Məhkəmə qərarları › İş №1(102)-423/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-423/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Kassasiya İnstansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlili şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızı, Məhkum, Məhkumun müdafiəçisi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Həmidov Elnur Əliyeviç, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 1, mənzil 2-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 123.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Anar Ələkbərov tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Ə.M.Abasov, hakimlər E.Ə.Mikayılov və M.M.Ağalarov) Məhkum CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və Məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cuil tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Adil İsmayılov və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi T.L.Kazımov, hakimlər H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəs inin kassasiya şikayəti qismən təmin edilmiş, məhkumun kassasiya şikayəti təmin edilməmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apelyasiya şikayəti təmin edilməmiş. Məhkum CM-in 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş. Məhkum əməli CM-in 124.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilmiş. CM-in 123.1-ci madd əsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, bacısı X1 nişanlısı olan, xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində onun mobil telefonuna ardıcıl olaraq dəfələrlə zəng edib onun ailəsinin bacısı ilə evlənməsinə qarşı çıxmasını irad tutaraq onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edərək onu təkidlə görüşə çağırmış Zərərçəkmiş şəxs ilə görüşmək üçün həmin gün saat 23 r adələrində ünvan 2 ünvanında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin qərargahının qarşısına gələrək, sonuncunu gözlədiyi zaman, oraya gəlib ona çatdıqda gözlənilmədən cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəyən Zərərçəkmiş şəxs həmin hücumundan aktiv şəkildə qorunmaqla, bıçağı əlindən almaq məqsədilə sonuncunun bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almış, bunların nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər, o cümlədən sol sağrı nahiyəsinin aşağı-bayır hissəsinin bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, sağ və sol körpücükaltı, sol bazu, sol baldırın qançırları, sağ kürəküstü, sağ əl, sol mil bilək oynağı, sağ diz oynağının sıy rıqları kimi dərəcəsi təyin edilməyən, alın, sol gicgah nahiyəsində yumşaq toxumaya, sol alın, gicgah, təpə və ənsə nahiyəsində sərt və yumşaq beyin qişası altına, beyin toxumasına qansızmalar, burun sümüklərinin yerdəyişən sınığı, burun belinin sıyrıq və qançırı, hər iki gözətrafı, alın nahiyələrinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri almış, xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs almış olduğu ağır xəsarətlə birbaşa səbəbli əlaqədə olan başın küt travması nəticəsində beyin toxuması və qişaları altına qansızma səbəbindən yaşadığı ünvan 3 ünvanında ölmüş, bununla da Məhkum Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Apelyasiya məhkəməsində müəyyən olunmuşdur ki, təqsirləndirilən Məhkum bacısı N.Ağaki şiyevanın nişanlısı olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə, saat 21 radələrində onun mobil telefonuna ardıcıl olaraq dəfələrlə zəng edib onun ailəsinin bacısı ilə evlənməsinə qarşı çıxmasını irad tutaraq onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətməklə təhqir edərək onu təkidlə görüşə çağırıb, həmin gün saat 23 radələrində ünvan 2 ünvanında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin qərargahının qarşısına gələrək, sonuncunu gözlədiyi zaman, oraya gəlib ona çatdıqda gözlənilmədən arxa cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəyən Zərərçəkmiş şəxs həmin hücumundan aktiv şəkildə qorunmaqla, bir əli ilə onun bıçaq tutduğu əldən tutub sağ dirsəyi ilə onun üz nahiyyəsinə vurmuş, bu hərəkətlərlə bıçağı əlindən almaq niyyət olmuş, özünü həmin qaydada müd afiə etməsini davam edərək Zərərçəkmiş şəxs bir neçə zərbə endirmiş, həmin zərbələrdən sonra mərhum Zərərçəkmiş şəxs səndələmiş, bir az aşağı oturmuş, təqsirləndirilən Məhkum Zərərçəkmiş şəxs yuxarıdan aşağı istiqamətdə növbəti zərbələr vurmuş, lakin Zərərçəkmiş şəxs əlindən bıçağı buraxmamış və təqsirləndirilən Məhkum istiqamətində biçağı hərəkət etdirmiş, qısa müddətdə onlar əlbəyaxa olmuşlar. Bundan sonra bıçaq təqsirləndirilən Məhkum əlinə keçməklə ara sakitləşmişdir. Göründüyü kimi, təqsirləndirilən Məhkum Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən almasına yönəldilmiş hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər, o cümlədən sol sağrı nahiyəsinin aşağı-bayır hissəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası kim i sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, sağ və sol körpücük altı, sol bazu, sol baldırın qançırları, sağ kürəküstü, sağ əl, sol mil bilək oynağı, sağ diz oynağının sıyrıqları kimi dərəcəsi təyin edilməyən, alın, sol gicgah nahiyəsində yumşaq toxumaya, sol alın, gicgah, təpə və ənsə nahiyəsində sərt və yumşaq beyin qişası altına, beyin toxumasına qansızmalar, burun sümüklərinin yerdəyişən sınığı, burun belinin sıyrıq və qançırı, hər iki gözətrafı, alın nahiyələrinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almış və xx xxxx 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs aldığı ağır xəsarətlə birbaşa səbəbli əlaqədə olan başın küt travması nəticəsində beyin toxuması və qişaları alt ına qansızma səbəbindən yaşadığı ünvan 3 ünvanında ölmüş, bununla da təqsirləndirilən Məhkum özünü müdafiə edərkən seçdiyi müdafiə üsulu, yəni Zərərçəkmiş şəxs əlində olan bıçağı alarkən dəfələrlə ona əli və dirsəyi ilə zərbələr yetirməsi kimi hərəkətlər edilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, Məhku m əməli CM-in 123.1-ci maddəsinə tövsif edilməklə, səhv nəticəyə gəlinmişdir. Dövlət ittihamçısı qeyd edir ki, Məhkum bıçağı idman fəndi işlətməklə Həbibovun əlindən alması, bundan sonra qisas almaq məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi, daha sonra yumruqla üz-baş nahiyəsindən qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, bununla da Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurması iş materialları ilə tam təsdiq olunsa da, apelyasiya instansiyası məhkəməsi səhv nəticəyə gələrək işin faktiki hallarına uyğun olmayan, Məhkum və onun dostu T.Tağıyevin hadisənin baş vermə mexanizmini dəyişməyə yönəlmiş dəlillərinə əsaslanmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yalnız təqsirləndirilən şəxs və onun dostunun verdiyi, işin digər halları ilə ziddiyyət təşkil edən, qeyri-mötəbər ifadələrə əsaslanışdır, əməlin tövsifi ilə bağlı səhv nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittiha mçısı Y.Əliyevanın və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisi E.Həmidovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutlar ın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 126.3-cü maddəsinə tövs if edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X4rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ‘Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı Qərarının 3-cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti z ərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qərarın 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zə rərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqdan ifadə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibəti, təqsirkarın hadisədən sonrakı hərəkətləri və bununla bağlı apelyasiya icraatında keçirilən prosessual tədbirlər nəzərə alınmalıdır. Məlumdur ki, qəsdlə törədilən cinayət əməlin məcburi əlaməti təqsirkarın cinayət qanunu ilə nəzərdə tutulmuş və onun hər əkətləri (hərəkətsizliyi) nəticəsində yarana biləcək ictimai təhlükəli nəticələrin baş vermə ehtimalını və ya qaçılmazlığını qabaqcadan görməsidir. Şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələrinin başlanmasının qaçılmaz olacağını əvvəlcədən görməsi birbaşa niyyət üçün xarakterikdir. Birbaşa qəsd olduqda şəxs ictimai təhlükəli nəticələrin başlama ehtimalını və ya qaçılmaz olduğunu düşünür, dolayı qəsddə isə sosial təhlükəli nəticələrin baş vermə ehtimalı proqnozlaşdırılmır. Qeyd olunmalıdır ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qə sdlə törədilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bır məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilık dərəcəsini formalaşdırır. Göründüyü kimi, qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələ r doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kimi lazım deyildir. Bununla belə, şəxş cəmiyyətin mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cinayətlərdə şəxsin nə hərəkəti, nə də ki niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətnəndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verir. Qeyd olunmalıdır ki, təqsirin formasının düzgün müəyyən olunması üçün əməli törətmiş şəxsin iradəsinin məzmununun müəyyənləşdirilməsi zəruridir. Cinayəti dolayı qəsdlə törədən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Bundan başqa, Azərbaycan R espublikası CM-nin 36-cı maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Azərbaycan Respublikası CM-in 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Azərbaycan Respublikası CM-in 123.1-ci maddəsinə əsasən zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayət sayılır. Qeyd edilməlidir ki, şəxsin müdafiə olunmaq hüququnun yaranması üçün onun və ya digərlərinin həyatına, sağlamlığına, hüquqlarına qəsd edən hücümün olub-olmamasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır və işdə olan sübutlarla təsdiq edilir ki, təqsirləndirilən Məhkum iş üzrə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən qorunmaq məqsədilə bir neçə zərbə endirib əlbəyaxa olaraq, o cümlədən sifət nahiyəsinə əli və dirsəyi ilə vuraraq bıçağı əlindən alması üçün hərəkətlər etmiş, axırıncının aldığı bir neçə zərbənin təsirindən sonra müvaziətini itirib oturması və Məhkum zərəbələri bundan sonra vur maqda davam etməsi zəruri müdəfiyə həddini aşmasına aid olan hərəkətlərə yol verməsi kimi qiymətləndirilməlidir. İşin hallarına və toplanmış sübutlara əsaslanmış məhkəmə kollegiyası bir daha əmin olur ki, təqsirləndirilən Məhkum hadisənin yuxarıda şərh olunan halların yaratdığı səbəbdən Zərərçəkmiş şəxs ölümünə səbəb olan bədən xəsarətləri yetirmiş və zəruri müdafiə həddini aşmaqla qəsdən cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası bildirir ki, əməlin zəruri müdafiə həddini aşmaqla şəxsi öldürmək kimi cinayət əməli düzgün tövsif edilməsi üçün iki halın olması şərtdir. Birinci – zəruri müdafiə vəziyyətinin yaranması, ikinci isə zəruri müdafiə həddini aşılmaqla qətlə yetirilməsi. İşin hallarından məlumdur ki, mərhum Zərərçəkmiş şəxs təqsirləndirilən Məhkum görüş yerinə çağırmış, sonuncu gözlədiyi zaman, Zərərçəkmiş şəxs oraya gəlib ona çatdıqda qəfildən arxa cibindən bıçaq çıxararaq ona hücum edərək bıçaqla vurmaq istəmiş və bu zaman Məhkum hücumundan aktiv şəkildə qorunmaqla əli və dirsəyi ilə onun üz nahiyyəsinə vurmuş, həmin zərbələrdən sonra mərhum Zərərçəkmiş şəxs səndələmiş, bir az aşağı oturmasına baxmayaraq hərəkətlərini davam edərkən təqsirləndirilən Məhkum istiqamətində bicağı hərəkət etdirib bıçağı əlindən buraxmamış, bundan sonra təqsirləndirilən Məhkum zəruri müdafiə həddini aşmaqla Zərərçəkmiş şəxs əli ilə zərbələri yetirməsini davam etmiş, qısa müddətli əlbəyaxa oduqda və bıcaq ələ keçdikdə hücum aktı başa çatmışdır. Göründüyü kimi, təqsirləndirilən Məhkum özünü müdafiə edərkən niyyəti Zərərçəkmiş şəxs qəsdindən qorunmaq olmuş, onun hərəkətləri bıcağı əl dən almaq və qəsdən hücum edənə zərər vurmağa yönəldilmiş, lakin Zərərçəkmiş şəxs yetirilən zərbələrin təsiri altında bıcaq əlindən düşdükdən sonra hücum etmək imkanının tükəndiyi və bununla da hərəkətləri səngidiyi halda təqsirləndirilən Məhkum əli ilə zərbələri davam etdirməklə zəruri müdafiə həddini aşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Məhkum ilkin zərbələrinin təsirindəndən sonra müvazinətini itirdikdən sonra da Ə.Ağakışiyev ona zərbələr vurmaqda davam etməsi və yetirlmiş ağır xəsarətlər nəticəsində Zərərçəkmiş şəxs bir müddət sonra ölməsi, təqsirləndirilən Məhkum niyyətinin qəsd edən Zərərçəkmiş şəxs qisas məqsədilə həyatdan məhrum edilməsi deyil, axırıncının ictimai təhlükəli qəsdindən (bıcaqla edilən hücümdan) müdafiə olunmaq olmu şdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatları və işdə olan təkzibedilməz sübutların məcmusunu, əməlin xarakterini və cinayətin subyektiv cəhətinin əlamətlərini (şəxsi niyyətin məzmununu) və hadisənin törədilmə mexanizmini qiymətləndirməklə belə qənaətə gəlir ki, təqsirləndirilən Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum cəza təyini ilə əlaqədar mövqeyi ilə də razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nə zərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin və ya kassasiya şikayətinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 123.1-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya pr otestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar