Məhkəmə qərarları › İş №1(102)-428/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-428/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-428/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərba ycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.Ə.Qurbanov) Məhkum- xx xxxxxx 1974-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələri ilə cəzalar qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 01:40 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 37-ci kil ometrində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükə yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, daim dəyişən yol şəraitində diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, idarə etdiyi VAZ21154 minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərkətdə olarkən yolun sağ kənarında hərəkət hissəsində olan piyada X4 avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan zərərçəkmişə həyat üçün təhlükəli olan sağ alın-tə pə sümüklərinin kəllə əsasına keçən sınıqları, beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına subaroxnoidal qansızmalar, sağ ııı-ıv-v qabırğaların sınıqları, başın sağ təpə və alın nahiyyəsinin əzilmiş yaraları, sol budun əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları xəsarətlərini yetirərək sonuncunu ölümünə səbəb olmuş, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən Məhkum müdafiəçisi-vəkil X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H. Əkbərovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ərizə təqdim edərək ondan heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Ona görə də həmin halı nəzərə alaraq cəzasının yüngülləşdirilməsini və cəzaçəkmə növünün dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən ed ə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını göstərərək, həmin halın nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini və cəzaçəkmə növünün dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkə n Məhkum cinayət əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edib nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən iş üzrə bütün yüngülləşdirici hallar nəzərə alınmış, təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü madd əsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin o lunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Həmçinin məhkum kassasiya şikayətində cəzaçəkmə növünün dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin həmin dəlilinə məhkəmə kollegiyası münasibət bildirib qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinə tövsif olumuşdur. Belə ki, CM-nin 264-cü maddəsinə əsasən “Yol nəqliyyat hadisəsi yerindən qaçm a” qəsdən törədilmiş əməl hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsində ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzaların çəkilməli olması müəyyən edilmişdir. Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şə xslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2002-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Belə ki, Məhkum əməlində CM-nin 264-cü maddəsinin tərkibi olduğundan kassasiya şikayətinin bu dəlili də əsassız hesab olunduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkumnun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 20 19-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar