Məhkəmə qərarları › İş №1(102)-429/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-429/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-429/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-106/2018 nömrəli 28 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 1(003)-106/2018 nömrəli 28 iyun 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsi nə əsasən onun 19 dekabr 2017-ci il tarixdən 21 dekabr 2017-ci il tarixədək 2 (iki) gün həbsdə saxlama müddəti nəzərə alınaraq ona qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin olunmuşdur. Həmin hökmdən Məhkum tərəfindən 07 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkum tərəfindən verilmiş vəsatətə əsasən işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-106/2018 nömrəli 07 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1538/2019 nömrəli 15 noyabr 2019-cu il tarixli qə rarı ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov hakimlər Valeh Ağayev və Kamran Əkbərovdan ibarəıt tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarından MəhkumFərzəli qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü 05 avqust 2019-cu il tarixədək ona verilməmişdir. O, 5 avqust 2019-cu il tarixdə birinci instansiya məhkəməsainə yazılı olaraq ərizə ilə müraciət etdikdən sonra hökmün sürəti ona verilmişdir. Bu səbəbdən də apellyas iya şikayətini vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Həmçinin kassastor bildirmişdir ki, hökm elan olunan zaman hökmdən apellyasiya şikayəti vermə qaydası və müddəti ona izah olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, müdafiəçisi Adil Ağayevin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində hökmdən apellyasiya şikayəti vermə müddətinin ötürülmə səbəbini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmün surətini vaxtında alma ması və ona apellyasiya şikayəti vermə hüququnun izah olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-106/2018 nömrəli 28 iyun 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən onun 19 dekabr 2017-ci il tarixdən 21 dekabr 2017-ci il tarixədək 2 (iki) gün həbsdə saxlama müddəti nəzərə alınaraq ona qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin olunmuşdur. Həmin hökmdən Məhkum tərəfindən 07 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir: Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən görünür ki, Məhkum və müdafiəçisi X5 məhkəmə araşdırmalarında və hökm elan olunarkən iştirak etmişlər. Cinayət işinin materiallarındakı qəbzlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü birinci dəfə 20 iyul 2018-ci il tarixdə və ikinci dəfə isə 21 sentyabr 2018-ci il tarixdə Məhkum və 10 iyul 2018-ci il tarixdə isə məhkumun müdafiəçisi Adil Ağayevə imza etdirilməklə təqdim edilmişdir (cild 3, iş vərəqə 269, 272 və 275). Göründüyü kimi məhkumun müdafiə hüququ təmin edilmiş, hökmün surəti ona və müdafiəçisinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən olunur ki, hökmün nəticə hissəsində hökmün elan olunduğu andan 2 0 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsinin mümkünlüyü göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum isə 07 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normasından da göründüyü kimi bu istisna yalnız həbsdə saxlanılan məhkumlara aiddir. Məhkum barəsində ibtidai istintaq zamanı “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hökmlə isə o, qəti olaraq 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum iyirmi gün müddətində deyil, hökm qanuni qüvvəyə mindikdən 01 (bir) il 19 (on doqquz) gün vaxt keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Məhkuma iki dəfə hökmün surəti təqdim edilmişdir. Hətta bu müddət hökmün surətinin Məhkum ikinci dəfə təqdim edildiyi müddətdən - 21 s entyabr 2018-ci il tarixdən hesablansa belə, bu müddət 10 (on) ay 16 (on altı) gün edir. Göründüyü kimi məhkumun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş və ona hüquqlarını müdafiə etmək üçün müdafiəçisi olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası məhkumu, müdafiəçisini və dövlə t ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual mü ddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar