Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-422/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şəmmədova Leyla Xalıq qızının iştirakları ilə, Sumqay ıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1-ci maddəsi ilə ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ramazanova Aytən Adil qızı və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Şəmmədova Leyla Xaliq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tər kibdə) Məhkum, xx xxxxx 1989-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 315.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəçzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, və Təqsirləndirilən şəxs, xx xxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olun mamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Qurd dərəsi, bağlar massivində fərdi tikilmiş evdə faktiki yaşamış, hər birisi CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ayrı-ayrılıqda cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum narkomaniydan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, Təqsirləndirilən şəxs isə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs qrupun digər üzvü Məhkum 07 fevral 2021-ci il tarixdə Xaçmaz şəhəri ərazisində satış məqsədi və tamah niyyəti ilə 386,067 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib sonuncunun göstərişinə əsasən 600 (altı yüz) manat pul müqabilində Sumqayıt şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyy əsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2021ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyində saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada 08 fevral 2021-ci il tarixdə saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əlində olan sarı rəngli sellofan bağlamanın içərisindən 62 ədəd kibrit qutusunda, tərkiblərinə görə eyni, ayrı-ayrılıqda təmiz çəkiləri təmiz çəkiləri 7,177 qram, 7,760 qram, 6,597 qram, 5,486 qram, 6,299 qram, 5,994 qram, 7,604 qram, 5,875 qram, 6,941 qram, 6,041 qram, 5,876 qram, 6,040 qram, 6,204 qram, 6,577 qram, 6,120 qram, 7,851 qram, 5,949 qram, 7,954 qram, 5,164 qram, 6,623 qram, 6,265 qram, 8,234 qram, 6,675qram, 6,009 qram, 6,449 qram, 5,567 qram, 5,866 qram, 5,395 qram, 6,342 qram, 7,451 qram, 5,846 qram, 7,072 qram, 5,401 qram, 2,194 qram, 5,209 qram, 6,872 qram, 6,611 qram, 6,828 qram, 6,510 qram, 6,721 qram, 6,045 qram, 6,701qram, 6,005 qram, 6,512 qram, 6,390 qram, 5,942 qram, 6,351 qram, 6,478 qram, 6,801 qram, 6,834 qram, 6,305 qram, 5,651 qram, 5,619 qram, 5,298 qram, 6,321 qram, 5,794 qram, 4,779 qram, 5,575 qram, 5,684 qram, 5,309 qram, 6,218 qram və 5,806 qram olmaqla ümumi təmiz çəkisi 386,067 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmü şdür. Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Məhkum ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs qrupun digər üzvü Məhkum 07 fevral 2021-ci il tarixdə Xaçmaz şəhəri ərazisində satış məqsədi və tamah niyyəti ilə 386,067 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib sonuncunun göstərişinə əsasən 600 (altı yüz) manat pul müqabilində Sumqayıt şəhəri ərazisinə d aşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2021ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyində saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada 08 fevral 2021-ci il tarixdə saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əlində olan sarı rəngli sellofan bağlamanın içərisindən 62 ədəd kibrit qutusunda, tərkiblərinə görə eyni, ayrı-ayrılıqda təmiz çəkiləri təmiz çəkiləri 7,177 qram, 7,760 qram, 6,597 qram, 5,486 qram, 6,299 qram, 5,994 qram, 7,604 qram, 5,875 qram, 6,941 qram, 6,041 qram, 5,876 qram, 6,040 qram, 6,204 qram, 6,577 qram, 6,120 qram, 7,851 qram, 5,949 qram, 7,954 qram, 5,164 qram, 6,623 qram, 6,265 qram, 8,234 qram, 6,675qram, 6,009 qram, 6,449 qram, 5,567 qram, 5,866 qram, 5,395 qram, 6,342 qram, 7,451 qram, 5,846 qram, 7,072 qram, 5,401 qram, 2,194 qram, 5,209 qram, 6,872 qram, 6,611 qram, 6,828 qram, 6,510 qram, 6,721 qram, 6,045 qram, 6,701qram, 6,005 qram, 6,512 qram, 6,390 qram, 5,942 qram, 6,351 qram, 6,478 qram, 6,801 qram, 6,834 qram, 6,305 qram, 5,651 qram, 5,619 qram, 5,298 qram, 6,321 qram, 5,794 qram, 4,779 qram, 5,575 qram, 5,684 qram, 5,309 q ram, 6,218 qram və 5,806 qram olmaqla ümumi təmiz çəkisi 386,067 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Əhmədov İxtiyar Hüseyn oğlu və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə və sonuncunun apellyasiya şikayətinə əlavəsinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 31 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavəsi təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən sax lanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.A.Ramazanova və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi L.X.Şəmmədova ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: • müdafiəçi A.A.Ramazanova – qərarın dəyişdirilərək Məhkum əməlinin CM-nin 234.4.1-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə əsasında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi haqqında qərarın qəbul edilməsini; • müdafiəçi L.X.Şəmmədova – qərarın ləğv edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 9 sentyabr 2005-ci il və 17 mart 2011-ci il tarixli Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi A.A.Ramazanova həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması araşdırılmış sübutlarla təsdiq olunmamış və sonuncu yalnız həmin vasitələrin istifadəçisi kimi CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli idi. O, heç vaxt və heç kimə narkotik vasitələr satmamış, güclü ağrıları olduğundan ittihamda göstərilən narkotik vasitəni ancaq özünün istifadəsi üçün əldə edərək saxlamışdır. İbtidai araşdırma zamanı Məhkum təzyiqlərə məru z qalmış və buna görə də o, törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuş, məhkəmə iclasında isə həqiqətə uyğun olan ifadələr vermişdir. Buna baxmayaraq o, CM-nin ağır maddəsi ilə, yəni CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ uyğun olmayan ağır cəzaya məhkum olunmuşdur. Şərh edilən dəlillərə əsaslanaraq müdafiəçi A.A.Ramazanova onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi L.X.Şəmmədova kassasiya şikayətində CM-nin və CPM-nin bir sıra maddələrinə, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, bu aktlarla müəyyən edilmiş işin faktiki hallarına, Təqsirləndirilən şəxs verdiyi ifadələrinə istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, sonuncunun CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldikləri nəticə əsassız olmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar,Ö bu halların arxasında duran sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlara düzgün qiymət verilməmiş, onun əməlində CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədən onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan bu hökmü dəyişdirilmədən saxlamaqla faktiki olaraq birinci instansiya məhkəməsinin hökmünü təkrarlamaqla kifayətlənmişdir. Halbuki, Təqsirləndirilən şəx s ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin məhkəmələr onun verdiyi ifadələri nəzərə almamış və qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi şahidlərin və məhkumun ibtidai araşdırma zamanı verdiyi ifadələrini qəbul etmişlər. Müdafiəçinin qənaətinə görə, toplanmış və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi üçün yetərli olmamış, məhkəmələr isə araşdırılmış sübutlara düzgün hüquqi qiymət vermədən yanlış mövqe nümayiş etdirmişlər. Eyni zamanda kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə həddindən artıq ağır cəza təyin olunmuş, bu məsələ həll edilərkən isə məhkəmələr Təqsirləndirilən şəxs şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, o cümlədən onun himayəsində iki azyaşlı uşaqlarının olmalarını nəzərə almamışlar. Qeyd olunanlara əsaslanaraq müdafiəçi L.X.Şəmmədova da onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkumlar Məhkum və Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmiş, Məhkum müdafiəçisi A.A.Ramazanova isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Təqsirləndirilən şəxs və Məhkum, sonuncunun müdafiəçisi A.A.Ramaza novanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçilər A.A.Ramazanovanın və L.X.Şəmmədovanın kassasiya müraciətlərindən göründüyü kimi, onların müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqi q edilməməsini, Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini, müdafiəçi L.X.Şəmmədova isə həmçinin hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum edilməsini, digər tərəfdən isə ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan açıq-aşkar ağır cəzanın təyin edilməsini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın dəyişdirilməli və ya ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyi şdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum və Təqsirləndirilən şəxs barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla, kassasiya şikayətlərinə məhkəmə baxışı iclası keçirilməzdən əvvəl Məhkum müdafiəçi si A.A.Ramazanova 14 fevral 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə Ali Məhkəməyə ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etdiyi Məhkum xahişinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin baxışdan çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Eyni ilə Məhkum də 14 fevral 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək müdafiəçisi A.A.Ramazanova tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılmasını və həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkum ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 16 fevral 2024-cü il tarixli 3-16-17/19/ 2-282/2024 saylı məktubu ilə müşaiyət edilmiş və həmin sənədlər faks vasitəsilə göndərilərək 14 fevral 2024-cü il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. Məhkum və onun müdafiəçisi A.A.Ramazanovanın ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razıl ığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi A.A.Ramazanovanın ərizələrini nəzərdən keçirib kassasiya şikayətlərinin geri qaytarılması barədə proses iştirakçılarının – dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi L.X.Ş əmmədovanın, hər birisinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından adı çəkilən məhkumun müdafiəçisi A.A.Ramazanova tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin kassasiya müraciəti üzrə icraata xitam verilməli, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs müdafiəçisi L.X.Şəmmədovanın kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Həmin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudla rını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsin in deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası mə hkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 416 və 419-cu maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən ape llyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyin yuxarıda təsvir edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətmə kdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin hər bir insannın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, cinayət törətmiş şəxslərin isə hər hansı cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirildiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, habelə cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbi t edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon təl əbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf m ühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu norm asının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolma masını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, c inayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sü butların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşy alar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma m ənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol veril mir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icr aatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mö təbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdir ir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qa ldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələ b etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışıdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cava b verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqs irli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uy ğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiə si haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəy ə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfini n üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xe yrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan H üquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə istər birinci instansiya məhkəməsinin hökmündən, istərsə d ə həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmələr Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən həm onun özünün, həm də hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir və təziyq göstərilmədən, müdafiəçilərinin iştirakları ilə verdikləri etirafedici ifadələrinə (məhkum olunmuş şəxslər birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu ifadələrindən imtina etmiş və özlərini onlara elan olunmuş ittiham üzrə təqsirsiz olmalarını bildirmişlər), şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələrinə, habelə iş üzrə ibtidai araşdı rma zamanı qanuni üsullarla (CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən) toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlara – məhkəmə ekspertizalarının rəylərinə, şəxsi axtarışın və götürmənin aparılması və digər istintaq hərəkətlərinin keçirilməsi haqqında protokollara, əməliyyat tapşırığına verilmiş cavaba, məhkum olunmuş şəxslərin istifadəsində olmuş mobil telefonlar vasitəsilə ilə aparılmış danışıqlar əks olunan məlumatlara, törədilmiş cinayətin predmeti olan maddi sübutlara və iş materiallarında olan sübut əhəmiyyətli sənədlərə əsaslanaraq onları ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirmiş, qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə qanunsuz yolla əldə edilmiş deyil, məhz həmin mötəbə r sübutlar təşkil etmişdir. Təqsirləndirilən şəxs Məhkumlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 62 ədəd kibrit qutusunda qablaşdırılmış və ümumi təmiz çəkisi 386,067 qram təşkil edən narkotik vasitənin – qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin halları (işin müəyyən edilmiş faktiki halları) hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissələrində, habelə hazırki qərarın “İşin halları” hissəsində ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, bu halların arxasında duran mötəbər sübutların da hər birisinin ətraflı təsviri həmin yekun məhkəmə aktlarında əksini tapmışdır. Buna görə məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv araşdırılmış bu sübutların da təsvirini hazırki qərarda təkrarlamağa zərurət görmür və bununla belə qeyd etməyi lazım bilir ki, öyrənilmiş cinayət işinin materialları ilə həmin sübutların qanun pozutunsuna yol verilməklə əldə olunması müəyyən edilmir. Bununla yanaşı, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə onun barəsində polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldıqdan dərhal sonra ilkin araşdırma zamanı əvvəlcə şübhəli, ibtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, həmin tarixdə Xaçmaz şəhərində yaşayan əmisi ona zəng vuraraq avtomobili üçün ehtiyat hissəsi almağını ondan xahiş etmiş, belə olan halda ehtiyat hissələrini Sumqayıt şəhərinin ərazisində alıb Xaçmaz şəhərinə getməyə qərar vermiş, məqsədi həm e htiyat hissəsini əmisinə çatdırmaq, həm də orada yaşayan qohumları ilə yeyib içmək olmuş, məhz buna görə tanışı Şahid4ə zəng vuraraq onunla birlikdə Xaçmaz şəhərinə getməyi və orada yeyib-içməyi təklif etmiş, Şahid4 da hazırda vacib işinin olmadığını bildirib onunla birlikdə getmək təklifini qəbul etmiş, bundan sonra onlar birlikdə “Hyundai” markalı avtomobillə Xaçmaz şəhərinə gntmişlər. Orada əmisi ilə görüşdükdən sonra ehtiyat hissələrini ona verib, yeyib-içmək məqsədilə bibisioğlu Məhkumlə görüşmüş, Şahid4 və o, Məhkumla birlikdə Xaçmaz rayonu ərazisində yerləşən Şabran kafesinə getmiş, orada olan zaman Məhkumun tanışları da, oraya gəlmiş, yeyib-içdikdən sonra isə o, Məhkumu kənara çəkib hazırda işsiz olduğundan avtomobilinin kredit borcunu ödəyə bilmədiyini bildirərək ona borc pul verm əsini xahiş etmişdir. Məhkum isə ona pul verə bilməyəcəyini, lakin ona pul qazanmaq məqsədilə narkotik vasitə marixuana verəcəyini demişdir. Belə ki, Məhkum ona verəcəyi marixuananı Sumqayıt şəhəri ərazisində ondan götürəcəyini və bunun müqabilində ona pul veriləcəyini demiş, Məhkumun deməsinə görə içərisində marixuana olan hər kibrit qutusuna görə ona təxminən 8-10 manat pul qalmalı olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından və əlacsız qaldığından Məhkumun təklifi ilə razılaşmış, bundan sonra sonuncu avtomobilin arxa oturacağının qarşısına bir ədəd sarı rəngli bağlama yerləşdirmiş, lakin Şahid1in və orada olan şəxslərin bundan xəbəri olmamış, Məhkum bağlamanı avtomobilə qoyduqdan sonra həmin bağlamanı götürmək məqsədilə bir nəfər şəxsin ona zəng vuracağını, bağlamanı götürdükdən sonra ona ümumilikdə 1800 manat pul verəcəyini, həmin pulun 600 manatının ona qalacağını bildirmişdir. O, Məhkumlə razılıq əldə etdikdən sonra Şahid4la birlikdə Sumqayıt şəhərinə yol düşmüş, oraya çatdıqda içsərisində narkotik vasitə - qurudulmuş marixuana olan bağlamanı götürəcək şəxsin ona zəng etmədiyini görüb, Şahid4ə avtomobildə marixuana olduğunu demiş, Şahid4 nə üçün ona məlumat vermədiyimi soruşduqda, ona bir nəfər şəxsin həmin marixuananı ondan götürəcəyini, lakin zəng vurmadığını demiş, daha sonra avtomobili saxlayıb yaşadığı Sumqayıt şəhərinə avtomobildə olan narkotik vasitələrlə girməmək üçün gizlətməyə qərar vermişdir. Bu məqsədlə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobili saxlamış və Şahid4 narkotik vasitəni orada gizlədəcəyini bildirmiş, h əmin vaxt saat 22:30 radələri olmuşdur. Avtomobildən düşüb piyada bir qədər getdikdən sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar Şahid4 və ondan özlərini təqdim etmələrini istəmiş, öz anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onları Baş İdarəyə dəvət etmiş, polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu bilib onlarla razılaşmış, eyni zamanda polis əməkdaşları Şahid4ün da, şübhəli olduğunu qeyd edib onu da, Baş İdarəyə dəvət etmiş, polis əməkdaşlarına bu barədə etiraz etməyib onlara məxsus avtomobilə əyləşərək birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına getmişlər. Orada ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra onun iştirakı ilə hüquq vəzifələri ona izah edilmiş, daha sonra isə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və kütlənin təqdim edilməsi təklif olunmuş, əlində saxladığı içərisində narkotik vasitə marixuana olan sarı rəngli sellofan bağlamanı, bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu və iki ədəd açarı təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təqdim etdiyi sellofan bağlamaya baxış keçirilmiş, içərisindən aşkar edilən 62 ədəd kibrit qutusunun içərsi açılıb nümayiş etdirilmişdir. Sorğu zamanı həmin narkotik vasitənin marixuana olduğunu və satıb pul əldə etmək ü çün qohumu Məhkum aldığını bildirmişdir.Həmin narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış, zərfin üzərini həm o, həm də onun, müdafiəçi və istintaq hərəkətinin aparılmasında iştirak edən digər şəxslər imzalamışlar. Cinayət işi üzrə qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların Təqsirləndirilən şəxs bu ifadələri ilə birgə təhlili göstərir ki, həmin ifadələr digər sübutlarla, o cümlədən Məhkum də ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə tam uzlaşır və bütün bu sübutlar obyektiv olaraq biribirini tamamlayır. Məhz bu sübutların məcmusu Təqsirləndirilən şəxs birinci və apellyasiya instansiyası məhkəmələrinə belə nəticəyə gəlmək üçün əsas vermişdir ki, həm o, həm də Məhkum onların təqsirli bilindikləri ittih amda göstərilən miqdarda narkotik vasitəni öz istifadələri üçün deyil, yalnız satış məqsədilə əldə edərək daşımış və saxlamışlar. Cinayət təqibinin bütün mərhələlərində Təqsirləndirilən şəxs narkotik vasitələrdən mütəmadi istifadə etdiyinə görə bu vasitələrin aludəçisi olmasını bildirməsinə baxmayaraq məhkumun bu haqda verdiyi ifadələri onun barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2021-ci il tarixli 1158 saylı rəyi ilə təkzib olunmuş, həmin rəydə onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması götərilmişdir ki, məhkəmə kollegiyası da bu sübut üzrə müəyyən edilmiş halı Təqsirləndirilən şəxs ona istinad olunan narkotik vasiəni məhz satış məqsədilə əldə edərək daşımasına və saxlamasına dəlalət edən hal kimi dəyər ləndirir. Belə nəticəyə gəlmək üçün hallardan biri də Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitənin – qurudulmuş marixuananın çoxlu miqdarda (62 ədəd) kibirit qutularında qablaşdırılması, hər bir kibirit qutusunda isə təxminən şəxsi istehlak miqdarında bu narkotik vasitənin müəyyən edilməsidir. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında da şəxsin narkotik vasitələri və ya psixotrop maddələri məhz satış məqsədilə əldə edib saxlaması və daşıması barədə nəticəyə gəlmək üçün əsaslardan biri də dövriyyəsi qadağan olunmuş həmin əşyaların ayrı-ayrılıqda bükü mlərdə qablaşdırılmasının müəyyən edilməsi göstərilmişdir. Müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayətində işin müəyyən olunmuş faktiki halların arxasında duran sübutların toplanması zamanı təhqiqat və ibtidai araşdırma orqanlarının qanun pozuntularına yol vermələri iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı həmin müraciətin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həm əməliyyat-axtarış tədbiri, həm də ilkin istintaq hərəkətləri, o cümlədən onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müvafiq olaraq “Əməliyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və CPM-nin tələblərinə uyğun şəkildə aparılmış, bu zaman adı çəkilən məhkumun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına yol verilməmiş və məhkəmələr, xüsusən də apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri yekun məhkəmə aktlarında göstərilən qanunların müvafiq normalarına istinad etməklə Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də hökmdən veridiyi apellyasiya şikayətində və ona edilmiş əlavədə əksini tapmış iddialarına əsaslandırılmış və inandırıcı cavablar vermişdir. Qeyd olunmalıdır ki, adı çəkilən məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya müraciətlərini onun təqsirsizliyi barədə dəlilləri bu məsələ ilə bağlı sonuncunun müdafiəçisi L.X.Şəmmədova tərəfindən verilmiş kassasiya şikayətlərinin məzmunu ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi bu haqda dəlillərinə əsaslandırılmış cavab verdiyindən, məhkəmə kollegiyası b ir daha həmin cavablandırmaya aid müddəaları hazırki qərarda təkrarlamağa ehtiyac görmür. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən sübutlar CPM-nin 143-146cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına və nə üçün üstünlük verilməsi isə həmin məhkəmə tərəfindən çıxarılmış qərarda kifayət qədər əsaslandırılmış, bu qərarın əsasını yolverilməz sübutlar təşkil etməmiş, məhkum Təqsirləndirilən şəxs törətdiyi əməl isə CM-nin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bütün şərh edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiəçi L.X.Şəmmədovanın təhlil edilən məsələlərlə bağlı kassasiya şikayətində irəli sürülmüş dəlillər və tələblər tamamilə əsas sız olmaqla baxılan işdə Təqsirləndirilən şəxs münasibətdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumların təqsirliliyinin sübuta yetirilməməsi kimi hal) və ya onun əməlinin başqa cür tövsif edilməsi üçün əsaslar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil. Belə olan halda məhkəmə kollegiyası adı çəkilən məhkumun təqsirliliyi və əməlinin hüquqi tövsifi ilə bağlı müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayətində irəli sürdüyü dəlillərlə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır, bu dəlilləri Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırılmalarına yönəlmiş dəlillər kimi qiymətləndirir, eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfin dən CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü-cü il tarixli qərarının ləğv edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cin ayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın açıq-aşkar ağır olması barədə müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qan uni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması baş a düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü il ə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hall ar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xa rakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsasl andırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəx s cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictima i təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkre t halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya on ların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azy aşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasın ın tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təy ini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olm ası izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiy ələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunduğu CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və CM-nin 15.4-cü maddəsinə əsasən həmin maddədə göstərilən cinayət ağır cinayət hesab olunur. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmündən göründüyü kimi, həmin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində iki azyaşlı uşağının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal), müəyyən edib sadəcə bu haqda qeydlər aparsa da, onun haqqında cəza tədbirinin seçilməsi məsələsini bu hallara müvafiq olaraq həll etməli old uğu halda həm bu halları, həm də onun təqsirli bilindiyi cinayətin törədilməsində iştirakçılıq dərəcəsini, ilkin ifadələrinə cinayətin digər iştirakçısı Məhkum ifşa etməsini, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb-almamasını həmin hökmdə əsaslandırmamış və nəticədə heç bir qiymətləndirmə aparmadan həm Təqsirləndirilən şəxs, həm də cinayətin törədilməsində daha fəal iştirak edən (ilk olaraq narkotik vasitəni əldə edərək qablaşdırıb Təqsirləndirilən şəxs onu yaymasına sövq edən) Məhkum eyni müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, eyni səhvə yol vermiş apellyasiya instansiyası məhkəməsi onun tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsini şərtləndirən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Buna görə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş yuxarıda sadalanan hallardan, habelə cəza təyin etmə zamanı bu məsələyə fərdi yanaşma prinsipindən, eyni zamanda cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarn nəzərə alınmalı olması barədə CM-nin 58-ci maddəsinin tələblərndən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza nisbətən yüngülləşdirilməli, bununla da müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegtyasının 31 yanvar 2023-cü il tarixli qərarında dəyişiklik edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını müdafiəçi L.X.Şəmmədovanın kassasiya şikayətinin dəlilləri ilə birgə müqayisəli şə kildə təhlil edib həmin şikayətin təmin edilməsi barədə sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, göstərilən kassasiya şikayəti qismən edilməli və Təqsirləndirilən şəxs təyin olunmuş cəza nisbətən yüngüdlləşdirilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı adı çəkilən məhkumun haqqında və kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.4, 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum və onun müdafiəçisi A.A.Ramazanovanın ərizələri təmin edilsin. Məhkum müdafiəç isi Ramazanova Aytən Adil qızı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi L.X.Şəmmədovanın kassasiya şikayəti qismən təmin edisin. Təqsirləndirilən şəxs və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı kmüdafiəçi L.X.Şəmmədovanın kassasiya kassasiya şikayətinə münasibətdə və məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilədək endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-422/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-422/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver