Məhkəmə qərarları › İş №1(102)-427/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-427/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-427/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi),Tahir Lələkişi oğlu Kazımov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 fevral 1999-cu il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 8-ci bəndi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan cinayət işi üzrə hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 41-99/1999 nömrəli 09 fevral 1999-cu il tarixli hökmünə əsasən (sədrlik edən və məruzəçi hakim V.Şükürov, xalq içlasçıları N.Süleymanov və Ə.Nəzərlidən ibarət tərkibdə) 01 s entyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 8-ci bəndi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 1998-ci ildən hesablanmışdır. Həmin hökmdən Məhkum 27 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş vəsatətə baxan Şəki Ağır Cinayətlər Məhkəməsinin 4199/1999 nömrəli 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Nahid Mirzəyev) buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-304/2019 nömrəli 22 n oyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarı ilə onun xüsusi təhlükəli residivist hesab olunması barədə müddəalar hökmdən xaric edilmişdir. Bunda başqa, o ağır xəstədir, səhhətində ciddi problemlər vardır, aya ğının birini amputasiya etmişlər və buna görə də hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı tamamilə əsassızdır. Məhkəmə onun artıq daha ictima təhlükəli olmadığını və səhhətində ciddi problemlər olduğunu nəzərə almamışdır. Odur ki, qərarın ləğv edilməsi və hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılımış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şəki Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, iş materialından görünür ki, məhkumun təqsirli bilinməsi barədə göstərilən hökm çıxarıldığı dövrdə qüvvədə olan cinayət-prosessual qanunvericiliyə əsasən həmin hökmdən kassasiya qaydasında şikayət və ya protestin verilməsi nəzərdə tutulmadığından, hökmün nəticə hissəsində ondan kassasiya qaydasında şikayətin və ya protestin verilə bilməməsi öz əksini tapmışdır. Lakin, hazırki Cinayət-Prosessual Məcəllənin qüvvəyə minməsi ilə bağlı olaraq qəbul edilmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 14 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarında bu Məcəllə qüvvəyə min ənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilməsi nəzərdə tutulduğundan, Məhkum barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyası tərəfindən çıxarılmış 9 fevral 1999-cu il tarixli hökmündən məhz hazırda qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2000-ci ildən qanunla nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti ilə mürac iət etmək hüququ olmuş, lakin o, bu hüququndan lazımi qaydada istifadə etməmişdir. Kollegiya qeyd edir ki, hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 41-99/1999 nömrəli 09 fevral 1999-cu il tarixli hökmündən Məhkum xüsusi təhlükəli residivist hesab olunması barədə müddəalar xaric edilmiş, hökm qalan hissədə qanunvericiliyə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası kassatorun “ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 fevral 1999-cu il tarixli hökmündən onun xüsusi təhlükəli residivist hesab olunması barədə müddəalar xaric edildiyinə g örə hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməli olmasına dair” dəlilinə münasibət bildirərək qeyd edir ki, bu hal hökmdən apellyasiya şikayəti verilməsi üçün əsas kimi nəzərdən keçirilə bilməz. Cinayət-prosessual qanunvericiliyində belə bir hal nəzərdə tutulmamışdır. Bundan başqa, məhkumun xəstə olması səbəbindən vaxtında apellyasiya şikayəti ilə müraciət etməməsinə dair şikayətin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, məhkumun sol ayağının 23.08.2001-ci il tarixdə amputasiya olunması onun hökmdən vaxtında apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdıran və ya ona maneə olan səbəb kimi çıxış edə bilməz. İş materialında olan tibbi arayışdan müəyyən olunur ki, Məhkum sol ayağının amputasiya olunmasına görə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Kollegiya qeyd edir k i, bu xüsusat Məhkum görmə, dərk etmə, yazma və s. kimi funksiyalarının itirilməsi demək deyildir. Bundan başqa, iş materialından müəyyən olunur ki, yeni cinayət prosessual qanunvericiliyin qəbul edilməsindən kifayət qədər uzun müddət keçmiş və buna görə yalnız məhkumun İİ qrup əlilliyi əsas gətirilməklə uzun müddət ərzində hökmdən apellyasiya şikayəti verilməməsini üzrlü hesab etmək üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Lakin, Məhkum tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 f evral 1999-cu il tarixli qərarının qəbul edilməsindən iyirmi ildən artıq müddət keçəndən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət verilmişdir. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apelyasiya şikayətinin və ya apelyasiya prot estinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 fevral 1999-cu il tarixli hökmündən iyirmi ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini və apellyasiya şikayəti vermə müddətinin ötürülməsini hər hansı əsaslı səbəblə əlaqələndirə bilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Azərb aycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 fevral 1999-cu il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı d əyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin İ dərəcəli məhkəmə kollegiyasının 09 fevral 1999-cu il tarixli hökmü ilə Məhkum 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 8-ci bəndi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar