Məhkəmə qərarları › İş №1(102)-423/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-423/2020

03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X1 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum e dilməsinə dair cinayət işi üzrə hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Hacıqabul Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərarının dəyişdiirlmədən saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Məhkum vəsatətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən hakim Həmid Əzizov) 29 noyabr 2018-ci il tarixli hökmü ilə, Məhkum, 23 noyabr 1963-cü ildə Salyan rayonunun ******* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmaya n, Hacıqabul rayonunun Nəvahı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 15 avqsut 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum tərəfindən 18 mart 2019-cu il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Hacıqabul Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Həmid Əzizov) vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanıl mışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən 11 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti və 18 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişd ir. Məhkum vəsatətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarının surəti ona gec təqdim olunduğuna görə kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Buna görə də buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinə dair dövlət ittihamçısı Vüsal Mehrəliyevin çıxışını dinləyib, vəsatəti və iş materiallarını öyrənib müzakirə edərək belə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əsassız olduğundan təmin edilməməlidir. Mə hkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin tələblərinə görə kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: 1.Kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda; 2.Həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Qanun normasından da göründüyü kimi məhkumun göstərdiyi hal (qərarın surətinin ona gec təqdim olunması) kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına əsas verən səbəb kimi nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, iş materia llarında olan məktublardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarının surəti 26 iyul 2019-cu il tarixdə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Penitensiar Xidmətin 05 saylı Cəzaçəkmə Müəssisəsinə və məhkumun müdafiəçisi X2 göndərilmişdir. (iş vərəqə 284) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarından - onların çıxarıldığı vaxtdan bir ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Lakin Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019cu il tarixli qərarından 04 (dörd) ay 16 (on altı) gün vaxt keçdikdən sonra, y əni 11 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti və 04 (dörd) ay 23 (iyirmi üç) gün vaxt keçdikdən sonra, yəni 18 dekabr 2019-cu il tarixdə isə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Göründüyü kimi məhkumun kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilməlidir ki, Qanun norması apellyasiya instansiyası məhkəməsinin qərarının tərəfə təqdim edilməsindən deyil, çıxarıldığı vaxtdan bir ay müddətində kassasiya şikayəti verilə bilməsini özündə ehtiva edir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual q anunvericiliyinin tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, məhkumun kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 411-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Hacıqabul Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Hacıqabul Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərarının dəyişdirlmədən saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Məhkum vəsatəti təmin olunmasın. Qərar qətidir, ondan şikayət vermək olmaz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar