Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-419/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, bəraət almış şəxs Məhkum və müdafiəçi Zabil Qəhrəmanovun iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin (hakim Natiq Abbasov) 1(015)-7/2021 nömrəli 06 may 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1983-cü ildə Qazax rayon Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Sadıqlı kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 2019-cu ilin iyul ayında istintaqa dəqiq məlum olmayan günündə və vaxtında Ağstafa şəhəri ərazisində, Ağstafa şəhəri R.Əsədov küçəsi ev 10-da qeydiyyatda olmuş və yaşamış, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 qramı 70 manatdan cəmi 3 qram külli miqdarda əldə etdiyi narkotik vasitə olan heroindən özü istifadə etdikdən sonra ayrıayrılıqda təmiz çəkiləri 0.865 qram, 0.832 qram, 0.862 qram ümumi təmiz cəkisi 2.559 qramını 3 ədəd “gümüşü” rəngli kağız bükümdə 1 ədəd polietilin torbacığın içərisində üzərində, yəni əynində olan şalvarın arxa sol cibində saxlayaraq daşıyan zaman 16 avqust 2019-cu il tarixdə saat 20 radələrində yaşadığı Ağstafa rayonunun Sadıqlı kəndində kənd arası yol ilə ge dərkən Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Ağstafa rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərində daşıyıb saxladığı 3 ədəd “gümüşü” rəngli kağıza bükülmüş şəffaf rəngli polietilin bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.865 qram, 0.862 qram, 0.832 qram, ümümi çəkisi 2.559 qram olan heroin əynində geyinmiş olduğu göy rəngli cins şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Salman Hüseynov) 1(104)-338/21 saylı, 10 avqust 2021-ci il tarixli qərarı ilə Ağstafa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfində n verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rəşad Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində hər iki hal şahidinin ali təhsilli olmalarını vurğulayaraq onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən imtina etmələrini əsas götürmüş, əsassız olaraq hal şahidlərinin əslində Məhkum üzərinə baxış keçirildiyi zaman orada iştirak etmədikləri, heroinin təqsirləndirilən şəxsin üzərindən aşkar olunmadığı, bükümləri Vüsal adlı polis əməkdaşının əlində gördükləri, təqdim edilmiş sənədləri oxumadan imzaladıqları qənaətinə gəlmiş, lakin onların həm izahatlarının, həm də ifadələrinin sonunda öz xətləri ilə izahat və ifadələrini oxumaları, doğru yazıldığı, əlavələrinin olmaması barədə göstəriklərini qiymətləndirməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışındakı ifadəsində Elşən Hüseynov adlı şəxsi tanımadığını göstərməsinə baxmayaraq ibtidai istintaq zamanı tərtib edilmiş “Fotoşəkil üzrə tanıma protokolu”ndan görünür ki, Məhkum 4 nəfər şəxsin fotoşəkli təqdim edilmiş, o, təqdim olunmuş fotoşəkillərin arasında 3 nömrə ilə nömrələnmiş fotoşəkli göstərib 2019-cu ilin iyul ayında Ağstafa rayon əra zisində ona 3 qram heroin satan X4 fotoşəkli olmasını bildirmişdir. Bundan əlavə, Məhkum məhkəmə istintaqında heç vaxt narkotik maddə istifadə etmədiyini qeyd etsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, onun narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Hazırki cinayət işinin istintaqını aparmış X7 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən təqsirləndirilən şəxs Məhkum, hal şahidləri olan Elşən Quliyev və Nizami İsgəndərovun ibtidai istintaq zamanı sərbəst ifadə verdiklərini, hal şahidlərinin özlərinin ifadələrini oxuyaraq doğruluğunu imzaları ilə təsdiq etdiklərini, onlara boş kağıza imza etdirmədiyini, göstərdiklərindən artıq, ya da əskik heç nə yazmadığını ifadəsində bildirməsinə baxmayaraq həmin xüsusatlar məhkəmə hökmündə qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan 17 avqust 2019-cu il tarixli, “Şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılmış, əynində olan cins şalvarın arxa sol cibindən 3 ədəd siqaret kağızı bükümündə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Protokol ucadan oxunmuş, əlavə və düzəliş edilməmiş, hal şahidləri və digər iştirakçılar, o cümlədən də Məhkum tərəfindən imzalanmış, fotoşəkillər çəkilmişdir. Həmin fotoşəkillərdən Məhkum və müdafiəçisi ilə yanaşı hal şahidləri X13 Quliyev eyni kadrda görünürlər. Göründüyü kimi Məhkum və hal şahidlərinin məhkəmə istintaqı zamanı dindirilərəkən ifadələrində göstərdikləri həqiqəti əks etdirmir. Bundan başqa, Məhkum Köçvəlili polis bölməsinə aparıldığını, orada döyülərək cibinə h eroin qoyulduğunu göstərsə də, elə həmin gün polis avtomobili ilə yaşadıqları evə aparıldığı vaxt bu haqda yaxınlarına və qohumlarına, o cümlədən hal şahidlərinə heç nə deməmişdir. Yuxarıda göstərilənlərə əsasən, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə yalan ifadə verməsi üçün hər hansı təzyiq göstərilməsinin, hal şahidlərinə özlərinin oxumadığı, göstərdiklərinin əks olunmadığı izahat və ifadələrinə orada nə göstərildiyini bilmədikləri halda imza etdirilməsinin məhkəmə baxışı zamanı sübuta yetirilməməsinə baxmayaraq məhkəmə yalnız təqsirləndirilən şəxsin və hal şahidlərinin məhkəmə istintaqı zamanı verdikləri, Məhkum cinayət məsuliyyətindən yayınmasına xidmət edən, yalan üzərində qurulmuş, işin obyektiv hallarına uyğun gəlməyən, məhkəmə baxışı zamanı dəyişmiş ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində polis əməkdaşlarının ifadələrində Məhkum aşkar edilmiş 3 büküm heroinin qızılı rəngli siqaret kağızına bükülməsini göstəridklərini, müvafiq ekspert rəyində və digər sübutlarda isə həmin 3 ədəd heroin bükümünün gümüşü rəngli siqaret kağızına bükülü olmasının qeyd olunduğuna əsaslanıb həmin formallığı ziddiyət kimi qiymətləndirmişdir. Bundan başqa məhkəmə bəraət hökmündə şahid Vüsal Murtuzayev adlı polis əməkdaşının məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum Köçvəlili polis bölməsinə aparılması barədə verilmiş suala mexaniki səhv edərək təsdiqedici cavabına əsaslanmış, lakin, onun Kənanın həmin bölməyə aparılmadığını, müdafiəçinin sualına yanlışlıqla müsbət ca vab verdiyini, növbəti prosesdə də həm V. Murtuzayevin, həm də digər şahidlərin Məhkum Köçvəlili polis bölməsinə aparılmadığını göstərmələrini nəzərə almamış, yanlışlıqla verilmiş cavabı əsas götürmüşdür. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yalnış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayə t məsuliyyətindən kənarda qalmışdır. Həmçinin, məhkəmə bəraət hökmünü əsaslandırarkən Məhkum evində və avtomobilində məhkəmə qərarı olmadan axtarış aparıldığını, bunun protokollaşdırılmadığını qeyd etmişdir, halbuki, təqsirləndirilən şəxsə ittiham onun evindən və ya avtomobilindən deyil, üzərindən narkotik maddə aşkar edildiyi üçün elan edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla Məhkum təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin və hal şahidl ərinin məhkəmə iclasında verdiyi ifadələrə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Ona görə də Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəl i və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İttiham tərəfi Məh kum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, şəxsi axtarış və götürmə haqqında 17 avqust 2019-cu il tarixli protokol, şəxsi axtarışda iştirak etmiş polis işçilərinin və hal şahidlərinin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut məns ubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında Məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmiş və göstərmişdir ki, 16 avqust 2019-cu il tarixdə saat 20 radələrində o, kənd arası yol ilə piyada hərəkətdə olarkən Ağstafa RPŞ-nin Köçvəlili Polis Bölməsinin əməkdaşı olan 5 nəfər polis əməkdaşı onu “NİVA” markalı avtomobilə mindir ərək Köçvəlili Polis Bölməsinə aparmışlar. Bölmədə polislər ondan üzərində nə olmasını soruşduqda, heç nə olmamasını bildirmişdir. Bu zaman əlini sol cibinə salmasını bildirmişlər. O da əlini arxa sol cibinə saldıqda paket çıxmış, polis əməkdaşları həmin paketin içində heroin olmasını və onun “barıqa” olmasını bildirmişlər. O isə polis əməkdaşlarına həmin paketin ona məxsus olmadığını, ona qarşı böhtan xarakterli hərəkətlərin edilməməsini bildirmiş, polis əməkdaşları isə ona narahat olmamasını, həmin narkotik vasitəni guya Elşən adlı şəxsdən almasını, həmin şəxsin artıq vəfat etməsini və heroinin çəkisini az miqdarda istifadəçisi kimi yazacaqlarını bildirmişlər. Ağstafa RPŞ-nin Köçvəlili Polis Bölməsində onun üzərində axtarış aparılarkən hal şahidləri və vəkil iştirak etməmişdir. O, Elşən adlı şəxsi tanımamışdır. Onun üzərinə Ağstafa RPŞ-nin Köçvəlili Polis Bölməsində axtarış aparıldıqdan sonra polislər onu “NİVA” markalı avtomobillə yaşadığı evə apararaq evə və avtomobilinə də baxış keçirmişlər. Həmin vaxt kənd icra nümayəndəsi də orada olmuşdur. Yaşadığı evdə və avtomobilində narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra onu Post Patrul avtomobili ilə Ağstafa RPŞ-nə gətirmişlər. Şöbədə polis əməkdaşları onu döyərək məcbur etdiyinə görə cinayət işinin materiallarında olan sənədlərə imza etmişdir. İş materiallarında olan 17 avqust 2019-cu il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum Sadıqlı kəndarası yolda saxlanılaraq Ağstafa RPŞ-nə dəvət olunması və RPŞ-nin inzibati binasında üzərində axtarış keçirilərkən əynində olan şalvarının arxa sol cibindən 3 ədəd 2,9 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kəskin iyli, qəhvəyi rəngli kütlə aşkar olunması qeyd olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «təqsirləndirilən şəxs Məhkum» sözləri və imzalara olan kağız paketdəki, 1 ədəd polietilen torbanın içərisində olan 3 ədəd «gümüşü» rəngli kağıza bükülmüş şəffaf rəngli polietilin bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,865 qram, 0,832 qram, 0,862 qram ümumi təmiz çəkisi 2,559 qram maddə kustar üsulla hazırlanmış varkotik vasitə – heroindir. (0,15 qram ekspertiza tədqiqatına sərf edilmiş, 2,409 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2019-cu il tarixli 717 nömrəli rəyində göstərilmişdir ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, Məhkum barəsində ittiham yalnız maddi sübuta, yəni təhqiqatçı tərəfindən onun üzərində axtarış keçirilməsi zamanı narkotik vasitənin tapılmasına əsaslanır. Digər sübutlar axtarışda iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri və axtarış nəticəsində əldə edilmiş maddənin narkotik vasitə olması barədə ekspert rəyidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəb ul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Həmin sübutlar məhkəmə iclasında yoxlayarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərinə baxışın keçirilməsi haqqında protokol iki hal şahidi tərəfindən imzalansa da, məhkəmə istintaqı zamanı hər iki hal şahidi olan ali təhsilli kənd icra nümayəndəsi Elşən Quliyev və bələdiyyə sədri Nizami İsgəndərov ibtidai istintaq zamanı verdiyi ifadələrindən imtina edərək təqsirləndirilən şəxsin üzərinə keçirilmiş axtarışda iştirak etmədiklərini, narkotik vasitənin təqsirləndi rilən şəxsin üzərindən aşkar olunması görmədiklərini, həmin narkotik vasitənin Vüsal adlı polis əməkdaşının əlində olması görmələrini və təqdim edilmiş sənədləri oxumadan imza atdıqlarını bildirmişlər. Həmçinin onlar göstərmişlər ki, Ağstafa rayonu Sadıqlı kənd Bələdiyyəsinin inzibati binasının qarşısında polis əməkdaşlarını gözləyərkən 3 avtomobil, o cümlədən post patrul xidmətinin avtomobili gəlmiş, Məhkum post patrul avtomobilində görmüşlər. Lakin, polis əməkdaşlarının ifadələrində isə Məhkum “Niva” markalı avtomobildə apardıqlarını göstərməklə ifadələr arasında olan ziddiyyəti daha da dərinləşdirmişlər. Bundan başqa, zidiyyətli məqamlardan biridə ondan ibarətdir ki, cinayət işi üzrə əsas şahidlər olan polis əməkdaşları X8, X9 və X16 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələr ində Məhkum üzərində aparılan axtarış zamanı onun əynində olan şalvarın arxa sol cibindən bir ədəd sellofan torbaya bükülmüş büküm aşkar olunmuş, həmin sellofan torba açıldıqda içərisindən qızılı rəngli siqaret kağızına bükülmüş 3 büküm aşkar olunmasını bildirmişlər. Lakin iş üzrə alınmış ekspert rəyində və ittiham tərəfinin təqdim etdiyi digər sübutlarda, həmçinin təqsirləndirilən şəxsə verilmiş ittihamda təqsirləndirilən şəxsin üzərindən gümüşü rəngli siqaret kağızına bükülmüş 3 bükümün aşkar olunması göstərilmişdir. Həmçinin, polis əməkdaşları kəndarası yolda Məhkum 16 avqust 2019-cu il tarixdə saat 20 radələrində avtomobilə mindirərək birbaşa evlərində və avtomobilində axtarış aparmaları üçün getdiklərini göstərsələr də kənd icra nümayəndəsi və bələdiyyə sədrinin ifadələrinə əsasən p olis əməkdaşları əvvəlcə onların yanına gələrək arxalarınca gəlmələrini bildirmişlər. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilən Vüsal Murtuzayev göstərmişdir ki, axtarış və götürmənin sonunda sorğu zamanı Məhkum narazılıq edərək üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasını və həmin narkotik vasitəsinin cibinə kimin tərəfindən qoyulmasını soruşmuşdur. Lakin digər şahidlər polis əməkdaşları Əli Məsimov və İsgəndər Qasımov ifadələrində sorğu zamanı Məhkum həmin narkotik vasitənin ona məxsus olmasını və ölmüş şəxs olan Elşən adlı şəxsdən almasını bildirməsini göstərmişlər. Göründüyü kimi əməliyyatı aparmış polis əməkdaşlarının verdikləri ifadələr də ziddiyyətlidir. Həmçinin ibtidai istintaq zamanı şahid Vüsal Murtuzayev (əməliyyat qrupunun rəhbəri) təqsirlənd irilən şəxs Məhkumla üzləşdirmədə dindirilərkən göstərmişdir ki, Məhkum üzərində axtarış Ağstafa Rayon Polis Şöbəsinin binasında deyil, həmin şöbənin Köçvəlli Polis Bölməsinin binasında aparılmışdır. Hətta bu ifadədən sonra müdafiəçinin sualına cavab verərək Vüsal Murtuzayev göstərmişdir ki, o əvvəl səhvən göstərmişdir ki, Məhkum üzərində axtarış Ağstafa Rayon Polis Şöbəsinin binasında aparılmış, əslində axtarış şöbənin Köçvəlli Polis Bölməsinin binasında aparılmışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmələr Məhkum üzərində axtarı şın aparılması və narkotik vasitənin götürülməsi barədə 17 avqust 2019-cu il tarixli protokolun həqiqətə və qanun tələblərinə uyğun olubolmamasına şübhə mövcud olduğundan yuxarıda qeyd edilən qanun normaların tələblərinə əsasən haqlı olaraq həmin protokolu mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi, qeyd edilən protokolla yanaşı digər sübutlarda da ciddi ziddiyyətlərin olmasını nəzərə alıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübut olmadığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq bel ə nəticəyə gəlmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması sübuta yetmir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsi rləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gənc ə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-419/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-419/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver