Məhkəmə qərarları › İş №1(102)-428/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-428/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-428/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)428-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum – xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, *************** ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, *************** ünvanda fərdi evdə yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2018-ci il tarixdən 13 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 1 (bir) il 10 (on) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin hökmlə X6 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmişə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X6 ilə qa baqcadan əlbir olaraq 10.03.2018-ci il tarixdə saat 01:46-da Bakı şəhəri, Binəqədi rayonu, **************** ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli yeni tikilmiş yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olmuş, K6 gələn olarsa xəbər vermək məqsədilə onu həyətdə gözləmiş, o isə evə qapının bağlı olmamasından istifadə edərək qanunsuz daxil olaraq, evdən təxminən 250 metrlik “4”-lük və “6”-lıq elektrik kabellərini gizli oğurlayaraq öz yaşadığı evin həyətinə apararaq izolyasiyasını yandırdıqdan sonra naqilləri metal qəbulu məntəqəsinə təhvil vermiş və əldə edilən pulu öz aralarında K.Abuzərovla bölüşdürərək Zərərçəkmiş şəxs 1.000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) 19 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib he sab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya ap ellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədədir, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM -nin 58-ci maddəsində nəzərdə tutulmuş digər hallarla yanaşı cəzanı yüngülləşdirən hallar da nəzərə alınmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxs Məhkum oğlunun cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmiş, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsi, himayəsində yetkinlik yaşına çatmayan övladının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmiş və vurulmuş maddi ziyanın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bu hallar cinayətin ictimai təhlükəsizlik dərəcəsini xarakterizə edən hallardır. Bu halları da nəzərə almaqla məhkəmə Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza seçməklə cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum cinayəti törə tdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və islah yoluna düşməsinə dəlalət edən heç bir hərəkət etməmişdir. Birinci instansiya məhkəməsi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi cəzanın yüngülləşdirilməsi barədə müdafiə tərəfinin dəlillərinin əsaslılığını yoxlamış və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Cinayət işininnin ibtidai istintaqı, birinci və apellyasiya instansiyasında məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların tələblərinin, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətində cəzanın yüngülləşdirilməsinə əsas verən halların mö vcudluğuna istinad edilməmiş, belə halların cinayət işinin materiallarında mövcudluğu da müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin təqsirli bili nib məhkum edilmələri barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar