Məhkəmə qərarları › İş №1(102)-427/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-427/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-427/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1, Məhkum2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(103)1396/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum1 2 noyabr 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olan, Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Mü əssisəsində cəza çəkir.

2. Məhkum2 2 oktyabr 1993-cü ilə Astara rayonu Sərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum1 təqsirləndirilir ona görə ki, o, külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Məhkum2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sosial şəbəkə vasitəs i ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Məhkum2 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefonla “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022-ci il tarixdə saat 03 radələrində o qrup üzvü Məhkum2 ilə birlikdə ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qa nunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 03:55 radələrində o və qrup üzvü Məhkum2 ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 23,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

4. Həmçinin, Məhkum2 təqsirləndirilir ona görə ki, o, 0 3 dekabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvan 7 ünvanında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,227 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 03:55 radələrində ünvan 4 ünvanın qarşısında şübhəli şəxsi qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən, 01 ə dəd bükümdə, təmiz çəkisi 0,227 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum2 külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadanəlbir olan bir qrup şəxs halında, qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Əli” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən o və qrup üzvü Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 danışmaq üçün təqdim etdiyi istifadəsində olan 050 *** ** ** nömrə ilə işləyən “Samsunq” markalı, “S7582” modelli mobil telefon la “votsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb “Əli” adlı şəxsi onlara sonradan pulunu ödəmək şərtilə narkotik vasitə olan heroin verməsinə razı saldıqdan sonra 04 dekabr 2022-ci il tarixdə saat 03 radələrində o, qrup üzvü Məhkum1la birlikdə ünvan 3 ünvanın qarşısına gəlib əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə təmiz çəkisi 23,161 qram olan, külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, qrup üzvü Məhkum1la birlikdə həmin tarixdə saat 03:55 radələrində ünva n 4 nvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı Məhkum1 əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, 3,161 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmışnarkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X12 və X2 ibarət məhkəmə tərkibində) 23 aprel 2024-cü il tarixli, 1(101)-267/2024 nömrəli hökmü ilə Məhkum1 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) 6 (altı) il ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlağıcının 04 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həmçinin Məhkum2 CM-in 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2 022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

6. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Məhkum1 CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin, narazı qalan məhkum edilmiş şəxs Məhkum2 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət məhkəmə tərkibində) 17 iyul 2024-cü il tarixli, 1(103)1396/2024 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 1(101)-267/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Qərardan Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

10. Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, iş materiallarından görünür ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cina yət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə qanun pozuntularına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmış, hökmün qanuniliyi apellyasiya instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır.

11. Məhkum1 müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş h alları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(103)-1396/2024 nömrəli qərarının Məhkum1 aid hissədə ləğv edilərək, cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Eyni zamanda, iş üzrə digər Məhkum2 kassasiya şikayəti verərək, şikayətinin dəlilləri qismində barəsində olan hökm ilə razı olmadığını qeyd edərək bildirmişdir ki, məhkəmələr tərəfindən barəsində cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmamışdır, belə ki, bu onun ilk məhkumluğudur, himayəsində iki azyaşlı övladı var, əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını, ona təyin olunmuş cəza müddətinin azaldılmasına köməklik göstərilməsini x ahiş etmişdir.

13. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və iş üzrə digər məhkumlar tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunvericiliyi n bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Məhkum1 m üdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum1 təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 41 6.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

22. Həmçinin, Məhkum2 kassasiya şikayətində məhkəmələr tərəfindən onun barəsində cəza təyin edilərkən əsassız olaraq yüngülləşdirici halların nəzərə alınmamasını, bununla da həddindən artıq ağır cəzaya məruz qalmasını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı hallarla əlaqələndirməmişdir.

23. Bununla belə, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(103)-1396/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbayc an Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilə r, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

26. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

27. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulm aqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

28. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

29. Məhkəmə kollegiyası Məhkum1 barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum1 müdafiəçisinin arqumentlərini əsassız hesab edir.

30. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan R espublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

31. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

32. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi t ələb olunur.

33. Apellyasiya instansiya məhkəməsi Məhkum1 müdafiəçisi tərəfindən verilmiş, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

34. Kollegiya qeyd edir ki, Məhkum1 müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum1 ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin məsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəl inmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

35. Göründüyü kimi müdafiəçi tərəfindən nəinki apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edəcək hər hansısa bir dəlil ə istinad edilmiş, əksinə olaraq kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi qarşısında irəli sürülmüş şikayətin dəlilləri təkrarlanmaqla kifayətlənilmişdir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri qismdində göstərilən məhkumlar Məhkum1 və Məhkum2 barəsində müdafiə tərəfinin yüngülləçdirici hal hesab etdiyi halların məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da onlara təyin edilmiş cəzanın şəxsiyyətlərinə və ailələrinin həyat şəraitinə uyğun olmaması, bununla da məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsinə münasibətdə aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

38. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

40. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

41. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

42. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələri nin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

43. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq ya ranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

44. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum1 və Məhkum2 özlərinə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.

45. Belə ki, Məhkum1 barəsində bəraət hökmü çıxarılması, həmçinin Məhkum2 barəsində daha yüngül cəza təyin edilməsinə dair iddia müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddialar ilə razılaşmayaraq, hər iki məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 1(101)-267/2024 nömrəli hökmünü dəyişdirmədən qüvvəsində saxlayaraq, onlar barəsində təyin edilmiş cəzanın qanuni və ədalətli olması qənaətinə gəlmişdir.

46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum1 və Məhkum2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilm iş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (hər iki məhkuma münasibətdə də müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (Məhkum2 münasibətdə müəyyən edilmişdir: himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, əvvəllər məhkum olunmamasını), onların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olmasına və ailələrinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və onlara kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkumlar edilmiş Məhkum1 və Məhkum2 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından onlara daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

47. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum1 müdafiəçisinin, Məhkum2 özünün apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 cinayət əməllərinin hüquqi tövsifi və ona təyin edilmiş cəza barədə, həmçinin Məhkum2 təyin edilmiş cəza barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

48. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 törətdiyi cinayət əməlinin tövsifinə və hər iki məhkuma təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

49. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(103)1396/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 1(103)-1396/2024 nömrəli qərarı Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar