Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-420/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1378/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs XXXXX tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-nin Oba filialında əmlak mütəxəssisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X-də yerləşən fərdi yaşayış evində yaşayır. 2. 16 avqust 2023-cü il tarixli ittiham aktına görə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 19 may 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi ist ehlak miqdarından artıq miqdarda 0,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 may 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi şosesində “Opel Astra” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinədən keçirdikdən sonra psixotrop maddə saxlamasında şübhə yaranması səbəbindən o, ünvan 3 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, orada saat 18:40-da üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş halda təmiz ç əkisi 0,165 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən X1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına verilmə” qətimkan tədbirinin ləğ v edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib bildirmişdir ki, məhkəmə hökmdə ittihamın təqdim etdiyi sübutları tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, yoxlamamış və münasibətini bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, istintaq hərəkətlərinin protokolları, digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Lakin məhkəmə ittihamın təqdim etdiyi sübutları (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədləri) rədd etmiş, bun un motivlərini də hökmdə əsaslandırmamışdır. Məhkəmə iş üzrə ziddiyyətli ifadələrə tənqidi yanaşmamış, onları əsassız olaraq sübut kimi qəbul etmişdir. Məhkəmə həmçinin, bəraət almış şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini hökmdə tədqiq etməmiş, onu digər sübutlarla birgə təhlil etməmişdir. Hökmdən aydın deyil ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin hansı hissəsini sübut kimi qəbul etmiş, hansı hissəsini isə rədd etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1378/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən ittihamın təqdim etdiyi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənlər Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan halları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1378/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyas ı məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublika sı CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və X1 əsassız bəraət verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
16. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan M uxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
17. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
18. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılanlardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
20. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələ ri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1378/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X3 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1378/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.