Məhkəmə qərarları › İş №1(102)-423/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-423/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 423/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 iy ul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Qəhrəmanov Əkrəm Sabir oğlu) xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, iki uşağı olan, işsiz, ünvan 1 qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqs irli bilinib 02 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.1-1-ci maddəsi ilə təyin olunmuş cəza 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə et mək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarının ləğv edilərək məhkumun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar qəbul xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 21 mart 2018-ci il tarixdə, saat 22:15 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “VAZ 21063” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binə-Sovxoz avtomobil yolunun 3-cü kilometrliyi ilə Sovxoz istiqamətində hərəkət edərək Binə qəsəbəsində yerləşən “Şok” marketin qarşısında yerləşən yolayrıcında n sola dönmək istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna əməl etməmiş, ehtiyatsızlıqdan mövcud şəraitdə avtomobilin qabaq hissəsi ilə Binə qəsəbəsinə doğru hərəkət edən X9 idarə etdiyi “BMW” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən “BMW” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanmış Zərərçəkmiş şəxs7 məxsus “VAZ 21074” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs8 məxsus “VAZ 2106” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə çırpılmışd ır. Nəticədə “VAZ 21063” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs5 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti, yetkinlik yaşına çatmayan X2 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarəti, X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 sağlamlığa ağir dərəcəli zərər vuran bədən xəsarəti, Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəli təyin edilməyən bədən xəsarəti, Zərərçəkmiş şəxs1 sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarəti yetirmiş; sürücü X9 əmlakı olan “BMW” markalı, **-XN- *** dövlət qeydiyyat nişanlı avtomobilinə 3960 manat, Zərərçəkmiş şəxs7 əmlakı olan “VAZ 21074” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 990 manat, Zərərçəkmiş şəxs8 əmlakı olan “VAZ 2106” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2371 manat və Zərərçəkmiş şəxs9 əmlakı olan “VAZ 21063” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 3000 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinə baxılan zaman zərərçəkmiş şəxslərin hər birinə dəymiş maddi ziyan Sığorta şirkəti və Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən zərərçəkmiş şəxslər notariat kontorunda təsdiq olunmuş ərizə verərək onlara dəymiş ziyanın tam olaraq ödənild iyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadıqlarını və onunla barışdıqlarını bildirmişlər. Belə olan halda Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin məzmunundan asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq onu cinayət məsuliyyətindən azad etməli idi. Lakin Bakı Apellyasiya Məhkəməsi qərəzli olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməyi barədə qərar qəbul etməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya ş ikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı aşağıdakı əsaslara əsasən ləğv edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellya siya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Müdafiəçi kassasiya şikayətində 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş 20.10.2017-ci il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarının ləğv edilərək məhkum Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Göstərilən qanunun 1.127.3-cü maddəsində göstərilmişdir ki, 1.127.3.1. mətni 1-ci bənd hesab edilsin və həmin bənddə “maddədə” sözü “Məcəllənin 263.1-ci maddəsində” sözləri ilə əvəz edilsin; 1.127.3.2. aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin: “2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdı qda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.”; Cinayət işinin materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, X11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, təqsirləndirilən şəxslə barışmalarını, ona qarşı şikayət və tələblərinin olmamasını göstərmişlər. Bundan başqa, Müdafiəçi kassasiya şikayətinə əlavə etdiyi Zərərçəkmiş şəxs1 24 noyabr 2018-ci il tarixli notarial təsdiq olunmuş ərizəsindən surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona və onun övladlarına dəymiş maddi ziyan tam ş əkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur, barışmışdır. Gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yuxarıda qeyd olunan dəyişikliyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli, materiallar inzibati xəta ilə bağlı müvafiq orqana göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Materiallar inzibati xəta ilə bağlı müvafiq orqana göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar