Məhkəmə qərarları › İş №1(102)-422/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-422/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-422/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkumlar Məhkum və Quliyev Əlican Ərəstun oğlu, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Ələsgəro v Hafiz Zakir oğlunun iştirakları ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.3, 29,178.2.4, 29,200.2.2, 29,200.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Quliyev Əlican Ərəstun oğlu barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu və X6 müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) xx xxxxxx 1961-ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş ı, ali təhsilli, evli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin “Milli İstinad Laboratoriyası”nın baytar həkimi, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun, Qovşudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29, 178.2.1, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 4.000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2 və 29,200.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq 6.000 manat məbləğin də cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə müvafiq olaraq hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Verilmiş ittihamdan CM-nin 308.1-ci maddəsi xaric edilmişdir. xx xxxxxx 1976-cı ildə Sabirabad rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X21” MMC-nin “Təzə Bazar” əmlak kompleksində ticarət obyektlərinin (yerlərin) iribuynuzlu heyvan cəmdəyi ilə təchizatı məsələləri üzrə nəzarətçisi, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun, Azadkənd kəndində qeydiyyatda olanQuliyev Əlican Ərəstun oğlu Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.3 və 29,178.2. 4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 4.000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2 və 29,200.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq 6.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə müvafiq olaraq hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Verilmiş ittihamdan CM-nin 308.1-ci maddəsi xaric edilmişdir. Həmin hökmlə həmçinin, X15, X16, X23 vəX31 da təqsirli bi linib məhkum olunmuşlar. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu və X6 müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum və Ə.Ə.Quliyevə bəraət verilməsini xahiş etmişlər. İŞİN HALLARİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum və Quliyev Əlican Ərəstun oğlu təqsirli bilinib məhkum edilmişlər, ona görə ki, Məhkum xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Milli İstinad Laboratoriyasının 5 saylı Heyvan mənşəli məhsullar üzrə qida təhlükəsizliyi məntəqəsinin baytar həkimi vəzifəsində işləyərkən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış keçirmək, heyvan mənşəli məhsu llardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıqsanitariya) ekspertizasından keçirmək və sair səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu “X21” MMC ilə ünvan 2 ünvanda yerləşən “Təzə Bazar” əmlak kompleksində ticarət obyektlərinin (yerlərin) iribuynuzlu heyvan cəmdəyi ilə təchizatı təyinatı üzrə xx xxxxxx 2017-ci il tarixli, İ-TB-821 nömrəli “Ticarət yerinin ayrılması haqqında” müqavilə bağlamış və Azərbaycan Respublikası Vergilər Nazirliyində (VÖEN:**********) qeydiyyatdan keçmiş mal satan təşkilatın inzibati təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxsi Quliyev Əlican Ərəstun oğlu, fərdi qaydada ət satışı ilə məşğul olan X31, X23, X15 və X16 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə səlahiyyətlərindən istifadə edib, habelə qulluq mənafeyi “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunununun 16-cı maddəsinə əsasən insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışının qadağan olunması, bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammalın qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsini tələb etdiyi halda qəsdən səlahiyyətlər indən istifadə etməməklə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə onun və Ə.Quliyevin əlbir olmaqla ət məhsullarının keyfiyyətliliyinə qəsdən lazımi nəzarəti həyata keçirmədən malın rahatlıqla satışa buraxılmasına razılıq vermələrindən əvvəlcədən məlumatı olan fərdi qaydada ət satışını həyata keçirən X31 tərəfindən 300 kq çəkidə 03 baş iribuynuzlu, cəmi 1.950 manat dəyərində, X23 tərəfindən 180 kq çəkidə 02 baş iribuynuzlu, cəmi 1.170 manat və 42 kq çəkidə, 02 baş xırda buynuzlu, cəmi 336 manat dəyərində, iri və xırda buynuzlu olmaqla cəmi 1.506 manat dəyərində, X15 tərəfindən 600 kq çəkidə 06 baş iribuynuzlu, cəmi 3.900 manat dəyərində, X16 tərəfindən 530 kq çəkidə 05 baş iribuynuzlu cəmi 3.445 manat dəyərində, ü mumilikdə 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi xeyli miqdar təşkil edən 10.801 manat dəyərində 2018-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində Respublikanın müxtəlif rayonlarında ağır xəstə, aqoniya və ya tələf olduqdan sonra kəsilmiş, qaramtıl, kəskin qoxulu, köhnəlmiş, pH-normadan artıq, Mezofil aerob və fakültativ anaerob mikroorqanizmlərin miqdarı (ümumi bakterioloji çirklənmə) normadan artıq, bağırsaq çöpü qrupundan olan bakteriayalar, həmçinin Pasteurella multocida, Clostridium septicum, Clostridium Perfingens, Chlamydia psittaci, E-coli aşkar edilmiş, fiziki- kimyəvi göstəricilərinə görə DÖST 51478-79, DÖST 7269-2015, bakterioloji göstəricilərinə görə isə DÖST 31747-2012 saylı standartın tələblərinə cavab verməyən, keyfiyyətsiz və istehlaka yararsız he yvan cəmdəklərinin xx xxxxxxx 2018-ci il tarixdə, saat 02 radələrində “Təzə Bazar” əmlak kompleksinə gətirildikdən sonra Ə.Quliyevlə birlikdə əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən həmin ət məhsullarının ət satışını və alışını həyata keçirən istintaqla müəyyən edilməmiş ayrı-ayrı çoxsaylı fiziki və hüquqi şəxslərə guya baytarlıq qaydalarına uyğun qəbulu həyata keçirilməklə tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa və istehlaka hazır yararlı məhsul qismində ünvan 2 ünvanında yerləşən “Təzə Bazar” adlanan ticarət obyektində və ətrafında qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə satışa çıxarılmasına nail olmuş, lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs inin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbir zamanı 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi 10.801 manat dəyərində heyvan cəmdəkləri aşkar olunaraq götürüldüyündən, o öz iradəsindən asılı olmayan səbəbdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə nail olmayıb dələduzluğa, Azərbaycan Respublikası Vergilər Nazirliyində (VÖEN: **********) qeydiyyatdan keçmiş mal satan təşkilatın inzibati təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli və fərdi qaydada ət satışını həyata keçirən fiziki şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında malın keyfiyyətinə dair istehlakçıları külli miqd arda ziyan vurmaqla aldatmağa cəhd etmişdir. Məhkəmənin hökmünə əsasən Quliyev Əlican Ərəstun oğlu “X21” MMC ilə ünvan 2 ünvanda yerləşən “Təzə Bazar” əmlak kompleksində ticarət obyektlərinin (yerlərin) iribuynuzlu heyvan cəmdəyi ilə təchizatı təyinatı üzrə bağlanmış xx xxxxxx 2017-ci il tarixli, İ-TB-821 nömrəli “Ticarət yerinin ayrılması haqqında” müqavilənin 4-cü bəndinə əsasən fəaliyyəti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş özünə aid vergi, rüsum, dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin ödənməsi, iribuynuzlu heyvan cəmdəyini sağlamlığı təsdiq edən baytarlıq sənədi (baytarlıq şəhadətnaməsi) və baytarlıq nəzarətindən keçməsini təsdiq edən nişan (damğa) ilə təmin edilməsi, qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunm ası, yanğından mühafizə, texniki təhlükəsizlik, fəaliyyət sahəsinə uyğun olaraq ayrı-ayrı malların istehsalı, saxlanılması və satılması, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsi üzrə qanunvericiliklə müəyyən edilmiş norma və tələblərə əməl edilməsi və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən cavabdeh vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Milli İstinad Laboratoriyasının 5 saylı Heyvan mənşəli məhsullar üzrə qida təhlükəsizliyi məntəqəsinin baytar həkimi Məhkum, fərdi qaydada ət satışı ilə məşğul olan X31, X23, X15 və X16 üçün qanunsuz üstün lük əldə etmək məqsədilə səlahiyyətlərindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə onun və Məhkum əlbir olmaqla ət məhsullarının keyfiyyətliliyinə qəsdən lazımi nəzarəti həyata keçirmədən malın rahatlıqla satışa buraxılmasına razılıq vermələrindən əvvəlcədən məlumatı olan fərdi qaydada ət satışını həyata keçirən X31 tərəfindən. 300 kq çəkidə 03 baş iribuynuzlu, cəmi 1.950 manat dəyərində, X23 tərəfindən 180 kq çəkidə 02 baş iribuynuzlu, cəmi 1.170 manat və 42 kq çəkidə, 02 baş xırda buynuzlu cəmi 336 manat dəyərində, iri və xırda buynuzlu olmaqla cəmi 1.506 manat dəyərində, X15 tərəfindən 600 kq çəkidə 06 baş iribuynuzlu, cəmi 3.900 manat dəyərində, X16 tərəfindən 530 kq çəkidə 05 baş iribuynuzlu cəmi 3.445 manat dəyərində, ümumilikdə 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi xeyli miqdar təşkil edən 10.801 manat dəyərində 2018-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində Respublikanın müxtəlif rayonlarında ağır xəstə, aqoniya və ya tələf olduqdan sonra kəsilmiş, qaramtıl, kəskin qoxulu, köhnəlmiş, pH-normadan artıq, Mezofil aerob və fakültativ anaerob mikroorqanizmlərin miqdarı (ümumi bakterioloji çirklənmə) normadan artıq, bağırsaq çöpü qrupundan olan bakteriayalar, həmçinin Pasteurella multocida, Clostridium septicum, Clostridium Perfingens, Chlamydia psittaci, E-coli aşkar edilmiş, fiziki-kimyəvi göstəricilərinə görə DÖST 51478-79, DÖST 7269-2015, bakterioloji göstəricilərinə görə isə DÖST 31747-2012 saylı standartın tələblərinə cavab verməyən, keyfiyyə tsiz və istehlaka yararsız heyvan cəmdəklərinin xx xxxxxxx 2018-ci il tarixdə, saat 02 radələrində “Təzə Bazar” əmlak kompleksinə gətirildikdən sonra əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən qabaqcadan əlbir olduğu Məhkum tərəfindən həmin ət məhsullarının ət satışını və alışını həyata keçirən istintaqla müəyyən edilməmiş ayrıayrı çoxsaylı fiziki və hüquqi şəxslərə guya baytarlıq qaydalarına uyğun qəbulu həyata keçirilməklə tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa və istehlaka hazır yararlı məhsul qismində ünvan 2 ünvanda yerləşən “Təzə Bazar” adlanan ticarət obyektində və ətrafında qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə satışa çıxarılmasına nail olmuş, lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbir zamanı 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi 10.801 manat dəyərində heyvan cəmdəkləri aşkar olunaraq götürüldüyündən, o öz iradəsindən asılı olmayan səbəbdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə nail olmayıb dələduzluğa, Azərbaycan Respublikası Vergilər Nazirliyində (VÖEN:**********) qeydiyyatdan keçmiş mal satan təşkilatın inzibati təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmağa cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və Məhkum haqqında bəraət hökmü çıxarılmalıdır. İbtidai istintaq fərziyyələrə əsaslanıb ona ittiham vermiş,birinci instansiya məhkəməsi isə bu fərziyyələrə heç bir hüquqi qiymət vermədən onun hərəkətlərində cinayət tərkibinin olmamasını təsdiq edən, kifayət qədər sübutların mövcudluğunu nəzərə almadan haqsız yerə onu 1000 manat cərimə cəzasına məhkum etmişdir. Məhkəmə prosesi zamanı açıqaydın məlum olmuşdur ki, istintaq orqanı onu və ondan başqa beş nəfər şəxsi əsassız yerə cinayət məsuliyyətinə cəlb etmişdir. İbtidai istintaq dövründə və eləcə d ə məhkəmə baxışı zamanı Məhkum özü və onun müdafiəçisi dəfələrlə vəsatətlər təqdim edərək Məhkum əsassız yerə cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişlər. Belə ki, onun hərəkətlərində cinayət tərkibi yoxdur. O, bazara ət məhsulları gətirən və onunla birlikdə təqsirləndirilən şəxs kimi cəlb edilən beş nəfər şəxsin heç biri ilə bazara ət gətirmələri, yararsız olsa da onlara köməklik edəcəyi və s. hər hansı bir məsələ barədə qabaqcadan razılığa gəlməmişdir. Bir baytar həkimi kimi ittihamda göstərilən Əlican Quliyev və qeyriləri ilə qabaqcadan əlbir olub, yararsız ət məhsullarını müayinə edərək istehlaka yararlı ət kimi satışa buraxmamış, həmin ət məhsulları ümumiyyətlə bazara daxil olmamışdır. O öz hərəkətləri ilə hər hansı bir dövlət orqanının və yaxud istehlakçıların mənafeyinə ziyan vurmamışdır. İttihamda ona aid edilən 10801 manat dəyərində ət məhsulunun ona heç bir aidiyyəti yoxdur. Bu dəyərdə ət məhsullarının kimə məxsus olması və həmin ət məsullarının keyfiyyəti barədə onda hər hansı bir məlumat olmamışdır. Bir sözlə, onun hərəkətlərində heç bir cinayətin tərkibi yoxdur. Buna baxmayaraq istintaq orqanı onu əsassız yerə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş və məhkəmə isə barəsində ittiham hökmü çıxarmışdır. Cinayət işinin materiallarında, eləcə də məhkəmə baxışı zamanı onun cinayət törətməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı sübutları saxtalaşdıraraq xx.xx.2018-ci il tarixdə beş nəfər gətiricilər tərəfindən gətirilən ət məhsullarının istehlaka yararsız olması barədə rəy almışlar. Odur ki, göstər ilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum X6 müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Əlican Quliyevə qarşı irəli sürülmüş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, onun hüquqları ibtidai istintaq orqanı tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq Əlican Quliyevə istinad edilən cinayət əməllərini törətmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına və sübutlara düzgün hüquqi verilməmiş, bu da onun barəsində ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsində işə baxıla rkən məhkəmə istintaqı zamanı ifadə verən digər təqsirləndirilən şəxslər verdikləri sərbəst ifadələrində əvvəllər Əlican Quliyevi tanımadıqlarını göstərmişlər. Bundan əlavə, məhkəmə istintaqı zamanı onun dələduzluq cinayəti törətmək məqsədilə digər təqsirləndirilən şəxslər ilə qabaqcadan əlbir olub hər hansı bir sövdələşmə edib razılaşdıqlarını təsdiq edən heç bir sübut məhkəmə istintaqına təqdim edilməmişdir. Bütün bunlara baxmayaraq məhkəmələr öz qərarlarında onun qanunsuz və əsassız şəkildə cəzalandırılmasına zəmin yaratmışdır. X6 və digər təqsirləndirilən şəxs qismində cəlb edilmiş ət satan şəxslərin məhkəmə ekspertizası zamanı iştirak etmək hüquqları təmin edilməmiş, tez-tələsik müsadirə edilmiş həmin ət məhsulları məhv edilmiş, beləliklə də, onların gələcəkdə təkrar və ya əlavə məh kəmə ekspertizasının təyin edilməsini tələb etmək hüquqları tapdanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə Əlican Quliyevə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən ası lı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətlə rində məhkum edilmiş şəxslərin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxslərin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edərək faktiki olaraq mübahisələndirilən qərarın hər iki məhkuma aid hissədə ləğv edərək, barələrində bəraətverici əsaslarla qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiə tərəfin kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlan ılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum və Quliyev Əlican Ərəstun oğluna aid hissədə qismən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. İlkin olaraq işə baxan Bakı Şəhəri Nəsimi Rayon məhkəməsi ittiham hökmündə Məhkum və Quliyev Əlican Ərəstun oğluna verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələri, baxış, götürmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumların törətdiyi cinayətləri etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırıl an mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onların göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Məhkumların verdiyi apellyasiya şikayətlərində əməllərində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmaları zamanı onların təqsirliliyini təsdiq edən hər hansı bir sübutun müəyyən edilmədiyini qeyd etməklə barələrində bəraət hökmü çıxarilmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında həmin dəlilləri aşağıda göstərilən xüsusatlara görə əsassız hesab etmişdir ki, “Məhkum və X6 onlara elan olunmuş ittiham üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4, 29, 200.2.2 və 29, 200.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumlar Məhkum və X6 verdikləri və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə digər məhkumların, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, ekspertiza rəyləri, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər s übuta yetirilmişdir. Məhkum və X6 barələrində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, eləcə də onların Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə də tərsirli bilinərək məhkum edilmələri üçün qanuni əsaslar «müəyyən edilmədiyindən, Məhkum və Quliyev Əlican Ərəstun oğluna hökmlə məhkum olunduqları ittiham "üzrə bəraət verilə bilməz, onlara bəraət verilməsi barədə onların apellyasiya şikayətlərinin, dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən mübhahisələndirilən hökmlə Məhkum və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3, 29,29, 200. 2.2 və 29, 200.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları düzgün müəyyən edilmişdir, həmin hallar cinayət işinin materialları ilə hazırda apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında da kifayət qədər öz təsdiqini tapdı...” Məhkəmə qərarlarına əsasən müəyyən olunur ki, hər iki məhkum edilmiş şəxs həm birinci instansiya, hən də apellyasiya məhkəmə baxışlarında oxşar məzmunlu ifadələr verərək ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri təsdiq etmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3, 29, 178.2.4, 29, 200.2.2, 29 və 200.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özlərini təqsirli bilməmişlər. Həmin ifadələrdə şikayətlərə uyğun dəlillərə istinad edərək, işin faktiki hallarının düzgün müəyyən edil mədiyini, bazara gətirilən ət məhsullarının bazara daxil olmadığını, Məhkum tərəfindən həmin ət məhsullarına baxış keçirib müayinə edilmədiyini, həmin ət məhsullarına görə rəy verilmədiyini, kitaba işlənilmədiyini, möhür vurulmadığını, ətin satışa yararlı olmasına dair heç kimə yazılı sənəd verilmədiyini, Ə.Quliyevin isə həmin ət məhsullarını qəbul etmədiyini, bazara gətirilən ət və ət məhsullarının keyfiyyət göstəricilərinin ona ümumiyyətlə heç bir aidiyyəti olmadığını, qeyd edilən cinayət hadisəsinə onların heç bir adiyyəti olmadığını göstərib, onların təqsirliyini təsdiq edən hər hansı bir sübutun müəyyən edilməməsinə əsaslanmışlar. İş üzrə digər məhkumlardan X15 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək eyni məzmunlu ifadə vermiş, uzun müddətdir Salyan rayonunda özünə məxsus evin həyətində iri buynuzlu mal-qara saxladığını və ət məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, kəsilmiş mal əti məhsullarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da topdan satdığını, sonuncu dəfə xx xxxxxxx 2018-ci il tarixdə, saat 17 radələrindən 23 radələrinədək həyətində altı baş inək kəsdiyini, “Ford Tranzit” markalı avtomobilə yükləyib birbaşa Bakı şəhərində yerləşən “Təzə bazar”a aparmışdır. xx xxxxxxx 2018-ci il tarixdə, təxminən saat 01 radələrində bazara çatarkən cəmdəklər hələ maşında olarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Qida Təhlükəsiziliyi Agentliyinin əməkdaşları yaxınlaşıb ətləri haradan, kimdən alması, hansı heyvana məxsus olması barədə suallar vermişlər. Sonra da ət məhsullarından nümunələr götürüb, ət məhsullarının normativlərə uyğun olmadığını, daşınma qaydalarının pozulduğunu bildirib ət məhsullarını bazarın soyuducusuna yığmışlar... Digər məhkum X16 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki,...mal bazarından alaraq həyətinə gətirib qulluq etmiş, normal çəkiyə çatdıqda heyvanların bir neçəsini ayda bir və iki dəfə həyətində kəsib özünə məxsus “Ford Tranzit” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Təzə Bazar”a gətirib orada satış üçün nəzərdə tutulmuş yerdə satışını həyata keçirmişdir... xx xxxxxxx 2018-ci il tarixdə yenə də öz həyətində 05 ədəd iribuynuzlu heyvanı kəsib həmin heyvan cəmdəklərini özünə məxsus “Ford Tranzit” markalı, **-HO-*** dövlət qeydiyyat nişanl ı avtomobillə “Təzə Bazar” adlanan ticarət obyektinə gətirmişdir. xx xxxxxxx 2018-ci il tarixdə, təxminən saat 02-03 radələrində həmin ticarət obyektinə çatmışdır. Həmin vaxt prokurorluğun və Qida Təhlükəsizliyi Agentliyinin işçiləri tərəfindən yoxlamaların aparıldığını görmüş, ondan “Forma 2” adlanan sənədin olub-olmadığını soruşmuşlar. O da “Forma 2” adlanan sənədin olmadığını bildirmişdir. Eləcə də gətirdiyi heyvan ətləri ilə bağlı heç bir sənədi olmamışdır. Bu zaman gətirdiyi heyvan cəmdəklərindən Agentliyin nümayəndələri tərəfindən nümunələr götürülmüş, bununla bağlı akt yazılmış və heyvan cəmdəkləri ticarət obyektində olan soyuducuların içərisinə yığılmışdır. X31, X15 və X17 tanımır, onlarla heç bir münasibəti olmamışdır..... Məhkum X23 da oxşar məzmunlu ifadələr verərək ona elan olu nmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2012-ci ildən Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı-Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində işləmişdir. Bununla yanaşı fərdi qaydada ət satışı ilə məşğul olmuşdur. Belə ki, həyətində bəslədiyi heyvanları və bəzən bazarlardan aldığı heyvanları kəsib özünə məxsus **-NB-*** dövlət qeydiyyat nişanlı “Daewoo Nexia” markalı avtomobillə gətirib Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzə Bazar”da satmaqla məşğul olur. Təxminən 03 ildir ki, “Təzə Bazar”a ət məhsulları gətirir. Əvvəllər rayondan diri halda heyvan əti gətirildiyi təqdirdə rayondakı baytar həkimi heyvanlara baxış keçirib “forma 1”, əgər heyvan kəsilmiş halda idisə, o zaman ətlərə “forma 2” sənədi verilirdi. “Təzə Bazar”a mal gətirdiyi zaman bazarda bu sahəyə nəzarət edən Əlican adlı şəxsə hər heyvana görə bazar pulu adı altında 13 manat pul vermişdir. Həmin pulun 05 manatı rüsum kimi baytar həkim Xaspolada, 08 manatı isə bazara yer pulu kimi yığıldığı deyilmişdir. O, adətən bazara iki və ya üç iri buynuzlu heyvan gətirirdi. xx.xx.2018-ci il tarixdə, saat 03 radələrində yenə bazara mal gətirən zaman bazarda yoxlama olması ona bildirilmiş, Qida Təhlükəsizliyi Agentliyindən gələn nümayəndələr heyvan cəmdəklərindən nümunələr götürmüş və bütün ətlər bazarın soyuducularına yığılmışdır…. xx.xx.2018-ci il tarixdə “Təzə bazar”a satmaq üçün gətirdiyi ət məhsulları tam sağlam heyvanlara məxsus olmuşdur… Məhkum X31 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında ona elan olunmuş ittihamda özünü təqsirli bilmə yərək ifadəsində göstərmişdir ki, …. xx xxxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində üç kəsib “Opel” markalı avtomobilinin yük hissəsinə yerləşdirmiş və əti satmaq üçün xx xxxxxxx 2018-ci il tarixdə, təxminən saat 03-04 radələrində “Təzə Bazar”a gəlmişdir. Avtomobildən düşmək istəyərkən Qida Təhlükəsizliyi Agentliyinin və prokurorluğun əməkdaşları ona yaxınlaşaraq avtomobildə nəyin olmasını soruşmuşlar. Bundan sonra maşında olan ət məhsullarından müayinələr keçirmək üçün nümunələr götürülmüş, ət məhsulları isə bazarda olan soyuducuya yığılmışdır. Ət satışı həyata keçirmək üçün qaydalara görə hər dəfə bazara ət gətirərkən “Təzə bazar”ın səlahiyyətli şəxsi kimi özünü təqdim edən Əlican Quliyevə bir baş iribuynuzlu heyvana görə 13 manat pul vermiş, həmin pulun 05 manatı Əlican tərəfindən b azarda fəaliyyət göstərən baytar həkim Xaspolada verilmişdir. xx.xx.2018-ci il tarixdə “Təzə bazar”a satmaq üçün gətirdiyi ət məhsulları tam sağlam heyvanlara məxsus olmuşdur. Ölmüş və ya tələf olmuş heyvan əti satmamış, satdığı heyvan ətləri sağlam heyvana məxsus olmuş, həmin ət məhsullarından kəskin qoxu, qaraltı olmamışdır.. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhər İdarəsinin heyvan sağlamlığı və baytarlıq sektorunun müdiri X19 ifadəsində göstərmişdir ki, Agentliyin əməkdaşları mütəmadi olaraq xidməti ərazidə reydlər keçirir, vətəndaşlardan istehsal sahələrinin mövcudluğu, keyfiyyətsiz yeyinti məhsulları satan, emal edən, həmçinin gizli fəaliyyət göstərən müəssisələrlə bağlı zəruri məlumatlar toplayırlar. Onlara məlum olmuş dur ki, ünvan 2 ünvanda yerləşən “Təzə Bazar” kimi tanınan yerdə əsasən gecə vaxtı insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərinə uyğun olmasına dair heç bir sənədi olmayan, ölmüş heyvan ətlərinin satışı təşkil edilir və həmin ət məhsullarının satılmasına bazarda fəaliyyət göstərən baytar həkimlər göz yumur, yararsız ət məhsullarının satışının təşkil edilməsi üçün müsbət rəylər verirlər. Bu məqsədlə xx.xx.2018-ci il tarixdə həmin bazarda tədbir keçirilməsi üçün Agentliyin rəhbərliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Bundan sonra o, Agentliyin Bakı şəhər İdarəsinin rəisi X26, onun rəhbərlik etdiyi sektorun işçiləri X4, X18 və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlar ı xx.xx.2018-ci il tarixdə, gecə saat 02 radələrində bazarın arxa giriş qapısının qarşısında müşahidə etməyə başlamışlar. Həmin vaxtdan başlayaraq içərisində bazarda satılması üçün ət məhsulları olduğunu güman etdikləri avtomobillər yığışmağa başlamışdır. Onlar və prokurorluq əməkdaşları orada olan X24 idarə etdiyi “Opel” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobildə kəsilmiş vəziyyətdə olan 03 ədəd iribuynuzlu heyvanın, X7 idarə etdiyi “Ford Tranzit” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə kəsilmiş vəziyyətdə olan 05 ədəd iribuynuzlu heyvanın, X12 idarə etdiyi “Ford Tranzit” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobildə X9 məxsus kəsilmiş vəziyyətdə olan 06 ədəd iribuynuzlu heyvanın, X13 idarə etdiyi “Daewoo Nexia” markalı, **-NB-*** dövlət qeydiyy at nişanlı avtomobildə kəsilmiş vəziyyətdə olan 02 ədəd iribuynuzlu heyvanın və 02 ədəd xırdabuynuzlu heyvan, habelə digər şəxslərdə kəsilmiş vəziyyətdə olan iribuynuzlu və xırdabuynuzlu heyvan ətləri aşkar edilmişdir. Həmin şəxslər ət məhsullarının hansı şəraitdə kəsilməsi, gigiyenik və sanitar normaların tələblərinə cavab verməsinə dair heç bir sənəd təqdim etməmişlər. Həmin ət məhsullarının daşınması baytarlıq və sanitariya normalarının tələblərinə cavab verməmişdir. Belə ki, aşkar edilən cəmdəklər soyuq zəncir sistemi gözlənilmədən antisanitar vəziyyətdə, baytarlıq sanitariya tələbləri gözlənilmədən maşınların yük və sərnişin bölmələrində satış üçün bazara gətirilmişdir. Həmin vaxt aşkar edilən ət məhsullarından normativlərə uyğun olaraq nümunələr götürülüb Agentliyin müvafiq laborator iyasına təhvil verilmişdir. Digər şahidlər X4 və X18 şahid X10 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli protokolda göstərilmişdir ki, X24 idarə etdiyi “Opel” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobildə 03 baş iribuynuzlu heyvanın cəmdəyi, X7 idarə etdiyi avtomobildə 05 baş iribuynuzlu heyvanın cəmdəyi, X12 idarə etdiyi avtomobildə X9 məxsus 06 baş iribuynuzlu heyvanın cəmdəyi, X13 idarə etdiyi “avtomobildə 02 baş iribuynuzlu, 02 ədəd xırdabuynuzlu heyvanın cəmdəyi aşkar edilmişdir. Satmaq üçün bazara ət məhsulları gətirmiş şəxslərin heç birisi aşkar edilən ət məhsullarının hansı şəraitdə kəsilməsi, gigiyenik və sanitar normaların tələblərinə cavab verməsinə dair hər hansı sənəd təqdim etməmişlər. Aşka r edilən ət məhsullarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin baxışda iştirak edən əməkdaşları tərəfindən nümunələr götürülmüş, aşkar edilmiş ət məhsulları müvafiq rəylərin alınmasına qədər soyuducuda saxlancda saxlanması üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilmişdir. İşdə olan “Maddi sübut qismində tanıma haqqında” xx.xx.2018-ci il tarixli qərara əsasən üzərində əl yazısı ilə “5 saylı BSEL-a aid pullu xidmət kitabı, 2017-2018-ci il, gecə məhsulları pullu xidmət" sözləri yazılmış 58 vərəqdən ibarət jurnal........və əl yazısı ilə “arayış başladı xx.xx.2018 gecə” sözləri yazılmış 84 vərəqdən ibarət jurnal və 01-xx xxxxxxx 2018-ciil tarixlərdə bazara gətirilmiş ət məhsullarına verilmiş 25 ədəd rəy maddi sübut qismində tanınmışlar (cild İİİ, i. v.66-67); Kassasiya məhkəmə kollegiyası Məhkum və Quliyev Əlican Ərəstun oğluna verilmiş ittiham üzrə təqsirliyini təsdiq edən sübutlar kimi məhkəmələr tərəfindən istinad olunan yuxarıda göstərilən sübutları təkrar sadalamaqla yanaşı hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm bə ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan, əslində hər iki məhkumun təqsirliyi üçün istinad olunan sübutların mənsubiyyəti və adiyyəti məsələsinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. CPM-nin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar onların forma və məzmununa dair irəli sürülmüş cavab verməli olan iki mühüm şərtdən biri sübutların aidliyi şərtidir. Sübutların aidliyi dedikdə, cinayət işi üzrə əhəmiyyət kəsb edən hallarla və faktlarla ibtidai istintaq orqanının əldə etdiyi mötəbər dəlillərin məzmunu arasında mövcud olan əlaqəya dair irəli sürülmüş hüquqi tələbin ödənilməsi başa düşülməlidir. Yəni mümkünlüyü baxımdan şübhə doğurmayan sübutlar cinayət işi ilə bağlı sübut edilməli hallara aid olmalıdır. CPM-nin 139-cu maddəsinə əsasən sübut edilməli hallar dedikdə cinayət hadisəsinin baş v ermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi... nəzərdə tutulur. Sübutların aidliyinin məhkəmə tərəfindən yoxlanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sübutların qiymətləndirilməsi mərhələsində sübutların mənsubiyyəti və adiyyatı məsələsinin araşdırılması və bu barədə gəlinən nəticə, şəxsin təqsirlilik məsələsinin həlli zamanı bu və ya digər sübutun qəbul edilib-edilməməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan prosessual qanunvericilik (CPM-145.1) hər bir sübutun aidliyi məsələsini müəyyən etmək üçün sübutları mənsubiyyəti baxımından qiymətləndirilməsini tələb edir. Kasassiya məhkəmə kolleqiyası yuxarıda sadalanan sübutların mümkünlüyü (yəni həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına. CPM-125.1) məsələsinə toxunmadan belə hesab edir ki, həmin sübutların Məhkum və X6 təqsirlilik məsələsinə aidliyini (mənsubiyyətini) müəyyən etmək mümkün deyil. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya mü racəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xe yrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandır ıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı (sübutları tətqiq etməmə) yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən müdafiəçilərin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 4 16.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar onlara aid hissədə ləğv edilməli, apellyasiya şikayətləri üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və X6 barəsində olan xx xxxxxxx 2019-cu il tarixli qərarı onalara aid hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına tə yin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu və məhkum X6 müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Oruc Qulamalı oğlu və X6 müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum və Quliyev Əlican Ərəstun oğluna aid hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni mə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar