Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-419/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X8 iştirakı ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-45/2024 saylı, 1 mart 2024-cü il tarixli (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X14 və X1 ibarət tərkibdə) hökmü ilə 31 dekabr 1993-cü ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Şahid1 prospekti, ev 164 ünvanında yaşayan, X16 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiy inə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) 1(106)-413/2024 saylı, 4 iyun 2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-45/2024 saylı, 1 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X13 verilmiş ittihama görə o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 5,609 qram çəkidə külli miqdarda narkotik vasit ə heroini qanunsuz əldə etməklə satış məqsədilə bölüb hər birində 2,417 qram və 3,192 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin yaxınlığına qanunsuz daşımış, Elman Yusubovun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 27 sentyabr 2022-ci il tarixdə saat 22.40da Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin qarşısında saxlanılaraq Şirvan ŞPŞ-də xidməti otaqların birində saat 00.05-dən etibarə n Elman Yusubovun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,417 qram və 3,192 qram, ümumi təmiz çəkisi külli miqdar 5,609 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-413/2024 saylı, 4 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə əsasən hesab edirəm ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qəra r qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Elman Yusubov CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, 27 sentyabr 2022-ci ildə Sabirabad rayonuna qaynatasının evinə ailəsi ilə birlikdə gəlmiş, həmin gün axşam saatlarında da qaynı Mirəli ilə birlikdə Şirvan şəhərinə gəzməyə gəlmişdir. Həmin gün saat 22 radələrində idarə etdiyi avtomobilin yanında olarkən, polis əməkdaşları ona yaxınlaşmış, onu polis şöbə sinə dəvət etmiş və avtomobilini Şirvan ŞPŞyə sürmüşlər. Polis şöbəsində üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt otağa başqa bir polis əməkdaşı gəlmiş, ona işgəncə vermiş, çox pis formada onu döymüşlər. Bir müddət sonra "banditizm" işçiləri gəlmiş, onu Şirvan ŞPŞ-in əməkdaşları döydükləri üçün onların dediklərini etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Verilmiş suallara cavab olaraq Elman Yusubov bildirmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən döyüldüyü üçün polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Polislər qolunda olan tatuya görə ona yaxınlaşmış, buna görə ona irad bildirmiş və bundan sonra onu polis şõbəsinə dəvət etmişlər. O nunla birlikdə saxlanılan Şahid5 "İİ Qarabağ Müharibəsi"nin iştirakçısı qazi olduğu üçün onlara hədə-qorxu gəlmiş və buna görə Mirəli buraxılmış, onu isə narkotiklə tutmuşlar. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, lakin ona bildirilmişdir ki, "banditizmə" heç kimə bata bilmir. Onu ilk öncə Şirvan ŞPŞ-də, daha sonra isə "banditizm"də pis formada döymüşlər. Polislə onun arasında hər hansı ziddiyyət olmamış, lakin polislər onun məhkumluğunun olduğunu bildirərək saxlamışlar. Məhkumluğu olsa da heç kimə narkotik vasitə satmamış, narkotikdən istifadə etməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən də görünür ki, ayağı axsayır, sifəti şişmişdir. Polis əməkdaşları onu döyməkdən əlavə həm də hədələmişlər ki, onlarla razılaşmadığı halda yaxın qohumlarını da gətirib məsuliyyətə cəlb edəc əklər. Buna görə də onların verdiyi iki büküm narkotik vasitəni üzərinə götürərək təqdim etmiş, sənədlərə imza çəkmişdir. Həmçinin çəkilişdən əvvəl ona 3 bildirilmişdir ki, ayağının axsaması ilə bağlı ona sual veriləcək və o, cavabında "Gəncədə meşb edərkən xəsarət almışam" deməlidir. Narkoman və narkotik satan olsaydı idman zalına heç getməzdi. Bütün bunlar barədə özü şikayət etmiş, şikayətinə baxılmamış, buna görə də qohumları tərəfindən hər hansı şikayət edilməmişdir. İbtidai istintaq zamanı da əvvəl dediyi kimi məcbur qalıb narkotik vasitənin ona aid olması barədə ifadə vermiş, lakin sonradan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. "Nizaməddin" adında adam tanımır, həmin adı çəkməsini də polis əməkdaşları ona demişlər. Üzərinə keçirilən şəxsi axtarış 5-6 dəfəyə çəkilmişdir. O, avtomobilinden düşərkən saxlanılmışdır. Həmin vaxt ona bir neçə şəxs yaxınlaşmış, ilk öncə onunla mübahisə etmək istədiklərini fikirləşmiş, sonra isə həmin şəxslər polis olduqlarını bildirib, ona şöbəyə getməyi demiş, o da razılaşmışdır. Əvvəlki cinayətlərinə görə məhkum olunarkən həmişə məhkəməpe təqsirini boynuna almışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə bildirmiş, narkotik vasitənin ona aid olmamasını da qeyd etmişdir. (Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin yekun qərar və iclas protokolları) Elman Yusubovun cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq CMin 234.4. 3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi özünün və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış diger materiallarla təsdiq edilmişdir. Belə ki, ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş Elman Yusubov, ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, bir neçə aydır narkotik vasitə olan heroindən yandırıb, tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. 26 sentyabr 2022-ci ildə Gəncə şəhəri ərazisində adını "Nizaməddin" olaraq bildiyi şəxsdən 50 manat müqabilində 2 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Onun məqsədi həmin narkotik vasitəni istifadə etmək olmuş, həmin maddələri satmaq fikri olmamışdır. O yalnız öz istifadəs i üçün həmin narkotik vasitəni almışdır. Heç kimin əlinə keçməsin deyə həmin narkotik vasitəni üzərində gəzdirmişdir. 27 sentyabr 2022-ci ildə saat 22:40 radələrində qohumu Şahid5 ilə birlikdə Şirvan şəhəri, Şahid1 prospektində yerləşən "Şirvan" marketin qarşısında onun idarə etdiyi "Toyota Prius" markalı **-PC-*** nömrə nişanlı avtomobilin yanında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-in BMCMİ-nin və Şirvan ŞPŞ-in əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Şahid5 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda, qanunsuz olaraq soyuq silah əldə etməklə üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O səmimi olaraq etiraf edib, üzərində narkotik vasitə və bıçaq olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. O və Şahid5 buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-inə gəlmişlər. Polis şöbəsində, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış, Mirəlinin üzərinə isə baxış keçirilmişdir. Baxış və şəxsi axtarış keçirilməzdən əvvəl ona və Mirəliyə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində "kokos" adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 25 manat pulu və 1 edəd avtomobil açarını, əynində olan şalvarın sağ yan cibində olan 1 ədəd "Samsung" markalı mobil telefonu və 2 ədəd şəffaf sellofan bükümü, əyn ində olan cins şalvarının sağ arxa cibində olan 1 ədəd qara rəngli bıçağa bənzər predmeti çıxardıb, masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd sellofan bükümün içində "kokos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 2 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasite heroin olması müşahidə edilmişdir. Sonra təqdim etdiyi bıçağa baxış zamanı həmin predmetin dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik bıçaq olması, üzərində "Columbia" yazısı qeyd olunması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 2 əpеp sellofan bükümdə olan narkotik vasitə heroini 26 sentyabr 2022-c i ildə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Nizaməddin" adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb, daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "8-ci Kilometr" bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 2 epep sellofan bükümdə olan narkotik vasitə heroin və 1 edep bıçaq kağız zərfdə qablaşdırılıb, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 25 manat pul və 1 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zam anı üzərindən aşkar edilmiş 1 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şahid5 üzərinə baxış keçirilmışdir. Baxış zamanı Şahid5 üzərindən qanunla qadağan edilmiş əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Mirəli onun bacısının əri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitələr və bıçaq olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Eyni zamanda o da üzərində narkotik vasitələr və bıçaq olmasından Mirəlinin məlumatının olmadığını qeyd etmişdir. Daha sonra "Toyota Prius" markalı **-PC-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edə bilən hərha nsı əşya aşkar edilməmiş, daha sonra baxış keçirilməsi barədə protokol tertib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı ne fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hər-hansı formada narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 27 sentyabr 2022-ci ildə saat 22:40 radələrində qohumu Elman Yusubov ilə birlikdə Şirvan şəhəri, Şahid1 prospektində yerləşən "Şirvan" marketin qarşısında Elmanın idarə etdiyi "Toyota Prius" markalı **-PC-*** nömrə nişanlı avtomobilin yanında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqəl ərini göstərib DİN-in BMCMİ-nin və Şirvan ŞPŞ-in əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Elman Yusubov özlərini təqdim etdikdən sonra polis əməkdaşları Elman Yusubovun narkotik vasitələrin ve psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda, qanunsuz olaraq soyuq silah əldə etməklə üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla Elmanı tanış etmişlər. Elman Yusubov səmimi olaraq etiraf edibş, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. O və Elman Yusubov buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-inə gəlmişlər. Polis şöbəsində Elman Yusubov müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə Elman Yusubovun üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. Baxış və şəxsi axtarış keçirilməzdən əvvəl ona və Elmana hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Elman Yusubova şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Elman Yusubov buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləc ək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Elmana təklif edilmişdir. Bu təklifdən sonra Elman Yusubov üzərində "kokos" adı ilə tanıdığı narkotik vasitə 5 və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 25 manat pulu və 1 ədəd avtomobil açarını, əynində olan şalvarının sağ yan cibində olan 1 ədəd "Samsung" markalı mobil telefonu və 2 ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarının sağ arxa cibində olan 1 ədəd qara rəngli bıçağa bənzər predmeti çıxarıb, masanın üzərinə qoymaqla təqdim etmişdir. Elman Yusubov təqdim etdiyi 2 ədəd sellofan bükümün içində "kokos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Elman Yusubovun təqdim etdiyi 2 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümləri n içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. X22 təqdim etdiyi bıçağa oxşar predmetə baxış zamanı həmin predmetin dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik bıçaq olması müəyyən edilmişdir. Bıçağa oxşar dəmir predmetin üzərində "Columbia" yazısı qeyd olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Elman Yusubovun üzərindən digər əşya ve predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı Elman Yusubov üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 26 sentyabr 2022-ci ildə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Nizaməddin" adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb, daşıdığını bildirmişd ir. Bundan əlavə Elman Yusubov üzərindən aşkar edilmiş bıçağı təxminən 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "8-ci Kilometr" bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan X22 üzərindən aşkar olunmuş 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 1 ədəd bıçağa oxşar dəmir predmet 2 edəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 25 manat pul ve 1 edep avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Elman Yusubovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Elman Yusubovun üzərindən aşkar edilmiş 1 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçiri lmişdir. Baxış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı onunla birlikdə saxlanılan Elman Yusubovun bacısının əri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Elman Yusubovun üzərində narkotik vasitələr və bıçaq olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Eyni zamanda Elman Yusubov onun dediklərini təsdiq edib Elmanın üzərində narkotik vasitələr və bıçaq olmasından onun məlumatının olmadığını qeyd etmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfinden protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Nə tutulark ən, nə də şöbədə onun və Elmanın üzərində baxış keçirilərkən onlara qarşı hər-hansı təsir və ya təzyiq olmamışdır. İş üzrə Şahid5 və Elman Yusubovun arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu üzərində narkotik vasitə olmasını etiraf etmiş, ancaq bu barədə Şahid5 məlumatının olmadığını bildirmişdir. Şahid5 da Elman Yusubovun üzərində narkotik vasitə aşkar edilməsini bildirmiş, ancaq bu barədə əvvəlcədn məlumatı olmadığını demişdir. Kassasiya protestində X13 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuş dur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apelly asiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X13 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X13 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gə lmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaq la təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət ver ərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr old uğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X13 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən X16 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamı qəbul etməmiş, cinayət əməlini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, idmanla məşğul olmuş, narkotik vasitələrdən istifadə etməmişdir. 27 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonuna qaynatasının evinə ailəsi ilə birlikdə gəlmiş, həmin gün axşam saatlarında da qaynı Mirəli ilə birlikdə Şirvan şəhərinə gəzməyə gəlmişdir. Həmin gün saat 22 radələrində idarə etdiyi avtomobilin yanında olarkən polis əməkdaşları ona yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər və onu maşına əyləşib maşınını Şirvan ŞPŞ-yə sürmüşlər. Polis şöbəsində üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt otağa başqa bir polis əməkdaşı gəlmiş, ona işgəncə vermiş, çox pis formada onu döymüşlər. Bir müddət sonra “banditizm” işçiləri gəlmiş, onu Şirvan ŞPŞnin əməkdaşları döydükləri üçün onların dediklərini etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Elman Yusubov bildirmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən döyüldüyü üçün polis əməkdaşlarının dediyi formada if adə vermişdir. Polislər qolunda olan tatuya görə ona yaxınlaşmışlar və buna görə ona irad bildirmişlər və bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Onunla birlikdə saxlanılan Şahid5 İİ Qarabağ müharibəsi iştirakçısı - qazi olduğu üçün onlara hədə-qorxu gəlmiş və buna görə onu buraxmışlar, onu isə narkotiklə tutmuşlar. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, lakin ona bildirilmişdir ki, “banditizmə” heç kimə bata bilmir. Onu ilk öncə Şirvan ŞPŞ-də, daha sonra isə “banditizm”də pis formada döymüşlər. Polislə onun arasında hər hansı ziddiyyət olmamış, lakin polislər onun məhkumluğunun olduğunu bildirərək saxlamışlar. Məhkumluğu olsa da heç kimə narkotik vasitə satmamış, narkotikdən istifadə etməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən də görünür ki, ayağı axsayır, sifəti şiş ib. Polis əməkdaşları onu döyməkdən əlavə həm də hədələmişlər ki, onlarla razılaşmadığı halda yaxın qohumlarını da gətirib məsuliyyətə cəlb edəcəklər. Buna görə də onların verdiyi iki büküm narkotik vasitəni üzərinə götürərək təqdim etmiş, sənədlərə imza çəkmişdir. Həmçinin çəkilişdən əvvəl ona bildirilmişdir ki, ayağının axsaması ilə bağlı ona sual veriləcək və o, da cavabında “Gəncədə məşq edərkən xəsarət almışam” deməlidir. Narkoman və narkotik satan olsaydı idman zalına getməzdi heç. Bütün bunlar barədə özü şikayət etmiş, şikayətinə baxılmamış, buna görə də qohumları tərəfindən hər hansı şikayət edilməmişdir. İbtidai istintaq zamanı da əvvəl dediyi kimi məcbur qalıb narkotik vasitənin ona aid olması barədə ifadə vermiş, lakin sonradan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. “Nizaməddin” adında heç bir adam tanımamış, həmin adamın adını çəkməsini də polis əməkdaşları ona demişlər. Üzərinə keçirilən şəxsi axtarış 5-6 dəfəyə çəkilmişdir. O, avtomobilindən düşərkən saxlanılmışdır. Həmin vaxt ona bir neçə şəxs yaxınlaşmış, ilk öncə onunla mübahisə etmək istədiklərini fikirləşmiş, sonra isə həmin şəxslər polis olduqlarını bildirib ona şöbəyə getməyi demiş, o da razılaşmışdır. Əvvəlki cinayətlərinə görə məhkum olunarkən həmişə məhkəmədə təqsirini boynuna almışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə bildirmiş, narkotik vasitənin ona aid olmamasını da qeyd etmişdir. -Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasə n (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş X9 ibtidai istintaq zamanı 07 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməmiş və göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində Şirvan şəhərində yerləşən “Şirvan” marketin qarşısında qaynı Şahid5la birlikdə olan zaman təqribən 7 nəfər şəxsdən dördü ona, üç nəfəri isə Mirəliyə yaxınlaşmış, həmin şəxslər orada nə etdiyini soruşduqda o, qohumlarının qonaq gəldiyini demiş, bundan sonra həmin şəxslər ona polis əməkdaşı olduqlarını deyib qollarından tutaraq idarə etdiyi avtomobilə əyləşdirmişlər və onlardan biri onun avtomobilini sürərək onu polis şöbəsinə gətirmişlər. Sonra bilmişdir ki, qaynı Mirəlini də polis şöbəsinə gətirmişlər. Şöbədə polislərdən biri onun ciblərini yoxlamış, digəri isə telefonunu götürüb baxmış, həmin polislərdən birinin adı Namaz olmuşdur. Bu zaman əməliyyatçıların rəisi otağa daxil olmuş, nə üçün bədənində tatirovkalar olduğunu soruşmuş, daha sonra isə onu döyməyə başlamışlar. Onlar ona silah və narkotik vasitə verəcəklərini, həmin predmetləri üzərinə götürüb etiraf etməyi tələb etmişlər, razılaşmadığından təxminən 5 saat fasilələrlə onu döyməyə davam etmişlər. Onların dediyi narkotik vasitə bir sellofan dolusu olduğundan həmin nar kotik vasitə ilə bağlı etirafedici ifadə verməyə razılaşmamışdır. Həmin gün təxminən saat 03 radələrində DİNnin BMCMİ-nin əməkdaşları Şirvan ŞPŞ-yə gəlmiş, artıq bundan sonra Şirvan ŞPŞ-nin əməkdaşları onu döyməyi dayandırmışlar. BMCMİ-nin əməkdaşları onu başqa otağa keçirilmiş, həmin otaqda İlqar adlı şəxs ona iki ədəd büküm verərək cibinə qoymağı, çəkiliş zamanı ona məxsus olmasını bildirməyi demiş, həmin bükümlər kiçik olduğu üçün təkliflə razılaşmış, sonra isə üzərində çəkilişlə axtarışaparılmışdır. Bunun üçün çəkilişdən əvvəl həmin otağa işıq düşməməsi üçün jaluzləri bağlamış, saatları geriyə çəkmişlər. Həmçinin çəkiliş zamanı narkotik vasitəni Gəncədən 50 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını deməyi istədiklərindən çəkiliş zamanı narkotik vasitəni təqdim edib onlar ın dedikləri kimi ifadə vermişdir. Onu döydükləri üçün çəkiliş zamanı axsadığından polis əməkdaşlarının təkidi ilə axsamağının səbəbi kimi Gəncədə idman zalında xəsarət aldığını bildirməyə məcbur olmuşdur. Hava işıqlanan zaman onu Bakı şəhərinə - BMCMİ-yə gətirmişlər, Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Bakı istintaq təcridxanasına göndərilmiş, təcridxanaya daxil olarkən bədənində olan xəsarətlərin hamısı tibb kitabçasına qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə X9 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi və satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qərarın icrası ilə bağlı əməliyyat qrupu Şirvan şəhərinə yollanmış, əməliyyat tədbirlərinin Şirvan şəhəri ərazisində keçirilməsi nəzərə alınmaqla keçirilən əməliyyat tədbirində Şirvan ŞPŞ-nin əməkdaşlarının da iştirak etməsi üçün icazə verilməsi barədə Şirvan ŞPŞ-nin rəhbərliyinə müraciət edilmiş, həmin şöbənin iki nəfər əməkdaşları da əməliyyat tədbirinin keçirilməsinə cəlb edilmişdir. Daha sonra Şirvan ŞPŞ-nin əməkdaşları ilə birlikdə həmin günü saat 22:40 radələrində Şirvan şəhərində - “Şirvan” marketin qarşısında X13 bənzər şəxs “Toyota Prius” markalı 77- PC-908 dövlət qeydiyyat nişanlı avtomobilin yanında başqa bir şəxslə birlikdə saxlanılmış və Şirvan ŞPŞ-nin inzibati binasına dəvət edilmişlər. Elman Yusubova müdafiəçi dəvət edildikdən sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, daha sonra etiraz etmədiklərinə görə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elman üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirib digər əşyaları ilə yanaşı həmin predmetləri çıxardıb masanın üzərinə qoymuş, təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos ” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, bükümlər açıldıqda içərisində heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Elman üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan heroini 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nizaməddin” adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzəridə saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən tutulmamışdan 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Şahid5 üzərinə, sonra isə avtomobilə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elman Yusubov onun bacısının həyat yoldaşıdır. Özü Sabirabad rayonu Qarağac kəndində yaşayır. 27 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Elman Yusubovla birlikdə Şirvan şəhərinə getmişlər, orada “Şirvan” marketin yaxınlığında dayanmışlar. Həmin vaxt 7-8 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, onlarda 4 nəfəri Elman Yusubovu, 3 nəfəri isə onu götürüb Şirvan ŞPŞ-yə aparmışlar. Şöbəyə girən kimi üstlərini yoxlasalar da heç bir şey aşkar edilməmişdir. Həmin gün Elman və on u ayrı-ayrı otaqlara salmışlar və yan otaqda Elmanın döyülmə səslərini eşitmişdir. Sonra polis əməkdaşlarından biri onun olduğu otağa daxil olub onu da döymüşlər. Sonra onun otağından çıxıb qonşu otaqda olan Elmanın yanına gedib həmin otaqda Elmanı döyməyə başlamışlar və o, da Elmanın qışqırıq səslərini eşitmişdir. Daha sonra onun Qarabağ müharibəsi iştirakçısı olduğunu bildiklərindən onu tutmamışlar. Təxminən gecə saat 3 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da Şirvan ŞPŞ-yə gəlmiş və sonra Elmanın üstündən narkotik vasitənin tapılması məlum oldu, halbuki, polisə gətirilərkən üzərilərində heç bir narkotik vasitə olmamışdır. -xx.xx.2022-ci il tarixli raportdan görünür ki, X9 narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məq sədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. -“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X16 ətrafinda təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə Şahid1 rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və xüsusilə m ühüm işlər üzrə təhqiqatçı Mirata Seyidovdan ibarət əməliyyat qrupu yaradılmışdır. -xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Elman Yusubovun tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı əməliyyat tədbirinin Şirvan şəhəri ərazisində keçiriləcəyi nəzərə alınaraq əməliyyat axtarış tədbirlərinin keçirilməsində Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirak etmələrindən ötrü icazə verilməsi BMCMİ-nin rəhbərliyindən xahiş edilmiş, Baş İdarənin rəsinin Şirvan ŞPŞ-nin ərisinə ünvanladığı 27.09.22-ci il tarixli məktub əsasında Şirvan ŞPŞ-nin rəisinin 27.09.22-ci il tarixli əmri ilə Elman Yusubovun əməllərinin ifşa olunmasından ötrü keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək məqsədi ilə Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. -Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Elman Yusubov həmin tarixdə saat 23:32-də şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində X16 27 sentyabr 2022-ci il tarixdə saat 22.40-da Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin qarşısında saxlanılaraq Şirvan ŞPŞ-də xidməti otaqların birində saat 00.05-dən etibarən Elman Yusubovun üzərində keçirilm iş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,417 qram və 3,192 qram, ümumi təmiz çəkisi külli miqdar 5,609 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5558 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs X9 üzərindən aşkar olunan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr..., şübhəli şəxs: E.Yusubov – imza, müdafiəçi: U.Əhmədova – imza; iştirakçılar: beş imza, Qablaşdırıldı: M.Seyidov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd bükümlərdəki təmiz çəkiləri – 2,417 qram, 3,192 qram, ümumi təmiz çəkisi – 5,609 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X16 Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -“Mobil telefona baxış keçirilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Elman Yusubovun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. -Şirvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 6(032)-10/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 sentyabr 2022-ci il tarixli qərar qanunidir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 5(005)1250/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 sentyabr 2022-ci il tarixli qərar q anunidir. -07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Elman Yusubovun üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 5,509 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. -“Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X9 polis əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, X20 ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. -“Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-dən dax il olmuş xx.xx.2022-ci il tarixli, 305-39280-1222 nömrəli məktubda göstərilmişdir ki, “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında xx.xx.1993-cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-yə gətirilməsi ilə bağlı heç bir qeyd yoxdur. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-4422/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş X9 istifadəsində olan ***-***-**** saylı GSM mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, X9 istifadəsində olan qeyd olunan telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərində narkotik vasitələrin satışı ilə, eləcə də istifadəsi ilə bağlı hər hansı məlumat yoxdur. -“Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 442/MEŞ nömrəli rəyində göstərilmişdir ki, X16 xx.xx.2022-ci il tarixdə məhkəmətibbi müayinəsi keçirilmiş, məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli, 2559/K nömrəli rəyində göstərilmişdir ki, X5 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. -X7 tibbi yoxlamanın 28 sentyabr 2022-ci il tarixli, 5591 nömrəli rəyindən görünür ki, X10 opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda X10 müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı X16 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərə cəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olm adıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X13 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. C inayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiym ət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtida i və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X9 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, is tintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X9 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3 -cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz o lmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsa sında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-413/2024 saylı, 4 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-419/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-419/2025
10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver