Məhkəmə qərarları › İş №1(102)-42/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-42/2019

29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-42/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)42-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçilər Məmmədova Şəfəq Ənvər qızının və X9 iştirakları ilə, B akı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2017-ci il tarixli qərarından müdafiəçi Məmmədova Şəfəq Ənvər qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X1 və X4 ibarət tərkibdə) Məhkum – xx xxx 1973-cü ildə *********** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri,***************************** qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 15 yanvar 2016-cı il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, **************************** küçəsində yerləşən «Army» marketin qarşısında həmin vaxt təhsil aldığı 284 saylı orta məktəbdən piyada evə qayıdan on dörd yaşına çatmayan 29 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Vahid qızını görərək ona qarşı cinsi ehtirasını sair pozğun formada təmin etmək qərarına gəlib Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə ünvanına qədər Zərərçəkmiş şəxs arxası ilə gedərək 4 saylı binanın qarşısında onun əlindən tutub peyk antenasını düzəltməkdə ona kömək etməsi adı ilə aldadaraq sonuncunu həmin binanın 9 saylı blokunun ikinci mərtəbəsinə aparıb orada onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq edib əlindən bərk tutub saxlayıb zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək onun üzündən, dodağından öpməklə yanaşı gödəkcəsinin zamokunu açıb Zərərçəkmiş şəxs əynində olan yubkasının ətəyini qaldıraraq əlini əynində olan kolqotqasının içərisinə salıb alt paltarının üzərindən zərərçəkmiş şəxsin cinsiyyət orqanına toxundurmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə) 03 mart 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2017-ci il tarixli qərarından müdafiəçi M8 kassasiya şikayəti verərək Məhkum əməlini CM-nin 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyasında nəzərə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ifadəsi ibtidai istintaq tərəfindən təhrif olunmuşdur. Zərərçəkmiş şəxs heç bir təcavüz edilməmişdir. Belə ki, bu fakt həm Məhkum 17.01.2016-cı il tarixli izahatında və zərərçəkmiş şəxsin anası Qanuni nümayəndə tərəfindən 15.01.2016-cı il tarixdə Binəqədi RPİ -nin rəisinə ünvanlanmış izahatda göstərilir ki, qızı Xədicəyə qarşı hər hansı təcavüz olmayıb. Belə olduğu təqdirdə hər hansı bir zorakılıq hərəkətlərindən söhbət belə gedə bilməz. Zərərçəkmiş şəxs Vahid qızının anası Qanuni nümayəndə istintaq orqanı tərəfindən həm şahid qismində, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmişdir. Belə bir prosessual pozuntu təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tərəfindən istintaqın kobud pozuntu ilə aparılması baxımından qiymətləndirilməmiş və apellyasiya instansiyası tərəfindən bu hala münasibət bildirilməmişdir. Çünki diqqət yetirilərsə tamamilə aydın olar ki, Qanuni nümayəndə bu iş üzrə şübhəsiz ki maraqlı şəxsdir, yəni anadır. İbtidai istintaq orqanına bir şəxsin prosessual pozuntu kimi həm şahid həm də zərərçəkmişin q anuni nümayəndəsi qismində dindirilməsi yolverilməz olduğu məlum olsa da buna yol vermiş və nəticə etibarilə təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına səbəb olmuşdur: Nə istintaq orqanı nə də məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Belə ki, həm təqsirləndirilən, həm zərərçəkmiş və həm də digər şahidlərin ifadələrindən görünür ki, blokda həm təqsirləndiriləni və həm də zərərçəkmişi görən bir qadın olmuşdur. Hadisənin əsl şahidi həmin qadındır. İbtidai istintaq orqanına həmin qadının olduğu yer məlum olmuşdur. Çünki cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmış və bu barədə protokol tərtib edilmişdir. Lakin həmin qadının şahid qismində dindirilməsi isə həyata keçirilməmişdir. Şahidlər qismində yalnız zərərçəkmiş şəxsin atası və anası d indirilmişdir ki, ona verilmiş ittiham da elə bu ifadələr üzərində qurulmuşdur. Halbuki hadisənin əsil şahidi olan şəxslər ibtidai istintaq orqanı tərəfindən çağırılmamış və ibtidai istintaq birtərəfli qaydada obyektiv olmayan şəkildə aparılmışdır. Bu hallar birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən diqqətdən kənarda saxlanılmışdır. Məhkəmələr yalnız ittiham aktında və sübutların qiymətləndirlməsi barədə qərarda göstərilənləri kserosurət etməklə hüquqlarını müdafiə etdiyi şəxsə belə bir ağır maddə ilə cəzaya məhkum etmişlər. Çox təəssüflər olsun ki, nə ibtidai istintaq orqanı tərəfindən, nə də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən bu hal araşdırılmamışdır ki, təqsirləndirilən şəxs öz hərəkətlərini tam və ya qismən başa çatdırmaq imkanına malik olmuşdur y a yox. Bu fakt sözü gedən cinayət iş üzrə çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, əgər təqsirləndirilən şəxs öz hərəkətlərini tam yerinə yetirmək imkanına malik olmuşdursa deməli onun hərəkətləri əxlaqsızlıq hərəkətlərindən kənara çıxmalı və digər bir maddə üzrə tövsif edilməli idi. Cinayət işinin materiallarından, iş üzrə şahid ifadələrindən və ekspertiza rəylərindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti və əməlləri yalnız zərərçəkmiş şəxsi öpmək və əli ilə zərərçəkmişin şəxsin cinsiyyət orqanına toxunmaqla öz cinsi ehtirasını təmin etməkdən ibarət olmuşdur. Bu hal həm Məhkum ifadəsi, həm də Zərərçəkmiş şəxs Vahid qızının ifadəsi ilə təsdiqini tapır. Eyni zamanda bu hal ekspertiza rəyi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT” Birliyinin 05 iy ul 2016-cı il tarixli “canlı şəxsin ekspertizası” haqqında 274 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vahid qızının bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Onun qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs Vahid qızında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Göründüyü kimi, Məhkum hadisə anında on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsızlıq hərəkətləri törətmişdir. İbtidai istintaq zamanı müstəntiqin və anasının təkidi ilə ifadələr verən zərərçəkmiş şəxs ekspertizalar zamanı fərqli ifadələr vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT” Birliyinin Binəqədi rayon şöbəsinin Məhkəm ə-tibbi ekspertizasının 04 mart 2016-cı il tarixli “canlı şəxsin ekspertizası” haqqında 262 saylı rəyinin ikinci səhifəsində göstərilir: 02.03.2016-cı il tarixdə məhkəmə müayinəsi zamanı aşkar edildi: “bir nəfər tanımadığı kişi peyk antenasını düzəltməkdə ona köməklik etməsi adı ilə aldadaraq əlini əynində olan kalkotqanın içərisinə salıb alt paltarının üzərindən onun cinsiyyət orqanına toxundurmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT” Birliyinin 05 iyul 2016-cı il tarixli “canlı şəxsin ekspertizası” haqqında 274 saylı rəyinin ikinci səhifəsində göstərilir: 01.07.2016-cı il tarixdə məhkəmə-tibbi müayinə zamanı: “Deməsinə görə 15.01.2016-cı il tarixdə adını bilmədiyi kişi aldadıb onu bilmədiyi binaya aparıb, əlini onun cinsiyyət orqanına sürtmüşdür. Cinsi əlaqəni i nkar edir. Döyülməyib Çox təəssüflər olsun ki, ibtidai istintaq orqanı zərərçəkmişin bütün ifadələrini maraqlarına uyğun dəyişdirdiyi təqdirdə ekspertiza keçirilən zaman isə zərərçəkmiş şəxs öz ifadəsini sərbəst şəkildə bildirib hadisənin necə olduğunu göstərmişdir. Eyni zamanda ona qarşı hər hansı bir zorakılıq hərəkətlərinin tətbiq edilməməsini bildirmişdir. İş materialları ilə sübut olunur ki, Məhkum Zərərçəkmiş şəxs Vahid qızına qarşı hər hansı bir zorakılıq hərəkətləri etməmişdir. Hüquqlarının müdafiə etdiyi şəxsin hərəkətlərində zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi olmadığından və zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması müəyyən olunmadığından və bu faktlar yuxarıda sadalanan ekspertiza rəyləri ilə təsdiq edildiyindən onun əməli heç bir halda CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilə bilməzdi və ona həmin maddə ilə bəraət verilməlidir. Cinayət işinin bütün materialları ilə təsdiq edildiyi kimi, zor tətbiq edilmədən Zərərçəkmiş şəxs Vahid qızı barəsində edilən əxlaqsızlıq hərəkətləri zor tətbiq etmədən həyata keçirildiyindən Məhkum əməli yalnız və yalnız CM-in 153.2-ci maddə ilə tövsif edilməli və ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 03 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Zərərçəkmiş şəxs Vahid qızı barəsində edilən əxlaqsızlıq hərəkətləri zor tətbiq etmədən həyata keçirildiyindən Məhkum əməli yalnız və yalnız CM-in 153.2-ci maddə ilə tövsif edilməli və ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin edilməlidir. Məhkəmə kollegiyası aşağıdakı əsasla ra görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkum elan edilmiş ittihamdan görünür ki, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq edib əlindən bərk tutub saxlayıb zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək onun üzündən, dodağından öpməklə yanaşı gödəkcəsinin zamokunu açıb Zərərçəkmiş şəxs əynində olan yubkasının ətəyini qaldıraraq əlini əynində olan kolqotqasının içərisinə salıb alt paltarının üzərindən zərərçəkmiş şəxsin cinsiyyət orqanına toxundurmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyə tindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilmiş cinayət tərkibi nəzərdə tutulmuşdur. Kassasiya şikayətində müdafiəçi Məhkum Zərərçəkmiş şəxs Vahid qızı barəsində edilən əxlaqsızlıq hərəkətləri zor tətbiq etmədən həyata keçirildiyindən Məhkum əməlinin yalnız və yalnız CM-in 153.2-ci maddə ilə tövsif edilməli olduğunu göstərmiş, lakin məhkumun zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək barəsində əxlaqsızlıq hərəkətləri etməsinə dair təqsirli bilindiyini də nəzərə almamışdır. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin yuxarıda göstərilən dispozisiyasının məzmunundan görünür ki, təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çək miş şəxsin həm köməksiz vəziyyətindən istifadə edərək və həm də zor tətbiq etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin tərkibini yaradacaqdır. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 28 mart 2016-cı il tarixli, 3824 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vahid qızı əqli inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafına, yaşvəfərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmaması onun köməksiz vəziyyətdə olmasına dəlalət edən haldır. Ona görə də Məhkum BabayevaXədicəVahidqızının köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif edilə bilməz. Bununla yanaşı cinayət işi üzrə toplanıb tədqiq edilmiş sübutların məcmusundan görünür ki, Məhkum öz cinayətkar hərəkətlərini həm zor tətbiq etməklə, həm də zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə davam etdirmişdir. Bu həm təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi və həm də zərər çəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi eyni məzmunlu ifadələri ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs Vahid qızı anası Qanuni nümayəndə iştirakı ilə ifadəsində göstərmişdir ki, qaranlıq yerdən keçəndə bir nəfər tanımadığı kişi onun əlindən bərk yapışıb “gedək krosnumuz xarab olub, kömək elə düzəldək” demişdir. O, qorxmuş və həmin kişiyə demişdir ki, “dayı məni burax, atam-anam məni gözləyir, rayona getməliyik”. Lakin, həmin kişi ona demişdir ki, “gedib krosnunu düzəltməyə kömək elə gedərsən”. O da qorxmuşdur ki, razılaşmasa həmin kişi onu döyəcək. Kişi onun əlindən bərk tutmuş və əlini buraxmamışdır. Qorxmuşdur ki, əlini buraxsa kişi onu vurar. Kişi onu iki əli ilə pəncərəyə tərəf qaldırıb demişdir ki, bax gör orada krosnu var, ya yoxdur? O da pəncərənin yanında krosnu olduğunu demişdir. Kişi də demişdir ki, “dəqiq bax”. Bundan sonra onu yerə düşürtmüşdür. Sonra gödəkçəsinin zamokunu açmağa başlamışdır. O da demişdir ki, “əmi neyniyirsən?”. Kişi də zamoku açaaça demişdir ki, “sənə neynirəm ki, niyə belə arıqsan?”. O, qışqırmaq istəmiş, ancaq qorxmuşdur ki, qışqırsa birdən həmin kişi onu döyər. Ona görə də səsini çıxartmamışdır. Bu vaxt həmin kişi onun yupkasını qaldırıb əynində olan kalqotqasını aşağı salmışdır. O da ağlaya-ağlaya yenə də qorxusundan səsini çıxarmamışdır. Həmin kişi onun tumanının üstündən barmağı ilə onun cinsiyyət orqanına əl sürtməyə, həmçinin üzündən, dodağından öpməyə başlamışdır. Yenə də qorxusundan sakitcə durmuş və əsirmiş ki, səsini çıxartsa onu döyər. Kişi onun dodağından, üzündən öpə-öpə əli ilə tumanının üstündən cinsiyyət orqanına sürtən zaman aşağı mərtəbənin işığı yandığı üçün dayanmışdır. Kişi onu blokdan çıxartdıqdan sonra o, ağlaya-ağlaya ona demişdir ki, “əmi qurban olum məni burax”. Kişi də ona “guya mən sənə n ə etmişəm?” demiş, sonra əlini buraxmışdır. Təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsi iclasında tədqiq olunmuş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi halları dolayısı ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə tövsif edilməsi yuxarıda istinad edilən və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusuna əsaslanmışdır. Kassasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakterli olmaqla cinayət işinin faktiki hallarına uyğun deyildir. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə istintaq orqanı tərəfindən həm şahid qismində, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmişdir. Belə bir prosessual pozuntu təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tərəfindən istintaqın kobud pozuntu ilə aparılması baxımından qiymətləndirilməmiş və apellyasiya instansiyası tərəfindən bu hala münasibət bildirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 101.10-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şahid qismində dindirilə bilər. Kassasiya şikayətinin Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə istintaq orqanı tərəfindən həm şahid qismində, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilməsi ilə əlaqədar dəlili də qanunun tələbinə ziddir, ona görə də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı gedişində cinayət və cinayət-prosessual qanunların pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar