Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-420/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbay can Respublikası CM-nin 32.5,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Hacıyev (sədrlik edən və məruzəçi), C.Nəbiyev və M.Abdullayev) xx xxxxxx 2016-cı İl tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,144.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil X4 tərəfindən verilm iş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən:E.Ə.Camalov, hakimlər: K.H.Əkbərov və İ.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 4 (dörd) ilə endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan 11 ay 6 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşi rin Gülşirin oğlu kassasiya şikayəti və kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermişdir. Vəsatətin dəlilləri: Müdafiəçi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum cəzaçəkmə müəssisəsində olarkən xəstəliyə tutulmuş və ona görə də üzürlü səbəbdən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Ona görə də kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, vəsatətin dəlillərini müzakirə edib, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, vəsatət təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddəti bərpa edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx xxxxxx 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx x 2018-ci il tarixli qərarının elan edildiyi vaxtdan 21 ay 19 gün vaxt keçdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə müdafiəçi tərəfindən imzalanmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və həmin kassasiya şikayəti Ali Məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, Məhkum qanunda nəzərdə tutulan on səkkiz ay müddətində kassasiya şikayəti verməyərək müddəti buraxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkumun müdafiəçisi vəsatətində kassasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi, vaxtında kassasiya şikayəti verilməsinə mane olan qanunda göstərilən ağır xəstəliyə tutulması və ya fövqəladə hadisənin baş verməsi kimi halların mövcudluğunu təsdiq edən sübutları vəsatətinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi-vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlunun Şirvan Apellyasiya Məhkə məsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddəti bərpa edilməsin. Məhkum müdafiəçisi- vəkil Ələkbərov Ağaşirin Gülşirin oğlunun vəsatəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-420/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-420/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver