Məhkəmə qərarları › İş №1(102)-428/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-428/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-428/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə tə qsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(106)-536/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxx 1969-cu ildə Lerik rayonu Loda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşamışdır.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X8 və X2 ibarət məhk əmə tərkibində) 12 aprel 2021-ci il tarixli, 1(099)-118/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) günün ona təyin edilmiş cəzanın müddətinə daxil edilməsi, ona təyin edilmiş cəzanın qalan müddətinin 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın çəkilməsinin əvvəlinin 8 noyabr 2019-cu il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə) 7 dekabr 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(099)118/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Məhkum müdafiəçisi Müdafiəçi2 vəsatət ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(1 06)-536/2021 nömrəli qərarı ilə vəsatətin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmaması qərara alınmışdır.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(106)-536/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkumun 15.1.2022-ci il tarixli qəbzdən xəbəri yoxdur, həmin qəbzə onun yerinə kimsə imza atmaqla sənədi məhkəməyə göndərmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(106)-536/2021 nömrəli qərarını ləğv edərək, buraxılmış müddə tin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

8. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud süb utlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apel lyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəs təliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.

15. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir.

16. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət-p rosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 1 2-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.

19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş h alda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir.

20. Cinayət-Prosessual Məcəlləsinin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.

21. Qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız istisna hal kimi nəzərə alaraq, kassasiya şikayəti verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir.

22. Cinayət işinin materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarı elan olunarkən Məhkum müdafiəçisi X3 ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, ona və həmçinin məhkəmə iclasında iştirak edən digər proses iştirakçılarına qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası izah olunmuşdur.

23. Həmçinin, cinayət işi materiallarına əlavə olunmuş məhkəmə qəbzindən görünür ki, 7 dekabr 2021-ci il tarixli qərarın surəti 15 yanvar 2022-ci il tarixində Məhkum təqdim edilmişdir.

24. Göründüyü kimi, məhkumun müdafiəçisinin hazırki kassasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar yuxarıda göstərilənlərlə təkzib edilir. Belə ki, Məhkum tərəfindən kassasiya şikayətinin v erilməsi üçün qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir.

25. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul oluna bilməz. Məhkumun müdafiəçisinin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 7 deka br 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

28. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(106)-536/2021 nömrəli qərarı dəyişdirilmə dən saxlanılmalıdır.

29. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 1(106)-536/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2023-cü il tarixli, 1(106)-536/2021 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar