Məhkəmə qərarları › İş №1(102)-421/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-421/2019

03.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-421/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 Mülki iddiaçının nümayəndəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin hüquqşünası X1 Barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 17 dekabr 1958-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan R espublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkum olunmamış, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, Şəmkir rayonu ********** kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.1ci və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarından mülk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim K.C.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 192.1-ci və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə və CM-nin 213.1-ci maddəsinin tərkibi olmadığına görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Məhkum qarşı mülki iddiasının qismən təmin edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və Ş.M.Əliyeva) apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CMnin 192.2.2 və 213.1-ci maddələri ilə məhkəmə məsuliyy ətinə verilmişdir ona görə ki, o, «xxxx» (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyalan özü yerinə yetirərək, müəssisələrin maliyyə-təsərrüfat fəaüyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 82.3, 83.4, 101.1, 103-105, 150.1.7, 150.2, 150.3.3, 153-156, 159, 167-168, 173-174, 178, 218, 220 yə 221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə və bəyannamə təqdim etməməklə, xeyli miqdar təşkil edən 45.703,44 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış və 2013-cü il fevral ayının 1dən 2014-cü il mart ayının 31-nə kimi olan müddətdə İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri, o cümlədən torpaq işləri, daş-hörgü işləri, monolit beton və dəmir-beton konstruksiyaların quraşdırılması, dam örtük işləri və sair işlər üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan həmin fəaliyyətlə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqda r təşkil edən 42.326,67 manat məbləğində gəlir əldə etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında" 29.12.2006-cı il tarixli 510 nörarəli Fərmanına əsasən «İ və İİ məsuliyyət səviyyəli bina və qurğurların tikinti-quraşdırma işləri» üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən xüsusi razılıq (lisenziya) almalı olduğu halda, belə razılıq (lisenziya) almadan Şəmkir rayonunun Təhsii şöbəsinin tabeçiliyindəki orta məktəblərdə və Şəmkir rayon Mənzil İstismar Kontorunda 01.02.2013-cü il tarixdən 31.03.2014-cü il tarixədək olan dövrdə əsaslı təmir-tikinti işləri görərək külli miqdar təşkil edən 42.326,67 manat məbləğində gəlir əldə etmişdir. Bundan başqa, Məhkum dire ktor olduğu, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmış hüquqi ünvanı ünvan 1yətin əldə etdiyi gəliri 217.082,02 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 180.901,69 manat, vergiyə cəlb olunan mənfəəti 36.180,33 manat, həmin məbləğdən 20 faiz dərəcə ilə dövlət büdcəsinə ödənilməli mənfəət vergisi 7236,07 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin əldə etdiyi gəlirini217.082,02manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 216.832,02 manat, vergiyə cəlb olunan mənfəətini 250,00 manat, mənfəət vergisini 50,00 manat hesablayaraq, 7186,07 manat məbləğində mənfəət vergisini; 2014-cü ilin mart ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 88.898,31 manat, həmin dövriyy ədən 18 faiz dərəcə ilə ƏDV-si 16.001,91 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 16.001,91 manat məbləğində ƏDV-ni; həmçinin Məhkum, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini təqdim etməyən fiziki şəxslərin cəmiyyətə göstərdikləri xidmətlərə (işlərə) görə, həmin fiziki şəxslərə 2014-cü ilin 1-ci rübü üzrə ödədiyi 4326,00 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 605,64 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 605,64 manat, 2014-cü ilin 2-ci rübü üzrə ödədiyi 4326,00 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 605,64 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq öd əməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 605,64 manat, 2014-cü ilin 3-cü rübü üzrə ödədiyi 138.060,93 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 19.328,53 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 19328,53 manat, 2014-cü ilin 4-cü rübü üzrə ödədiyi 14113,29 manat məbləğində haqdan 14 faiz dərəcə ilə 1975,86 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayaraq ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 1975,86 manat olmaqla cəmi 22.515,68 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə 45.703,44 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəmək dən yayınmışdır. Kassasiya şikayəti və kassasiya şikayətinəəlavənin dəlilləri: Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qərar çıxarılmışdır. Belə ki, iş materiallarında hazırkı işlə bağlı eyni qurum tərəfindən verilmiş müxtəlif ekspert rəyləri (ibtidai istintaq zamanı verilmiş 28.09.2015-ci il tarixli, 16077 saylı) olmasına baxmayaraq, məhkəmə qərar qəbul edərkən heç bir əsaslandırma aparmadan məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza nəticəsində əl də edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2017-ci il tarixli və 19 iyul 2017-ci il tarixli rəylərinə əsaslanmışdır. Həmçinin, qeyd edir ki, məhkəmələr nəzərə almamışdır ki,“xxxx” MMC-nin fəaliyyət üzrə vergi orqanı tərəfindən həmin vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul edilmiş 03.03.2015-ci il tarixli qərar Gəncə İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmiş və vergi ödəyicisinin iddiası məhkəmənin 30.05.2017ci il tarixli qərarı ilə təmin edilməmişdir. Mülki iddiaçının fikrincə, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı CPM-nin 142-ci maddəsinə əsasən preyudisial əhəmiyyət kəsb etdiyi halda, məhkəmələr qanunvericiliyin tələblərini pozmaqla qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi H6 və Dövlət ittihamçısı2, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə müdafiəçi E.Quliyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kass asiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində əsassız olaraq cinayət təqibinə xitam verilməsi qeyd olunur və Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri əsaslı hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İş materiallarındaolanibtidai istintaq zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.09.2015-ci il tarixli, 16077 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, birinci sual üzrə rəyin tədqiqat hissəsində göst ərilənlərə əsasən “xxxx”MMC üzrə 01.02.2013-cü il tarixdən 01 may 2014cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 45.703,44 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümbdən ƏDV üzrə16.001,70 manat, ÖMV üzrə-22.515,67 manat, mənfəət vergisi üzrə-7.186,07 manat, ikinci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 10.06.2015-ci il tarixli mütəxəssis rəyinin məlumatları istintaq tərəfindən əsaslı hesab olunduğu təqdirdə «xxxx» MMC-nin xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma fəaliyyəti nəticəsində 01.03.2013-cü il tarixdən 01.11.2013-cü il tarixədək 42.326,67 manat məbləğində xalis gəlir əldə etməsi müəyyən edimişdir. İş materiallarından görünür ki, birinci instansiya məhk əməsində məhkəmə baxışı zamanı keçirilmiş kompleks məhkəmə tikinti-texniki, məhkəmə-mühasibat və komisyon məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizalarının rəyləri əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum 14 saylı Ərazi Vergilər İdarəsinin qeydiyyata alınmış, «xxxx» (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru vəzifəsində işləyərkən, mülki iddiaçının iddia etdiyi kimi 45.703,44 manat məbləğində deyil, cəmi 7186,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri əsaslandırılmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında ist intaq zamanı toplanmış sübutlarla məhkəmə istintaqı zamanı toplanmış sübutlar arasında ziddiyyətlər olmasına baxmayaraq bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmişdir. Məhkəmə kollegiyası iş materiallarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: - Məhkəmə-mühasibatlıq ekspertizasının 28 sentyabr 2015-ci il tarixli, 16077 saylı rəyində ekspertlər, «xxxx» MMC-nin 01.02.2013-cü il tarixdən 01.05.2014-cü il tarixə kimi olan dövr üzrə ƏDV-si üzrə hesablanmış 16.001,7 manat məbləğində borcunun Vergilər Məcəlləsinin 159.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablandığını qeyd edir və tərtib edilmiş mütəxəssis aktının istintaq orqanı tərəfindən sübut kimi qəbul edilməsindən asılı olaraq Cəmiyyət in vergi borcunun müəyyən edilməsinin zəruriliyini qeyd edirlər. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyul 2017-ci il tarixli, 8899 saylı rəyində isə ekspertlər, «xxxx» MMC-nin 01.02.2013-cü il tarixdən 01.05.2014-cü il tarixə kimi olan dövr üzrə ƏDV-si üzrə hesablanmış 16.001,7 manat məbləğində borcunun Vergilər Məcəlləsinin 159.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmadığını, həmin qanunun tələbinə görə 2013-cü ilin iyul ayında alınan materialların dəyərini 2014-cü ilin mart ayı üzrə vergiyə cəlb olunmasının əsassız olduğunu göstərirlər. -Ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmış 22.515,67 manat məbləğində vergi borcuna dair mütəxəssis aktına münasibətdə də qeyd olunan ekspert rəyləri arasında biri digərini təkzib edən fikirlər öz əksini tapır. Həmin ekspert rəyləri məhkəmələr tərəfindən tədqiq edilməmiş, heç bir əsaslandırma aparılmadan ikinci rəy əsas kimi götürülmüşdür. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət üzrə vergi orqanı tərəfindən həmin vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair qəbul edilmiş 03.03.2015-ci il tarixli ********** nömrəli "vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar Gəncə İnzibati-iqtisadi Məhkəməsində mübahisələndirilmiş və vergi ödəyicisinin iddiası məhkəmənin 30.05.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda tədqiqatçı, müstənt iq,prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Göründüyü kimi məhkəmə cinayət prosesual qanunvericiliyin göstərilən tələbinə zidd olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının "hadisənin yaxud hərəkətin olubolmaması" hissəsində hazırki cinayət işi üzrə icraatda məhkəmə üçün məcburiliyinə yalnış hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, cinayət-prosessual qanunvericiliyin göstərilən tələbinə zidd olaraq, müəssisə tərəfindən vergidən yayınma hadisəsinin mövcudluğunu müyyən etmiş məhkəmə aktlarına əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinin tələbinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Məcəllənin 143-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki. hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən, məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir itti hamüzrə onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarınd a əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə də, aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPMnin 124, 143-146-cı maddələrinin tə ləbləri pozularaq, yuxarıda sadalanan iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlili aparılmamış, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli hallar araşdırılmamış və bununla da toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən «xxxx» (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)-də 7186,07 manat məbləğində vergilərin dövlət büdcəsinə az ödənilməsi nəticəsinə gəlinmiş və həmin əsasla Cəmiyyətin təsisçisi və direktoru olan Məhkum cinayət əməlinə qanunsuz olaraq xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in CPM-in 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərin ə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. MəhkumbarəsindəGəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ciil tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar