Məhkəmə qərarları › İş №1(102)-42/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-42/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-42/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum1, Məhkum3, Məhkum1 müdafiəçiləri – fərdi qaydada fəaliyyət göstərən vəkillər Məmmədov Yunis Məhəmm əd oğlu və Rəfiyev Şahin Hamlet oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından Məhkum1, onun müdafiəçiləri Məmmədov Yunis Məhəmməd oğlu, Rəfiyev Şahin Hamlet oğlu, məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Hacıyev Asim Hacımirzə oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan iba rət tərkibdə) xx xxxx 1973-cü il tarixdə Qazaxıstan Respublikasının Kustanay vilayətinin Semiozer rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,biriazyaşlıolmaqlaüçuşaqatası, ali təhsilli, fərdiəməkləməşğulolan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CMnin 32.5,206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxx 1985-ci ild ə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Lənkəran rayonu, Girdəni kəndində yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxxxx 1978-ci ildə Əli-B ayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan2 ünvanında yaşamış Bayramov Əlbiyaz Güloğlan oğlu Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X2 və X9 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 201 7-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası vətəndaşları Məhkum2, digər şəxs, İran İslam Respublikası ərazisində olan digər şəxslər və digərləri ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə ediləcək külli miqdarda narkotik vasitəni əldə etməyi qabaqcadan vəd etmiş, qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda - təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryəki İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışl ar. Belə ki, Məhkum2 20 oktyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, cinayətkar qrupun digər üzvü olan Məhkum1 sifarişi əsasında 2016-cı ilin oktyabr ayının sonlarında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəkin İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilərək sifarişçilərə çatdırılması və bunun müqabilində 1000 manat məbləğində pul alacağı barədə ümumi razılıq əldə etmişdir. 31 oktyabr 2016-cı il tarixdə qabaqcadan əlbir olan qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu il ə naməlum vaxtda, şəraitdə və yerdə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra cinayətkar qrupun üzvləridigər şəxslər aralarında olan ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq Məhkum2la mobil telefon, eləcə də internet üzərindən vatsap proqram təminatı vasitə ilə əlaqə saxlayaraq sonuncunun Lənkəran şəhərinə getməsini, orada Astara rayonunun Şahağacı kəndi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə olan tiryəki Məhkum3 və Rəhim Məhərrəmovla birlikdə götürməyi tapşırmışdır. Məhkum2 qeyd edilən tarixdə qabaqcadan aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxslərin tapşırığı ilə Lənkəran şəhərinə getmiş, orada X2 və Məhkum3lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtom obillə Astara rayonunun Şahağacı kəndi istiqamətində hərəkət etmişlər. Məhkum3 konspirasiya qaydalarına riayət edərək idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Astara şosesinin Lənkəran rayonu ərazisinə aid hissəsində özünə məxsus “Wolksvagen Passat” markalı, AZ **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvəz edərək İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş və “Şahağacı” sözü yazılmış yol nişanının altında gizlədilmiş külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryəki Məhkum2 və X2 ilə birlikdə götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq idarə etdiyi avtomobildə Lənkəran şəhəri istiqamətində daşımışlar. Qrup üzvləri arasında əldə olunmu ş ümumi razılaşmaya əsasən Məhkum2 külli miqdarda narkotik vasitə olan tiryəki cinayətkar qrupun üzvü Məhkum1 çatdırmaq məqsədi ilə 01 noyabr 2016-cı il tarixdə gecə saat 00:20 dəqiqədə Lənkəran-Bakı marşrutu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində saxlanılmış və əlində olan sellofan torbaya keçirilmiş baxış zamanı külli miqdarda - təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Həmin hökmlə Məhkum3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitə sifariş etmək məqsədi ilə Rəhim Məhərrəmovla birlikdə 28 oktyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedərə k sonuncunun tanışları digər şəxslərlə görüşmüş və onlara satış məqsədi ilə qanunsuz olaraq 900 manat pul müqabilində külli miqdarda narkotik vasitə olan tiryək sifariş etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə ediləcək külli miqdarda narkotik vasitəni əldə etməyi qabaqcadan vəd etmişdir. 31 oktyabr 2016-cı il tarixdə qabaqcadan əlbir olan qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə naməlum vaxtda, şəraitdə və yerdə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra cinayətkar qrupun üzvləri digər şəxslər aralarında olan ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq Məhkum2la mobil telefon, eləcə də in ternet üzərindən vatsap proqram təminatı vasitə ilə əlaqə saxlayaraq sonuncunun Lənkəran şəhərinə getməsini, orada Astara rayonunun Şahağacı kəndi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə olan tiryəki Məhkum3 və X2 ilə birlikdə götürməyi tapşırmışdır. Məhkum2 qeyd edilən tarixdə qabaqcadan aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq X1 və X4 adlı şəxsin tapşırığı ilə Lənkəran şəhərinə getmiş, orada X2 və Məhkum3lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Şahağacı kəndi istiqamətində hərəkət etmişlər. Məhkum3 konspirasiya qaydalarına riayət edərək idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Astara şosesinin Lənkəran ray onu ərazisinə aid hissəsində özünə məxsus “Wolksvagen Passat” markalı, AZ **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvəz edərək İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş və “Şahağacı” sözü yazılmış yol nişanının altında gizlədilmiş külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryəki Məhkum2 və X2 birlikdə götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq idarə etdiyi avtomobildə Lənkəran şəhəri istiqamətində daşımışlar. Qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşmaya əsasən Məhkum2 külli miqdarda narkotik vasitə olan tiryəki cinayətkar qrupun üzvləri Məhkum1 və X4 çatdırmaq məqsədi ilə 01 noyabr 2016-cı il tarixdə gecə saat 00:20 dəqiqədə Lənkəran-Bakı marşrutu ilə Bakı şəhəri istiqamət ində hərəkət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində saxlanılmış və əlində olan sellofan torbaya keçirilmiş baxış zamanı külli miqdarda - təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Həmin hökmlə X3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o 20 oktyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Astara şəhərində olarkən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə ediləcək külli miqdarda narkotik vasitəni əldə etməyi qabaqcadan vəd etmiş, cinayətkar qrupun digər üzvləri olan Məhkum1 və X4 sifarişləri əsasında 2016-cı ilin oktyabr ayının sonlarında sat ış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəkin İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilərək sifarişçilərə çatdırılması və bunun müqabilində 1000 manat məbləğində pul alacağı barədə ümumi razılıq əldə etmişdir. Bundan başqa qabaqcadan əlbir olan cinayətkar qrupun digər üzvləri – Məhkum3 28 oktyabr 2016-cı il tarixdə X2 birlikdə İran İslam Respublikasının Astara şəhərinə gedərək orada olan digər şəxslərə satış məqsədi ilə qanunsuz olaraq 900 manat pul müqabilində külli miqdarda narkotik vasitə olan tiryək sifariş etmişdir. 31 oktyabr 2016-cı il tarixdə qabaqcadan əlbir olan qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə naməlum vaxtda, şəraitdə və yerdə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra cinayətkar qrupun üzvləri digər şəxslər aralarında olan ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq Məhkum2la mobil telefon, eləcə də internet üzərindən vatsap proqram təminatı vasitə ilə əlaqə saxlayaraq sonuncunun Lənkəran şəhərinə getməsini, orada Astara rayonunun Şahağacı kəndi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə olan tiryəki Məhkum3 və X2 ilə birlikdə götürməyi tapşırmışdır. Məhkum2 qeyd edilən tarixdə qabaqcadan aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxslərin tapşırığı ilə Lənkəran şəhərinə getmiş, orada X2 və Məhkum3lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, AZ ** -CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Şahağacı kəndi istiqamətində hərəkət etmişlər. Məhkum3 konspirasiya qaydalarına riayət edərək idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Astara şosesinin Lənkəran rayonu ərazisinə aid hissəsində özünə məxsus “Wolksvagen Passat” markalı, AZ **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvəz edərək İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş və “Şahağacı” sözü yazılmış yol nişanının altında gizlədilmiş külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryəki Məhkum2 və X2 ilə birlikdə götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq idarə etdiyi avtomobildə Lənkəran şəhəri istiqamətində daşımışl ar. Qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşmaya əsasən Məhkum2 külli miqdarda narkotik vasitə olan tiryəki cinayətkar qrupun üzvləri Məhkum1 və X4 çatdırmaq məqsədi ilə 01 noyabr 2016-cı il tarixdə gecə saat 00:20 dəqiqədə Lənkəran-Bakı marşrutu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində saxlanılmış və əlində olan sellofan torbaya keçirilmiş baxış zamanı külli miqdarda - təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Novruzov Ələsgər Əli İsgəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 16 fevral 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü Məhkum1, Məhkum3 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti, onun müdafiəçisi Məmmədov Yunis Məhəmməd oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, digər müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini, cinayət işini yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini, Məhkum3 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ona aid h issədə ləğv edilməsini, onun əməlinin CM-nin 234.1 və 307.2-ci maddələri ilə tövsif edib, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsini, Məhkum2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ona aid hissədə ləğv edilməsini və ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİLƏRNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə sübutları ətraflı araşdırmamış, belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarının 13-cü səhifəsinin 3cü abzasında Məhkum2 daha sonra ifadəsində həmin narkotik vasitəni Azərbaycana keçirib X2 adlı şəxsin ona zəng edəcəyini, lövhənin altından narkotik vasitəni götürməyi tapşırmasını, narkotik vasitənin bir k iloqramını Teyyub adlı şəxsə verib ondan 4.500 manat pul almasını, həmin gün yerdə qalan 1 kiloqram tiryəki də Teyyuba verib sonuncudan 4.500 manat pul almasını bildirdiyinin göstərildiyini, ittiham aktında onun, guya, 06 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasına getməsinin və 29 oktyabr 2016-cı il tarixdə qayıtmasının göstərildiyini, bunun isə mümkünsüz olduğunu, onun sərhədi keçərkən, saxlanıldığını, lakin xarici pasportunun yoxa çıxdığını və indiyədək də tapılmadığını, müstəntiqin qərarına əsasən, guya, onunla X1 arasında külli miqdarda narkotik vasitə barədə telefon danışığının olduğunu, lakin onların aralarında elə bir telefon danışığının olmadığını, iş üzrə məhkəmə-fonoskopik ekspertizasının rəyinin də saxta olduğunu, Məhkum2 onu X1 yanına aparmalı olduğunu və guya, X1 3.00 0 manat pulunun olduğunu bildirdiyini, bundan başqa, onun X2 tanımadığını və sonuncu ilə heç bir münasibətinin olmadığını bildirib özü, eləcə də, müdafiəçiləri Y.M.Məmmədov və Ş.H.Rəfiyev tərəfindən verilmiş kassasiya şikayətlərinin və ona əlavələrin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarının ləğv olunmasını və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Məmmədov Yunis Məhəmməd oğlu kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum1 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, onun həmin maddələrlə ittiham olunmasını, hətta məhkəməyə veri lib barəsində ittiham hökmünün çıxarılmasının qeyri-qanuni və əsassız olduğunu, Məhkum1 iş üzrə digər Məhkum2 verdiyi ifadəyə əsasən, iş üzrə cəlb edildiyini və təqsirli bilindiyini, Məhkum2 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin inandırıcı olmadığını, təkcə məhkəmə araşdırması dövründə Məhkum2 üç dəfə öz ifadəsini dəyişdirdiyini, iş üzrə, demək olar ki, heç bir istintaq hərəkətinin aparılmadığını, Məhkum1 yalnız bir dəfə şahid və təqsirləndirilən şəxs qismində dindirildiyini, bundan sonra ibtidai istintaqın sonuna qədər onun ifadəsinin alınmadığını, dindirmə protokollarında ümumilikdə, təxminən 8-10 imzanın olduğunu, həmin imzaların birinin digərinə oxşamadığını, onun istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində qeyd olunan imzala rla bağlı məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də, həmin vəsatətlərin təmin olunmadığını, Məhkum1 öz ifadəsində təzyiq altında ifadə verdiyini və yalnız 2-3 yerdə təzyiq altında imza etdiyini, qalan sənədlərdə isə onun adından imza olunduğunu, onun ailəsinə təzyiq olunacağı ilə hədələndiyini bildirdiyini, bu halların iş materialları ilə də təsdiq olunduğunu, iş materiallarına əsasən, Məhkum2 01 noyabr 2016-cı il tarixdə tutulduğunu, əslində isə onun 25 oktyabr 2016-cı il tarixdə tutulduğunu, tutularkən, Məhkum2 narkotik vasitəni Məhkum1 sifarişi əsasında gətirməsi barədə ifadə verdiyini, əgər belə bir ifadə var idisi, nəyə görə Məhkum1 həmin tarixə qədər həbs olunmadığını, belə bir ifadə verildikdən sonra Məhkum1 iki dəfə İran İslam Respublikasına gedib q ayıtdığını, bunun özünün də Məhkum2 əslində 25 oktyabr 2016-cı il tarixədək belə bir ifadə vermədiyini sübut etdiyini, Məhkum1 birinci dəfə barəsində həbs qətimkan tədbiri seçilmədiyini və yalnız ikinci dəfə məhkəməyə aparıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçildiyini, iş üzrə X7 adlı şəxsin də Məhkum1la bir neçə saat müddətində İranda olduğunu, onun da həm ibtidai istintaq zamanı, həm də məhkəmədə Məhkum1la narkotik vasitə barədə söhbətlərinin olmadığını bildirdiyini, hazırki iş üzrə hal şahidi qismində dindirilmiş şəxslərin digər işlər üzrə də analoji statusda iştirak etdiklərini, bundan əlavə, məhkəmə-fonoskopik ekspertizasının müşayiətedici məktubunda ekspertiza rəyinin 08 vərəqdə, 03 ədəd disk və maliyyə arayışı olmasının göstərildiyini, lakin əslində ekspertiza rəyinin 11 vərəqdən ibarət olduğunu, həmin rəyin 08 vərəqinə möhür vurulduğunu, digər 03 vərəqdə isə möhürün olmadığını, həmin 03 vərəqdə Məhkum1 müəyyən şəxslərlə danışıqlarının əks olunmasının göstərildiyini, bunun da həmin rəyin saxta yolla tərtib olunmasını göstərdiyini, burada da məqsədin Məhkum1 iş üzrə cəlb edib cəzalandırmaq olduğunu bildirib Məhkum1, özü və digər müdafiəçi Ş.H.Rəfiyev tərəfindən verilmiş kassasiya şikayətlərinin və ona əlavələrin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarının ləğv olunmasını və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında ola n sübutların, həmin sübutların hansı yolla əldə olunmasının və mötəbərliliyinin araşdırılmalı olduğunu, sübutların qiymətləndirilməsin qərarında müstəntiqin Məhkum1 ittiham etmək üçün iki sübut növü sadaladığını, bunlardan birinin iş üzrə digər Məhkum2 ifadəsinin olduğunu, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin yalan danışmaq, istədiyi formada ifadə vermək hüququnun olduğunu, digər sübutun isə məhkəmə-fonoskopik ekspertizasının rəyi olduğunu, həmin rəydə uyğunsuzluqların olduğunu, məhkəmə araşdırması dövründə də həmin rəyi vermiş ekspertin dindirilmədiyini bildirib Məhkum1, özü və digər müdafiəçi Y.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətlərinin və ona əlavələrin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarının ləğv olunmasını və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlillərindən də məlum olduğu kimi iş üzrə təqsirləndirilən şəxslərin bir-birilərini tanımadıqlarının müəyyən edildiyini, buna baxmayaraq, onun CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğunu, onun törədilmiş cinayət əməlində hər hansı mütəşəkkil dəstənin üzvü olmadığını və bu cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etmədiyini, onun tərəfindən İran İslam Respublikasından narkotik vasitə sifariş olunmasını istintaq orqanının sübuta yetirə bi lmədiyini, narkotik vasitənin ona heç bir aidiyyətinin olmadığını, məhkumların heç biri ilə telefon danışığının və münasibətinin olmadığını, onun özünü yalnız ağır cinayətin törədilməsi barədə vaxtında polisə məlumat verməməkdə təqsirli bildiyini bildirib kassasiya şikayətinin təmin olunmasını və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinin tələblərini nəzərə almamış, həmçinin bu işdə o yalnız köməklik etmiş, heç bir tamah niyyəti olmamış, etdiyi hərəkətə görə peşmançılıq çəkir, ona görə də Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkumlar Məhkum1, Məhkum3, müdafiəçilər Məmmədov Yunis Məhəmməd oğlu, Rəfiyev Şahin Hamlet oğlunun kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri və kassasiya şikayətinə əlavələr təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarı isə dəyişdirilmədə n saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum1, Məhkum3 və Məhkum2 törətdikləri əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum1, Məhkum3 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq məhkəmələr tərəfindən həmin maddələrlə tövsif edilmişdir. Məhkəmələrin bu məsələlər üzrə mövqeyinin qanuniliyini şübhə al tına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Məhkum1, Məhkum3 və Məhkum2 təqsirli olması və onların əməllərinin tövsifinə dair gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Hökmdə bu məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum3 İrandan narkotika sifariş etməməsi, narkotika göndərilməsi üçün 900 manat beh verməməsi, Məhkum2 Astaraya narkotikanı götürmək üçün getməsindən məlumatının olmaması, X8 narkotika götürmək üçün Astara rayonuna getməsindən məlumatının olmaması, X1 iranda olarkən X1 narkotika üçün 900 manat beh verməməsi, həmçinin X4 və Məhkum1 irandan narkotika sifariş etməmələri, Əbliyaz Bayramovla narkotikanın onlara çatdırılması ilə bağlı söhbətlər aparmamaları ilə bağlı ifadələrində göstərdikləri xüsusatlar işin faktiki hallarına uyqun oəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, məhkəmə istintaqında qeyd edilən xüsusatlar təqsirləndirilən şəxslər Məhkum2, X2, Məhkum1 və X4 özlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, digər istintaq materialları ilə təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən məhkəmə Məhkum3, X2, Məhkum1 və X4 qeyd olunan xüsusatlarla bağlı məhkəmə istintaqı zamanı verdikləri ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçun özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndiri lən şəxslər Məhkum3,Rəhim Məhərrəmovun, Məhkum1 və Teyyub Abbasovun ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini daha obyektiv və səmimi ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X5 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X5 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təq sirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X5 cinayət əməli Azərbaycan Respublikası CM-in 206.3.2ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Azərbaycan’'’ Respublikası CM-in 34.1 və 34.2ci maddələrininin müqayisəsindən görünür ki, CM-in 34.2-ci maddəsində təsbit olunmuş «qabaqcadan əlbir olmuş bir qrup şəxs» cinayət hüquq kateqoriyasını «bir qrup şəxs» anlayışından fərqdəndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayışlar üstüstə düşür. Ona görədə nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin bir qrup şəxs tərəfindən törədilməsi onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsini təsbit etmişdir, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı nəzərdə tutur. Cinayətin icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetir məsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin dispozisiyasına görə narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yaxud sənədlərdən və ya gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət hüquq normasının hazırkı iş üzrə müəyyən edilmiş hallarla əl aqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və digər əmlakın qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini yaradan hərəkətlər cinayətin predmetinin İran islam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR ilə Azərbaycanın arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən kənar keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və digər əşyaların gömrük sərhədindən kənar və ya gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə,yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdi. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilr ki,yal nız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyektivə subyektiv cəhətinin bütövlükdə hamısının, həmdə eyni vaxt ərzində mövcud olduğu təqdirdə törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini təsbit edən CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədi ilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni və ya digər əmlakı) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin hazır ki, iş üzrə müəyyən olunmuş hallardan görünür ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X9 narkotik vasitənin Azərbaycan Respublikasın ın gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxs və ya şəxslərlə birgə iştirak etməmiş və onlarla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. Bu hərəkətləri istintaqa məlum olmayan İİR vətəndaşı və ya vətəndaşları yerinə yetirmişdir. Onlar narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədi ilə üst-üstə düşən iranla Azərbaycan arasında olan dövlət sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşk edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışdır Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 sə artıq qaçaqlmaçılıq cinayəti başa çatdırıldıqdan sonra Astara rayonu ərazisində narkotik vasitəni İran vətəndaşının qoyduğu yerdən götürmüş, yəni narkot x vasitən n qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə aid olmayan hərəkətləri yerinə yetirmişlər. Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan razılığın əldə olunması da, onları həmin cinayətin icraçısına çevirmir. Çünki, bu razılıq Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 İİR-sı vətəndaşı ilə birgə narkotik vasitəni və digər əmlakı gömrük sərhədindən qanunsuz keçirməsini, yəni cinayətin birgə icra edilməsini nəzərdə tutmurdu. Belə olan halda Məhkum2, Məhkum3, Rəhim Məhərrəmov, Məhkum1 və X4 hərəkətlərinin qaçaqmalsılıq cinayətinin icraçısı kimi, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Şərh olunanlar təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 əməllərinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi qiymətləndirilməsini istisna etsə də, Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 cinayətin digər iştirakçıları ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etmələri və bu razılığa uyğun olaraq istintaqla müəyyən olunmuş hərəkətləri yerinə yetirmələri, qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Astara şəhərində onu təhvil almaları onların qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiklərinə dəlalət edir. Çünki, Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 qabaqcadan həmin vədi verib qaçaqmalçılıq yolu ilə gətiriləcək narkotik vasitənin Azərbaycan da təhvil götürüləcəyinə iran vətəndaşlarında əminlik yaratması, qaçaqmalçılığın törədilməsini şərtləndirən mühüm amil rolunu oynamışdır. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayətin törədilməsi üçün alət və ya vasitələr verməklə və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33.3-cü maddəsi isə cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş şəxsin əməlinin CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməsini tələb edir. Odur ki, məhkəmə kollegiyası Məhkum2, Məhkum3, Rəhim Məhərrəmov, Məhkum1 və X4 törətdikləri cinayət əməlini Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin məcəllənin 32.5,206.3.2-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Rəhim Məhərrəmov, Məhkum1 və Teyyub Abbasov Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinərək, bu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkum2, Məhkum3, X2, Məhkum1 və X4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə mövqeyini, Məhkum1, Məhkum3 və Məhkum2 təqsirliliyin sübuta yetirilməsinə onların əməllərinin tövsifinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı və geniş şərh etməklə əsaslandırmış, müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini hökmdə göstərmişdir. Apellyasiya şikayətlərində isə elə bir sübuta və ya dəlilə istinad edilməmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olmadığı, iş materiallarına və qanunun tələblərinə uyğun olmadığı qənaətinə gəlməyə əsas versin. Bu səbəbdən apellyasiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətlərini təmin etməmiş, hökmü dəyişdirilmədən saxlamışdır (yuxarıda göstərilən şəxslərə aid hissədə). Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar aşağıdakıla r göstərilmişdir: “...Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət isinin materiallarını və apeiiyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi A.Şahverdi, məhkum edilmiş şəxs Məhkum1 və müdafiəçisi Yunis Məmmədov, məhkum edilmiş şəxs Məhkum3 və müdafiəçisi Ağakişi Nağıyev, məhkum edilmiş şəxs X2 tərəfindən verilmiş apeiiyasiya şikayətləri təmin edilməməli, məhkum edilmiş şəxs X4 tərəfindən verilmiş apeiiyasiya şikayəti işə qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin i ş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X5 törətdikləri cinayət əməllərinin şahid ifadələri, ekspert rəyləri və iş üzrə.toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxslər Məhkum2, Məhkum3, X2, Məhkum1 və X5 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi aşaöıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur... Məhkəmə kollegiyası sübutlara qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxslərin CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmələri tam təsdiq olunur. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 may 1993-cü il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, qaçaqmalçılıq ilə məşğul olmaq üçün təşkil edilmiş bir qrup şəxs dedikdə, iki və ya daha çox şəxsin Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən əşyaların qanunsuz keçirilməsi məqsədi ilə, mütəşəkkil dəstə şəklində birləşməsi başa düşülməlidir. Dəstənin mütəşəkkil olmasını bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlər xarakterizə edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan sübutlarla təqsirləndirilən şəxslərin biri birini tanımamalarına baxmayaraq, hər biri ayrı-ayrılıqda narkotik vasitənin qanunsuz əldə olunması üçün İİR-da yaşayan şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olduğu bir qrupda qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini, qaçaqmalçılığı planlaşdırdıqları və onu həyata keçirmək üçün dəstəyə cəlb olunanları, bu cinayətdə rolları bölüşdürdükləri və həmin rollara uyğun cinayətkar qəsdi həyata keçirdikləri təsdiq olunduğundan, birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxslə rin əməlini CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhkum2, Məhkum1, Məhkum3 CMnin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəliləri (qeyd olunan dəlilər hazırkı qərarın “Apellyasiya şikayətlərinin dəlilləri" hissəsində ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası həmin dəlilləri təkrara sadalamağa zərurət gömür) əsassızdır, Məhkum2, Məhkum1, Məhkum3, X5 və X2 qarşı irəli sürülmüş ittiham üzrə onların təqsirsizliyini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan yuxarıdakı sübutlarla cinayət əməlini törətməkdə onların təqsirliliyi sübuta yetirilmişdir. B elə ki, CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işı üzrə məhkum edilmiş şəxslərə o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində təqsirli bilindikləri CM-nin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasını həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun, onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyəti olmaması sübuta yetirilsin, onun təqsirliliyini t əsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübuların onların təqsirliliyini təsdiq etməs. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xa'rakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və məhkum edilmiş şəxslər Məhkum2, Məhkum1, Məhkum3, X5 və X2 təqsirli bilindikləri CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirmiş, onlarla razılşamadığının səbəblərini qərarda göstərmiş, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, Məhkum1, Məhkum3 və Məhkum2 təqsirlərinin sübuta yetirilməısi, əməllərin tövsifinə dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası yuxarıda göstərilən məhkumların təqsirlərinin təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum1, Məhkum3 və Məhkum2 təqsirlərinin təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Məhkum3 şikayətində əməlinin Azərbaycan Respublikası CM-nin 234.1 və 307.2-ci maddələrinə tövsif edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sır a dəlillərə istinad edir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlardakı məlumatları müdafiə tərəfinin bunlara dair irəli sürdüyü dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurgulayır ki, onun narkotik vasitənin dövriyyəsi ilə əlaqədar cinayəti satış məqsədi ilə törətdiyi təsdiq olunur və bununla bağlı əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum1 və onun müdafiəçilərinin kassasiya şikayətlərinin dəlilləri iş materiallarına uyğun deyildir. Məhkum1 apellyasiya məhkəməsinin qərarında göstərilən cinayətlərin törətməsi, yuxarıda qeyd olunduğu kimi, məhkəmə iclasında (birinci instansiya məhkəməsində) tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir. Kassasiya şikayətlərində və onlara əlavələrdə elə bir dəlil əks etdirilməmişdir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanunsuz olması qənaətinə gəlməyə əsas versin. Məhkum1 əməli yuxarıda göstərilən maddələrlə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığına, onlarla tam əhatə olunduğuna görə həmin maddələrlə düzgün tövsif edilmişdir. Məhkum1 özü kassasiya şikayətində qərarın ləğv edilib apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etsə də, onun müdafiəçisi verdiyi şikayətə əlavədə Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddəsinə istinad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respub likası CPM-nin 42.2.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları (onların məcmusunu) həmin normalar baxımından bir daha təhlil edərək vurgulayır ki, həmin normalarda göstərilən halların (əsasların) mövcudluğu barədə fikir söyləməyə əsas yoxdur, Məhkum1 təqsirinin sübuta yetirilməsində şübhə yaranmamışdır. Məhkum2 şikayətdə təqsirinin təsdiq olunmadığı və əməllərinin tövsifinin düzgünlüyü məsələlərini mübahisələndirməmiş, bunlara dair heç bir dəlilə istinad etmədən qərarın ləğv edilməsini xahiş etsə də, özünün bu xahişini heç cür əsasla ndırmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası onu da təqsirli bilinməsinin qanuniliyini yoxlamış və bununla əlaqədar qeyd edir ki, qərar ona aid hissədə də qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1, Məhkum3 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədlərə nail olunmasını təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkumlar Məhkum3 və Məhkum2 kassasiya şikayətlərində həmçinin Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəy yən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş üzrə belə hallar və ya məhkumlar Məhkum3 və Məhkum2 törətdikləri cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətlərində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Kassasiya şikayətlərində bir sıra cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının müvafiq olaraq müddəalarına və izahlarına istinad edilərək, bu normaların və qərarların müddəaları və izahları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarının müddəaları və izahları, habelə şikayətdə istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə də heç bir ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar