Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-421/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şika yətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 10 iyun 2022-ci il tarixli 1(012)-159/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1962-ci il tarixdə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 240.2.1 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çə kməklə, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Sumqayıt şəhərinin X2 qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Gözətçi mühafizəsi bölməsinin 7-ci dərəcəli növbə rəisi vəzifəsində işləyərkən, istintaqa məlum olmayan vaxtdan və mənbədən zəhərli maddə hesab edilən 91,335 qram miqdarda olan metalik civəni qanunsuz əldə edərək Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzildə saxlamışdır. Bundan sonra, onunla tanışlıq münasibətləri olan Abşeron rayonu, Saray qəsəbə sakini, əvvə llər civə satışına görə məhkum olunmuş Məhkum2 2021-ci ilin iyul ayında maddi vəziyyətinin pis olması səbəbindən yenidən civə əldə edib sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə Məhkum2, Məhkum1 hərbi hissədə işlədiyinə görə onda zəhərli maddə hesab edilən civənin ola biləcəyini güman edərək Məhkum1 Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzilə gedib sonuncu ilə görüşmüşdür. Aralarındakı söhbət zamanı Məhkum2 Məhkum1 həmin maddəni satış üçün tapmasına razı salmaq məqsədilə sonuncuya yalandan bir nəfər alıcının olduğunu bildirmiş və onu, həmin şəxsin 100 qramı 10.000 ABŞ dollarına olmaqla civə almaq istədiyinə inandırmışdır. Məhkum1 özündə civə olduğu halda, Məhkum2 guya həmin maddəni tapacağına dair razılığını bildirdik dən sonra sonuncu ona bunun müqabilində civəni satdıqdan sonra pul verəcəyinə dair vəd vermiş və onlar bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə zəhərli maddə hesab edilən civəni əldə edib satmaq barədə razılaşmışlar. Həmin vaxt Məhkum1 tanışı Məhkum2 onda civə olması barədə heç nə deməsə də, bir müddət sonra, 2021-ci ilin iyul ayının sonlarında Məhkum1 istifadəsində olan mobil telefonla A.Z.Axundovun istifadəsində olan mobil telefona zəng vuraraq istədiyi metalik civəni tapdığını bildirmiş və onu yaşadığı evdən gəlib götürə biləcəyini deyib Məhkum2 özü ilə civənin miqdarını ölçmək üçün elektron tərəzi və nümunə götürmək üçün iki qramlıq iynə (şpris) götürməsini tapşırmışdır. Bundan sonra, A.Z.Axundov elə həmin gün özü ilə elektron tərəzi və bir ədə d iki qramlıq iynə (şpris) götürüb Məhkum1 yaşadığı ünvana getmişdir. Orada Məhkum2 özü ilə gətirdiyi iynə (şpris) vasitəsi ilə Məhkum1 dərman saxlanılması üçün nəzərdə tutulmuş şüşə qabın içərisində təqdim etdiyi civədən adını demədiyi guya alıcı olan şəxsə nümunə göstərmək üçün 15,7 qram miqdarda götürərək qanunsuz əldə etdiyi zəhərli maddəni ünvan 3 ünvanında yerləşən yaşadığı evə daşıyıb orada saxlamış, lakin həmin zəhərli maddəni satmaq üçün alıcı tapa bilmədiyindən elə həmin gün civəni Məhkum1 qaytarmışdır. Bundan başqa, o, həmin hərbi hissədə qeyd edilən vəzifədə işləyərkən əvvəldən aralarında tanışlıq münasibətləri olan şərti alıcı Şahid1 ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda görüşmüş və görüş zamanı sonuncunun qızıl-z inət əşyalarının satışı ilə məşğul olduğunu bildiyindən özündə olan metalik civəni satmaqda həmin şəxsin ona köməklik göstərə biləcəyini güman edərək istintaqa məlum olmayan mənbədən əldə edib Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18, mənzil 54 ünvanında yerləşən yaşadığı mənzildə saxladığı ümumi çəkisi 91.335 qram miqdarında olan zəhərli maddə hesab edilən metalik civəni onun vasitəsilə satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, şərti alıcıya özündə zəhərli maddə hesab edilən metalik civə olması barədə məlumat verərək həmin civəni satmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Həmin söhbət zamanı şərti alıcı qeyd edilən zəhərli maddəni adını və kimliyini demədiyi bir nəfər tanışının ala biləcəyini deyib guya alıcı şəxsə nümunə göstərmək məqsədi ilə həmin civədən bir qədər ona verməsini təklif etmiş və sonuncu onunla razılaşmışdır. Həmin vaxtdan bir neçə gün sonra aralarında əldə edilmiş razılığa əsasən, Məhkum1 yaşadığı mənzildə qanunsuz olaraq saxladığı metalik civədən keyfiyyətinin yoxlanılması məqsədi ilə nümunə göstərmək üçün 2.335 qramını kiçik ölçülü şüşə qabda götürərək özü ilə birlikdə yaşadığı mənzildən Sumqayt şəhəri X2 qəsəbəsində yerləşən istirahət parkındakı çayxanaya təkrarən daşımışdır. Həmin parkda Məhkum1la şərti alıcı arasında olan söhbət zamanı sonuncu civəni alacaq olan şəxsin keyfiyyətindən razı qalacağı təqdirdə 100 qramını 15000 (on beş min) ABŞ dollarına alacağına dair Məhkum1 vəd vemiş və Məhkum1 şərti alıcının təklif etdiyi qiymətlə razılaşaraq özü ilə gətirdiyi 2.335 qram miqdarında olan metalik civəni keyfiyyətinin yoxlanılması məqsədi ilə bəxşiş vermə üsulu ilə yaymaqla şərti alıcıya təkrarən satmışdır. Bundan bir neçə gün sonra şərti alıcı istifadəsində olan mobil telefon vasitəsi ilə Məhkum1 istifadəsində olan mobil telefona zəng vuraraq nümunə üçün verdiyi metalik civənin keyfiyyətindən həmin maddəni alacaq şəxsin razı qaldığını və metalik civənin 100 qramını 15000 (on beş min) ABŞ dollarına alacağını bildirmiş və Məhkum1 şərti alıcı tərəfindən təklif edilən qiymətlə razılaşaraq həmin zəhərli maddəni qeyd edilən qiymətə satmaq qərarına gəlmişdir. Aralarında yaranmış razılığa əsasən 22 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Məhkum1 istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı mənzildə saxladığı ümumi çəkisi 89 qram miqdarında olan zəhərli maddə hesab edilən metalik civədən 100 qram olmasını e htimal edərək faktiki olaraq 83 qram olan miqdarını şərti alıcıya 15000 (on beş min) ABŞ dolları məbləğində pula satmaq məqsədi ilə özü ilə birlikdə yaşadığı mənzildən Sumqayıt şəhəri X2 qəsəbəsində yerləşən istirahət parkında yerləşən çayxanaya təkrarən daşıyaraq orada həmin maddəni şərti alıcıya 15000 (on beş min) ABŞ dolları məbləğində pula təkrarən satmışdır. 22 oktyabr 2021-ci il tarixdə Məhkum1 yaşadığı mənzildə keçirilmiş axtarış zamanı həmin mənzilin eyvanında manometrin metal borusunun içərisində saxladığı ümumi çəkisi 6 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən metalik civə aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 1(105)429/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdir ki, aşağı instansiya məhkəməsi iş üzrə yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və CM-in 70-ci maddəsini tətbiq etməmişdir. Belə ki, məhkum əməlindən səmimi peşman olmuş, etirafedici ifadə verərək cinayətin üstünün açılmasına istintaq orqanına kömək etmiş, işlədiyi hərbi hissədən müsbət xarakterizə olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutları n Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 240.2.1 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum1 Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın ona şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cə zanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar ı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61- ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum1 cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzərə almış və məhkuma ədalətli v ə cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-421/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-421/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver