Məhkəmə qərarları › İş №1(102)-422/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-422/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-422/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Abbasov Taleh Valeh oğlunun iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2 1 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Taleh Valeh oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(025)-17/2024 nömrəli (hakim: Əliyev Abbas Baba oğlunun sədrliyi) hökmü ilə xx.xx.1994-cü il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, X14 Xidmət Mərkəzində İT mütəxəssisi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ə məlinin törədilməsində təqsirli bilinərək, ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, onun cəzasını cəzaçəkmənin əvvəlinin 8 yanvar 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması müəyyən edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbasov Taleh Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 1(107)-424/2024 nömrəli (hakimlər: Şükürov İmanverdi Həşim xan oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Taleh Valeh oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 2,02 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi ndən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1,72 qram hissəsini özündə saxlamış, 1 ədəd ağ rəngli damalı kağıza bükülü vəziyyətdə 0,30 qram olan hissəsini isə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qəbələ şəhəri x küçəsində “x” adlı restoranın qarşısında tanışı Şahid1 10 (on) manat pul vəsaiti müqabilində pulu sonuncu tərəfindən öz kart hesabına köçürtməklə satmış, bundan sonra Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməklə Qəbələ şəhəri ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi a xtarış aparılan zaman həmin ondan aldığı 0,30 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana Şahid1 əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd ağ rəngli damalı kağız bükümdə aşkar edilərək götürülmüş, bununla yanaşı həmin tarixdə saat 23 radələrində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni Şahid1 satmaqda şübhəli bilinməklə Qəbələ şəhəri x küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində üzərinə şəxsi axtarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və 0.30 qram hissəsini Şahid1 satdıqdan sonra üzərində gəzdirdiyi narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1.72 qram olan hissəsi bir ədəd kağız bükümdə 0,52 qram və bir ədəd sellofan bük ümdə 1,20 qram olmaqla əynində olan gödəkçənin sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma dövründə də cinayət təqibi orqanı, eləcə də məhkəmə proseslərində də narkotik tərkibli vasitələrin satışı ilə bağlı heç bir dəlil-sübut əldə edilməmiş, ona qarşı tamamilə subyektiv düşüncələrə əsaslanmaqla ittiham irəli sürülmüş, belə ki, narkotik vasitələri satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, nə ibtidai istintaqda, nə də ki, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş Məhkum həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər han sı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin onun, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Həmçinin iş materiallarında narkotik vasitənin satılması ilə bağlı hər hansı bir SMS-ə rast gəlinməmişdir. Bundan başqa həmin şəxsin nə üzərində nə də ki, evində tərəzi aşkar olunmamışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Şahid1 məhkəmə zamanı yalan ifadə vermişdir. Belə ki, məhkəmə iclasında Şah id1 ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə CM-in 297 və 298-ci maddələrində məsuliyyət nəzərdə tutulması izah edilərək bu barədə iltizama imza edilmişdir. Lakin Şahid1 məhkəmə istintaq zamanı istintaqda verdiyi ifadəyə zidd ifadə vermişdir. Bunun səbəbi də məhkəmə tərəfindən formal araşdırılmış və əsl həqiqət üzə çıxarılmamışdır. Şahid1 məhkəməyə gələrək X6 münasibətdə başqa bir ifadə vermə ehtimalı olduğundan onun məhkəməyə yenidən çağırılaraq ifadə verməsi barədə məhkəməyə vəsatət verilsə də, vəsatət rədd edilmişdir. Məhkum əməlində CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq n arkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin tərkibi mövcud deyildir. Məhkum əməlində cinayət tərkibi mövcud olarsa onda həmin əməl CM-in 234.2-ci maddəsinin tərkibi mövcud olmadığından CM-in 234.1-ci maddəsinə tövsif olunmalı idi. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilərək, Məhkum əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə həmin maddənin sanksiyasının aşağı həddində, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Abbasov Taleh Valeh oğlu çıxış edərək, istintaq orqanı tərəfindən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edildiyi bild irilsə də, cinayət işinin materiallarında bununla hər hansı bir məlumata rast gəlinmədiyini, o cümlədən işin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək SMS yazışmalarının olmadığını bildirib, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-c ü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya q aydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.2ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhk əmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi c inayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıda kı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu nlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlm əyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçinin kassasiya şikayətində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində qeyd olunan cinayətdə məhkumun təqsirliliyinin müəyyən edilməsi haqqında apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktiki hallar (narkotik vasitəni heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi) üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məh kəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassas iya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən mü əyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanuns uz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Birinci instansiya məhkəməsində məhkumun ibtidai istintaq zamanı verdiyi CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə dair ifadələri, şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid3 və Şahid2 ifadələri, Şahid1 üzərinə “şəxsi axtarış və götürmə” aparılması haqqında 8 yanvar 2024-cü il tarixli protokol, həmin protokola əlavə edilmiş fotocədvəl və videogörüntü, Məhkum üzərinə “şəxsi axtarış və götürmə” aparılması haqqında 8 yanvar 2024-cü il tarixli protokol, həmin protokola əlavə edilmiş fotocədvəl və videogörüntü, “Samsung” markalı və “Redmi 10” markalı mobil telefonlara baxışın keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, “Honor” markalı mobil tel efona baxışın keçirilməsi haqqında” 2 mart 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/30 nömrəli rəyi, məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/31 nömrəli rəyi, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar məhkumun əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində də bildirmişdir ki, “.....X-dən istifadə etmək üçün narkotik olub-olmamasını soruşmuşdur. O da cibindən bir çəkməklik çıxarıb ovcuna qoymuşdur. Bu “Tabakstore” deyilən mağazanın qabağında olmuşdur. O gedəndən biraz sonra polis əməkdaşları onu tutmuşlar. Sonra onu döymüşlər, qulaqları şişmişdir. Ona demişlər ki, hardan almısan, o da demiş ki, X-dən istifadə etmək üçün götürmüşdür. Pul ilə alıb-almadığını soruşanda pulsuz aldığını demişdir. Bir müddət keçdikdən sonra onu Polis şöbəsinə çağırmışlar, nəyəsə qol çəkmişlər. Bundan bir müddət də keçdikdən sonra onu çağırıb demişlər ki, deməlisən ki, narkotiki X-dən pul ilə almısan. Onu hədələmişlər. Onun da körpə uşaqları var deyə qorxmuşdur. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2024cü il tarixli “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” haqqında qərarına əsasən "xxxx" MMC vasitəsi ilə iş üzrə təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx. xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair əldə edilərək məktubla Qəbələ rayon polis şöbəsinə göndərilmiş və 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumatlara 5 mart 2024-cü il tarixdə müstəntiq baxış keçirilmişdir. Baxışın keçirilməsinin əsas məqsədi Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlanılan nömrələri müəyyən edib, həmin nömrələrin istifadəçilərinin qeyd olunan cinayətin törədilməsində əlaqələrinin olub-olmamasını müəyyən etməkdən ibarətdir. Məlumatlara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Məhkum yaxın mobil əlaqələrinin, yəni onun istifadəsində olan nömrə ilə mütəmadi ol araq əlaqə saxlayan şəxslərin Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrələrin istifadəçisinin olduğu müəyyən edilmişdir. Bununla yanaşı CD diskdə olan məlumatlara baxış keçirilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən ***-***-**-** saylı mobil nömrənin abunəçisi və istifadəçisi Məhkum Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə “Abi 5deqe gozle eynmi geynim cole cixim evde ona zeng vura bilmirem, Abi men evdeyem 20deqeye cixiram pul hardadi? onu gotrum verim sonra gorusek. Sende calis tez cixda, Stxa zeng vurmade da mende ozum yigmadim yaqinki evdedi diye yigmadi, Stxa danisdim indi menle birlikde 4 neferik. Biri bize bes etmez yeqin ki stxa. Men sizin qoymaginiza arxayin olub olara rahat soz vermisdim e yoxsa sene de demisdim da ki birini ozumuz hell ederik deye. Sizin qoydugunuz u bildim deye bulara rahat soz verdim yadi., halliyam, Qapinin agzindayam, Stxa atdime kodu bankaların qabagindayam, Dixi bes agdasda yer bilirsen? Hec kim bilmesin, Ordaki yaxsi sey deyil meslehet deyil” kimi mesaj mətinlərinə rast gəlinmişdir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə ic raatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanı lmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıd ır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xar akteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təm in etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Abbasov Taleh Valeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar