Məhkəmə qərarları › İş №1(102)-425/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-425/2019

26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-425/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)425-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdaibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2018 -ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Məhkum2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X2) Məhkum1 – 14 avqust 1970-ci il tarixdə Ermənistan Respublikasının ************ rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respub likası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkum2 – 29 sentyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Bakı şəhəri, **************************** qeydiyyatda olan və Bakı şəhəri, ************************* saylı mənzildə yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ k eçirmə məqsədi ilə Y6 onun qardaşı R6 ali təhsil alması haqqında Gürcüstan Respublikasının Dövlət Univerisiteti tərəfindən verilmiş diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanıdacağına dair yalan vəd verib aldadaraq 15 noyabr 2014-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəh.,******************** yerləşən «Tecnique» bankın qarşısında milli manat məzənnəsi 3.530 manat təşkil edən 4.500 ABŞ dollarını alıb ələ keçirməklə zərərçəkmiş şəxs R.Ə.Yarıyevə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Y6 onun bibisi əri M6 Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılacaq mülki işinə dair V6 xeyrinə qətnamə çıxardıracağına və 4-5 gün ərzində qarşı tərəfin V6 olan borcunu onun bank hesabına ödədirəcəyinə dair yalan vəd verb aldadaraq, 20 dekabr 2014-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, ***************************** yerləşən N.Nərimanov metrostansiyasının yaxınlığında 1.150 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs R6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mülki etibarnamə əsasında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ******************** qəsəbəsində yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini onun adına Azərbaycan Respublikasının DƏDRX-də qeydiyyata salmaq və özələşdirməyə dair çıxarış almağa dair yalan vəd verib aldadaraq 10 noyabr 2015-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, **************************** ünvanda yerləşən DİN-in Hospitalının qarşısında 5.200 manat, 11 dekabr 2015-ci il tarixdə, saat 16:15 radələrində isə Bakı şəhəri, ************************** saylı məhəllədə yerləşən «Baku Electronics» mağazasının qarşısında 1.500 manat, ümumilikdə 6.700 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkum2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında mülki etibarnamə əsasında Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, *********************** qəsə bəsində, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini onun adına Azərbaycan Respublikasının DƏDRX-də qeydiyyata salmaq və özələşdirməyə dair çıxarış alacağına yalandan vəd verib aldadaraq 10 noyabr 2015-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən DİN-in Hospitalının qarşısında 5.200 manat, 11 dekabr 2015-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəhəri,***************************** saylı məhəllədə yerləşən «Baku Elestronics» mağazasının qarşısında 1.500 manat, ümumilikdə 6.700 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 02 noyabr2018-ci il tarixli qərarı ilə apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayəti verərək, Məhkum1 ona aşağı həddə cərimə cəzası təyin edilməsini, Məhkum2 isə qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qanunsuz hökmünün üzünü köçürməklə öz işini bitmiş hesab etmişdir. Cəza təyin edilərkən işsizliyi, ilk məhkumluğu, maddi durumunun ağır olması, himayəsində azyaşlı övladının olması, dəymiş ziyanın ödənilməsi nəzərə alınmamışdır. Onun heç də özgənin əmlakını ələ keçirtmək, mənimsəmək niyyətim olmamışdır. Barəsindəki cəzanı ağır hesab edir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 02 noyabr 2018-ci il tarixli qərar qəbul edərkən birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmış, Binəqədi rayon Məhkəməsinin gəldiyi nəticələrə uyğun yekun nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq, Məhkum2 birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirl i olmasını bir daha təsdiqləmiş, sübutlara düzgün qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Binəqədi rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli hökmünü qüvvədə saxlayarkən qərarında birinci instansiya məhkəməsində tədqiq olunan sübutları, məhkəmədə və ibtidai istintaqda verilən ifadələrini bir daha təkrarlıqla qeyd etmiş, Məhkum2 məhkəmədə verdiyi ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək, ittiham sübutların məcmusuna düzgün qiymət verməmiş, Zərərçəkmiş şəxs apellyasiya baxışı iclasında iştirakını təmin etməyərək, sonuncunun Məhkum2 apellyasiya şikayətinin dəlillərinə münasibətini öyrənməmiş, iş üzrə qeyri-obyektiv apellyasiya qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hökmü Məhkum2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmasının əsası nı təşkil edən ittiham sübutları Məhkum2 həmin maddə ilə təqsirli bilinməsi üçün kifayət etmir. Birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən qəbul olunmuş hər bir sübutun ayrı-ayrılıqda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə məcmu şəkildə qiymətləndirilərkən görünür ki, Məhkum2 digər Məhkum1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, Məhkum2 həmin cinayətə heç bir aidiyyatı olmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri məhkəmə aktlarında Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq cinayətinin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olması və bunu təsdiq edən sübutlar göstərilməmişdir. Daha doğrusu de sək, Məhkum2 Məhkum1la qabaqcadan əlbir olması, bir qrup şəxs kimi dələduzluq cinayətində hansı qaydada iştirak etməsi yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən edilir, bunu təsdiq edən başqa mötəbər sübut yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum2 telefonuna hansı tarixdə zəng edib danışması, pulu verməsindən əvvəl və ya sonra zəng etməsi, Məhkum2 adına DƏDRX-dan çıxarış almaq üçün etibarnamə verib-verməməsi, Məhkum2 mobil telefonuna və ya vatsapına SMS yazı və mesaj göndərib-göndərməməsi, digər Məhkum1 pulu verməzdən əvvəl Məhkum2 pulu verəcəyini bidirib-bildirməməsi, Məhkum2 onunla etdiyi söhbəti zərərçəkmiş şəxsdə pulu vermək istəyi yaradıb-yaratmaması və s. xüsusatlar araşdırılmamışdır. İşdə olan sübutların məcmusu Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzlu q cinayətini törətməsini kifayət qədər sübut etmir. Hesab edirik ki, Məhkum2 barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum2 qarşı olan ittiham sübutları onun qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında dələduzluq cinayətində iştirakını, əvvəlcədən dələduzluq niyyətinin olmasını tamamilə istisna edir. Belə ki, işin hallarından da görünür ki, Zərərçəkmiş şəxs qonşusu Kəmalə adlı qadın vasitəsilə Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasında M6 adlı şəxslə tanış olmuş, M6 onu digər Məhkum1 ilə tanış etmiş, E6 telefonla danışdıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs çıxarış düzəltmək üçün 5.000 manat pulun Məhkum1 verilməsini bildirmiş, zərərçəkmişi Məhkum1la əlaqələndirmiş və Zərərçəkmiş Zərərçəkmiş şəxs M6in ofisində Məhkum1la görüşmüşdür. Zərərçəkmiş şəxs Məhkum1la dəfələrlə g örüşmüş, ondan işlərin nə yerdə olduğunu soruşmuş, Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs adına icra hakimiyyətindən sərəncam alınmasını və torpağa dair çıxarış alınmasını əminliklə vəd etmiş, Məhkum2 məlumatı olmadan zərərçəkmiş şəxsə bildirmişdir ki, guya bu işdə onlara icra başçısının köməkçisi olan S8 adlı qadın köməklik edəcəkdir. Lakin Məhkum2 ümumiyyətlə heç vaxt Zərərçəkmiş şəxsla danışmamış, onunla evin sərəncamı və çıxarışı barədə söhbət aparmamışdır. Məhkum1 zərərçəkmişin pulunu ələ keçirmək üçün zərərçəkmiş Zərərçəkmiş şəxs inandırmaq məqsədilə Məhkum2 xəbəri olmadan onun adını yalandan icra başçısının köməkçisi kimi zərərçəkmişə bildirmiş və bir dəfə Məhkum2 ilə başqa məsələ ilə bağlı görüşüb söhbət etdiyi zaman, Məhkum1 istifadəsində olan telefonda vatsapın olmadığını, bir nəfə r şəxsə qəbzin şəklini göndərməli olduğunu bildirərək, Məhkum2 xahiş etmişdir ki, onun mobil telefonunun vatsapı ilə bir nömrənin vatsapma qəbzin şəklini göndərsin. Lakin Məhkum1 Məhkum2 bildirməmişdir ki, həmin şəxs Zərərçəkmiş şəxsdur, ona pul müqabilində torpağa dair sərəncam və çıxarış almasını vəd edibdir. Məhkum2 icazəsi ilə Məhkum1 Məhkum2 istifadəsində olan ***-*****-** mobil nömrəsinin vatsapından Zərərçəkmiş şəxs mobil nömrəsinin vatsapına qəbzin şəklini göndərmişdir. Məhkum1 Məhkum2və həmin məsələdə hər hansı köməklik etmək, Zərərçəkmiş şəxsla danışmaq, ona özünü icra başçısının köməkçisi kimi təqdim etmək təklifi etməmiş, ümumiyyətlə Zərərçəkmiş şəxs adlı şəxsə hər hansı sərəncam və çıxarış alacağını vəd verdiyini bildirməmişdir və ondan bu işə köməklik edilməsini təklif etməmi şdir, nədə ki, onunla birlikdə Zərərçəkmiş şəxsla görüşməmişdir. Zərərçəkmiş şəxs təxminən 2016-cı ilin sonlarında Məhkum2 mobil nömrəsinə 2 dəfə zəng edərək, ondan Məhkum1 soruşmuş, Məhkum2və bildirmişdir ki, Məhkum1 ona torpağa dair icra hakimiyyətindən sərəncam və çıxarış almasını düzəltməyə söz veribdir, lakin ona zəng edir və o, telefona cavab vermir, onu necə tapa bilməsini Məhkum2 soruşmuşdur. Məhkum2 Zərərçəkmiş şəxs bu barədə onun heç bir məlumatı olmadığını, Məhkum1 tanıdığını, əgər Məhkum1 ona söz vermişsə, yəqin ki, vədinə əməl edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir xeyli vaxt keçdikdən sonra, Məhkum2 mobil telefonuna yenə də zəng etmiş, Məhkum1 onu aldatdığını, sənədlərini düzəltmədiyini bildirdikdə, Məhkum2 Zərərçəkmiş şəxs onun bu işlə heç bir əlaqəsi və a idiyyəti olmadığını, Zərərçəkmiş şəxs onu narahat edərək telefonuna bir daha zəng etməməsini və bu məsələlər barədə Məhkum1 özünün telefonuna zəng edib aydınlaşdırmağı tələb etmişdir. Məhkum2 bu işdə Zərərçəkmiş şəxsla ünsiyyəti yalnız bu qaydada olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarında Binəqədi rayon Məhkəməsinin hökmündə qeyd olunanlar köçürülərək göstərilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum1 Məhkum2 nömrəsini verərək Məhkum2 ona icra başçısının köməkçisi kimi təqdim etmiş və Məhkum1 Məhkum2 zəng edib danışdıqda, Məhkum2 həqiqətən də onun torpaq sahəsinə və evinə aid sənədlərlə məşğul olduğunu, bir həftə içərisində sənədləri hazırlayıb ona təqdim edəcəyini guya bildirmişdir. Bu tamamilə yalan və həqiqətə uyğun olmayan ibtidai istintaq orqanının uydurmasıdır. Hazırki cinayə t işinə Binəqədi rayon Məhkəməsində baxılan zaman Zərərçəkmiş şəxs məhkəmədə belə bir ifadə verməmişdir. O, ifadəsində Məhkum2 tanımadığını, onun bu işdə heç bir təqsirinin olmadığını, onunla bu iş barədə heç vaxt danışmadığını, məsləhətləşmədiyini, ona pul vermədiyini, pulun verilməsi barədə onunla razılaşmadığını, ilk dəfə onu məhkəmədə gördüyünü bildirmişdir. Binəqədi rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmündə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin bu hissəsi düzgün yazılmamışdır, həmin ifadə ittiham aktında olduğu kimi hökmə köçürülmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində məhkəməyədək ibtidai araşdırma dövründə verdiyi ifadəsindən fərqli ifadə vermiş, yuxarıda qeyd olunanları məhkəmədə bildirmişdir, lakin birinci instansiya məhkəməsi onun ifad əsi dediyi kimi deyil, ittiham aktında yazıldığı kimi qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsində Məhkum2 apellyasiya şikayətinə baxılan zaman Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməsi üçün ona məlumat verilməmiş, Məhkum2 bu cinayət işində digər Məhkum1la Zərərçəkmiş şəxs qarşı dələduzluqda bir qrup şəxs halında əlbirliyinin nədən ibarət olması aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs atası X8 ifadəsində Məhkum2 adını ümumiyyətlə çəkməmiş, onun bu dələduzluq cinayətində Məhkum1la birgə iştirakını vurğulamamışdır. Məhkum2 barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham hökmünün çıxarılması insan hüquq və azadlıqlarının pozulması deməkdir, qeyri-ədalətli məhkəmə araşdırmasının təzahürüdür. Birinci və apellya siya instansiya məhkəmələri ümumiyyətlə bu hallara əhəmiyyət verməmiş, sübutları qanunauyğun qiymətləndirməmiş, Məhkum2 əməlində cinayət tərkibi olmadığı halda onun barəsində qanunsuz şəkildə ittiham hökmü çıxarılmaqla cəzalandırılmışdır. Məhkum2 barəsində olan cinayət işində bəraətverici əsaslar kifayət qədərdir. Məhkəmə açıq-aydın şəkildə ədalətsiz qərar çıxarmaqla ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkum2 kassasiya şikayətinin dəlilləri əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miq darda ziyan vurmaqla törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 34.2-cü maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Dələduzluq cinayətinin dispozisiyasından görünür ki, bu cinayətin tövsifedici üsulu aldatma və etibardan sui-istifadədə ifadə olunan hərəkətlərdir. Məhkəmə iclaslarındakı ifadəsində və kassasiya şikayətində Məhkum2 göstərmişdir ki, pulun alınmasında iştirak etməmişdir, sadəcə Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlamış və tezliklə onun işlərini həll edəcəyini demişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayında X11 rayonu, Şağan qəs., Təzə sa hə 0620 saylı ünvanda yerləşən 7.5 sot torpaq sahəsinin 3 sotunu içərisində olan bir mərtəbəli 108 kv.metr sahəsi olan üç otaqlı yaşayış evini 54.500 manata almışdır. Həmin torpaq sahəsinin yerdə qalan 4.5 sot torpaq sahəsi ondan əvvəl üç ayrı-ayrı şəxsə satılmış və həmin şəxslər hal-hazırda onunla qonşudurlar. Həmin qonşulardan Kəmalə xanımla qonşu kimi daha yaxın münasibətdədir. 14 avqust 2015-ci il tarixdə qonşusu Kəmalə xanımla aralarında olan söhbət zamanı, Kəmalə ona bildirmişdir ki, bankdan külli miqdarda kredit götürmək istəyir və bank ona verəcəyi kreditin müqabilində ondan evinin çıxarışını tələb edir. Üç qonşuya satılmış ümumi torpaq sahəsinin bir sənədi vardır və həmin sənəd torpaq sahəsinə 1993-cü ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və həmin sərəncama uyğun plandan ibarətdir. M6 adlı tanıdığı şəxs var, M6 ayrı-ayrılıqda hər birinə yaşadıqları evin çıxarışını almaqda köməklik edə bilər. Kəmalə xanımın təklifi ağlına batmış, həmin gün axşam atası Tahirlə danışmış və bu barədə bildirdikdə atası da onunla həmfikir olduğunu, yəni yaşadığı evə çıxarış almağın tərəfdarı olduğunu bildirmişdi. Səhəri günü, 15 avqust 2015-ci il tarixdə, saat 10:00 radələrində o, qonşusu Kəmalə xanım və atası Tahirlə birlikdə Kəmalə xanımın dediyi həmin M6 adlı şəxsin metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən ofisinə getmişlər. Orada Kəmalə xanım onları M6 müəllimlə tanış etmiş, M6 müəllim onları dinləyir sonra bir nəfər E6 adlı şəxslə telefonda danışdıqdan sonra bildirmişdi ki, evə çıxarış almaq üçün 5.000 manat pul lazım olacaq və həmin pulu E6ə verəcəklər. Belə telefonda M6lə danışan E6 adlı şəxs bildirmişdi ki, onun torpaq sahəsinə aid sənədləşmələri 10 gün müddətinə başa çatdırandan sonra evinə çıxarış alacaq və o, çıxarışı götürdükdən sonra 5.000 manat pulu sonuncuya verəcək. Onun evinə çıxarış alınandan sonra istək üzrə qonşusu Kəmalə xanım da evinə çıxarış almalı idi. 16 avqust 2015-ci il tarixdə o, E6lə M6in ofisində görüşmüş, evinə və torpaq sahəsinə aid sənədləri sonuncuya təqdim etmişdi. E6 ona bildirmişdi ki, 10 gün içində bütün sənədləşmələri tam başa çatdıraraq evinə dair çıxarış alacaq və bundan sonra o, 5.000 manat pul verəcək. O, E6in vədi ilə razılaşmış, bir-birinə mobil telefon nömrələrini vermişlər. E6lə görüşdən 10 gün sonra zəng vuraraq evin çıxarışının nə yerdə olduğunu soruşmuş, E6 bildirmişdi ki, naraha t olmasın, evin sənədləri hazırdır, gedib götürəcək. Təxminən 1 ay E6 ona bu gün-sabah deyə-deyə müddəti uzatmağa başlamış, hər danışıqda ondan verəcəyi 5.000 manat puldan bir qismini, yəni gah 1.500, gah da 2.000 manatını istəsə də o, ilkin danışığı xatırladır və yalnız evinin çıxarışını alıb ona verəndən sonra pul verəcəyini bildirmişdi. Bir müddətdən sonra o, E6ə zəng vuraraq bir daha işin nə yerdə olduğunu soruşduqda, E6 bildirmişdi ki, bu işdə ona İcra başçısının köməkçisi olan S8 adlı qadın köməklik edir və onu tam əmin salmaq üçün həmin S8 adlı qadının mobil telefon nömrəsini də ona vermişdi. O da E6in verdiyi nömrəyə zəng vuraraq S8 adlı qadınla danışmışdır. Söhbət əsnasında S8 təsdiq edərək bildirmişdi ki, həqiqətən də onun torpaq sahəsinə və evinə aid sənədlərlə məşğuldur, bir hə ftə içində hazırlanmış sənədləri təsdiq edərək ona çatdıracaqdır. 10 noyabr 2015-ci il tarixdə, saat 17:00 radələrində ünvan 5 ünvanda yerləşən DİN-in Hospitalının qarşısında 5.200 manat, 11 dekabr 2015-ci il tarixdə, saat 16:15 radələrində isə Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, 3066 saylı məhəllədə yerləşən «Baku Electronics» mağazasının qarşısında 1.500 manat, ümumilikdə 6.700 manat məbləğində pulu Məhkum1 vermişdir. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur.. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin ifadələrinin həqiqiliyini təsdiq edən onun istintaqa təqdim etdiyi, maddi sübut kimi tanınmış elektron məlumat daşıyıcısına baxış keçirilməsinə dair protokolda olan telefon danışıq larına dair məlumatlar zərərçəkmiş şəxsin ifadəsinin həqiqiliyinə dəlalət edir. Həmin protokoldan görünür ki, Məhkum2 iləzərərçəkmiş X6 arasında aparılmış çoxsaylı telefon danışıqları Məhkum2 Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, ************************ massivində yerləşən fərdi yaşayış evini onun adınaAzərbaycan Respublikasının D.Ə.D.R.X-də qeydiyyata salmaq və özəlləşdirməyə dair çıxarış alacağına yalandan vəd verib aldadılmasına dəlalət edir. Həmin danışıqlarda Məhkum2 çıxarışın alınması baş tutmasa həmin “əmanəti” Turala qaytara biləcəyini də göstərməklə sənədin hazırlanma vaxtını daim dəyişməklə zərərçəkmiş şəxsi aldatmaqda davam etmişdir. Zərərçəkmiş şəxsdən alınmış pul məbləğinin ona verildiyini Məhkum1 və şahid A8 ifadələrində göstərməslər də zərərçəkmiş şəxslə telefon danış ıqlarında bunu təsdiq etmişlər. Telefon danışıqları zamanı Məhkum2 deyir: “T6 mən sənin verdiyin üç-beş manatda nə gözüm yoxdur, nə də ki mən ona qalmamışam. Tural cavabında söhbət üç beş manatdan getmir bilirsiniz nədən gedir. S8: yox bəs sən onda deyirsən ki, ay məni aldatdılar. Ay qardaş sənin birinci sənədin kişi oğlu kimi neçə aya çəkdi”. Başqa bir yerdə Məhkum2: ay T6 əvvəla sən deyirsən ki, vəsiqən məndədi, mən o ünvanda olmuram, mən heç hara qaçmıram, mənə diqqətnən qulaq asın, beşə qədər sənəd kupça götürülsə götürüldü. Götürülməsə mən sabah səhər o sənədləri geri götürəcəm, o əmanəti ilə bir yerdə. Amma çox güman ki, doxsan doqquz faiz sənəd götürüləcəkdir. Mənə heç kəsin heç nəyi də lazım deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 zərərçəkmiş X6 ilə apardığı çoxsaylı tele fon danışıqları ilə onun fərdi yaşayış evinə qanunsuz yolla çıxarış ala biləcəyinə inandırması üzrə hərəkətləri onu aldatmağa yönəldiyindən və bu hərəkətlər digər təqsirləndirilən şəxs Məhkum1 zərərçəkmiş şəxsi aldadıb onun pullarını ələ keçirmək üzrə hərəkətləri ilə uyğunluq təşkil etdiyindən onların bu hərəkətləri qabaqcadan əlbir olmalarına dəlalət edən hərəkətlərdir. Qabaqcadan əlbir olanların dələduzluğu zamanı pulun zərərçəkmiş şəxsdən alınmasında əlbir olanların hər ikisinin iştirakı vacib deyil. Əlbir olanların hər biri tərəfindən cinayətin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin törədilməsi onların əməllərinin CM-nin 178.2.1-ci maddəsi ilə tövsif olunması üçün kifayətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 qabaqcadan əlbir ol an bir qrup şəxs halında cinayət törətməməsi və onun yalnız telefonla danışıq apardığına görə əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiya məhkəməsi iclasında zərərçəkmiş X6 iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, zərərçəkmiş XəlilovTuralTahiroğlu birinci instansiya məhkəməsi iclasında iştirak etmiş, Məhkum2 və onun müdafiəçisinin iştirakları ilə ifadəsi alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, S8 xanımla danışandan sonra ona (Məhkum1) inanmış və görüşərək ona 5200 manat, sonradan isə 1500 manat vermişdir. Belə olduğu halda Məhkum2 onun əleyhinə ifadə vermiş şəxsi birinci instansiya məhkəməsi iclasında dindirmək imkanı olduğundan zərər çəkmiş şəxsin apellyasiya instansiya məhkəməsi iclasında iştirakı vacib olmamışdır. Apellyasiya instansiya məhkəməsi iclasında iştirak edən hər iki təqsirləndirilən şəxs, o cümlədən Məhkum2 zərərçəkmiş X6 iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili də əsassız hesab edilməlidir. Məhkum1 kassasiya şikayətinin dəlilləri ona ən aşağı həddə cərimə cəzası təyin edilməsi barədədir. Birinci instansiya məhkəməsi Məhkum1 əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab etmiş, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşıdran hallar müəyyən etməmişdir. Məhkəmə Məhkum1 t əqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan cərimə cəzasının nisbətən aşağı həddində cəza təyin etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar olmadığından və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 məhkum edilmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarı onların kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar