Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-422/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu iştirakı ilə Tərtər Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 2 34.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə (hakim E.A.Bayramov) xx xxxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham verilmişdir, ona görə ki, o, 2020-ci il iyun ayının 5-də Tərtər şəhəri H.Əliyev prospektində yolun kənarından tapdığı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarın a, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2008,139 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmamış marixuananı Tərtər Şəhər qəbristanlığında gizlədib saxlamış, həmin marixuanadan 3,139 qramını satış məqsədi ilə kibrit qutusuna yığaraq 2020-ci ilin iyun ayının 5-də saat 17-00 radələrində Tərtər Rayon Səhləbad kəndində yerləşən “Çinar” kafesinə gəlmiş, kafedə əvvəllər tanımadığı, lakin həmin vaxt ona yaxınlaşaraq əvvəllər birlikdə hərbi xidmətdə olduqlarını bildirən və əsəbi olduğu üçün narkotik vasitədən istifadə etdiyini bildirərək ona narkotik vasitə təşkil etməsini xahiş edən X8 40 manata satmış, ona əlavə narkotik vasitə satması barəd ə şəxs1 xahişinə əsasən qəbristanlıqda gizlətdiyi 2005 qram qurudulmamış marixuananı 1500 manata satmağa razılaşaraq Tərtər şəhəri H.Əliyev prospektində alqısatqı üçün gətirmək barədə vədləşmiş, həmin gün saat 20-00 radələrində Məhkum vəd verdiyi kimi 2005 qram narkotik vasitə olan qurudulmamış marixuananı satış məqsədi ilə götürüb Tərtər şəhəri H.Əliyev prospektində şəxs1 satmaq məqsədi ilə gətirərkən Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əlində olan sellofan torbada kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2005 qram narkotik vasitə hesab olunan qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİ RAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bəraət verərkən məhkumun özünün təqsirli bilməməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəni, habelə hal şahidləri X5 və X2 məhkəmə istintaqı zamanı dəyişmiş ifadələrini əsas götürmüş, apelyasiya məhkəməsinin məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşaraq, qərarda onun möhkəmləndirilməsinə uyğun əsaslandırma aparmışdır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 06 iyun 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd kağız paketlərdə və 1 ədəd polieti len torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə Məhkum təqsirliliyini təsdiq edən yuxarıda qeyd olunan və digər birbirini tamamlayan mötəbər sübutların məcmusuna əhəmiyyət verməyərək, məhkumun cinayət məsuliyyətindən yayınmağa yönəlik, eləcə də hal şahidləri X5 və X2 məhkəmə istintaqı zamanı dəyişmiş ifadələrinə əsaslanaraq bəraət hökmü çıxarmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhl il şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya protestini müdafiə etdiyini bildirib, protestin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin h üdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkumlara Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsasları ndan bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirlili yinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum narkotik vasitə və psixotrop maddələrini, satış məqsədi ilə, qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində gəzdirməsi sübuta yetirilməmişdir. Tərtər Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. İş materiallarına görünür ki, ittihamın əsasını təşkil edən əsas sübut kimi X6 üzərinə keçirilmiş baxış protokolu və onun ifadəsi mühüm rol oynamış, məhz bu sübutlar Məhkum da işə cəlb edilməsi üçün zəmin yaratmışdır. İşin hallarına görə şəxs1 05 iyun 2020-ci il tarixdə Tə rtər RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılarkən onun üstünə baxış keçirilmiş və üstündən 3,139 qram qurudulmamış marixuana aşkar edilmişdir. şəxs1 həmin narkotik vasitəni 40 manata Rasim adlı şəxsdən aldığını bildirmişdir. Eyni zamanda o bildirmişdir ki, şəxs1 adlı həmin şəxsdən 1500 manata daha 2 kq narkotik vasitə almaq barədə razılaşmışlar. Bundan sonra polis əməliyyat müvəkkilləri şəxs1 ifadəsi əsasında əməliyyat keçirib Məhkum şübhəli şəxs qismində saxlamış, saxlanılan zaman sonuncunun üzərindən 2 kq narkotik vasitə olan qurudulmuş marixuana tapılmışdır. Daha sonra hal şahidləri dəvət edilmiş, Məhkum üstünə baxış keçirilmiş, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş və sair istintaq hərəkətləri aparılmış nəticədə isə Məhkum narkotik vasitələri satma və isti fadə məqsədi ilə əldə etmə barədə ittihamlar elan edilmişdir. Lakin sonradan məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, şəxs1 adlı həmin şəxs polis əməkdaşları ilə mütəmadi müəyyən əlaqədə olmuş, əməliyyatın keçirildiyi gün faktiki olaraq polisin təhriki ilə hərəkət etmişdir. Belə ki, şəxs1 məxsus mobil telefon danışıqları məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, hələ 05 iyun 2020-ci il tarixdə, hələ Məhkum narkotik vasitə istifadəçisi və satıcısı kimi saxlanılmamışdan əvvəl, səhər saatlarında polis baş əməliyyat müvəkkili şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə aralarında çoxsaylı telefon danışıqları olmuşdur. Belə ki, ilkin olaraq şəxs1v özü saat 11-36 dəqiqədə şəxs1 zəng etmiş və onunla 14 s aniyə ərzində danışmışdır. Bundan sonra isə polis əməliyyatçısı Rahib Tağıyevlə cinayət törətməkdə təqsirli bilinən şəxs1 aralarında həmin gün saat 14-10, 14-12, 14-18 və 14-20də, həmin dəqiqələrdə şəxsiyyəti hələ də heç kimə məlum olmayan şəxs1 adlı şəxs, təqsirləndirilən şəxs Məhkum və şəxs1 özü yeməkxanada birlikdə olmuşlar, qarşılıqlı olaraq telefon zəngləri etmişlər, həm X23 şəxs1, həm də X25 şəxs1 zənglər etmiş, müvafiq olaraq 21, 28, 53 və 28 saniyə ərzində danışıqlar aparmışlır. Bundan başqa birinci instansiya məhkəməsindəki icraat zamanı şəxs1 məhkəməyə gəlməkdən və ifadə verməkdən boyun qaçırmış, dəfələrlə buna cəhd edilsə də onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Bununla belə şəxs1 telefonu ilə əlaqə saxlanılmış, o, telefonda məhkəməyə gəlməyəcəyini bildirmiş, heç nədən məlumatının olmamasını, onu bu işə polislərin vadar etdiyini, polislərin tərtib etdiyi sənədlərə imza etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, polislər ona məhkəməyə gəlməyəcəyi barədə vəd vermişlər. Onu bu işə şəxs1 adlı polis əməkdaşı cəlb edib, Rahib Tağıyev də gedib məhkəmədə cavab versin. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxs1 və şəxs1 ibtidai istintaq zamanı şəxs1 üstünə baxış keçirilməsində iştirak etmiş hal şahidləri olmuşlar. Bu şəxslərdən biri olan şəxs1v məhkəməsindəki ifadəsində göstərmişdir ki, o şəxs1 adlı şəxsin üstünə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı şəxs1üstündən narkotik vasitə çıxsa da o həmin narkotik vasitəni kimdən aldığını deməmişdir. Müstəntiq tərəfindən yazılan ifadələrində qeyd olunan halları təsdiq etmir, ibtidai istintaqdakı ifadəsində olan imza ona məxsus deyil. Hal şahidi olmuş şəxs1isə ifadəsində göstərmişdir ki, o ümumiyyətlə xatırlamır ki, şəxs1dlı şəxsin üzərinə baxış keçirlməsində iştirak etmişdir yoxsa başqa şəxsin. Həmçinin o əvvəllər polislə müəyyən əlaqələrdə olub, bir neçə dəfə şəxslərin üstünə baxış keçirilməsində iştirak edib. Belə ki, birinci instansiya məhkəməsində məhkumun vəkilinin vəsatəti ilə şəxs1 başqa bu tipli işlər üzrə şahidlik və hal şahidliyi etməsi araşdırılmış və müəyyən edilmişdir ki, şəxs1Tərtər Rayon Məhkəməsində 2019-cu il ərzində şəxs1CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində və X1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində, 2020-ci il ərzində X9 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilm əsinə dair cinayət işində və X10 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işlərində şahid və hal şahidi qismində iştirak etmişdir ki, hal şahidi kimi onun mütəmadi olaraq polisin dəvəti ilə bu tip işlər üzrə polis əməkdaşları ilə əməkdaşlıq etməsi müəyyən edilmişdir. Eyni zamanda Məhkum üzərinə baxış keçirlməsində iştirak etmiş hal şahidləri şəxs1 və şəxs1 da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində əvvəllər polislə müəyyən əlaqələrə malik olduqlarını, bir neçə işdə hal şahidləri olduqlarını təsdiq etmişlər. Belə ki, birinci instansiya məhkəməsində məhkumun vəkilinin vəsatəti ilə şəxs1başqa bu tipli işlər üzrə şahidlik və hal şahidliyi etməsi araşdırılmış və müəyyən edilmişdir ki, şəxs1 Tərtər Rayon Məhkəməsində 2019-cu il ərzində şəxs1n CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində də şahid və hal şahidi qismində iştirak etmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Qeyd edilən maddədə göstərilmiş «marağı olmayan» məfhumunun məzmununa nə aid olması cinayət prosessual qanunvericilikdə açıqlanmır. Məhkəmə kollegiyası hesab edir ki, bu halda hal şahidinə etirazın əsaslarını əks etdirən CPM-nin 115-ci maddəsinə istina d edilməlidir. CPM-nin 115.2-ci maddəsində göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşamasını yol verilməz olmaqla etiraz üçün əsas kimi müəyyən edir. Belə ki, CPM-nin 115.4-cü maddəsinə göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası bir mənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə göstərilən hal şahidinə etirazın əsasları, CPM-nin 94.1-ci maddəsinə əsasən hal şahidinin iştirakını marağı olan şəxs kimi istisna edən hallara da aiddir. Bundan əlavə müəyyən oluhmuşdur ki, Məhkum təqsirliliyini təsdiq etmək üçün istintaq orqanı tərəfindən aparılan icraat cinayət prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə aparılmış, Məhkum üzərinə keçirilən baxış zamanı faktiki olaraq protokolu imzalamış şəxslər orada iştirak etməmiş, fotoşəkillərdən protokolu imza edən şəxslərin hamısı görünmür, hər hansı bir video çəkiliş aparılmamışdır. Şahidlər istintaq orqanına verdikləri ifadələrində baxışın keçirilməsində iştirak etmələrinə dair göstəril ənləri, protokolu nə üçün imzadıqlarını məhkəmə iclasında heç nə ilə izah edə bilməmişlər, yalnız bilmədən protokol və ifadələrini imzaladıqlarını bildirmişlər. Bundan başqa, məhkəmə-narkolojı ekspertizasının rəyindən aydın olur ki, Məhkum əvvəllər narkotik vasitələrdən istifadə etmə halları olmamışdır. Göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın s übut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, məhkuma tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümk ün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydal arın pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM -in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya pro testi təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-422/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-422/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver