Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-424/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi-Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, çilingər işləyən, əvvəllər məhkum olunmamış, xxx yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən (hakim T.X.Əkbərov) Məhkum CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasını çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qurbanov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə, Məhkum satış məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı 148 (yüz qırx səkkiz) ədəd A seriyalı 01610218 nömrəli 100lük Azərbaycan manatı əskinaslarına oxşar və eyni növ pul əskinasları üçün qəbul olunmuş standartlara uyğun olmayan və həqiqi pul vahidlərindən açıq-aşkar hiss olunan formada fərqlənməyən saxta pul əskinaslarını xx.xx.2 020-ci il tarixdə özünə məxsus “HP Deskjet 2130 All-in-One Printer” markalı qurğu vasitəsi ilə yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ünvansız fərdi həyət evində çap üsulu ilə hazırlayaraq əldə etmiş və həmin pul əskinaslarını 5500 manata satmaq istəməsi barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Bravo” supermarketinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum şərti alıcı qismində iştirak edən X1 hazırladığı saxta 14800 manat pulu 5500 manata satdıqdan sonra saxlanılmış və Məhkum əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç cibindən əvvəlcədən protokolda nömrələri q eyd edilmiş 5500 manat həqiqi pul aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi, yaxud CM-nin 62-ci maddəsini tətbiq etməklə yüngülləşdirilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, məhkəmə Məhkum cəza təyin edərkən əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər məhkum olunmamasını, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, qardaşının və atasının vəfat etməsini, anasının onun himayəsində olmasını kifayət qədə r nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yox layır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş ha llara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması ilə bağlıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-ni n 62-ci maddəsinə əsasən CM-nin 204.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan d övlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyy ət kəsb edir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtər əfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin f aktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci i il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələbl ərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-424/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-424/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver