faiq Zaur oğlu kassasiya şikayəti verərək Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş Məhkum barəsində olan Yasamal Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmünü və Bakı Apelyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmünü ona aid hissəsi ləğv edərək və onun barəsində cinayət törətdiyi gendən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 10 may 2017-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi əsaslı olaraq Məhkum Əskər oğlunun ittiham olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş və onun əməli CM-nin 213.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, ona cəza təyin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Məhkuma cəza təyin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu nəticəni qanuni, əsaslı və ədalətli hesab e tmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin sanksiyasından görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərarınd an Məhkum müdafiəçisi-vəkil Ələkbərzadə Faiq Zaur oğlu tərəfindən verilmiş kassasiya şikayətində hazırki kassasiya şikayətində qoyulan eyni dəlillər qoyulmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə 27 dekabr 2018-ci il tarixli qərarı ilə həmin dəlillərə hüquqi qiymət verilmiş və müdafiəçinin kassasiya şikayəti təmin edilməmişdir. Odur ki, eyni dəlillərlə verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, Məhkəmə Kolegiyası kassasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlinir ki, göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Əskər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar