Məhkəmə qərarları › İş №1(102)-427/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-427/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-427/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tari xli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.Hacıyeva) Məhkum - 08.04.1981-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə, CM-nin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.2-ci maddəsi ilə cəzalar qismən toplanmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin 11 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Belə ki, Məhkum ailəvi dost olduqlarından ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 170.1, 221.2.1, 120.2.1-ci maddələri ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Penitensiar Xidmətin Bakı şəhəri 7 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən X3 cəzaçəkmə müəsissəsindən azad etdirəcəyini sonuncunun atası X4 yalandan vəd edərək, qeyd edilən məsələni aidiyyatı səlahiyyətli vəzifəli şəxsin edəcəyi hərəkətə görə həmin vəzifəli şəxsə maddi nemət olan pul verilməsi müqabilində həll edəcəyini bildirib, 2015-ci ilin noyabr-dekabr ayında X2un yaşadığı ünvan 2 ünvanındakı evində 20000 manat pulu ondan istəyərək həmin vaxtdan iki həftə sonra Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxı nlığında həmin məbləğdə pulu, 2016-cı ilin fevral-mart aylarında eyni niyyətlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında 10000 manat, 2016-cı ilin oktyabr-noyabr aylarında eyni niyyətlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yanında 5000 manat pulu qeyd olunan məsələnin həll üçün əlavə məbləğdə pul tələb olunmasını bəhanə edərək bildirib istəyib almış, sonuncunu inandırmaq üçün rəsmi sənəd sayılan, yəni “X1 cinayət işinin xüsusi icraatda baxılmasına görə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə yenidən baxılması üçün geri göndərilməsi” barədə Azərbaycan Respublikası Ali Məhkəmə sədri tərəfindən verilməsi görüntüsü yaradan 30 sentyabr 2016-cı il tarixli 31 nömrəli məktubunu istintaqa məlum olmayan vaxtda və şə raitdə əldə edib 2016-cı ilin oktyabr-noyabr aylarında X2a vermiş, bundan sonra da cinayət əməlini davam etdirərək 2016-cı ilin sonlarında 20 (iyirmi) gün aralıqları ilə taksi sürücüsü işləyən, cinayətdən xəbərsiz olan X5 vasitəsilə 3 dəfəyə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarının yaxınlığında cəmi 7000 manat pulu və habelə 2016-cı il tarixində gördüyü işlərə görə çəkilmiş xərclər adı ilə X2un ünvan 2 ünvanındakı evində 2000 manat olmaqla, vahid niyyətlə ümumilikdə 44000 manat pulunu alıb şəxsi ehtiyaclarına sərf edərək özgənin, yəni X2 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə X6 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Hökmdən Məhkum müdafiəçi si-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) 19 aprel 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X2dan 34000 manat pulu onun oğlunun işinə kömək edəcəyi adı ilə aldatma yolu ilə almış, çünki o pulunu qaytarmamış, öz pulunu yəni 10000 ABŞ dollarını ondan geri almaq üçün bu yola əl atmışdır. Onun heç bir təqsiri yoxdur. Atası, ailəsi ona görə neçə dəfə danışıqlara getmişlər, X2un məqsədi pul deyil, şəxsi qərəzlik və intiqamdır. Ali təhsillidir, 2 azyaşlı uşağı var, himayəsində xəstə anası və atası vardır. Odur ki, qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarını ləğv edərək Məhkum bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmi n edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Müdafiəçi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu i tarixli qərarını ləğv edərək Məhkum bəraətverici əsaslarla hökmə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri məhkumun əməlində cinayət tərk ibinin olmaması barədədir. Lakin kassasiya şikayətinin məzmununda, məhkumunun zərərçəkmiş şəxsin 34000 manat pul məbləğini ondan aldatma yolu ilə ələ keçirdiyini, özünün ona verdiyi 10000 ABŞ dolları pulun qaytarılması məqsədi ilə bunu etdiyi göstərilmişdir. Lakin cinayət işinin materiallarında onun zərərçəkmiş X4 10000 ABŞ dolları pul verməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkum zərərçəkmiş X2 həbsdə olan oğlu X1u cəzadan azad etdirib buraxdıracağı barədə yalan uydurmaya inandırmaq üçün Ali Məhkəmənin sədrinin imzasını və Ali Məhkəmənin möhürünü saxtalaşdırmaqdan da çəkinməmişdir. Məhkumun cinayət əməli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş mötəbər sübutların məcmusu i lə təsdiq edilərək Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Kassasiya şikayətində cinayət işi üzrə toplanmış sübutların mötəbərliyini və ittihamın sübut edilməsində kifayətliliyini şübhə altına ala biləcək hər hansı mötəbər sübuta istinad edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu apelyasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsi iclasında tədqiq edilərək bu dəlillərin əsassızlığına Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Məhkum cinayət əməllərinin hüquqi tövsifi ilə əlaqədar kassasiya şikayətinin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əs asların mövcudluğu müəyyən edilmir. Kassasiya şikayətində məhkumun ali təhsilli olması, himayəsində 2 azyaşlı uşağın, xəstə anası və atasının olması göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq təqsirli bilindi maddələrin sanksiyasının nisbətən aşağı hədlərində ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası cinayətin və məhkumun ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cinayətiin faktiki hallarına və cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 19 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2019-cu il tarixli qərarı kassasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar