Məhkəmə qərarları › İş №1(102)-420/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-420/2019

02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-420/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noya br 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Gədəbəy Rayon Məhkəməsinin (hakim M.S.Kazımov) 24 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 18 may 2013-cü il tarixdən 24 oktyabr 2013-cü il tarixədək həbsdə saxlanıldığı 05 ay 06 gün müddət ona təyin edilmiş cəzadan bir günə bir gün hesabı ilə çıxılmış və üzərində 2 (iki) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkum 12 sentyabr 2018-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək məhkəmənin 24 oktyabr 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxdığını bildirməklə, apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin (hakim M.S.Kazımov) 27 sentyabr 2018-ci il tarixli qərarı ilə vəsatət təmin olunmamış, apellyasiya şikayəti vermə müddəti bərpa edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.G.Abdullayev (sədrlik edən və məruzəç i), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 01 noyabr 2018-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, o, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddəti Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini X5 icra etdiyi səbəbindən buraxmışdır. Belə ki, qeyd olunan cinayət işi üzrə ittiham həmin başçının sifarişi ilə olmuşdur. Bu səbəbdən də, o vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İşin materiallarından görünür ki, Məhkum və onun müdafiəçisi X4 birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə baxışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişlər. Hökm 24 oktyabr 2013-cü il tarixdə elan edilmiş və onun surəti 19 noyabr 2013-cü il tarixdə tərəflərə göndərilmişdir. Həmçinin Məhkum qəbzə imza etməklə, birinci instansiya məhkəməsinin hökmünün 18 noyabr 2013-cü il tarixdə aldığını təsdiq etmişdi r. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün vaxtında alınmamasını mübahisələndirmir. Məhkum Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən hökmü aldığı 20 gün müddətində, yəni 08 dekabr 2013-cü il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, o, hökmü aldığı gündən beş ilə yaxın, yəni xeyli müddət keçəndən sonra apellyasiya şikayəti vermiş və bununla da müddəti ötürmüşdür. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətində Rayon İcra Hakimiyyətinin başçısı ilə ədavətinin olması səbəbi ilə əlaqələndirir və bunu buraxılmış müddətin üzrlü səbəb kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə cinayət prosessual qanunun tələblərini pozmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin birinci instan siya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun normalarına riayət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hər hansı bir şəxslə, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı ilə ədavətin olması apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəb kimi qəbul edilməsi üçün əsas sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar