Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-426/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri yetkinlik yaşına çatmayan iki uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyy atda olan, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1, 228.1 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2024-cü il tarixli, 1(103)1370/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 may 2024-cü il tarixli, 1(101)-918/2024 nömrəli hökmü ilə (sədrlik edən: A.Tağıyev, hakimlər: E.Nuriyev və K.Muxtarov) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2, 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasın a, həmin Məcəllənin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək 1 (bir) gün müddətin ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 mart 2023- cü il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)1370/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 may 2024-cü il tarixli, 1(101)-918/2024 nömrəli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin birinci və dördüncü epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissədə icraata xi tam verilməsi, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin üçüncü epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək cəza təyin olunmaması, Məhkum ikinci epizod üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/2024 saylı, 2 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək 1 (bir) gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 2,7 ha torpaq sahəsini onun adına sənədə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Elit” kafesində 5.000 manat pul vəsaitini alıb ələ keçirərək sonuncuya maddi ziy an vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətli olmadığı halda Zərərçəkmiş şəxs2 İsmail oğluna Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının sonlarında ünvan 2 ünvanın qarşısında 500 manat, bir gündən sonra, 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Yeni Suraxanı” dairəsinin qarşısında 1.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1.500 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaq la dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətli olmadığı halda Zərərçəkmiş şəxs3 Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 400 kvadrat metr arazida fərdi yaşayış evinin tikintisinə icazə alacağına dair yalan vəd verib aldadaraq ərazidən sui-istifadə edib bu adla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana yolunda “Buta Palace” şadlıq sarayının yaxınlığında onun cinayətkar niyyətindən xəbərsiz X4 vasitəsi ilə göndərdiyi 3.500 manat pul vəsaitini sonuncudan alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ö zgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 övladı X3 üçün 8.000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobil almaqda köməklik edəcəyinə və guya həmin avtomobilin alınması üçün ilkin olaraq 4.500 manat ödəniş etmək lazım olmasına dair yalan vəd verib aldadaraq etibarından sui-istifada edib bu adla Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxani qəsəbəsi, 3-cü Köndələn küçəsi, 1 nömrəli evdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsi, 1 nömrəli evdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndalan küçəsi, 01 nömrəli evdə 1000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4.500 manat pul vəsaitini alı b ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd ******* nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “Kalaşnikov konstruksiyalı” “AK-74” modelli yivli odlu silah olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd darağı, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronları qanunsuz olaraq əldə edib, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa daşımaqla kokosun altında gizlədərək saxlamış, onun narkotik vasitələrin və odlu sılahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81A ünvanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 15:57-də Bakı şəhəri Nizami Ra yon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfinfən onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa baxış keçirilən zaman kolkosun altından 1 ədəd ******* nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “Kalaşnikov konstruksiyalı” “AK-74” modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd daraq, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kal aşnikov konstruksiyalı silahlara aid ştat patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,274 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbriləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 A ünvanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İ darəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,274 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1370/2024 nömrəli qərarının Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və onun azadlığa buraxılması xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə təqsirli bilmir, həmin maddələrlə bağlı araşdı rma saxta sübutlara əsaslanmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş müraciəti iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun sonuncu ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özü tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-426/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-426/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver