Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 av qust 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (hakim Qafil Baxşıyev) 1(062)-35/2021 saylı, 22 aprel 2021-ci il tarixli hökmü ilə 01 oktyabr 1997-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 19 iyul 2020-ci il tarixində saat 03 radələrində, Tovuz rayon Aşağı Quşçu kəndi ndə yaşayan X4 fərdi yaşayış evinə gəlib, sonuncunu döyüb ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmin vaxt Ş.İ.Məmmədovanın evinə gəlmiş tanışı X1 ağladığını görüb, ona nə səbəbə X5 döyməsinə irad bildirməsindən hiddətlənib Ş.B.Rüstəmovla əsassız mübahisə edib, bildirilən iraddan nəticə çıxarmaq əvəzinə zərərçəkmiş şəxsin həmin sözünü bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan, ünvansız söyüş söyüb, ona xəsarət yetirməklə hədələdikdən sonra mətbəxdən götürdüyü kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə X6 döş qəfəsinin, sol dirsək oynağı nahiyəsinin və sol qalca nahiyəsinin deşilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri ilə nəticələnən xəsarətlər yetirmiş, həmin vaxt onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa, yəni ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan X7, əlindəki məişət təyinatlı bıçaqla xəsarət yetirmək istəmiş lakin Ə.K.Əkbərov əlindəki stulla müdafiə olunduğu üçün o, buna nail ola bilməyərək vətəndaşların dincliyini pozaraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud sürətdə pozub, ictimai yer hesab olunan həmin yerdə olan şəxslər üçün aşkar sürətdə ümumi laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Salman Hüseynov və Əlizamin Abdullayev) 1(104)-320/2021 nömrəli 10 avqust 2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət i ttihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, Məhkum əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin obyektiv cəhətinin bütün əlamətləri, yəni ictimai qaydanın, insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarının kobud surətdə pozulması, vətəndaşların normal həyat və fəaliyyətinə mane olan, narahatçılıq yaradan hərəkətlərin edilməsi, zərər çəkmiş şəxsin sağlamlığına zərər vurulması, həmçinin digər şəxsə qarşı da zorakı hərəkətlərin edilməsi, törədilməsinə real əsasların olduğu hədə-qorxu gəlinməsi Məhkum törətmiş olduğu cinayət ə məllərində öz əksini tapmış olmasına və bununla da təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli kifayət qədər ictimai təhlükəli olmaqla, daha ciddi şəkildə cəzalanmalı olmasına baxmayaraq, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 128-ci maddəsinə tövsif etməklə və qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin etməklə, onun törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini, bu qəbildən olan cinayətlərin yayılması təhlükəsini, həmin şəxsin yenidən eyni əməlləri törədə bilmə ehtimallarını nəzərə almamışdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı araşdırılmış faktlarla sübuta yetirilmişdir ki, Məhkum əməlləri onun Şəhla Məmmədova ilə və ya orada olan digər şəxslərlə arasında olan şəxsi münasibətlər çərçivəsindən çıxmaqla ictimai qa ydanın, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsində hazırda zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxslər Şamxal Rüstəmov və Əkbər Ələkbərov ifadələrində hazırda Hafizlə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını bildirmişlər. Birinci instansiya məhkəməsi daha sonra hökmdə göstərmişdir ki, zərərçəkmiş şəxs X8 təqsirləndirilən şəxs Məhkum şikayətçi olmasa da onunla barışması barədə məhkəməyə hər hansı ərizə təqdim olunmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsi müzakirə olunmamışdır. Birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə zidd olan bu mövqeyinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də heç bir münasibət bildirilməmişdir. Halbuki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən “Bu Məcəllənin 127.1, 128. 129, 130, 131.2. 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Qeyd olunan imperativ normanın, yəni cinayət məsuliyyətindən azad etmə institutunun müəyyən şərtlər daxilində tətbiqi məhkəmə tərəfindən həyata keçirilməli olduğu halda, qərarda bu məsələyə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Əməlin CM-in 128-ci maddəsi ilə tövsifi əsaslı hesab edilsə, həmin şəxs cinayət məsu liyyətindən azad edilməlidir. Barışığa dair iradə ifadəsi zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi (sübut növü) əsasında müəyyən edildiyindən, iş üzrə ərizənin verilməməsi əsası ilə qanunvericinin imperativ normasının tətbiq edilməməsi tamamilə əsassız və qanunsuz mövqedir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmay araq, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuli qanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqaların dan əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud baş qa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. İşin materiallarından göründüyü kimi hadisə 19 iyul 2020-ci il tarixində saat 03 radələrində, Tovuz rayon Aşağı Quşçu kəndində yaşayan X4 evində baş vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Məhkumlə Şəhla Məmmədova aralarında olan şəxsi münasibətlər zəminində sonuncunun kirayə qaldığı evində münaqişə olmuş, münaqişə baş verən zaman evə Şəhla Məmmədovanın tanışları - zərərçəkmiş şəxslər Şamxal Rüstəmov və Əkbər Ələkbərov gəlmiş və onların evə daxil olmasından sonra onlarla Məhkum arasında Şəhla Məmmədovanın üstündə mübahisə olmuşdur. Mübahisə evin içində olmuş və orada məhkumun və zərərçəkmiş şəxslərdən başqa kənar şəxslər olmamışdır. Məhkumla zərərçəkmiş şəxslər arasında münaqişə şəxsi m ünasibətləri zəminində baş vermiş, hadisə vaxtı Məhkum niyyəti heç də ictimai qaydanı kobud surətdə pozmağa, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya və apelyasiya instansiyası məhkəmələri düzgün olaraq hesab etmişdir ki, hazırkı cinayət hadisəsi Şəhla Məmmədovanın kirayə qaldığı evində şəxsi münasibət zəminində baş, məhkumun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamışdır. Azərbaycan Res publikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifa dələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübütlarla Məhkum zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlini törətməsi müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 10 avqust 2021-ci il tarixli qərarının kassasiya pro testinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 10 avqust 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-423/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-423/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver