Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-424/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n (bundan sonra CM-in) 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(104)443/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 1(100)-83/2024 nömrəli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), M.M.Məmmədzadə və R.N.Ələkbərli) Məhkum – Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət, ona təyin olunan cəzaçəkmə müddətinə hesablamaqla, üzərində qəti olaraq 6 (altı) il 10 (on) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 iyul 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(104)-443/2024 nömrəli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), F.N.Mahmudov və S.B.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 1(100)-83/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ilə ünvan 2 qarşısında qohumu Zərərçəkmiş şəxs1 yaşadığı evinə onun 15 yanvar 2023-cü il tarixdə saat 2 radələrində gələrək səs-küy salmasını irad bildirdiyinə əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, xuliqanlıq niyyətilə qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrılar yetirməklə, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağını ona qarşı nümayiş etdirərək, şəxsin üzərində zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərkən, onun qərəzli hərəkətlərini dayandırılmasını tələb etməklə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona yaxınlaşan Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədib, yaxın gəlməməsini tələb etməklə, əlində olan bıçaqla xuliqanlıq niyyətilə qəsdən sonuncuya bir dəfə zərb ə vuraraq, ona qarın boşluğunun daxilə keçən, böyük piyliyin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, bir ədəd deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan soyuq silah hesab edilməyən turist bıçağından silah qismində tətbiq etməklə, şəxsin üzərində zor tətbiq edilməsi, zorun tətbiq edilməsi hədəsi ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxsin özü barəsində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qər arının dəyişdirilməsi və barəsində olan yüngülləşdirici hallar, o cümlədən anasının əmək qabiliyyətini 50 faiz itirməklə onun yardımına ehtiyacının olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yo xlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin olunmuş cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağla mlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etm ə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olubolmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilibedilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdiril miş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyət i yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cin ayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar əlində olan bıçaqla qəsdən bir dəfə zərbə vuraraq, ona qarın boşluğunun daxilə keçən, böyük piyli yin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurması məhkum edilmiş şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Şahid ifadələri, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 303 nömrəli rəyi, kompleksməhkəmə-trasoloji soyuq silah ekspertizasının 17 aprel 2023-cü il tarixli 16/353/354 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 303 saylı ekspert rəyi, 19 yanvar 2023-cü il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis B ölməsinin təhqiqatçısı polis kapitanı X2 tərəfindən tərtib olunmuş könüllü olaraq özünü təhqiqat orqanına təqdim etməsi barədə protokol, 19 yanvar 2023-cü il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokol, 21 yanvar 2023-cü il tarixli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, habelə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar əlində olan bıçaqla qəsdən bir dəfə zərbə vuraraq, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasında ifadə olunan əməlinin eyni zamanda onun həmin cinayəti xuliqanlıq niyyəti ilə törətməsi kimi qiymətləndirməklə və həmçinin, əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmasına dair nəticəyə gəlməklə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüqu qunda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə is ə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşki l edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niy yəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə təqsirləndirilən şəxs Məhkum 18 yanvar 2023-cü il tarixdə təxminən saat 23 radələrində ünvan3 il ə ünvan 2 qarşısında heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, xuliqanlıq niyyətilə qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrılar yetirməklə, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağını ona qarşı nümayiş etdirərək, şəxsin üzərində zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərkən, onun qərəzli hərəkətlərini dayandırılmasını tələb etməklə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona yaxınlaşan Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədib, yaxın gəlməməsini tələb etməklə, əlində olan bıçaqla xuliqanlıq niyyətilə qəsdən sonuncuya bir dəfə zərbə vuraraq, ona qarın boşluğunun daxilə keçən, böyük piyliyin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, bir ədəd deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan soyuq silah hesab edilməyən turist bıçağından silah qismində tətbiq etməklə, şəxsin üzərində zor tətbiq edilməsi, zorun tətbiq edilməsi hədəsi ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxsin özü barəsində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiklər i həmin nəticə əsassızdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, məhkum və zərərçəkmiş şəxslər qohum olmaqla aralarındakı münaqişənin səbəbi Zərərçəkmiş şəxs1 qardaşı X10in Məhkum 40 manat borclu olması və sonuncunun gecə saat 2 radələrində borcunu almaq məqsədi ilə onların evinə getməsi olmuşdur. İş materiallarından görünür ki: -təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə kirvəsi Şahid ona 40 manat pul borcu olduğu üçün o, X10in ailəsi ilə birlikdə yaşadığı ünvana borcunu istəmək üçün getdiyi zaman X10 və onun qardaşı Zərərçəkmiş şəxs1 onu ünvan 4 mağazanın yaxınlığında yerləşən fərdi yaşayış binasının qarşısında döyərək təhqir etmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə o yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs1 ona məxsus mobil nömrəyə zəng edərək, harada olduğunu soruşduqda o, cavabında evdə olduğunu bildirmişdir. Həmin vaxt onun bibisi vəfat etdiyi üçün Zərərçəkmiş şəxs1 ondan yas mağarına gəlməsini və onunla işi olduğunu bildirmişdir. Təxminən 10 dəqiqə sonra o, mağara yaxınlaşanda Zərərçəkmiş şəxs1 ona yenidən zəng vuraraq mağara girməməyini, küçənin başında onu gözləməsini bildirmişdir. Mağarın qarşı tərəfində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lar ona: “sən kimsən ki bizim qapıya gəlirsən?!” demiş, o isə qardaşı X10inin ona 40 manat pul borclu olduğu üçün gəldiyini dedikdən sonra Zərərçəkmiş şəxs1 onu yumruqla vurmuş, yerdə mübahisəni davam etdirərkən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb onları aralamaq istəyən zaman isə o, Zərərçəkmiş şəxs2ın da onu vuracağını zənn edib, qorxaraq özünü müdafiə etmə k üçün əvvəlcədən özü ilə gətirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə endirmişdir. Həmin vaxt səs küyə toplaşmış şəxslər onları aralamış, bundan sonra həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana getmiş və Zərərçəkmiş şəxs2a xəsarət yetirdiyi bıçağı evdə olan divanın alt hissəsinə qoyaraq, gizlənmək məqsədi ilə “Xan Bağı” adlanan parka getmişdir. Bibisinin yas yerini yola verdikdən sonra 4-cü Polis Bölməsinə gedərək cinayət törətdiyini bildirərək təslim olmuşdur. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Qeyd olunan halların nəzərə alınmasını məhkəmə heyətindən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs1 daha aqressiv olmuş, Zərərçəkmiş şəxs2 onları aralamaq istəmiş, sadəcə o həmin an Zərərçəkmiş şəxs2ın məqsədini tam dərk edə b ilməmiş və Zərərçəkmiş şəxs2a bıçaqla zərbə endirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 ona qarşı hər hansı bir hərəkət etməmiş, sadəcə onlara qohum olduqlarını mübahisə etməməklərini bildirmişdir. Onların mübahisəsi gecə saatlarında küçədə olmuş, mübahisə zamanı səs-küy olduğundan ətrafda qohumlarqonşular toplaşmışdır. -zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Məhkum uşaqlıqdan tanıyır, uzaqdan qohumluq əlaqələri vardır. Məhkumla münasibəti normal olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 15 yanvar 2023-cü il tarixdə gecə saat 2 radələrində o ailəsi ilə birlikdə yaşadığı X olan zaman evlərinin darvazasının möhkəm döyüldüyünü eşitmişlər. İlkin olaraq o, çölə çıxarkən qapını döyən şəxslərin Məhkum və yanında tanımadığı 2 nəfər olduğunu görmüşdü r. O, qapını açaraq Məhkuma gecə vaxt nə üçün qapını bu tərzdə döydüyünü irad tutmuş, evdə xəstə anasının və azyaşlı uşaqların olduğunu bildirən zaman, Məhkum X10i axtardığını və X10in harada olduğunu soruşmuşdur. X10i nə üçün axtardığını soruşduqda isə X10in ona borcu olduğunu və ona görə gəldiyini bildirmişdir. O cavabında, X10in borcu varsa və X10i axtarırsa yanındakı adamların kim olduğunu soruşmuş, bu zaman Məhkum yanında olan həmin şəxslərdən biri “ə X10i çağır, çox danışma” deyə onun üstünə qışqırmışdır. O, səs küyün olacağını və xəstə atasının eşidəcəyini bildiyi üçün onları evlərindən 10 metr kənarlaşdırmış, bundan sonra qardaşı X10 çıxaraq yumruqla Məhkumı vurmuşdur. O da Məhkumı kənara itələyərək getməsini bildirmişdir. Məhkum kənara çəkilmiş və binanın arxasına qaçmış, Məhkumla gələn oğlanlar da, tez maşına oturub avtomobili sürüb getmişlər. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 22 radələrində o, əmisi oğlu Zərərçəkmiş şəxs2la qohumlarının Gəncə şəhəri, N.Nərimanov prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsindəki evlərinə yas yerinə getmişlər. Həmin vaxt o, Məhkumın mobil telefonuna zəng edib, yas yerində olduqlarını və onların gecə vaxtı qapılarını döydüyünü aydınlaşdırmaq üçün həmin yerə gəlməsini istəmişlər. Daha sonra o, yenidən Məhkuma zəng etmiş, Məhkum ona gəldiyini, həmin yerdən kənarlaşmasını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Məhkum ona zəng vurub harada olduğunu soruşmuş, o, mağarda olduğunu bildirərək, mağardan çıxan zaman Məhkumın yanında da tanımadığı 1 nəfər şəxs ilə “Sprinter” markalı ağ rəngli nömrəsini bilmədiyi mikroavtobusda gəldiy ini görmüşdür. Daha sonra Məhkum onun qarşısında dayanmış o, Məhkumdan yenidən gecə vaxtı onların qapısına tanımadığı adamlar ilə nə üçün gəldiyini soruşduqda, Məhkum borcunu almağa gəldiyini və yaxşı etdiyini bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmış, qəflətən Məhkum onu yumruqla vurmuşdur. Onlar yerə yıxılmışlar və yerdə birbirini təpik yumruqla vurmağa davam etmişlər. Bu zaman Məhkum cibindən bıçaq çıxardığını görüb, onu kənara itələmiş, Zərərçəkmiş şəxs2 Məhkuma əlindəki bıçağı cibinə qoymasını deyib, əyilib onları yerdə aralamaq məqsədi ilə müdaxilə edən zaman Məhkum Zərərçəkmiş şəxs2ı təhqir edərək onun qarışmamasını bildirib, bıçaqla onun qarın nahiyəsinə əlində olan bıçaqla bir zərbə endirmişdir. Hadisə yerinə toplaşan şəxslər onları aralamış, həmin vaxt Məhkum hadisə y erini tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onların arasında olan davaya qarışmamış, sadəcə Zərərçəkmiş şəxs2 onları aralamaq məqsədi ilə müdaxilə etmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs2 Məhkumı vurmamış, əksinə Məhkum sonuncunu təhqir edərək bıçaqla vurmuşdur. Onların mübahisəsi gecə saatlarında küçədə olmuş, mübahisə zamanı səs-küy olduğundan ətrafda qohumlar, qonşular toplaşmışdır. Məhkum ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. -zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Məhkum onun qohumudur. Aralarında kirvəlik münasibəti vardır. O, 2014-cü il tarixdən 2021-ci ilədək Rusiya Federasiyasında olduğu üçün Məhkumı Rusiya Federasiyasına gedib gələndən sonra görməmişdir. Məhkumla araların da heç bir düşmənçilik və ya ədavət olmamışdır. 18 yanvar 2023-cü il tarixdə o və adı Zərərçəkmiş şəxs1 olan, Zərərçəkmiş şəxs1 ləqəbi ilə çağırılan əmisi oğlu ilə Gəncə şəhəri, Əziz Əliyev prospektindən N.Nərimanov prospektinə keçid döngəsində yerləşən Məhkumın bibisi, onların da qohumu olan X arvadı X yas mərasiminə getmişlər. O, Zərərçəkmiş şəxs1lə mağara daxil olmuş və birlikdə əyləşmişlər. Onların yanında tanımadığı bir şəxs də gəlib əyləşmiş, həmin şəxsi də Zərərçəkmiş şəxs1 dəvət etmişdir. Zərərçəkmiş şəxs1 onunla söhbət etdikdən sonra Məhkuma zəng etmiş və onu da yas yerinə çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra Məhkum Zərərçəkmiş şəxs1ə zəng edərək mağardan çölə çağırmışdır. Onlar telefonda bir-birləri ilə mübahisə etdikləri üçün o aralarında nə isə narazılıq olduğunu anlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 onlardan aralanaraq Məhkumın yanına getmiş və üzbəüz dayanıb söhbət etdikdən sonra Məhkumla Zərərçəkmiş şəxs1 dalaşmışlar. O, onları aralamaq üçün yaxınlaşan zaman Məhkumın cibindən bıçaq çıxardığını görüb, Məhkuma bıçağı cibinə qoymasını bildirmişdir. Məhkum isə onu təhqir edərək, ona: “sən kimsən ə, qarışma sən” deyərək üstünə qışqırmışdır. O, əyilib onları aralamaq istəyərkən, Məhkum əlində dəstəyi qara rəngli açılıb qatlanan bıçaqla onun sol qarın boşluğuna bir dəfə zərbə vurmuş, səsə-küyə toplaşmış, ətrafda olan şəxslər onları aralamış, həmin vaxt Məhkum çıxıb getmişdir. O, əmisi oğlu Zərərçəkmiş şəxs1lə birlikdə Gəncə şəhəri Əziz Əliyev prospektinə çıxmış, təxminən 15 dəqiqə sonra digər əmisi oğlu X taksi ilə gələrək onları götürüb, Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış və o orada əməliyyat olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, Məhkumın maşınla və ya piyada gəldiyini görməmiş. Məhkumla Zərərçəkmiş şəxs1 mübahisə edərkən qəflətən Məhkum Zərərçəkmiş şəxs1ə yumruqla zərbə vurmuş, onlar əlbəyaxa olub, yerə yıxılmışlar, bir-birinə yerdə təpik və yumruqla zərbə vurmuşlar. O, mübahisə zamanı sadəcə onları aralamaq üçün ortaya girmiş və Məhkuma bıçağı cibinə qoymasını bildirərək onları aralamaq istəmiş, lakin Məhkum onu təhqir edərək, ona bıçaqla 01 ədəd zərbə endirmişdir. Məhkum ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. -şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisi oğludur, Zərərçəkmiş şəxs1 kimi tanınan əsl adı Zərərçəkmiş şəxs1 olan Zərərçəkmiş şəxs1 onun qardaşıdır. X 4 da onun qardaşıdır. O, Məhkumdan borc pul alaraq bir müddət sonra qaytaracağını bildirmişdir. Daha sonra Məhkum gecə saat təxminən 2 radələrində onun atası, anası və qardaşları ilə birlikdə yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki fərdi yaşayış evlərinə gəlmiş, qapılarını təpiklə, daşla döyüb onu bayıra çağırmış, o da öz növbəsində evdən çıxanda görmüşdür ki, Məhkum və yanında tanımadığı 2 nəfər qapının ağzında onu gözləyir. O, bu hərəkətinə görə Məhkuma irad bildirib ona: “xeyir ola gecənin bu vaxtı evlərində yaşlı atası, anası və ailəsi onları narahat edirsən?” demişdir. Göstərilən səbəbə görə aralarında mübahisə yaranmış, yumruqla Məhkumın sifətinə vurmuş, o, kənara çəkilmişdir. Daha sonra bilmişdir ki, qohumlarının yas mərasimində Məhkum Zərərçəkmiş şəxs2ı bıçaqla vurub hadisə ye rindən qaçmışdır. Şahid əlavə olaraq göstərmişdir ki, o, Məhkumın bıçaqla Zərərçəkmiş şəxs2ı vurduğu yerdə olmamış, ümumiyyətlə o həmin yas yerində iştirak etməmiş, hadisə baş verən zaman orada olmamışdır. -7 mart 2023-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Məhkum ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində görüşəndə Məhkum yolun digər tərəfində dayanmışdır, o tək olmuş, yanında heç kim olmamışdır. O, Məhkumın maşınla və ya piyada gəldiyini görməmişdir. Məhkum sağ tərəfdə küçədə dayanmışdır. Zərərçəkmiş şəxs1 ondan aralanaraq Məhkumın yanına getmiş, üzbəüz dayanmışlar, nəsə söhbət etmişlər. Həmin vaxt qəf lətən Məhkumla Zərərçəkmiş şəxs1 əlbəyaxa olub, bir-birinə yumruqla zərbə vurmuşlar. O da tək özü onlara yaxınlaşan zaman onlar yerə yıxılmışlar. O, da əyilib onları aralamaq istədikdə görmüşdür ki, Məhkum cibindən bıçaq çıxardı. O, Məhkuma qışqırıb demişdir ki, bıçağı cibinə qoy. Lakin Məhkum ona demişdir ki, “sən kimsən aralı dur”. Bu zaman Məhkum əlində dəstəyi qara rəngli açılıb qatlanan bıçağı fırladıb onun sol qarın boşluğuma bir dəfə zərbə vurmuş, Məhkum aralanıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dediklərini təsdiq etmişdir. -7 mart 2023-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə gecə saat təxminən 2 radələrində yaşadığı X Məhkum gələn zaman qardaşı X10 yumruqla Məhkumı vurmuş, o da Məhkumı kənara itələmişdir ki, çıxıb getsin. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində Əziz Əliyev küçəsində Məhkum ilə görüşəndə görüb ki, “Sprinter” markalı ağ rəngli nömrəsini bilmədiyi mikroavtobus dayanıb, yanında da Məhkum tək durmuşdur. O Zərərçəkmiş şəxs2 ilə birlikdə Məhkuma yaxınlaşmış, o, Məhkuma yaxınlaşanda Məhkum onun qoluna girmişdir ki, gəl o biri küçəyə keçək. O da onunla bərabər bir az getmiş, sonra Məhkum onun düz qarşısında dayanmış, ətrafda heç kim olmamışdır. O, yenə Məhkumdan soruşmuşdur ki, gecə vaxtı niyə bizim qapımıza tanımadığımız şəxslərlə gəlmişdin. O da pulumu almağa gəlmişdim demişdir. Aralarında mübahisə yaranmış, əlbəyaxa olmu şlar və birlikdə yerə yıxılmışlar. Yerdə olanda o görmüşdür ki, Məhkum əlini kurtkasının cibinə atmış, hiss etmişdir ki, o bıçaq çıxarır. O, Məhkumı özündən kənara itələmək istəmiş, bu zaman Zərərçəkmiş şəxs2 əyilib yerdə onları aralamaq istədikdə Məhkum Zərərçəkmiş şəxs2a söyüşlə demişdir ki, sən kimsən qarışırsan, girirsən ortaya dur qırağa deyib, bıçaqla Zərərçəkmiş şəxs2ın qarnına zərbə vurmuş, sonra isə bir neçə dəfə bıçağı fırlatmışdır. Həmin xüsusatları təqsirləndirilən şəxs Məhkum da təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. iş materiallarında yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar süb utetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin maddə ilə məhkum etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4) CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmadığı əməl cinayət məsuliyyəti yaratmır. Odur ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 ağır xəsarət yetirməsi barədə gəlinən nəticə də iş materialları ilə təsdiq olunmur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqa nlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam ö ldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, eti nasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1la Məhkum arasında mübahisə yarandıqdan sonra oraya gəlmiş Zərərçəkmiş şəxs2 Məhkumla Zərərçəkmiş şəxs1 aralamaq istəyərkən Məhkum Zərərçəkmiş şəxs2 1 (bir) dəfə vuraraq ona bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətmiş olduğu həmin cinayət əməli Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə tam əhatə olunur. Həmin əmələ görə Məhkum əlavə olaraq CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilməsi, məhkum edilməsi və cəzalandırılması əsassız olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kol legiyası hesab edir ki, Məhkum üzərində gəzdirdiyi bıçaq ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs2 qarın boşluğunun daxilə keçən, böyük piyliyin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qar şı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə olan ittihamında onun Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilməli, M əhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət, ona təyin olunan cəzaçəkmə müddətinə hesablamaqla, üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.15-ci maddələrinə əsasən, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il il tarixli qərarı və onunla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, Məhkum əməlində cinayət tərkibi olmadığına görə həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə və Azərbaycan Respublika sı CM-in 66.3-cü maddəsinə əsasən cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə olan ittihamından onun Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət, ona təyin olunan cəzaçəkmə müddətinə hesablamaqla, üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qəra
Məhkəmə qərarları › İş №1(102)-424/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-424/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver