Məhkəmə qərarları › İş №1(102)-427/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-427/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-427/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, xüsusi ittihamçı X4 və məhkum x1nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1783/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum x1 09 yanvar 1959-cu il tarixdə Yevlax şəhəri ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. X6 xüsusi ittiham qaydasında şikayət ilə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət edərək x1nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X1 12 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə iclas zalında, məhkəmə iclasından kənar formada, 2 nəfərdən artıq şəxsin yanında, yəni kütləvilik h alında., X4 ünvanına “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr işlətmiş, tüpürmə üçün xarakterik olan jest etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-249/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmünə əsasən x1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs x1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1783/2023 nömrəli, 12 sentyabr 2023-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-249/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum x1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində məhkum x1 məhkəmələr tərəfindən məhkəmə proseslərinin fasiləsiz audioyazısını aparmamaqla kobud prosessual pozuntuya yol verdiyini, sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, əməlində cinayət tərkibinin olmadığını iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 1(103)-1783/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qan uniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməs inin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum x1 kassasiya şikayətində məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri bax ımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1783/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət in əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilmə sinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

20. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normalar ın tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum edilmiş şəxs x1nın əməlində cinayət tərkibinin olmamasına dair dəlillərini əsassız hesab edir.

21. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında birinci instansiya məhkəməsində icraat dövründə toplanmış və tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, x1 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutu lan cinayət əməlinin törədilməsində təqsirliliyi, özünün məhkəmə iclasında verdiyi ifadəsinin məzmunu və xüsusi ittihamçının ifadəsi ilə yanaşı həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmiş iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu - 12 oktyabr 2022ci il tarixdə məhkəmə iclas zalında baş vermiş hadisənin qeydə alındığı CD disk və həmin diskdə olan videogörüntüyə aid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 4/824-4/884 nömrəli, 20 iyun 2023-cü il tarixli məhkəmə-linqvistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müə yyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkum x1nın hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum x1nın cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

24. Məhkum x1nın məhkəmələr tərəfindən yol verilən prosessual pozuntuların ona bəraət verilməsinə əsas yaratması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına istinad etməyi zəruri hesab edir.

25. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələbinə uyğun olu b-olmadığı müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının nəzərdən keçirilməsi zəruridir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

26. İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə ) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir.

27. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsirliliyi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).

28. Baxılan işin materiallarından isə müəyyən edilir ki, məhkum edilmiş şəxs x1nın Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri hazırki qərarın 21-ci paraqrafında təsvir e dilən mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, verdiyi kassasiya şikayətində məhkum bu nəticəni inkar etməyə imkan verən hər hansı yetərli dəlili irəli sürmür, məhkəmə kollegiyasının diqqətini onun təqsirliliyini şübhə altına qoymağa səbəb verməyən amillərə çəkdirməklə kifayətlənir.

29. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti formal mülahizələrə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında mahiyyət üzrə qəbul edilən nəticəni təkzib etmədiyindən təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1783/ 2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum x1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1783/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar