Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-420/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Nurməmmədov Əhməd Gülməmməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə, Bakı Ağı r Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 204.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixi hökmü ilə isə Məhkum CM-nin 204.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1992-ci il tarixdə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi yaşayış evində yaşayan, CM-nin 204.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 17 dekabr 2018-ci il tarixdən 28 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər – cəmisi 1 (bir) il 11 (on bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla o, cəzasını çəkmiş hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə xarici valyuta olan saxta pul əskinazlarını əldə edib satılması barədə şəxsiyyəti istintaqla araşdırılan «Apo» ləqəbli X adlı şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, aralarında olan cinayətkar razılaşmaya əsasən Türkiyə Respublikasının İstanbul şəhərində olarkən sonuncudan 2 dekabr 2018-ci il tarixdə ofset çap üsulu ilə hazırlanmış, həqiqi 500 avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etməyən 84 ədəd saxta 500-lük, cəmi 42.000 avro məbləğində saxta pul əskinazlarını əldə edib Bakı şəhərinə g ətirərək icarə əsasında işlətdiyi ofisdə saxlamış, 5 dekabr 2018-ci il tarixdə qeyd olunan puldan 34 ədəd saxta 500-lük, cəmi 17.000 avro məbləğində saxta pulu götürüb saat 16:15-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzində fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı şöbəsinə gələrək orada pulun saxta olmasını bilməyən tanışı Şahid8 vasitəsi ilə 1 saylı şöbənin əməkdaşı Şahid6 həmin günün məzənnəsi ilə təşkil edən 32.606 manata dəyişdirərək satmaqla zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra 8 dekabr 2018-ci il tarixdə pulların saxta olmasını bilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təklifi ilə Məhkum Şahid8 vasitəsi ilə 7 ədəd 500-lük, cəmi 3.500 avro məbləğində saxta pulu geri götürüb həmin gü nün məzənnəsi ilə 6.713 manat təşkil edən pulu Cəmiyyətin 1 saylı şöbəsinə qaytarmış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 dekabr 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 15:40-da Məhkum icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyriyaşayış obyektinə baxış keçirilərkən onun şəxsi kabinetində olan masanın rəfindən çıxararaq təqdim etdiyi xarici valyuta olan saxta 57 ədəd 500-lük, cəmi 28.500 avro məbləğində saxta pul əskinazları aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Kəngərli Orxan İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 17 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və ona təqsirli bilindiyi CM-nin 204.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 17 dekabr 2018-ci il tarixdən 28 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulması, həbsdə və ev dustaqlığınd a saxlanıldığı cəmsi 1 (bir) il 11 (on bir) gün müddət hazırki qərarla ona təyin edilən cəza müddətindən çıxılmış və onun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılaraq həmin cəzasının əvvəli 17 iyun 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsumov Nazim Rasim oğlundan ibarət tərkibdə) 19 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı O.İ.Kəngərli tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi M.Ə.Salmanlı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 31 may 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin olunmuş, Məhkum CM-nin 204.2-ci maddəsi ilə t əqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.2-ci maddəsinə əsasən Məhkum əməlində CM-nin 204.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona həmin maddə ilə bəraət verilmiş, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 84 ədəd 500 avroluq saxta pul əskinazlarının məhv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına sərf edilmiş 73 (yetmiş üç) manat və 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məğlərlər pulun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, Məhkum isə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi - vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 23 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin həmin hökmü isə lə ğv olunmaqla cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı O.İ.Kəngərli tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi M.Ə.Salmanlı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə növbəti dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və İbrahimov Anar Çingiz oğlundan ibarət tərkibdə) 16 avqust 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, CPM-nin 42.1.4-cü maddəsinə əsasən Məhkum CM-nin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ə məlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 84 ədəd 500 avroluq saxta pul əskinazlarının hazırki cinayət işindən ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixi hökmündən dövləti itihamçısı M.İ.Vəliyev kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış bəzi sübutları şərh edərək işin faktiki ha llarını mübahisələndirən, bunlarla bağlı CPM-nin bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 16 avqust 2023-cü il tarixi hökmünə istinad edən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırki iş üzrə gəldiyi nəticə əsaslı olmamış, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi cinayət işi üzrə mövcud sübutlara əlaqəli şəkildə təhlil edilmədən, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı verdiyi ifadələr nəzərə alınmadan Məhkum əsassız olaraq bəraət ve rilmişdir. Halbuki, cinayət işi üzrə onun təqsirliliyini təsdiq edəcək kifayət qədər sübutlar cinayət işinin materiallarında mövcud olmuş, həmin sübutlarla Məhkum CM-nin 204.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsində aparılan istintaq zamanı bu sübutlardan yalnız məhkumun və Şahid8 ifadələrinin fərqli olması müəyyən edilmiş, onlar Məhkum pul əskinaslarının saxta olmasını qabaqcadan bilməsini təsdiq etməmiş, ibtidai istintaq zamanı fərqli ifadə vermələrinin səbəbini isə həmin dövrdə fiziki və psixi təsirə məruz qalmaları ilə izah etmiş, lakin bu halları kifayət qədər əsaslandıra bilməmişlər. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Məhkum və Şahid8 onlara qarşı edilmiş qanunsuzluqlar barədə hər hansı bir dövlət o rqanına müraciət etməmişlər. Apellyasiya instansiyası məhkəməsi Məhkum və Şahid8 ibtidai istintaq zamanı verdikləri ifadələrinin həqiqiliyini şübhə altına alarkən Şahid8 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəyə də hər hansı bir qiymət verməmişdir. Halbuki, Şahid8 məhkəmə qarşısında ifadə verərkən şahid statusunda idi və barəsində hər hansı bir qətimkan tədbiri seçilməmişdir. Buna baxmayaraq Şahid8 sərbəst şəkildə verdiyi ifadəsində Məhkum avroların saxta olması barədə əvvəlcədən məlumatlı olmasını və bunu ona etiraf etməsini göstərmişdir. Göründüyü kimi, məhkəmə cinayət işi üzrə toplanmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, bəraət hökmünün əsasında duran sübutlar isə yolverilməz olmuş, iş üzrə cinayət qanununun müddaəaları poz ulmaqla hökm çıxarılmış, həmin hökmə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 31 may 2022-ci il tarixdə göstərilənləri 16 avqust 2023-cü il tarixli hökmünə yenidən köçürməklə kifayətlənmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı M.İ.Vəliyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi - vəkil Nümayəndə naməlum səblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini n tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş hüquqi şəxs "Günay Bank” ASC-nin nümayəndəsi - vəkil Nümayəndə iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin məzmununda göründüyü kimi, onun müəllifi həmin protestdə apellyasiya instansiyası məhk əməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum CM-nin 204.2-ci maddəsi ilə bəraət verilməsini və məhkəmə tərəfindən çıxarılmış hökmün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edərək həmin hökmün ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübu tlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixi hökmünün qanuniliyini və əsaslılığını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir v ə mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegi yası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə inandırıcı şəkildə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya mü ddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayıl ır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkə mə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək v əzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-c ı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəs ində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə gör ə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzi fələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlər in və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndiril ən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin t əqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilə n hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində o nun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsin in baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət proses ində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü madd əsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə t ələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunve riciliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümk ünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzr ə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiy yətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədil diyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədə n kənar standartlar tətbiq edilir. Kassasiya protestində də istinad olunan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1- ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşaraq bu sübutlar əsasında Məhkum barəsində 28 dekabr 2019-cü il tarixli ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən sonuncu CM-nin 204.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə xarici valyuta olan saxta pul əskinazlarını əldə edib satılması barədə ş əxsiyyəti istintaqla araşdırılan «Apo» ləqəbli X adlı şəxslə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, aralarında olan cinayətkar razılaşmaya əsasən Türkiyə Respublikasının İstanbul şəhərində olarkən sonuncudan 2 dekabr 2018-ci il tarixdə ofset çap üsulu ilə hazırlanmış, həqiqi 500 avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etməyən 84 ədəd saxta 500-lük, cəmi 42.000 avro məbləğində saxta pul əskinazlarını əldə edib Bakı şəhərinə gətirərək icarə əsasında işlətdiyi ofisdə saxlamış, 5 dekabr 2018-ci il tarixdə qeyd olunan puldan 34 ədəd saxta 500-lük, cəmi 17.000 avro məbləğində saxta pulu götürüb saat 16:15-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzində fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı şöbəsinə gələrək orada pulun saxta olmasını bilməyən tanışı Şahid8 vasitəsi ilə 1 saylı şöbənin əməkdaşı Şahid6 həmin günün məzənnəsi ilə təşkil edən 32.606 manata dəyişdirərək satmaqla zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra 8 dekabr 2018-ci il tarixdə pulların saxta olmasını bilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təklifi ilə Məhkum Şahid8 vasitəsi ilə 7 ədəd 500-lük, cəmi 3.500 avro məbləğində saxta pulu geri götürüb həmin günün məzənnəsi ilə 6.713 manat təşkil edən pulu Cəmiyyətin 1 saylı şöbəsinə qaytarmış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 17 dekabr 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 15:40-da Məhkum icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyriyaşayış obyektinə baxış keçirilərkən onun şəxsi kabinetində olan masanın rəfindən çıxararaq təqdim etdiyi xarici valyuta olan saxta 57 ədəd 500-lük, cəmi 28.500 avro məbləğində saxta pul əskinazları aşkar edilərək götürülmüşdür. ` Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə g əlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara və yolverilməz sübutlara deyil, aşağıda qeyd olunanlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, ibtiadi araşdırma zamanı Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bu ittihama uyğun ifadələr versə də, işə həm birinci instansiya məhkəməsində, həm də iki dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən həmin ifadələrini qəti şəkildə inkar etmiş, özünü CM-nin 204.2-ci maddəsi ilə təqsirli bilməmiş və göstərmişdir ki, o, diş texniki kimi fəaliyyət göstərir, uzun müddət Türkiyə və Rusiyada yaşayıb işləmiş, lakin 2018-ci ilin yay aylarında valideynlərinin təkidi ilə Azərbaycana qayıtmış və burada işləmək, klinika açmaq qərarına gəlmişdir. Bunun üçün o, Bakı şəhərində özünə laboratoriya qurmuş, daha sonra Rusiyaya və Türkiyəyə getmiş, oradakı avadanlıqlarını satıb, əldə etdiyi pul vəsaitini İstanbul şəhərində “Dinç-Aydın” valyuta dəyişmə məntəqəsində avroya dəyişib Azərbaycana qayıtmış, məqsədi isə əldə etdiyi pul vəsaitinə Bakıda özünə yeni avadanlıqlar almaq olmuşdur. 03 dekabr 2018-ci il tarixdə o, özü ilə Türkiyədən 500 avroluq əskinazlardan ibarət cəmisi 42.000 avro məbdəğində pul gətirmiş, həmin pulları “Atatürk” Hava Limanında bəyan etmiş, pullar yoxlanılmış, bundan sonra gömrük sərhədindən Azərbaycana buraxılmış, həmin pulu isə öz ofisində saxlamışdır. Azərbaycana gəldiyi gündən iki gün sonra, yəni 05 dekabr 2018-ci il tarixdə köməkçisi Şahid8 “Sədərək” və “Binə” Ticarət Mərkəzləri ndən bəzi ləvazimatlar almağı, mebel sifariş etməyi tapşırmış, həmçinin ona 17.000 avro məbləğində pul verib həmin pulu orada yerləşən hər hansı valyuta dəyişmə məntəqəsində Azərbaycan manatına dəyişməsini xahiş etmişdir. Bundan sonra işləri ilə məşğul olarkən Şahid3 ofisə gələrək dəyişdiyi pulu – cəmisi 32.606 manatı ona vermiş, eyni zamanda ofisə mebellər gətirilmiş və o, da aldığı bu mebelin dəyərini ödəmişdir. 07 dekabr 2018-ci il tarixdə Şahid8 ona bankdan zəng edildiyini və onunla danışan bank əməkdaşının dəyişdiyi pullarla bağlı problem yaranmasının bildirməsi barədə məlumat verərək onun banka çağırıldığını demişdir. O, bank əməkdaşının – Şahid2 adında şəxsin nömrəsini götürüb özü onunla danışmış, ona dəyişdirilmiş pulların özünə məxsus olmasını bildirərək problemin nədən ibarət o lmasını soruşmuş, Şahid2 isə bank rəhbərliyinin avro əskinazlarını bəyənmədiyini deyərək onları geri götürməyi təklif etmişdir. O, əvvəlcə buna etiraz etsə də, sonradan edilmiş təkliflə razılaşmış və buna görə, 08 dekabr 2018-ci il tarixdə Şahid3lə birlikdə pulların dəyişdirildiyi “Binə” Ticarət Mərkəzində yerləşən valyuta dəyişmə məntəqəsinə getmiş, həmin vaxt özü ilə Türkiyədən gətirdiyi pullardan 1000 avro da götürmüş, kassaya yaxınlaşıb həmin pulu Azərbaycan manatına dəyişdmiş və bununla bağlı hər hansı problem olmamışdır. Sonra telefonla danışdığı Şahid2 adlı şəxsə yaxınlaşmış və sonuncu bank rəhbərliyinin Şahid3in dəyişdiyi avro əskinazlarını bəyənmədiyini bildirərək yenə də həmin əskinazları geri götürməyi təklif etmişdir. O, isə bundan bir qədər əvvəl 1000 avro dəyişdiyini, bununla bağlı heç bir problem olmadığını bildirirərək pulun qaytarılmasına etiraz etmiş, lakin bank əməkdaşının xahişlərindən və təkidindən sonra onunla razılaşmış, həmçinin pulların Şahid3 tərəfindən dəyişdirilməsi anını özündə əks etdirən videogörüntələrə özünün tələbi ilə baxsa da, həmin görüntülərdə dəyişdirilmiş pulların seriya və nömrələrini müəyyən etmək olmamışdır. Bundan sonra, o, Türkiyədə olan işçisinə zəng edərək pulu dəyişdiyi məntəqəyə getməsini xahiş etmiş, işçisi həmin məntəqəyə getmiş, özü bank əməkdaşlarının yanında Türkiyədə olan pulu dəyişdiyi məntəqənin işçisi ilə danışmış, sonuncu da pullarda, yəni avro əskinazlarında heç bir problem olmadığını bildirmişdir. Hətta Türkiyədəki valyuta dəyişmə məntəqəsinin əməkdaşı ona pulların seriya və nömrələrinin qeydiyyatının aparıldığını, əldə etdiyi avro əskinazlarını geri qaytarmaq hüququna malik olduğunu da demiş, bank işçisinə pullarda problem olduğu halda birlikdə bunu həll edə biləcəklərini, bunun üçün Türkiyəyə gedə biləcəyini söyləmişdir. Lakin o, Şahid2ın təklifinə əsasən üstündə 6800 manat məbləğində pulu ona verərək 3.500 avronu geri almış, qalan 13.500 avronu da yaxın günlərdə gəlib götürəcəyini bildirmiş, bank işçisi də onunla razılaşmışdır. 17 dekabr 2018-ci il tarixdə o, ofisinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmış, bunun səbəbini soruşduqda isə ona dəyişdirilmiş pulların saxta olmasını bildirmişlər. O, isə həmin pulların saxta olmamasını, həmin pulları qanuni yolla Türkiyədə valyuta dəyişmə məntəqəsində dəyişdiyini bildirib b unu təsdiq edən çekin telefonundakı şəklini polis əməkdaşlarına təqdim etsə də, sonuncular onunla razılaşmamış, bir müddət sonra İdarəyə qardaşı və işçisi Şahid3 gətirmiş, bundan sonra isə həm ona, həm də Şahid3ə qarşı təziqlər edilmiş və onlara işgəncələr verilmişdir. O, bir daha saxta pulunun olmadığını demiş, dörd-beş dəfə videoçəkiliş aparılmış, ondan pulların saxta olmasını etiraf etməsi tələb edilmiş, lakin o, bu tələblə razılşmadıqda işgəncələr davam etdirilmişdir. Bu işgəncələrə dözməyərək o, sonda polis əməkdaşlarının təklifi ilə razılaşmış, növbəti videoçəkilişin aparılması zamanı polis əməkdaşının öyrətdiyi tərzdə izahat vermiş, sonra isə həm ondan, həm də Şahid3dən eyni məzmunda yazılı izahatlar alınmışdır. Bundan sonra o, ofisə gətirilmiş və orada saxladığı 57 ədəd 500-lük, cə misi 28.500 avro məbləğində pullar götürülmüşdür. Məhkum həmçinin qeyd etmişdir ki, o, Türkiyədən gətirdiyi pulları qanuni yolla orda yerləşən valyuta dəyişmə məntəqəsində dəyişmiş, həmin pulların saxta olmasını bilməmiş və bunu ehtimal belə etməmiş, ibtidai araşdırma zamanı ifadələrini təzyiqlər altında vermiş, lakin qorxduğundan bununla bağlı heç yerə şikayət etməmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi və həqiqətə uyğun ifadələri təsdiq edən telefon danışıqlarının aparılmasına dair məlumatlar və şəkillər onun telefonundan silinmiş, Türkiyədə dəyişdirdiyi pulları Azərbaycana gətirərəkən bəyan etməsini təsdiq edən bəyannaməni və pulun dəyişməsi barədə çekin surətini müstəntiqə təqdim esə də həmin sənədlər cinayət işinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi nin və apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə baxışı iclaslarında şahid qismində dindirilmiş Şahid8 ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrini təsdiq etməyərək göstərmişdir ki, o, tanışı Məhkum yanında aylıq 300-400 manat məbləğində maaş müqabilindəa köməkçi işləmişdir. 05 dekabr 2018-ci il tarixdə günorta radələrində müəyyən ləvazimatlar almaq üçün Məhkum onu “Sədərək” Ticarət Mərkəzinin yanında düşürərək lazım olan avadanlıqlar almasını tapşırmış, özü isə həmin vaxt müştəri zəng etdiyindən ofisə getməli olmuş, həmçinin ona 500-lük əskinazlardan ibarət olan 17.000 avro məbləğində pul verərək ona hər hansı valyuta dəyişmə məntəqəsində həmin pulu Azərbaycan manatına dəyişdirməyi xahiş etmişdir. “Sədərək” Ticarət Mərkəzində işlərini bitirdikdən sonra o, “ Binə” Ticarət Mərkəzinə getmiş və orada yerləşən "xxxx" ASC-yə məxsus valyuta dəyişmə məntəqəsində Məhkumun ona verdiyi 17.000 avro məbləğində pulu mübadilə etmək üçün şəxsiyyət vəsiqəsini həmin pulla birlikdə bankın əməkdaşına verərək əvəzində 32.606 manat məbləğində pulu alıb bankdan çıxmış və iş yerinə gələrək bu pulu Məhkum vermişdir. Bir neçə gün sonra xatırlamadığı nömrədən bank əməkdaşı zəng edib onun mübadilə etdiyi avro əskinazlarında problem olduğunu bildirərək valyuta dəyişmə məntəqəsinə dəvət etmişdir. O, bu haqda Məhkuma məlumat verdikdə sonuncu bunun mümkün olmadığını bildirmiş və 08 dekabr 2018-ci il tarixdə onlar birlikdə banka getmişlər. Orada bankın əməkdaşı onları qəbul etmiş və pulları bəyənmədiklərini bildirərək dəyişdirilmiş avro əskinazlarını geri almalarını xahiş et mişdir. Məhkum isə bundan bilavasitə əvvəl də 1000 avro dəyişdiyini, bu zaman heç bir problem olmadığını demiş, pulun qaytarılmasına etiraz etmiş, lakin bank əməkdaşının xahişlərindən və təkidindən sonra onun təklifi ilə razılaşmışdır. Eyni zamanda Məhkum pulun onun, yəni Şahid8 tərəfindən dəyişdirilməsi anını əks etdirən videogörüntüləri ona göstərməyi tələb etmiş, lakin onlar bu videogörüntülərə baxsalar da dəyişdirilmiş pulların seriyasını və nömrələrini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra, Məhkum Türkiyədə olan işçisinə zəng edərək ondan pulu dəyişdiyi məntəqəyə getməsini xahiş etmiş, sonuncu bu xahişi yerinə yetirmiş, Məhkum elə bank əməkdaşlarının yanında Türkiyədə olan pulu dəyişdiyi məntəqənin işçisi ilə danışmış və həmin şəxs onun əldə etdiyi avro əskinazlarında heç bir problem olmadığını, bu əskinazların seriya və nömrələrinin qeydiyyata alındığını, onları geri qaytarmaq hüququnun olduğunu bildirmiş, Məhkum da bank işçisinə pullarda problem olduğu halda birlikdə bunu həll edə biləcəklərini, bunun üçün Türkiyəyə gedə biləcəyini demişdir. Məhkum dəyişdiyi pullara avadanlıq aldığına görə üzərində kifayət qədər vəsait olmadığını "xxxx" ASC-nin əməkdaşına bildirib özündə olan 6800 manat məbləğində pulu ona verərək əvvəl satdığı 17.000 avrodan 3.500 avronu geri almış, yaxın günlərdə qalan 13.500 avronu da geri alacağını vəd etmişdir. 17 dekabr 2018-ci il tarixdə saat 15:10-da o, ofisin qarşısında Məhkumla dayanıb söhbət edən zaman bir neçə nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onları polis idarəsinə aparmış, orada p ulun saxta olmasını bilmələri barədə ifadə vermələri onlardan tələb olunmuş, buna etiraz etdikdə isə hər ikisi işgəncələrə və psixi təziqlərə məruz qalmış və bu hərəkətlər tutulduqları gündən səhərədək davam etdirilmişdir. Bu zaman onun qarşılarına ağ vərəq qoyulmuş, ona qol çəkməsi tələb edilmiş, o, da işgəncələrə və psixi təziqlərə dözməyib həmin kağıza imza etmiş, sonradan da dindirmə protokollarını oxumadan imzalamışdır. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid7 ifadələrindən görünür ki, 2018-ci ilin dekabr ayında o, "xxxx" ASC-nin 1 saylı mübadilə şöbəsində müdir vəzifəsində işləmişdir. 05 dekabr 2018-ci il tarixdə Şahid8 adlı şəxs mübadilə şöbəsinə yaxınlaşaraq 17.000 avro təqdim edib mübadilə etmək istəyini bildirmiş, şöbənin əməkdaşı günün kursuna uyğun olaraq ona əvəz ində 32.606 manat məbləğində pul vermişdir. Bütün vətəndaşlardan qəbul edilmiş pul kimi, həmin pullar da xüsusi cihazdan istifadə edilməklə yoxlanılmış və bunun nəticəsində dəyişdirilmiş əskinazlarda heç bir problem olmadığından Şahid8 verdiyi pul qəbul edilərək mübadilə edilmişdir. Bundan sonra həmin pul mərkəzi ofisə göndərilmiş, orada isə 500 avroluq əskinazların həqiqiliyi şübhə yaratdığından xəzinadar Şahid3 əlaqə saxlayaraq ona bu haqda məlumat verib onun dəyişdirdiyi pulu geri almasını təklif etmiş, sonuncu da hazırda qeyd olunan məbləğdə vəsaitləri olmadığından bir neçə günə gələcəklərini bildirmişdir. 08 dekabr 2018-ci il tarixdə Şahid8 Məhkum adlı şəxslə banka gəlmiş və Şahid3 tərəfindən verilən pulların həqiqiliyi şübhəli olduğu onlara bildirildikdən sonra həmin pulları geri göt ürməsi xahiş edilmiş, Məhkum da 6713 manat pul təqdim edib əvvəl Şahid3in dəyişdirdiyi 17.000 saxta avrodan 3.500 avronu pulu geri almış, yaxın günlərdə isə qalan 13.500 avronu da gəlib alacağına söz vermişdir. Sonradan müştəri ilə əlaqə saxlamaq mümkün olmadığından rəhbərlik saxta avro əsknazlarpının dəyişdirilməsi barədə polis orqanlarına məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid7 həmçinin əskinazların həqiqiliyinin yoxlanılması üçün şöbədə və mərkəzi ofisdə olan cihazların fərqli olduğunu, mərkəzi ofisdə olan əməkdaşlar daha təcrübəli olduğundan Şahid8 dəyişdirdiyi pulların saxta olmasını onların aşkar etmələrini, Şahid8 satdığı pulların seriyasının və nömrələrinin məlum olmasını və bu haqda polis orqanına edilmiş ilk müraciətdə göstərildiyini, Məhkumın 08 dekabr 2018-ci il tarixdə yenidən pul dəyişməsi barədə məlumatının olmadığını bildirmişdir. Məzmunca Şahid7 ifadələrinə analoji ifadələri həmçinin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında həmçinin Şahid6 da vermişdir. Həm hazırki qərarda, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarında təsvir edilmiş sübutların təhlili göstərir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın, xüsusən də ona istinad olunan cinayətin subyektiv cəhətinin sübuta yetirilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır və bu qənaətin əksinə olan fikir yürütmək mümkün deyil. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ittiham olunaraq birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, CM-nin 204.2-ci maddəsində nəzərdə tutulmuş cinayət satış məqsədi ilə xeyli miqdarda saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma kimi təsbit edilmişdir. Bu normada nəzərdə tutulmuş cinayətin yalnız birbaşa qəsdlə törədilməsinin mümkün olmasını nəzərə alan məhkəmə kollegiyası CM-nin 25.2-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayətin predmeti olan əşyaların - pulun, qiymətli dövlət kağızlarının və ya xarici valyutanın, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızların saxta olması ilə yanaşı həmçinin təqsirkarın da bu haqda bilməsinin, yəni maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri etməsi ilə yanaşı cinayətin subyektiv cəhətinin də sübuta yetirilməsi tələb olunur. Yəni şəxs, hətta göstərilən əşyaları satış məqsədilə əldə etsə və ya satsa belə onların saxta olması barədə məlumatsız olduqda onun göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsindən söhbət gedə bilməz. Məhz bu təfsirə əsaslanan ibtidai araşdırma orqanı Şahid8 "xxxx" ASC-nin valyuta dəyişmə məntəqəsində dəyişdiyi 17.000 avro məbləğində pul əskinazlarının saxta olmasından məlumatlı olmamasını nəzərə alıb sübutların qiymətləndirilməsi haqqında 18 mart 2019-cu il tarixli qərarla onun CM-nin 204.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilməməsi əsası ilə onun barəsində cinayət təqibinə xitam verilməsini mümkün bilmiş və hesab etmişdir ki, onun əməli CM-nin 307.1ci maddəsinə tövs if edilməlidir. Həmin maddədə isə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, eyni ilə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum də Türkiyə Respublikasının İstanbul şəhərində “Dinc Aydın” valyuta dəyişmə məntəqəsində əldə etdiyi 500-lük avro əskinazlarının saxtalığı barədə məlumatlı olması, yaxud da bunu müəyyən edə bilməsi, digər tərəfdən bu haqda bilərək həmin əskinazları satış məqsədilə əldə etməsi tam təkzib edilir. Belə ki, sənədlərin məhkəmə-texniki ekspertizasının 18 dekabr 2018-ci il tarixli 33131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 84 ədəd 500 avro dəyərində pul əskinazına oxşar obyektlər of set çap üsulu ilə hazırlanmışdır, «Currency» proqramında olan həqiqi 500 Avro dəyərində pul əskinazının nümunəsi ilə eynilik təşkil etmir. Təqdim edilmiş 500 Avro dəyərində pul əskinazlarına oxşar obyektlər eyni məbləğli həqiqi pul əskinazından aşkar şəkildə fərqlənmir. Rəyin sonunda müəyyən edilmiş nəticəyə görə, hətta ekspertlər hazırki işin predmeti olan pul əskinazlarının xüsusi avadınlaqdan istifadə etməməklə yoxlanılması halında onların həqiqi pul əskinazlarından fərqlənməməsini qeyd etmiş və bu nəticə ona dəlalət edir ki, Məhkum də rəsmi fəaliyyət göstərən “Dinc Aydın” valyuta dəyişmə məntəqəsində onları əldə edərkən həmin əskinazların saxta olmasını bilə bilməzdi. Bundan başqa iş üzrə araşdırılmış sübutlarla təkzib edilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum göstərilən pul əski nazlarını “Dinc Aydın” valyuta dəyişmə məntəqəsində ABŞ dolları əvəzinə əldə etmiş, onun Şahid8 dəyişməkdən ötrü verdiyi, sonuncunun isə banka təqdim etdiyi pul əskinasları bankda olan dedektor və pul sayan aparat vasitəsi ilə yoxlanılmış, bunun nəticəsində isə əskinazlarda hər hansı qüsurlar müəyyən edilmədiyindən təqdim olunmuş 17.000 avro məbləğində pul Azərbaycan manatına mübadilə edilmişdir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Məhkum 03 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Dinc Aydın” döviz ticarət məntəqəsində verdiyi 53.465 ABŞ dolları məbləğində pulun qarşılığında 45.000 avro məbləğində pul vəsaiti almışdır. Cinayət işinin materiallarından görünür ki, şahidlər Şahid8, Şahid7 və Şahid6, də, hər birisi ayrı-ayrılıqda məhkə mə iclaslarında təsdiq etmişlər ki, birinciyə Məhkum tərəfindən mübadilə edilməsi üçün verilmiş, onun isə banka təqdim etdiyi 17.000 avro məbləğində 500-lük əskinazlar pul vəsaitinin həqiqi olub-olmamasını müəyyən edilməsi üçün nəzərdə tutulmuş xüsusi cihazdan istifadə edilməklə yoxlanılmış və yalnız bundan sonra, yəni nəticədə həmin əskinazların saxta olması müəyyən edilmədiyindən pul bank əməkdaşı tərəfindən qəbul edilərək əvəzində Şahid8 məzənnəyə uyğun olaraq 32.606 manat məbləğində pul verilmişdir. Məhkəmə kollegiyası göstərilən xüsusatları, yəni Məhkum həqiqətən də ifadəsində göstərdiyi kimi, Bakıya gəlməzdən əvvəl İstanbulda özündə olan ABŞ dollarını avroya dəyişməsini təsdiq edən qəbzlərin olmasını, həmin pul vəsaitini Azərbaycan Respublikası ərazisinə qanuni olaraq bəyan etməklə g ətirdiyini, pul vəsaitlərinin bir hissəsi (17.000 avro) "xxxx" ASC-yə təqdim edilərkən bankda olan pul vəsaitlərinin həqiqiliyinin müəyyən edilməsi üçün istifadə olunan aparat vasitəsi ilə pulların saxtalığının müəyyən edilməmə edilmədiyi halda Məhkum həmin pulların saxta olmasını bilməsi inandırıcı görünmür, bunun əksini, yəni onun ittiham olunduğu cinayətin subyektiv cəhətini təsdiq edən mötəbər sübutlar isə istər ibtidai aradırma zamanı, istərsə də məhkəmələr tərəfindən əldə olunmamış, belə sübutları ittiham tərəfi məhkəmələrə təqdim etməmiş, kassasiya protestində də bu kimi sübutlara istinad edilməmişdir. İbtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə qənaətləri isə yalnız onun və Şahid8 ibtidai araşdır ma zamanı verdikləri etirafedici ifadələrinə əsaslanmışdır ki, bu ifadələr də dəfələrlə keçirilmiş məhkəmə iclaslarında sonuncular tərəfindən təkzib edilmiş, bunun səbəblərini də onlar izah etmiş və apellyasiya instansiyası məhkəməsi də həmin ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil edib qiymətləndirərək adları göstərilən şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələrinə üstünlük vermiş və bu zaman “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarında əksini tapmışn izah və tövsiyələri nəzərə almışdır. Belə ki, həmin Qərarın 33-cü bəndinə məhkəmələrə izah olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səb əbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiya sı kimi, kassasiya kollegiyası da təsvir edilən Qərardakı müddəaları nəzərə alaraq Məhkum və Şahid8 məhkəmə iclaslarında verdikləri ifadələrini iş üzrə toplanmış və həmin iclaslarda araşdırılmış digər sübutlarla – şahidlərin ifadələri, ekpertiza rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla müqayisəli şəkildə tədqiq edərək həmin ifadələri inandırıcı və həqiqi hesab edir. O, ki qaldı Məhkum və Şahid3 məhz ibtidai araşdırma zamanı verdikləri ifadələrinə üstünlük verilməli olması kassasiya protestinin dəlillərinə məhkəmə kollegiyası bu dəlillərə cavab verilməsi üçün yenə də cinayət işinin materialları ilə müəyyən edilmiş hallara və bu halları təsdiq edən bəzi sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, hazırki cinayət işinin başlanması və icraata qəbul ed ilməsi haqqında 18 dekabr 2018-ci il tarixli qərardan görünür ki, həmin iş ilk olaraq CM-nin 204.2-ci maddəsi ilə Məhkum və Şahid8 barəsində başlanmış, lakin sonradan, yuxarıda qeyd edildiyi kimi, sübutların qiymətləndirilməsi haqqında 18 mart 2019-cu il tarixli qərarla Şahid8 həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, onun cinayətin törədilməsinə aidiyyəti olmadığından barəsindəki cinayət təqibinə xitam verilmişdir. Şahid8 və Məhkum isə, hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində sonuncunun Şahid8 mübadilə üçün verdiyi pulların saxta olmasından Şahid3in də xəbərinin olmasını bildirsələr də, bundan bir gün sonra dindirilərkən Şahid8 Məhkum verdiyi pulların saxta olduğunu bilmədiyini, yalnız bankdan ona zəng olunduqdan sonra pul əskina zlarında problem olması barədə məlumat verildikdən sonra bu haqda bilməsini göstərmiş, Məhkum isə təqsirləndirilən şəxs dindirilərkən Şahid8 pulları dəyişmək üçün verərkən pulların saxta olmasını ona dediyini və Şahid3in bundan xəbərinin olmasını göstərmişdir. Göstərilən xüsusatla bağlı maraqlı məqam ondan ibarətdir ki, 19 dekabr 2018-ci il tarixdə Şahid8 özünün Məhkumın ona verdiyi pulları saxta olduğundan xəbərinin olmasını bildirməsinə, Məhkumın isə 18 dekabr 2018-ci il tarixdə saat 16:00-dan 17:05-ə qədər dindirildiyi zaman bunun əksinə olaraq Şahid3in verilmiş pulların saxta olmasından xəbərinin olmasını bildirməsinə baxmayaraq elə həmin gün saat 16:40-dan saat 17:10-dək (hələ dindirməsi bitmədən) Şahid8la üzləşdirməsi həyata keçirilərkən Şahid3ə pulları xırdalamaq üçün verərkən onun pulların saxta olmasından xəbərinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası eyni gündə həm dindirmə, həm də üzləşdirmə aparılarkən, dindirmə zamanı tam başqa xüsusatı göstərən şəxsin hələ dindirməsi bitmədən (belə ki, dindirmənin saat 17:05-də bitməsinin göstərilməsinə baxmayaraq hələ dindirmə bitmədən saat 16:40-da üzləşdirmə hərəkətinin başlamasını nəzərə alsaq) paralel aparılan üzləşdirmə zamanı tam fərqli hallar barədə ifadələr verməsi, Şahid8 də əvvəlki ifadələrini dəyişərək eyni gündə onun ifadəsinə uyğun ifadə verməsi real və inandırıcı deyil ona görə ki, məhkəmə kollegiyasında aparılan dindirmənin və üzləşdirmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığına, Məhkum və Şahid8 da qeyd etdiyi kimi müvafiq ifadələrin təsir və təzyiq altında verilməsinə dair əsaslı şübhələrin ortaya çıxmasına zəmin yaradır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə araşdırılmış sübutlara əsasən, Şahid3 mübadilə edilməsi üçün Məhkum tərəfindən ona verilmiş pullarla yanaşı həmçinin özünün şəxsiyyət vəsiqəsini təqdim etmiş və məhz o, bankda valyutanı dəyişən şəxs kimi qeydiyyata alınmış, bundan yayınmaqdan ötrü isə o, heç bir hərəkət etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da ona dəlalət edir ki, Məhkum Şahid8 verdiyi pulun saxta olmasını bildirməmiş və bildirə də bilməzdi, çünki o, özü də bu haqda məlumatlı olmamış və bu baxımdan pul mübadilə edilməzdən əvvəl onların hər ikisinin bu pulun saxta olması barədə bildiklərinə dair ibtidai araşdırma zamanı verdikləri ifadələrin həqiqətə uyğun olmasını bir daha şübhə altına alır. Belə qənaətə gəlməkdən ötrü əsa s yaradan hallardan biri də ondan ibrətdir ki, Şahid8 və Məhkum, hər birisi ayrı-ayrılıqda ilkin ifadələrində pulu mübadilə etmək üçün "xxxx" ASC-yə birlikdə getdiklərini, bu vaxt Məhkumın çöldə gözlədiyini göstərsələr də, iş materiallarına əlavə edilmiş Şahid8 və Məhkum istifadəsində olmuş mobil nömrələrin 05 dekabr 2018-ci il tarixdə anten dairələrinə dair məlumatlarla müəyyən edilmişdir ki, həmin şəxslər göstərilən tarixdə və pulun dəyişdirildiyi vaxtda müxtəlif ərazilərdə - Şahid8 “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin yerləşdikləri, Məhkum isə Yasamal rayonunun ərazisində olmuşlar. Həmçinin, Şahid6 də öz ifadələrində göstərmişdir ki, göstərilən tarixdə pul mübadilə etmək üçün Şahid8 banka tək gəlmiş və onun yanında hər hansı başqa şəxs olmamışdır. Bundan başqa, Məhkum ibtidai ara şdırma zamanı verdiyi ifadələrində saxta pulları əldə etdiyi “Apo” adlı Türkiyə vətəndaşı ilə canlı danışdığını göstərməsinə baxmayaraq, onun istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən edilmiş zəngləri özündə əks etdirən CD diskdə onun 01-03 dekabr 2018-ci il tarixlərində Türkiyə Respublikasına məxsus operatorlara aid olan nömrə ilə danışıq aparması müəyyən edilməmiş, eyni zamanda, iş materiallarında olan Məhkum məxsus telefon aparatına baxış keçirilməsi haqqında 13 mart 2019-cu il tarixli protokoldan da görünür ki, bu istintaq hərəkətinin aparılması nəticəsində həmin telefonun yaddaşında və eləcə də daxil olan və çıxan zənglərin siyahısında Türkiyə Respublikasına məxsus operatorlara aid olan nömrə aşkar edilməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin qənaətlərinə görə, Məhkum saxta pulları məhz “Apo”adlı şəxsdən Türkiyə Respublikasının İstanbul şəhərində olarkən 02 dekabr 2018-ci il tarixdə əldə etmiş, halbuki, bu hal da işə əlavə edilmiş qəbzlərlə təkzib edilmişdir. Həmin qəbzlərə görə isə Məhkum 03 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində “DİNÇ-AYDİN” döviz ticarət məntəqəsində verdiyi 53.465 ABŞ dolları məbləğində pul vəsaitinin qarşılığında 45.000 avro məbləğində pul almışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə işdə mövcud olan ziddiyyətlərə müvafiq sübutlara istinad etməklə aydınlıq gətirmiş və istər Məhkum, istərsə də Şahid8 ibtidai araşdırma zamanı verdikləri ifadələrinə üstünlük verməməsi səbəbini kifayət qədə r əsaslandırmışdır. Bütün qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam haqlı olaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini, yəni CM-nin 204.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin, xüsusən də bu cinayətin subyektiv cəhətinin sübuta yetirilməməsi barədə qanuni nəticəyə gəlmiş, öz nəticəsini qanunvericilikdə müəyyən edilmiş şəkildə kifayət qədər əsaslandırmış, məhkəmənin çıxardığı 16 avqust 2023-cü il tarixli hökmün əsasını isə yolverilməz, sübutlardan, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə olunmuş sübutlar təşkil etməmişdir. CPM-nin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda aparılmış məhkəmə ba xışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında təqsirliliyin sübuta yetirilməməsi da göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəldiyi nəticəni təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış Məhkum və onun müdafiəçisi R.Ə.Qasımovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixi hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏ RARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2023-cü il tarixi hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-420/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-420/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver