Məhkəmə qərarları › İş №1(102)-421/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-421/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-421/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X3 və zərərçəkmiş şəxs X1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Biləsuvar Rayon Məhkəm əsinin 25 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkumun vəsatətinin təmin olunmaması barədə Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 1 (022)-83/2019 №-li, 25 aprel 2019-cu il tarixli hökmü ilə, (sədrlik edən hakim Rəfayil Əliyev), Məhkum, 31 mart 1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikahda olan, 1 azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, ************ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması, Məhkum üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bilsəuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqa nı iş yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasının yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 27 mart 2019-cu il tarixdə, saat 17 radələrində, Biləsuvar rayonu, ******* kəndində, X6 yaşadığı fərdi yaşayış evinin qarşısında, qohumu X4 ilə şəxsi münasibətlər zəminində mübahisə edib, dalaşmış, qəsdən əllə və təpiklə İ6 bədəninin müxtəlif nahiyələrinə vuraraq, burun və aşağı dodaq nahiyəsinin qançırı, burun qanaxması, dodaq nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin və sol bud nahiyəsinin qançırları ilə nəticə lənmiş xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və CPM-in 386cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilərək cinayət işinin materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məh kəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Rəfayil Əliyev) Məhkum hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini n dəlilləri: Kassator kassasiya şikayətində əsaslandıraraq bildirmişdir ki, Biləsuvar rayon Məhkəməsinin hökmü ilə razı olmadığından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi haqqında ərizə və məhkəmə hökmündən apellyasiya şikayəti vermişdir. Lakin müddətin bərpası ilə bağlı vəsatəti məhkəmənin 12 sentyabr 2019-cu il tarixli qərarı ilə rədd etmişdir. Kassator bildirmişdir ki, onun hüquqi savadı olmadığı üçün və ona hüquqları dəqiq və ətraflı izah edilmədiyinə görə apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. O, elə bilmişdir ki, hökmün surətini aldıqdan sonra 20 gün müddətində şükayət verə bilər. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarıının ləğv edilməsini, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və cinayət işinə mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair prokuror V6 və zərərçəkmiş şəxs İ6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM- in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşagıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə vəsatət verilmədiyindən apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və CPM-in 386-cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilərək cinayət işinin materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayəti v ermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, hökmdən müəyyən edilir ki, hökmün nəticə hissəsində qeyd edilmişdir: “Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər”. Göründüyü kimi hökmün nəticə hissəsində hökmün surətinin təqdim edildikdən sonra deyil, hökmün elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsinin mümkünlüyü göstərilmişdir. Bunu başa düşmək üçün hüquqi savad lazım deyildir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli məhkəmə iclas protokolundan və həmin tarixli yekun qərarından müəyyən edilir ki, Məhkum məhkəmə iclasında iştirak etmişdir (iş vərəqə 92-98). İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı elə həmin tarixdə Məhkum təqdim edilmiş və məhkum qəbzə imza etməklə hökmün surətini almışdır (iş vərəqə 101). İş materiallarında olan ərizədən görünür ki, Məhkum 30 may 2019-cu il tarixdə Biləsuvar Rayon Məhkəməsinin sədrinə müraciət edərək ötürümüş müddəti bərpa etməklə məhkəmənin hökmünü p oçt vasitəsilə ona göndərilməsini xahiş etmişdir (iş vərəqə 107). Ərizədən də görünür ki, Məhkum apellyasiya şikayətini vermə müddətini ötürdüyünü bilmiş və ərizəsində ötürümüş müddəti bərpa etməklə məhkəmənin hökmünü poçt vasitəsilə ona göndərilməsini xahiş etmişdir. İş materiallarında olan məktubdan müəyyən edilir ki, məhkumun ərizəsinə əsasən hökmün surəti təkrar olaraq 07 iyun 2019-cu il tarixdə Məhkum göndərilmişdir (iş vərəqə 109). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İsmayılov X5 Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarından 10 iyun 2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir (iş vərəqə 111). Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Kassatorun fikrincə qərarın surəti ona təqdim olunduqdan sonra 20 (iyirmi) gün müddətində ondan apellyasiya şikayəti vermək hüququna malik idi. Lakin qeyd edilməlidir ki, CPM-in bu tələbi yalnız həbsdə saxlanılan məhkuma aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməmiş və o, həbsdə olmamışdır. Məhkum apellyasi ya şikayətini 20 gün müddətində deyil, Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarının surətini aldıqdan 01 (bir) ay 15 (on beş) gün vaxt keçdikdən sonra vermiş və müddətin bərpası barədə vəsatət verməmişdir. İş materiallarından müəyyən edilir ki, cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı ilə geri qaytarıldıqdan sonra Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti yalnız 19 avqust 2019-cu il tarixdə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur (iş vərəqə 145). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. İş materiallarından və kassasiya şikayətindən Məhkum Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarından qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarının l əğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas görmür. Beləliklə,məhkəmə kollegiyası dövlət ittihamçısını və zərərçəkmişi dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum tərəfindən barəsində olan h ökmdən verdiyi buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinin təmin olunmaması barədə Biləsuvar Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar