Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-426/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi – XXXX75nun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi - XXXX96nun vəkili X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət məhkəmə tərkibi) Məhkum (25 may 1973-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum maddi imkanı yaxşı olan və yaşadığı evdə nağd pul vəsaiti saxlayan şəxs kimi tanıdığı ünvan3 sakini, xx xx xx 1950-ci il təvəllüdlü X7 tamah məqsədi ilə həyatı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, bu zaman sonuncunu vahid niyy ətlə quldurluqla əlaqədar qəsdən öldürüb, özgənin əmlakını, yəni ona məxsus pul vəsaitini quldurluq yolu ilə ələ keçirməyi təklif edən həmkəndlisi və dostu X6 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlərinə birgə icraçılıqla nail olmaqdan ötrü xx xx xx 2017-ci il tarixdə, saat 21 radələrində hər ikisi tanınıb ifşa olunmamaq üçün əllərinə istintaqa məlum olmayan əlcək və başlarına maska əvəzinə papaq keçirməklə, X80un həmin kənddə arvadı X5 ilə birlikdə yaşadığı, yaşayış sahəsi olan iki mərtəbəli evin həyətyanı sahəsinə qanunsuz olaraq girmiş, əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq cinayət əməllərini həyata keçirərkən silah qismində istifadə etməsi üçün oradakı yardımçı tikilinin altında aşkar etdiyi uzunluğu 45 sm, diame tri 15 mm olan dəmir borunu əlinə götürmüş və evin ikinci mərtəbəsinə daxil olduqları halda giriş qapısının bağlı olacağını, habelə həyət işıqlı olduğu üçün cinayətkar əməllərinin kənar şəxslər tərəfindən müşahidə ediləcəyini düşünərək birlikdə həmin tikilinin altında dayanıb, arvadı ilə evin birinci mərtəbəsindəki mətbəxdə olan X80un ikinci mərtəbəyə getməsini gözləmişlər. Bundan sonra saat 22 radələrində X80un mətbəxdən həyətə çıxaraq oradakı işıqları söndürməklə evin ikinci mərtəbəsindəki dəhlizə daxil olduğunu görüb, əlverişli şərait yarandığını hesab edərək sonuncunun ardınca X81la birgə giriş qapısından həmin dəhlizə daxil olmuş və dəhlizdə qarşılaşdıqları anda X80a hücum edib həyatı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, qəsdən öldürmək niyyəti ilə yaşamaq üçün vacib olan b aşının təpə nahiyəsinə əlindəki silah qismində tətbiq etdiyi həmin dəmir boru ilə məqsədyönlü şəkildə bir dəfə güclü zərbə endirib, sonuncunun ölməsinə, həmçinin hadisə zamanı həmin zərbənin təsirindən müvazinətini itirib yıxılaraq sol gicgah sümüyünün xətti sınığı və sol gicgah nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma kimi həyatı üçün təhlükəli, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş baş-beyin toxumasına, qişaları altına və sol mədəciyə qansızma ilə müşayiət olunan təpə sümüklərinin basılmış qəlpəli sınıqları və təpə nahiyəsinin əzilmişcırılmış yarası xarakterli, həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, X81 isə bu vaxt birinci mərtəbədəki mətbəxdə olan və yaranmış səs-küyü eşidib nə baş verdiyini bilmək üçün hücuma məruz qalmış X80un əynində olan gödəkçənin cibindəki “Samsung GT-İ9192” markalı mobil telefona zəng edən X82nın baş vermiş cinayət hadisəsi barədə məlumatlanmasının, habelə zərərçəkmişin həyatının xilas edilməsi üçün vaxtında kömək çağırmasının qarşısını alaraq, cinayətkar əməllərinin maneəsiz başa çatdırılmasını təmin etmək məqsədilə həmin mobil telefon aparatını götürərək dəhlizdəki stolun tin hissəsinə vurub sındırmaqla yararsız hala salmış və bundan sonra aldığı ağır xəsarətlərdən sərbəst və məqsədyönlü hərəkətlər etmək iqtidarında olmayan X80un öləcəyinə tam əmin olub, birgə evin ikinci mərtəbəsindəki yataq otaqlarında qısa müddət ərzində pul axtarsalar da, hər hansı məbləğdə pul və sair qiymətli əşya tapmayaraq hadisə yerini tərk etmişlər, X80 isə göstərilən ixtisaslı ti bbi yardımlara baxmayaraq, ona yetirilmiş xəsarətlərdən 26 mart 2017-ci il tarixdə saat 09:30da Bakı şəhərində yerləşən ünvan23nda ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər K.H.Əkbərov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2018ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.L.Kazımov, hakimlər F.K.Əliyev və Ə.S.Seyfəliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçiləri X9 və Müdafiəçi tərəfindən ayrı-ayr ılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 aprel 2018ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və F.K.Soltanovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassa siya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini,Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsini, onun dərhal azad edilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclsında baxılanadək – 27 fevral 2020-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə ünvan22nın 28 fevral 2020-ci il tarixli 17/35-332 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, müdafiəçinin ərizənin təmin edilməsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməmələrinə dair çıxışlarını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-426/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-426/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver