Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-425/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Məhkum – Məhkum, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 315-ci maddəsi ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-390/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli (hakimlər: S.S.Hüseynov (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Məhkum 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay müddətin təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə münasi bətdə zərərçəkmiş şəxslə barışdığından həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, Məhkum qarşı Azərbaycan Respublikası CMin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsi nəzərə alınmışdır. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Bundan başqa, hökmlə maddi sübut məsələsinə də qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(103)-823/2024 saylı, 27 may 2024-cü il tarixli (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və A.F.İbrahimovdan ibarət tərkibdə) qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4,312.2 və 315-ci maddələri ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışdığından həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü cəza təyin edilməsi və cinayət qanunun tətbiq edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2ci ma ddəsinə əsasən həmin Məcəllənin 178.2.1, 178.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi məhkum edilmiş şəxs Məhkum verilmiş ittihamdan xaric edilmiş, hazırkı hökmlə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023cü il tarixdən hesablanması nəzərə alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: Məhkum təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən biləbilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmiş və hakimiyyət nümayə ndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Məhkum özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X1 rəisi, general-mayor Münasib Babayevin yaxın tanışı kimi təqdim edərək sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs1 2017-2019-cu illər ərzində müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçusu kimi xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəsinə mexanik-sürücü vəzifəsinə xidmətə bərpa etdirəcəyinə dair yalan vəd verib bunun müqabilində vəzifəli şəxs olan Müdafiə Nazirliyinin 2-ci X1 rəisi Münasib Babaye va rüşvət qismində 1500 manat məbləğində pul verməli olduğunu bildirməklə Zərərçəkmiş şəxs1 aldadıb etibarından-sui istifadə edərək bu adla 2020-ci ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 1500 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X1 rəisinin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən, Zərərçəkmiş şəxs2 Şıxı oğlunun əmlakını ələ keçirmək məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Sabir Şıxəliyevə əlilliyə görə təqaüd düzəltdirəcəklərinə dair yalan vəd verib, aldaraq, etibarından sui-istifadə etməklə bu adla əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Mehman Nəsirov xx.xx.2021-ci il tarixdə İmişli şəhəri, H.Aslanov küçəsi ev 39 ünvanımda yerləşən ofisdə Sabir Şıxəliyevdən 1900 manat, xx.xx.2021-ci il tarixdə isə həmin ünvanda olan ofisdə 900 manat aldıqdan sonra, o, xx.xx.2021-ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospekti 109 ünvanında yerləşən “BazarStore” adlı supermarketdəki “E-Manat” ödəniş terminalından atası X3 məxsus "xxxx" ASC-nin 4****5434 nömrəli bank kartına Sabir Şıxaliyevin köçürdüyü 820 manat, 25 avqust 2021-ci il tarixdə isə İmişli-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan istintaqa məlum olmayan şəxs vasitəsilə Sabir Şıxəliyevin göndərdiyi 350 ma nat pul vəsaitini Bakı şəhəri, Sumqayıt şossesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində alıb, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Sabir Şıxəliyevin etibarından sui-istifadə etməklə 3970 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək qrup üzvü Mehman Nəsirov ilə öz aralarında bölməklə dələduzluq etmişdir. Bundan savayı, Məhkum təkrarən, Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək məqsədilə sonuncuya "xxxx" QSC-nin idarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 14 avqust 2021-ci il tarixdə saat 15:18 radələrində ünvan 3 ünvanında yerləşən “Bol” marketdə olan “Milliön” ödəniş terminalından tanışı Şahid2 məxsus "xxxx" ASC-nin 5****1793 nömrəli bank kartına köçürdüyü 400 manat, xx.xx.2021- ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndi ərazisində yerləşən ərzaq mağazasındakı ödəniş terminalından atası X3 məxsus bank kartına köçürdüyü 600 manat və xx.xx.2021-ci il tarixdə İmişli-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan istintaqa məlum olmayan şəxs vasitəsilə göndərdiyi 100 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə 1100 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə, Əliyev X5 rayon polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizlənməsi ilə əlaqədar barəsində axtarış elan edilməklə olduğu yerin müəyyən edilib tutularaq istintaqa cəlb edilməsi üçün İmişli rayon polis şöbəsinin icraatında olan 440152 nömrəli axtarış işinin icrası ilə əlaqədar polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Zərərçəkmiş şəxs3, X4 və baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs4 tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda olması müəyyən edildikdən sonra polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 orada ona yaxınlaşaraq özlərini təqdim etməklə cinayət işi üzrə axtarışda olması barədə məlumat verib onlarla birlikdə İmişli rayon polis şöbəsinə getməli olduğunu bildirdikdə, o, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qanuni tələblərinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib üzərində gəzdirdiyi bıçağı nümayiş etdirməklə ona yaxınlaşacaqları təqdirdə özünə və polis əməkdaşlarına xəsarət yetirəcəyi ilə hədələyib əvvəlcə həmin bıçaqla özünün qarın nahiyyəsinin ön divarına 2-si daxilə nüfuz edən 5 bıçaq xəsarəti, sonra isə əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs3 sağ ayağının yuxarı 1/3 hissəsinə kəsilmiş deşilmiş 1 bıçaq yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini y erinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir.. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları qeyd edərək ağırlaşdıran hallar müəyyən etməsə də, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 315-cü maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, faktiki olaraq ona ağır cəza təyin etmişdir. Bu səbəbdən Məhkum Azərbaycan Respublikası CM-in 315-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş cəza azaldılmalıdır. Qeyd etmək lazımdır ki, məhkəmə Məhkum CM-nin 315-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini yüngülləşdirərkən yalnız zərərçəkm iş şəxslərlə barışmasına istinad etmiş, lakin onun şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almamışdır. Belə ki, məhkəmə hazırkı vaxtda zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən Məhkum törətdiyi əməlin şəxsiyyət əleyhinə olan cinayətlər kateqoriyasına deyil, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər sırasına daxil olduğunu, zərərçəkmiş şəxslərin fərd kimi barışmasının Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini heç də əhəmiyyətli dərəcədə aradan qaldırmadığını nəzərə almamışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəh s edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Belə ki, cinayət işinin materiallarında hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum Bakı Hərbi Məhkəm əsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 329.1, 333.3, 333.4, 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir.(i.v-178-192) Məhkəmə kollegiyası Məhkum əvvəllər də qəsdən az ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, yenidən qəsdən bir neçə epizodda az ağır cinayət törətməsini, bununla da islah yoluna qədəm belə qoymamasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməməklə yanlışlığa yol vermişdir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum ibtidai istintaqdan qaçıb gizlənməsini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 hansı şəraitdə xəsarət almasının bilmədiyi ni deməklə qeyrisəmimi ifadə verməsini, hadisə zamanı onun qanunsuz hərəkətlərini davam etdirməsini, bu hərəkətlərin məhz digər polis əməkdaşlarının müdaxiləsi nəticəsində daha ağır nəticəyə səbeq olmamasını, iş üzrə 2 zərərçəkmiş şəxs olmasını nəzərə almayaraq, Məhkum cəzasını yüngülləşdirməkdə haqlı olmamışdır. Həmçinin, cinayət qanun normalarının tələblərinə əsasən qərarda CM-nin 128-ci maddəsi verilmiş ittihamdan xaric edilsə də, CM-nin 315-ci maddəsi ilə cəza təyini zamanı zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət yetirilməsi daha ciddi cəza təyin edilməsi üçün mütləq əsasdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və i ctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bildiyimiz kimi, son dövrlər dövlətin və cəmiyyətin təhlükəsizliyinin təminatında mühüm rol oynayan polis əməkdaşlarına qarşı daha ağır cinayətlərin törədilməsi qeydə alınmışdır ki, bu da həmin cinayət əməllərinin gələcəkdə törədilməsinin qarşısının alınması üçün CM-nin 315-ci maddəsi ilə daha sərt cəzaların təyin edilməsini şərtləndirir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəc əsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassa siya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunl arı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2 024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymət ləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən m üəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin ed ilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən səhvə yol verməmişdir. Apellyasiya instan siya məhkəməsi də tamamilə düzgün olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CMnin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyini barədə qərar qəbul etmişdir.. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə a lmalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin ka ssasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində cəzanın artırılması ilə bağlı irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-823/2024 saylı 27 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-425/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-425/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver