Məhkəmə qərarları › İş №1(102)-422/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-422/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-422/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 422/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayət lər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ramazanov Camal Cümar oğlu (sədrlik edən), Hüseynov Rəşid İnqilab oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə), xx xxxxxxx 1988-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Res publikası CM-nin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə ona CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası bu hökmlə ona təyin edilmiş cəzaya tam toplanılaraq ona cinayətlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzaları təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması müəyyən edilmişdir. Hökmdən məhkum və müdafiəçi tərəfindən verilmiş ap ellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 22 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 120.1 və 29, 120.2.7-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 17 yanvar 20 18-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat miqdarda cərimə cəzası bu qərarla təyin edilən cəza ilə tam toplanılmaqla o, qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarda cərimə cəzalarına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə məhkum olunmuşdur ona görə ki, o, iki şəxsi, yəni bir nəfər şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, digər şəxsi isə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 19 yanvar 2018-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə evində olarkən Ucar şəhər sakini Zərərçəkmiş şəxs onun atası X12 mobil telefonuna zəng edərək, X2in idarə etdiyi “Opel” markalı avtomobillə təxminən 2017-ci ilin yay aylarında ona məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21053” markalı avtomobilini vurması, qəzadan sonra sonuncunun vurulmuş avtomobilini təmir etdirəcəyi barədə razılaşmalarına baxmayaraq tərəfindən avtomobili indiyədək tam təmir etdirməməsi və ona dəymiş zərəri ödəməməsi səbəbindən atası X2ə iradını telefonda bildirdikdə aralarında mübahisə yaran mış və o, atasının Zərərçəkmiş şəxsla mübahisə etməsini, sonuncunun atasına bir neçə dəfə zəng etməsini görüb atası X2ə məxsus telefonla Zərərçəkmiş şəxs zəng edərək, bu məsələni sonra həll edə biləcəklərini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs atası X11 ilə birlikdə yuxarıda qeyd olunan avtomobillə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş, orada o, həyətdən çölə çıxaraq evlərinin qarşısı olduğundan məsələni həll etmək üçün ünvan 2 yerləşən “Mədəniyyət sarayı”nın yanına getməyi təklif edərək Zərərçəkmiş şəxs və onun atası X2la birlikdə həmin istiqamətə doğru hərəkət etmişlər. Onlarla birlikdə onun qardaşı X3 də getmiş, “Mədəniyyət sarayı”nın yanında olarkən o, Zərərçəkmiş şəxsla danışaraq bu mübahisəyə son qoymağı təklif etdiyi vaxt Zərərçəkmiş şəxs həmin yerə gəlmiş X2ə öz iradını nalayiq ifadələrlə bildirdikdə o, üzərində gəzdirdiyi, tiyəsinin uzunluğu 7 sm olan, qatlanan tipli, soyuq silah hesab edilməyən turist bıçağı ilə qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs atası X2un gözü qarşısında, sonuncuya xüsusi əzab və iztirab verməsini dərk edərək onun qarın nahiyəsinə bir dəfə zərbə vurmaqla insan həyatı üçün təhlükəli olan qarnın ön divarının daxilə keçən kəsilib-deşilmiş yarası xəsarətini yetirmiş, bununla kifayətlənməyərək sonuncunun atası X6 onların yanına yaxınlaşmasını gördükdə şəxsi münasibətlər zəminində yaranan mübahisəni sonlandırmaq üçün qisas almaq niyyəti ilə, öz cinayətkar əməlini davam etdirib X2u qəsdən öldürmək məqsədilə oğlu Zərərçəkmiş şəxs gözü qarşısında, ona xüsusi əzab və iztirab verməsin i dərk edərək X2u həmin bıçaqla insan həyatı üçün vacib sayılan orqanından, yəni ürək nahiyəsindən bir dəfə vurmaqla sonuncuya döş qəfəsinin sol aşağı iç hissəsinin daxilə keçən, ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət yetirməklə iki şəxsi, yəni X2u xüsusi amansızlıqla qəsdən öldürmüş, yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs isə hadisədən dərhal sonra Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməklə, sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlə t ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin törədilmiş cinayət əməlinin CM-nin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7-ci maddəsi ilə tövsifi qanuna uyğundur, həqiqiliyi şübhə doğurmur və təqsirləndirilən şəxsin zərər çəkmişlərdən birini xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etdiyi, digər zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürdüyü qənaətinə gəlməyə kifayət qədər əsas verir. Apellyasiya instansiyası məhkəməsi əməlin tövsifində səhvə yol verməklə yanaşı cəza təyin zamanı da cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cinayətlərin məcmusu (hər birinin ayı sanksiyası olan CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri) üzrə cəza təyin etməli olduğu halda təqsirləndirilən şəxsə yalnız CM-nin 120.2.7-ci madd əsinin sanksiyası üzrə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin qərarı CPM-nin 416.0.15-ci maddələrinə əsasən ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin, kassasiya protestinin təmin e dilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Kassasiya protestinin dəlillərindən biri Təqsirləndirilən şəxs əməllərinin CM-nin 120.1 və 29, 120.2.7-ci maddələrinə əsassız tövsif edilməsi barədədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci mаddəsinə görə qəsdən adam öldürmə - digər şəxsi qəsdən həyatdan məhrum etmə ilə müşаyiət edilən hərəkətdir. Həmin Məcəllənin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməl - xüsusi amansı zlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə ilə müşayiət edilən hərəkətdir. Həmin Məcəllənin 120.2.7-ci maddəsində nəzərdə tutulan əməl isə - iki və ya daha çox şəxsi qəsdən öldürmə ilə müşayiət edilən hərəkətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002 tarixli 3 saylı Qərarının 8-ci bəndində izah olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir... Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.4 və 29,120.2.4-cü maddələri ilə tövsif edərkən onun öldürdüyü şəxslə (X2) öldürməyə cəhd etdiyi şəxsin (Zərərçəkmiş şəxs) ata-oğul olmalarını və Təqsirləndirilən şəxs onlardan birini digərinin gözü qarşısında qəsdən öldürmək məqsədilə bıçaqla vurmasını əsas götürmüşlər. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan da göründüyü kimi, onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və münaqişənin təşəbbüskarı məhz sonuncu olmuş, hadisə zamanı Təqsirləndirilən şəxslə yanaşı Zərərçəkmiş şəxs da orta dərəcəli sərxoş vəziyyətdə olmuş, məhz Zərərçəkmiş şəxs axşam saat 22 radələrində sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs atası X2in mobil telefonuna dəfələrlə zəng edərək sonuncu ilə nalayiq tərzdə danı şıb onu söymüş və hədələyərək həyətlərinə gələcəyini bildirmiş, Zərərçəkmiş şəxsla telefon danışığından X2in halının pisləşməsi sonuncunun həyat yoldaşı X4ı da narahat etmiş və o, ərinə edilən xoşagəlməz telefon zəngləri barədə DİN-in 102 xidmətinə zəng edib məlumat verərək bununla bağlı tədbir görülməsini xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs atası X2in telefonu ilə Zərərçəkmiş şəxsla danışıb söhbəti sonraya saxlamağı təklif etsə də, sonuncu dərhal görüşməkdə israrlı olmuş, bundan bir az sonra Zərərçəkmiş şəxs atası X2la birlikdə sonuncunun idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxsgilin qapısına “məsələni çözmək” üçün gəlmiş və nəticədə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla özünün ağır yaralanmasına, atası X2un isə ölümünə səbəb olan hadisənin törədilməsinə qeyd olunan hər əkətləri ilə bilavasitə rəvac vermişdir. Bundan başqa, verilmiş ittihama görə Mədəniyyət sarayının qabağında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-biri ilə söhbət edərkən sonuncu X2in onlara tərəf gəldiyini görmüş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanında atası Samir İsayevə öz iradını nalayiq ifadələrlə bildirərək üstünə gedəndə Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsindən vurmuş, bunu görən Zərərçəkmiş şəxs atası X2, Təqsirləndirilən şəxs qarşı gələndə isə sonuncu həmin bıçaqla bir dəfə də X2un ürək nahiyəsindən zərbə vurmuş və X2 az sonra bu xəsarətdən ölmüşdür. Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaq xəsarəti almasını sonradan, yəni atasının məhkum tərəfindən bıçaqla vurulduğunu və bundan atasının halsızlaşdığını görüb onu xəstəxan aya çatdırmağa çalışan vaxt bilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs, ardınca X2u bıçaqla vurması elə qısa zaman kəsiyində baş vermişdir ki, onun oğlunun gözü qarşısında atanı həyatdan məhrum etməsini, bununla onlara xüsusi əzab verdiyini dərk etmək üçün heç vaxtı və imkanı belə olmamışdır. Qeyd edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla öldürməyə yönəldikdə və o, öz hərəkəti ilə zərərçəkmişə və ya onun yaxın adamına xüsusi əzab verdiyini dərk etdikdə əməl xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğul-ata Zərərçəkmiş şəxs və X2u ardıcıl olaraq bıçaqla vurarkən onun həmin şəxslərə xüsusi əzab verməsini dərk etməsi və bu hərəkətləri onların gözü qarşısında məhz onlara xüsusi əzab verm ək məqsədi ilə etməsi, qəsdin adam öldürməni məhz xüsusi amansızlıqla törətməyə yönəldiyi təsdiqini tapmır. İşin faktik halları təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona istinad edilən əməli zərərçəkmiş şəxslərə xüsusi əzab vermək məqsədi ilə törətdiyi, belə əzab verdiyini dərk etdiyi, belə əzab verməsinin onun qəsdi ilə əhatə olunduğu qənaətinə gəlməyə əsas vermir. Ali Məhkəmənin qeyd edilən Plenum Qərarından müəyyən olunduğu kimi, doğma və yaxın insanlardan birinin digərinin gözü qarşısında öldürülməsi heç də bütün hallarda xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Təqsirləndirilən ş əxs zərərçəkmişi doğma-yaxın adamın gözü qarşısında öldürərkən bununla sonuncuya əzab verdiyini, habelə öz əməlinin xüsusi amansızlığını dərk etməli və məhz buna nail olmağı arzu etməlidir. Qeyd edilən əlamətlər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində təsdiqini tapmır. Ali Məhkəmənin məlum Plenumunun Qərarının 11-ci bəndində qeyd olunur ki, bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1 və 29,120.2.7-ci maddələri ilə tövsif edilməlidir. Bu baxımdan, hazırkı iş üzrə də məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ölümü ilə nəticələnən əməli CM- in 120.1-ci maddəsi ilə, digər Zərərçəkmiş şəxs qəsdən öldürülməsinə cəhd kimi təzahür edən əməli isə (X2u öldürməsi ilə məcmu halında) CM-in 29,120.2.7-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin məhkum əməlinin tövsifi barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kollegiya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinin cəza təyin zamanı cinayət qanunu normasını düzgün tətbiq etməməsi, cinayətlərin məcmusu (hər birinin ayı sanksiyası olan CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri) üzrə cəza təyin etməli olduğu halda təqsirləndirilən şəxsə yalnız CM-nin 120.2.7-ci maddəsinin sanksiyası üzrə cəza təyin etməsi hissəsində məqbul hesab edir. Kollegiya qeyd edir ki, məhkəmənin qərarı cəza təyini hissəsində ləğv edilməklə işin baxılması yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı protestə münasibətdə məhkum Təqsirləndirilən şəxs cəza təyini hissəsində ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar