Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-429/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi 159-da qeydiyyatda olan və hal hazırda həbsdə olan Təqsirləndirilən şə xs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 1(103)-1164/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü (hakimlər: Z.Q.Qurbanov (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza ilə Bakı şəhər Nərimanov Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olu nmuş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilmiş və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablanmış, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs münasibətdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndləri tətbiq olunmuş və sonuncuya Bakı şəhər Nərimanov Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən c əzaları qismən birləşdirilməklə ona üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 103,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 03 dekabr 2021-ci il tarixdə DİN Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədəndə yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, DİN Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılaraq xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 103,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edərkən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin mövcud olmasını, təhlükəli residivin yaranmasına səbəb olan cinayət əməlinin məh z CM-nin 234.4.3-cü maddəsi ilə olmasını, əvvəlki hökm üzrə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs islah olunması üçün yetərli olmamasını, aşkar edilmiş narkotik vasitənin heroin olmaqla küllü miqdardan 50 dəfə artıq - 103,777 qram təşkil etməsini, məhkum edilmiş şəxsin cəzadan azad olunduqdan sonra da CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, beləliklə də artıq formalaşmış kriminal meyllərinin olmasını nəzərə almamışdır. Bundan əlavə məhkəmə kollegiyası qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericliyin tələblərindən kənara çıxmış, öz səlahiyyətlərini aşmaqla, həmçinin məhkumun vəziyyətini ağırlaşdırmaqla qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.16 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alın madan və gəldiyi nəticəni hər hansı şəkildə əsaslandırmadan sonuncuya yüngül cəzanın təyin edilməsini, eyni zamanda amnistiya aktını tətbiq etməkdə səlahiyyətli olmadığı halda müvafiq aktı tətbiq etməklə məhkumun vəziyyətini ağırlaşdırması ilə nəticələnən qərarın qəbul edildiyini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.16 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin t ələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinin məzmununa diqqət yetirdikdə müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası verilmiş kassasiya protestinin hüdudları çərçivəsində bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələləri hazırki qərarda müzaki rə edilməsinə ehtiyac görmür. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsaslandırma aparılmadan Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsi iddia olunur ki, bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Digər tərəfdən o, da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digər şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci m addəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsin ə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə ə sasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhk əmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Yuxarıda sadalanmış normaların məzmunundan göründüyü kimi, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə hər hansı şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsində cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, həmçinin cinay ət mühakimə icraatında sübutların qiymətləndirilməsi ilə bağlı təməl prinsiplər məhkəmələr tərəfindən gözlənilməlidir. Sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib eyni zamanda cinayət işinin materiallarına da müraciət etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10 3,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Göründüyü kimi, məhkumun törətdiyi bu əməl narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid olan cinayət kimi qiymətləndirilərək CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. CM-nin 234.4.3-cü maddəsinin sanksiyasına əsasən isə, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə diqqət etdikdə, sonuncu apellyasiya şikayətini törətmiş olduğu əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona daha aşağı həddə cəza təyin edi lməsi ilə əlaqələndirmişdir. Məhkumun törətdiyi cinayətin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini düzgün hesab edən apellyasiya instansiyası məhkəməsi, məhkum edilmiş şəxsin cəzanı yüngülləşdirən hal qismində sonuncunun əməlindən peşman olmasını, həmçinin Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran yeganə hal kimi əməlində cinayətin təhlükəli residivinin olmasını qeyd edərək, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və tərəfindən qəbul edilmiş qərarda cəza təyini ilə bağlı məsələyə hər hansı münasibətini bildirmədən (faktiki olaraq isə heç bir şəkildə əsaslandırmamışdır) birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaların müddətlərini endirmək, bu əsasla da birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirmək qərarına gəlmişdir. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxsin cəzanı yüngülləşdirən hal qismində sonuncun əməlindən peşman olmasına istinad edərkən diqqətdən qaçırmışıdır ki, verilmiş apellyasiya şikayətində şəxs özünü ona elan edilmiş CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir ki, belə olan halda məhkəmə şəxsi mülahizələrindən çıxış etməklə cəza təyini zamanı məhkum edilmiş şəxsin əməlindən səmimi peşman olmasını sonuncunun cəzasının yüngülləşdirən hal kimi nəzərə almışdır ki, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal ağlabatan arqument kimi nəzərə alına bilməz. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bağı Ağır Cinayətlər Mə hkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Sadalanmış normalardan göründüyü kimi Məcəllənin 65.2-ci maddəsinə əsasən residivin hansı növünün yarandığı aydınlaşdırılır və 58-ci maddəyə əsasən cəza fərdiləşdirilərkən residivin növü ilə əlaqədar sanksiya hüdudunda təyin ediləcək cəzanın hədlərinə dair qanunun göstərişi nəzərə alınır. Apellyasiya məhkəməsinin məhkum edilmiş Təqsirl əndirilən şəxs cəzasının azaldılması istinad etmiş olduğu digər bir əsas sonuncunun cəzasının ağırlaşdıran yeganə hal kimi əməlində cinayətin təhlükəli residivin olmasıdır. Məhkəmənin qərarına diqqət yetirdikdə müəyyən olunur ki, məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq məhkumun əməlində təhlükəli residivin olmasını (təhlükəli residivin yaranmasına səbəb olan cinayət əməli məhz CM-nin 234.4.3-cü maddəsi ilə olmuş və əvvəlki hökm üzrə Təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur) sonuncunun cəzasının ağırlaşdırılmasını şərtləndirən amil kimi deyil, əksinə məhkum edilmiş şəxsin cəzasının yumşaldılmasını şərtləndirən amil kimi nəzərə almışdır. Halbuki, cinayət qanunvericiliyinin tələbləri baxımından şəxsin əməlində təhlükəli residivin olması onun şəxsiyyətinin təhlükəliliyinin yüksək olması haqda nəticə çıxarmağa və sonuncuya təqsirli bilindiyi yeni əməlinin sanksiya hüdudunda təyin ediləcək cəzanın həddinə (ağırlaşdırlmasına) təsir edən amil kimi çıxış etməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın onun törətdiyi cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə nəyə görə uyğun olmaması görünmür və məhkəmə bu haqda nəticəsinə hər hansı şəkildə aydınlıq gətirməyərək öz qənaətini hər hansı sübuta istinad etmədən əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslər barəsində bu və ya digər cəza tədbirini seçərkən ilk növbədə bunun əsaslarını nəzərdə tutan cinayət qanunvericiliyinin normaların ı və işin hallarını rəhbər tutmalıdırlar ki, hazırkı halda apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirməsinin əsasını yuxarıda sadalanmış cəzanın yüngülləşdirlməsi üçün əsas olmuş hansı maddi hüquq normalarının çıxış etdiyini müəyyən etmək mümkün deyil. Hərçənd, cinayət qanunvericiliyinin normalarında bütün instansiya məhkəmələrindən cəzaların təyini və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edib bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsası kimi görür və buna görə də həmin protestin təmin edilməsini mümkün hesab edir. Dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsi tərəfindən “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının tətbiq ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıl arı qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya məhkəməsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndləri tətbiq etməklə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə əsas cəza qismində təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasını 6 ay endirmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.3-cü bəndində əsasən bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cin ayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər (Bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa) cəzalardan azad edilirlər. (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Qərarının 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ehtiyatsızlıqda n törədilmiş cinayət əməli sayılmaqla, Bakı şəhər Nərimanov Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 il müddətində olmuş, həmçinin şəxsin Amnistiya qərarının 10-cu bəndində sadalanan məhdudiyyətdə göstərilən şəxslərin dairəsinə düşmədiyi müəyyən edilir ki, bu isə öz növbəsində qanun tələbləri baxımından ona münasibətdə amnistiya aktının 4-cü bəndi deyil, 2.3-cü bəndinin tətbiq etməsini şərtləndirir. Yəni, başqa sözlə desək məhkum Amnistiya aktının 2.3-cü bəndinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş əsas cəzadan azad olunmalı olduğu halda, barəsində amnistiya aktının 4-cü bəndi tətbiq edilməklə təyin edilmiş cəzanın müddəti azaldılmışdır. Belə olan halda məhkəmə kol legiyası verilmiş kassasiya protestinin dəliləri ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi qanunun müddəalarını düzgün tətbiq etməyib məhkumun vəziyyətini ağırlaşdırmaqla nəticələnən qərar qəbul etmişdir ki, göstərilən pozuntu həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi və kassasiya protestinin təmin edilməsini üçün əsası kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs CM-nin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 1(103)-1164/2022 nömrəli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən məhkəmə baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2022-c i il tarixli, 1(103)-1164/2022 nömrəli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-429/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-429/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver