Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-420/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ramella Allahverdiyeva (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayevdən ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli hökmü ilə xx xxx 1979-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (nikahı pozulmuş), bir azyaşlı uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsində işləmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 88, mənzil 11-də yaşamış; Azərbaycan Respublikası CM-in 178.3.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci Məhkum maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 46.2ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.2-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlar ında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid qəsdlə ələ keçirərək təkrarən dələduzluq etmiş, şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ediləcək qanunsuz hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxslərin hüquqlarının və qanuni mən afelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə həmin əməli təkrarən törətmiş, rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki, Məhkum, xx xxxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2015- ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən, qeyd edilən Şöbənin əsasnaməsinə görə həmin Şirkətdə tenderlərin keçirilməsi sahəsində hər hansı səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən istifadə etməklə, eləcə də, xx xxxxxx 2015-ci il tarixdə tutduğu vəzifədən azad olunmasına baxmayaraq, özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəl i şəxs kimi təqdim edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə, qohumu X20 vasitəsilə tanış olduğu Finlandiya Respublikasının “Prohoc Oy” və “Axedus Oy” şirkətlərinin səlahiyyətli nümayəndəsi və həmin Respublikanın vətəndaşı X5 işlədiyi Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə tenderlərin keçiriləcəyi, Şirkətin vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə bu sahədə keçirilən tenderlərdə onun işlədiyi şirkətlərin qalib elan edilməsinin mümkün olduğunu bildirib, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi həmin qanunsuz hərəkətə görə səlahiyyətli vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib, qulluq mövqeyinə görə ona olan inam və etimadın dan istifadə edərək, sonuncunun xahişi əsasında “Prohoc Oy” şirkətinin rəhbəri X32 tərəfindən bank vasitəsilə 2015-ci ilin aprel ayında ona məxsus “xxxx” ASC-də olan bank hesabına göndərilmiş 9972 (doqquz min doqquz yüz yetmiş iki) avro, həmin dövrün məzənnəsi ilə 11300,27 (on bir min üç yüz manat iyirmi yeddi qəpik) manat pul vəsaitini xx xxxxx 2015-ci ildə tarixdə, 2015-ci ilin iyun ayında eyni qaydada göndərilmiş 7977 (yeddi min doqquz yetmiş yeddi) avro, həmin dövrün məzənnəsi ilə 9446,36 (doqquz min dörd yüz qırx altı manat otuz altı qəpik) manat pul vəsaitini xx xxxx 2015-ci ildə tarixdə, X11 tərəfindən “Western Union” vasitəsilə xx xxxxxx 2016-cı il tarixdə göndərilmiş 2300 (iki min üç yüz) avro, həmin dövrün məzənnəsi ilə 3937,14 (üç min doqquz otuz yeddi manat on dörd qəpik) manat ı həmin tarixdə, xx xxx 2016-cı il tarixdə eyni qaydada göndərilmiş 5000 (beş min) avro, həmin dövrün məzənnəsi ilə 8299 (səkkiz min iki yüz doxsan doqquz manat) manatı eyni tarixdə “xxxx” ASC-in Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 67 ünvanda yerləşən “Azneft” filialından götürməklə, eləcə də, 2015-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşən Şirkətin əvvəlki inzibati binasının yaxınlığında X23 nağd şəkildə 40000 (qırx min) avro, həmin dövrün məzənnəsi ilə 67720 (altmış yeddi min yeddi yüz iyirmi) manat, 2015-ci ilin dekabr ayında ünvan 1 ünvanda yerləşən “Grand” hoteldə nağd şəkildə 60000 (altmış min) avro, həmin dövrün məzənnəsi ilə 68364 (altmış səkkiz min üç yüz altmış dörd manat) manat, 2016-ci ilin fevral ayında eyni ünvanda X3 20000 (iyirmi min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 31422 (otuz bir min dörd yüz iyirmi iki manat) manat, 2015ci ilin sentyabr ayında eyni ünvanda nağd şəkildə 30000 (otuz min) avro, həmin dövrün məzənnəsi ilə 36686 (otuz altı min altı yüz səksən altı manat) manat, 2016-cı ilin mart ayında eyni ünvanda nağd şəkildə 30000 (otuz min) avro, həmin dövrün məzənnəsi ilə 54198 (əlli dörd min yüz doxsan səkkiz manat) manat, 2016-cı ilin aprel ayında eyni ünvanda nağd şəkildə 20000 (iyirmi min) avro, həmin dövrün məzənnəsi ilə 34280 (otuz dörd min iki yüz səksən manat) manat, 2016-cı ilin sentyabr ayında eyni ünvanda nağd şəkildə 20000 (iyirmi min) avro, həmin dövrün məzənnəsi ilə 36914 (otuz altı min doqquz yüz on dörd) manat, 2016-cı ilin noyabr ayında eyni ünvanda nağd şəkildə 8000 (sək kiz min) avro, həmin dövrün məzənnəsi ilə 14739,2 (on dörd min yeddi yüz otuz doqquz manat iyirmi qəpik) manat olmaqla, ümumilikdə 377.305,97 (üç yüz yetmiş yeddi min üç yüz beş min doxsan yeddi qəpik) manat pulu alıb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə X11 və X24 külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirib dələduzluq etmiş, onları bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ın işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, qeyd edilən əməllərinin aşkar olunmaması üçün rəsmi sənəd hesab olunan tenderdə iştirak üçün dəvət s ənədləri, o cümlədən xx xxxx 2016-cı il tarixli ARDNŞ/23-2134/24/TT-05- 051298 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin regional sahələrdə yeni Modul tipli X14 ilə əvəz ediləcək fundamentlərin yenidən qurulmasının alqı-satqısına dair tenderdə iştirak üçün dəvət sənədlərinin qısa xülasəsi, ARDNŞ/2300-261 01/T-013-000261 nömrəli Astara kompressor stansiyası, ******* nömrəli “Astara”da quraşdırılacaq kompressor stansiyasındakı xərclərin qiymətləndirilməsi cədvəli, ******* nömrəli “Astara”da quraşdırılacaq kompressor stansiyasındakı siyahı, ******* nömrəli “Neft Daşları”nda quraşdırılacaq kompressor stansiyasındakı siyahı və yüksək təzyiq modul tipli stansiyanın yenidənqurma işindəki quraşdırılacaq 110/10 KV avadanlıqları xərclərin qiymətləndirilməsi cədvəli və qiymətin razı salı nmasına dair protokolu, xx xxxxxxx 2015-ci il tarixli, 581/Ş ARDNŞ/151000/17/TT-04-000200 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni birisi ilə əvəz ediləcək fundamentlərin yenidən qurulması ilə əlaqədar 15 (on beş) ədəd dərin neft-qaz platformalarındakı “Günəşli” yatağının alqı-satqısına dair tenderdə iştirak üçün dəvət sənədlərinin qısa xülasəsi və xx xxxxxx 2015-ci il tarixli, 29/TŞ621 ARDNŞ/2300-013 01/T-013- 000212 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni birisi ilə əvəz ediləcək fundamentlərin yenidən qurulması ilə əlaqədar 26 (iyirmi altı) ədəd dərin neft-qaz platformalarındakı, 110/10 KV yüksək gərginlikli modul tipli stansiyadakı, 2 (iki) kompressor stansiyasındakı “Neft Daşları” yatağının alqısatqısına dair tenderdə iştirak üçün dəvət sənədləri nin qısa xülasəsi, ARDNŞ/2300013/24/TT-05-051298 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin regional sahələrdə yeni Modul Tipli X14 ilə əvəz ediləcək fundamentlərin yenidən qurulmasının alqı-satqısına dair tenderdə iştirak üçün sənədlərinin qısa xülasəsi, ARDNŞ/1710216/17/TT-04-00327 nsömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni birisi ilə əvəz ediləcək fundamentlərin yenidən qurulması ilə əlaqədar 1 (bir) ədəd dərin neft-qaz platformalarındakı “Ələt 64” yatağının alqı-satqısına dair tenderdə iştirak üçün hüquq verən sənədlərinin qısa xülasəsini istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayaraq, göstərilən sənədlərə Şirkətin uydurma vəzifəli şəxsləri barədə yalan məlumatlar daxil etməklə, işlədiyi müddət ərzində “xxxx” ASC-yə təqdim edilməsi üçün ona verilmi ş iş yeri və əmək haqqı barədə xx xxxxxxx 2015-ci il tarixli 581/Ş nömrəli arayışın sol küncünə vurulmuş ştampın əkslərini və onların içərisindəki əlyazma mətn başqa sənəddə olan ştamp əksindən rəqəmsal texniki qurğu vasitəsilə elektrofotoqrafik çap üsulu ilə icra edilərək həmin sənədlər üzərinə köçürüb saxtalaşdırdıqdan sonra elektron vasitələrlə X5 göndərib bilə-bilə həmin saxta sənədlərdən təkrarən istifadə etmişdir. Bundan sonra, Məhkum, xx xxxxxx 2015-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsindən azad edilməsinə və işə qəbulla bağlı hər hansı səlahiyyəti olmamasına baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qə sdlə təkrarən ələ keçirmək məqsədilə, 2017-ci ilin iyul ayında ixtisasca geoloq olan bacısı X6 ixtisasına uyğun müvafiq işlə təmin olunması üçün ona müraciət etmiş X12 təkrarən özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəli şəxs kimi təqdim edərək, işlədiyi Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə işləməsi ilə bağlı “xxxx” şirkətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olması və həmin Şirkətin səlahiyyətli vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə Çinarə Rəsulzadənin ixtisasına uyğun aylıq 920 manat əmək haqqı olan işə təyin olunmasının mümkün olduğunu bildirib, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə səlahiyyətli vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd ve rməklə, münasibətlərinə görə ona olan inam və etimadından istifadə edib aldatmaqla xx xxxx 2017-ci il tarixdə X8 taksi sürücüsü X21 vasitəsilə göndərdiyi 1000 (bir min) manat pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryol Baş Mühafizə İdarəsinin inzibati binasının qarşısında 2017-ci ilin dekabr ayında onun şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə göndərdiyi 100 (bir yüz) manat pul vəsaitini isə Bakı Metropoliteninin Nərimanov rayonu ərazisində yerləşən “Gənclik” stansiyasının yaxınlığında almaqla, onun ümumilikdə 1100 (bir min bir yüz) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, onu bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ın işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə, Məhkum, xx xxxxxx 2015-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsindən azad edilməsinə və işə qəbulla bağlı hər hansı səlahiyyəti olmamasına baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə təkrarən ələ keçirmək məqsədilə xx xxxxxxxx 2017-ci il tarixdə Dövlət Neft Şirkətinə sürücü kimi işlə təmin olunması üçün ona müraciət etmiş X18 təkrarən özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəli şəxs kimi təqdim edərək, işlədiy i Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə işləməsi ilə bağlı “xxxx” şirkətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olması və həmin Şirkətin vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə onu aylıq 1200 manat əmək haqqı olan sürücü kimi işə təyin etməsinin mümkün olduğunu bildirib, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verməklə, münasibətlərinə görə ona olan inam və etimadından istifadə edib aldatmaqla, xx xxxxxxxx 2017-ci il tarixdə X15 taksi sürücüsü X7 vasitəsilə göndərdiyi 1000 (bir min) manat pul vəsaitini Bakı şəhəri Nizami rayonu “Olimpik Star”ın yanındakı “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində, xx xxxxxxx 2017-ci il tarixdə isə şəxsən təqdim etdiyi 2000 (iki min) manat pul vəsaitini Bakı Metropoliteninin Səbail rayonu ərazisində yerləşən “İçərişəhər” stansiyasının yaxınlığında almaqla onun ümumilikdə 3000 (üç min) manat pul vəsaitini vahid qəsdlə alıb aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, onu bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ın işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinə əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum, xx xxxxxx 2015-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsindən azad edilməsinə və işə qəbulla bağlı hər hansı səlahiyyəti olmamasına baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə təkrarən ələ keçirmək məqsədilə xx xxxxxx 2017-ci il tarixdə sürücü kimi müvafiq işlə təmin olunması üçün ona müraciət etmiş X16 təkrarən özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəli şəxs kimi təqdim edərək, işlədiyi Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə işləməsi ilə bağlı “xxxx” şirkətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olması və həmin Şirkətin vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə onu aylıq 1867 (bir min səkkiz yüz altmış yeddi) manat əmək haqqı olan sürücü kimi işə təyin edəcəyinin mümkün olduğunu bildirib, xidməti səlahiyyətləri nin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə səlahiyyətli vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verməklə, münasibətlərinə görə ona olan inam və etimadından istifadə edib aldatmaqla, xx xxxxxx 2017-ci il tarixdə ünvan 2 ünvanında X9 2000 (iki min) manat, 2017-ci ilin dekabr ayının əvvəllərində 500 (beş yüz) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat pul vəsaitini vahid qəsdlə alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, onu biləbilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ın işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinin əhəmiyyətli dərəcədə pozul masına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə, Məhkum, xx xxxxxx 2015-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsindən azad edilməsinə və işə qəbulla bağlı hər hansı səlahiyyəti olmamasına baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə təkrarən ələ keçirmək məqsədilə xx xxxxxx 2018-ci ildə X22 vasitəsilə tanış olduğu və sürücü kimi müvafiq işlə təmin olunmaq üçün ona müraciət etmiş X17 təkrarən özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəli şəxs kimi təqdim edərək, işlədiyi Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə işləməsi ilə bağlı “xxxx” şirkətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərin in olması və həmin Şirkətin vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə onu aylıq əmək haqqı 1867 manat olan sürücü kimi işə təyin edəcəyinin mümkün olduğunu bildirib, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə səlahiyyətli vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verməklə, münasibətlərinə görə ona olan inam və etimadından istifadə edib aldatmaqla, xx xxxxxx 2018-ci il tarixdə X10 Bakı Metropoliteninin Nizami rayonu ərazisində yerləşən “Neftçilər” stansiyasının yaxınlığında 2000 (iki min) manat, xx xxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanında isə 1000 (bir min) manat olmaqla, ümumilikdə 3000 (üç min) manat pul vəsaitini vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək tə krarən dələduzluq etmiş, onu bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ın işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan savayı, Məhkum, xx xxxxxx 2015-ci il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə X2 və X4 şöbəsinin rəis müavini vəzifəsindən azad edilməsinə və həmin Şirkətdə tenderlərin keçirilməsi sahəsində hər hansı səlahiyyəti olmamasına baxmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə təkrarən ələ keçirmə məqsədilə, əvvəllər X26 stansiyasında işləyərkən tanı ş olduğu Almaniya Federativ Respublikasının vətəndaşı X35 Löhrlə 2018-ci ilin fevral-mart aylarında danışıqları və görüşləri zamanı təkrarən özbaşına özünü göstərilən vəzifədə işləyən vəzifəli şəxs kimi təqdim edərək, işlədiyi Şirkətdə yüksək nüfuz sahibi olması, həmin Şirkətdə tenderlərin keçiriləcəyi, Şirkətin vəzifəli şəxslərinə müəyyən məbləğdə pul vəsaiti verməklə bu sahədə keçirilən tenderlər onun işlədiyi şirkətin qalib elan edilməsinin mümkün olduğunu bildirib, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə səlahiyyətli vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verməklə, münasibətlərinə görə ona olan inam və etimadından istifadə edib aldatmaqla “xxxx” (MMC) şirkətinin rəhbəri X35 Löhrün xx xxxxxx 2018-ci il tarixdə “Zürcher Kantonalbank” vasitəsilə göndərdiyi 2000 avro, həmin dövrün məzənnəsi ilə 4236 (dörd min iki yüz otuz altı manat) manat, “Reise Bank SC”-nin “Western Union” sürətli pul köçürmə vasitəsilə xx xxxxxx 2018-ci il tarixdə göndərdiyi 1042,50 (bir min qırx iki və 0,5 avro) avro, həmin dövrün məzənnəsi ilə 2190 (iki min yüz doxsan manat) manat, xx xxxxxx 2018-ci il tarixdə “Reise Bank SC”-nin “Western Union” sürətli pul köçürmə vasitəsilə göndərdiyi 1042,50 (bir min qırx iki və 0,5 avro) avro, həmin dövrün məzənnəsi ilə 2194 (iki min yüz doxsan dörd manat) manat,xx xxxxxx 2018-ci il tarixdə “Reise Bank SC”-nin “Western Union” sürətli pul köçürmə vasitəsilə göndərdiyi 1042,50 (bir min qırx iki və 0,5 avro) avro, həmin dövrün məzənnəsi ilə 2208 (iki min iki yüz səkkiz m anat) manat, xx xxxxxx 2018-ci il tarixdə “Reise Bank SC”-nin “Western Union” sürətli pul köçürmə vasitəsilə göndərdiyi 1017,50 (bir min on yeddi və 0,5 avro) avro, həmin dsvrün məzənnəsi ilə 2115 (iki min yüz on beş manat) manat, xx xxxx 2018-ci il tarixdə “UBS Bank” vasitəsilə göndərdiyi 40000 (qırx min) avro, həmin dövrün məzənnəsi ilə 83812 (səksən üç min səkkiz yüz on iki manat) manat, xx xxxx 2018-ci il tarixdə “UBS Bank” vasitəsilə göndərdiyi 975 (doqquz yüz yetmiş beş avro) avro, həmin dövrün məzənnəsi ilə 2064 (iki min altmış dörd manat) manat, xx xxxx 2018-ci il tarixdə “UBS Bank” vasitəsilə göndərdiyi 10.000 (on min) avro, həmin dövrün məzənnəsi ilə 21.164 (iyirmi bir min yüz altmış dörd manat) manat olmaqla, ümumilikdə 119.983 (bir yüz on doqquz min doqquz yüz səksən üç) manat pul vəsaitini 2018-ci ilin fevral-mart aylarında “xxxx” ASC-nin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3 ünvanda yerləşən “Mərkəzi Ofis” filialından, habelə “xxxx” ASC-nin Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 67 ünvanda yerləşən “Azneft” filialından götürməklə, özünün şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxsin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirib təkrarən dələduzluq etmiş, onu bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək SOCAR-ı n işgüzar nüfuzuna və qanunla qorunan mənafeyinə əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, qeyd edilən əməllərinin aşkar olunmaması üçün rəsmi sənəd hesab olunan “ARDNŞ/2300-013/24/TT-05-051298 nömrəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin regional sahələrdə yeni Modul Tipli X14 ilə əvəz ediləcək fundamentlərin yenidən qurulmasının alqı-satqısına dair tenderdə iştirak üçün sənədlərinin qısa xülasəsini istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayaraq, saxtalaşdırdıqdan sonra X35 Löhrə şəxsən təqdim etməklə və elektron vasitələrlə göndərməklə bilə-bilə həmin saxta sənədlərdən təkrarən istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Elmar Rəhimovdan ibarət tə rkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 66.3, 66.4cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və ona minimum həddən də aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri müvafiq hökm və qərar çıxararkən, ibtidai istintaq orqanının qərəzli olaraq topladığı saxta sübutlara istinad etmiş, ittiham hissəsini olduğu kimi köçürməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşlar. Belə ki, məhkum onun ilk məhkumluğu, himayəsində bir azyaşlı övladının, onkoloji xəstəlikdən əziyyət çəkən anasının olduğu, nəzərə alınmadığını və nəticədə barəsində qanunsuz və əsassız olaraq ağır, uzunmüddətli azadlıqdan məhrum etmə c əzası təyin olunduğunu qeyd etmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər sırasında olan Azərbaycan respublikası vətəndaşlarına dəymiş ziyan ödənilmiş və məhkəmə baxışı zamanı verdikləri ifadələrdə Məhkum qarşı heç bir şikayətləri olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kass asiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutl ara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkə mələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Az ərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 178.3.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi birinci instansiyası məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş və iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiya məhkəməsində tam sübuta yet irilmiş və barəsində cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili məhkum özü barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməməs inin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Kassasiya şikayətinin bir başqa dəlili Məhkum cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması və təyin edilmiş cəzanın ağır olmasıdır. B ununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Daha sonra, Azərbaycan Resp ublikası CM-in 58.3-cü maddəsi ilə müəyyən olunur ki, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanu nunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əməlində cəzanı yüngülləşdirən hallar kimi, ümumilikdə 3000 manat məbləğində pulun könüllü olaraq ödəməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əmldən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq ona, cəzaların məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişd ir. Lakin apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirən halların tam nəzərə alınmadığı bildirmişdir. Apellyasiya məhkəməsi hökmdə qeyd edilən yüngülləşdirən hallardan əlavə olaraq Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olması nəzərə almaqla məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 9 (doqquz ) ildən 8 (səkkiz) il 6 (altı) aya endirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğundur. Cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmışdır. Ona görə də kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması barə dəki dəlili ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarını n ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-420/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-420/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver