Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin 1(075)-13/2022 nömrəli 7 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş; Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, həbs olunana kimi Göyçay rayonu, Qarabaqqal kəndində yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 4 ay müddətə azadlıqdan məhrum etmə cazası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq doqquz il doqquz ay müddətə azadlıqdan məhrum etmə cazasının saxlanılması, Məhkum Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 08 fevral 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkməsi, iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmış, tədqiqatdan sonra qalıq qalmış 0,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə məhkəmə xərci olan 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Məhkum tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X1, kod 210005, VÖİN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi, Maddi sübutla bağlı hökmün icrası Şəki rayon icra şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınması hökm edilmişdir. Həmin hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-236/2022 saylı, 14 iyun 2022-ci il tarixli (sədrlik edən və məruzəçi hakim İmanverdi Şükürov, hakimlər Elçin Hüseynov və Gündüz Abbasovdan ibarət tərkibdə) qərarı ilə şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 1(075)-13/2022 nömrəli 7 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti ver ilmişdir. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində yüngül cəza təyin edilməsi xahiş edilmişdir. 17 mart 2025-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına cəza çəkdiyi Şəki Penitensiar müəssisəsindən ərizə ünvanlayaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Re spublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş mü dafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-423/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-423/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver