Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-421/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarix li hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Ruslan İba oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonu Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2, 66.3-cü maddələri ilə 09 il müd dətə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 62, mənzil 33-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 221.2.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 120.2.9-cu maddəsi ilə 17 il müddətə azadlıqdan etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təyin olunmuş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2018-ci il tarixə çəkilməmiş qalan 10 gün müddət təyin edilmiş cəzaya tam birləşdirilməklə, qəti olaraq, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3 və X7 da təqsirli bilinib məhkum edilmişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, təkrarən və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmət sizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamış və 2017-ci ildə istintaqa məlum olmayan mənbədən soyuq silah olan zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçağı qanunsuz olaraq əldə edib gəzdirmişdir. Bundan başqa o, xx xxxx 2018-ci il tarixdə saat 1520 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 62 №-li binanın həyətində avtomobilini Qarabağ döyüşlərində şəhid olmuş X1 xatirəsinə qonşuları tərəfindən düzəldilmiş bulaqda yumasına görə qonşusu Zərərçəkmiş şəxs1 iki gün əvvəl ona bil dirdiyi narazılığını və şəhidə hörmətsizlik etməsi barədə iradını bəhanə kimi istifadə edərək ictimai yer olan həmin binanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ətrafda olan bina sakinlərinin rahatlığını pozmaqla Zərərçəkmiş şəxs1 ünvanına yüksək səslə nalayiq sözlər işlədib sonuncuya zor tətbiq etməklə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək sonuncuya fiziki ağrı yetirmiş, bununla kifayətlənməyərək təkrarən həmin gün saat 1730 radələrində əvvəllər tanıdığı həmkəndliləri X7, X3, istintaqa şəxsiyyəti məlum olmayan ’’Cahangir” adlı şəxslə və qeyriləri ilə bir qrup şəxs halında yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 62 nömrəli binanın həyətinə gələrək Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə etməklə, ictimai yer olan binanın həyətində və həyətdə yerləşən «xeyr-şər» evinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr endirib sonuncuya başın sol təpə nahiyəsinin dərialtı hematoması, başın sol gicgah nahiyəsinin dərialtı hematoması fonunda əzilmiş yarası və sıyrıqları, alın nahiyəsinin dərialtı hematoması fonunda sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmiş, həmin vaxt Ozal Həsənov, İnsan Həsənov, şəxsiyyətləri istintaqa məlum olmayan «Cahangir» adlı şəxs və qeyriləri ictimai qaydanın pozulmasının qarşıs ını alan bina sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə onların ünvanına uca səslə nalayiq ifadələr işlədib zor tətbiq etməklə yumruq, təpiklə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 bədənlərinin müxtəlif nahiyələrinə vurub fiziki ağrı yetirərək qərəzli xuliqanlıq etmişlər. Bundan sonra, Məhkum həmin gün saat 20 radələrində tanışları X3, X7 və qeyriləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanına nalayiq ifadələr işlətməsi məsələsinə təklikdə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 nömrəli evin qarşısına getmiş və orada Zərərçəkmiş şəxs1 üzr istəməsini tələb edərkən sonuncu imtina etdikdə bunu cüzi səbəb kimi bəhanə edərək, sonuncunun həmin vaxt ağır dərəcədə sərxoşluq vəziyyətində olmasına görə m üqavimət göstərmək imkanının məhdud olmasından istifadə edərək, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Yaşar Məmmədovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov tipli bıçağın dəstəyi ilə ilkin olaraq Zərərçəkmiş şəxs1 sifət və baş nahiyələrinə, sonra isə bıçağın deşici-kəsici hissəsi ilə bədəninin həyat üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə zərbələr endirərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən burun və sağ gözaltı nahiyələrinin qançırları, sol bazunun və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthində daxilə nüfuz etmə yən cəmi 3 ədəd, sol bazu nahiyəsinə 1 ədəd, sağ sarğı nahiyəsinə 1 ədəd deşilmiş-kəsilmiş, üst dodağın və burun nahiyəsinin kəsilmiş yaraları, başın sol təpə nahiyəsinin dərialtı hematoması, başın sol gicgah nahiyəsinin dərialtı fonunda əzilmiş yarası və sıyrıqları, alın nahiyəsinin dərialtı hematoması fonunda sıyrığı, həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna və qaraciyərə nüfuz edən cəmi 2 ədəd deşilmiş-kəsilmiş və kəskin qanitirmə şokuna səbəb olaraq xx xxxx 2018-ci il tarixdə ölümü ilə nəticələnən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi Həsənov Ruslan İba oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Ruslan İba oğlu kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsini, CM-nin 120.2.9-cu maddəsi ilə olan əməlini CMnin 120.1-ci maddəsinə tövsif edib, cəzanı yüngülləşdirən hallar ı nəzərə almaqla, minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Həsənov Ruslan İba oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Məhkum özünü qismən, CM-nin 120.1, 228.4-cü maddələri ilə təqsirli bilib, səmimi ifadə və suallara cavablar verərək, avtomobili həyətdə saxladığına görə Yaşar Məmmədovun buna heç bir səlahiyyəti olmadan əsassız olaraq ondan aylıq olaraq istədiyi 15 manat pulu ala bilmədiyindən avtomobili pis saxlaması bəhanəsi ilə irad tutmasını, su kranını bağlamasını, ona nalayiq formada atmacalar ünvanlamasını, açar topası, yumruq və təpiklə vuraraq xəsarət yetirməsini, sonra təkrar olaraq onu mərasim keçirilən tikilinin içərisinə çəkərək orada döyməsini deyərək, söyüş şəklində nalayiq ifadələr işlətməsi səbəbindən Kamil Balakişiyev küçəsi 57 nömrəli binanın qarşısında yerləşən çardaqda dalaşarkən Yaşarı bıçaqla vurmasını, Yaşarın öldüyünü biləndən sonra könüllü olaraq polis şöbəsinə gedib təslim olaraq bıçağı təqdim etməsini və əməlindən peşman olmasını bildirmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmə istintaqı zamanı təsdiq olundu ki, dalaşma Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlamış və həmin əsnada zərərçəkmiş tərəfindən döyülərək zərbələr yetirilməsi nəticəsində ilk olaraq xəsarət alan da Məhkum olmuş, bu hal həm ifadələr, həm xx.xx.2018-ci il tarixli 217 saylı ekspert rəyi, həm də ərazidə quraşdırılmış kameranın qeydə aldığı video görüntü ilə də təsdiq olunmuşdur. Bundan başqa, şikayətdə göstərilmişdir ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2, Zə rərçəkmiş şəxs3, Surxay Ələkbərov, X10 Məmədovun sərxoş olması ilə verilən suallara cavab olaraq Yaşarın normal vəziyyətdə olduğunu, vuran kimi yıxılan olmadığını, hərəkətlərində hər-hansı məhdudiyyət olmadığını, dayanma müqavimətinin olduğunu, huşsuz olmadığını, gedib-gələrkən kiminsə köməyi olmadan özünün sərbəst hərəkət etdiyini göstərdilər. Bütün bunlarla yanaşı işdə olan digər sübutlarla da Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətdə olmadığı təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsini, CM-nin 120.2.9-cu maddəsi ilə olan əməlini CMnin 120.1-ci maddəsinə tövsif edib, cəzanı yüngülləşdirən halları nəzərə almaqla, minimum həddə cəza təyin edilməsini xahiş e dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, Məhkum təqsirli olub-olmadığı məsələsinin həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhk əməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkə mə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, Məhkum cinayət əməlini törətməsi iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv ar aşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ona sübut oldunduğu üçün Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşı r və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Bundan başqa, dövlət ittihamçı çıxışında qeyd etmişdir ki, Məhkum barəsində xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanun tətbiq edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilsə də, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qərarı tənzimlənməmişdir. Ona görə də dövlət ittihamçı hazırkı iş üzrə yekun nəticə qəbul edərkən yuxarıda göstərilən məhkəmə qərarlarının tənzimlənməsini də xahiş etmişdir. Məhkəmə kollegiyası bu məsələ ilə əlaqədar müəyyə n etdi ki, Məhkum Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 182.2.2 və 182.2.3-cü maddələri ilə 07 il müddətə, CM-nin 332.2.1 və 332.2.2-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5, 68.1.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirlmiş, CM-nin 182.2.2 və 182.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 05 il 06 aya endirilmiş, bu cəza CM-nin 332.2.1 və 332.2.2-ci maddələri ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu 05 il 09 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5, 68.1.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə məhkum edilmişdir, ona görə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin artilleriya divizionunun 2-ci artilleriya batareyasının 2-ci atəş tağımının avtomobil manqasının sürücüsü vəzifəsində əsgər rütbəsində xidmət edərkən, xx xxxxxxx 2011-ci il tarixdən xx xxxx 2012-ci il tarixədək olan müddətdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydala rını pozaraq zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmiş, bundan başqa zərərçəkmiş şəxslərin 3 manatdan 25 manata qədər olan məbləğdə pulunu hədə-qorxu ilə tələb etməklə almışdır. xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsində 331-ci maddə ləğv edilmişdir. Qanuna görə Cinayət Məcəlləsinin 331.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan «hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi» əməli cinayət deyil, İnzibati Xətalar Məcəlləsinin 610cu maddəsində nəzər də tutulan inzibati xəta sayılır. Həmin Qanunun 1.74.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsində 332.1-ci maddənin dispozisiyasında «pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda» sözləri «pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma» sözləri ilə əvəz edilmişdir. Qanuna görə Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan «tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi» əməli cinayət deyil, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta sayılır. CM-nin 332.2.1-ci maddəsi 332.1-ci maddə də nəzərdə tutulan eyni əməllərin təkrar törədilməsinə, CM-nin 332.2.2-ci maddəsi isə eyni əməllərin iki və ya daha çox şəxs barəsində törədilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulmadığından onun əməli CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətinin tərkibini yaratmır və ona görə də əməlində CM-nin 332.2.1 və 332.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkiblərinin mövcudluğu istisna edilir. Bundan əlavə Qanunun 1.74.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni məzmunda 332.1-1-ci maddə əlavə edilmişdir: “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”. Cinayət Məcəlləsinin 332-ci maddəsinə əlavə edilmiş «Qeyd» hissəsinə əsasən, bu Məcəllənin 332.1-1-ci maddəsində «xeyli miqdar» dedikdə, yüz manatdan yuxarı, lakin min manatdan artıq olmayan məbləğ başa düşülür, yəni Cinayət Məcəlləsinin 332.1-1-ci maddəsi üzrə nəzərdə tutulan məsuliyyətin əmlak mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yarandığı müəyyən edilmişdir. Qanuna görə «Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə» əməli cinayət deyil, İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta sayılır. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum əməlinin cinayətin xüsusilə təhlükəli residivinin yaratdığı və bunu cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı olduğu qənaətinə gəlmişlər, yuxarıda qeyd olunanlarla və hazırda qüvvədə olan qanunvericiliyin müddəalarına görə isə Məhkum hərəkətlərində cinayətlərin xüsusilə təhlükəli residivi mövcud deyildir. İş materiallarından görünür ki, Məhkum əvvəllər Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir (məhkəmələr məhz bu məhkumluğu nəzərə alaraq cinayətlərin xüsusi residivinin mövcud olduğu qənaətinə gəlmişlər). Məhkəmə kollegiyası işin hallarına və qanunun tələblərinə əsaslanaraq qeyd edir ki, Məhkum hərəkətinin cinayətlərin xüsusi residivini yaratması barədə fikir söyləmək üçün əsas yoxdur, cinayətlərin xüsusi təhlükəli residivinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alındığın a və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökm və qərardan çıxarılmalıdır (Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən). Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində qeyd olunmuşdur ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, Məhkum hərəkətlərində cinayətlərin xüsusi təhlükəli residivinin olmadığı müəyyən edildiyindən, o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilən əsaslarla dəyişdirilməli, kassasiya şikayəti isə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2012-ci il tarixli qərarı xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun tələbləri tətbiq olunsun, Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3, 332.2.1 və 332.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddələrlə barəsində olan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tari xli qərarı dəyişdirilsin. Məhkum cinayətin xüsusi təhlükəli residivinin cəzasını ağırlaşdırıcı hal kimi nəzərə alındığına və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin əsasən qəti cəzanın təyin edilməsinə dair müddəa hökmdən və qərardan çıxarılsın. Məhkum üzərində Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qəti olaraq, 18 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-421/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-421/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver