Məhkəmə qərarları › İş №1(102)-429/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-429/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-429/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə, həmin kassasiya şikayətinə tərəfindən verilmiş əlavəyə, eləcə də Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim Mirlətif Sadıqov) 1(055)-34/2023 nömrəli 08 iyun 2023-cü il tarixli hökmü ilə xx xxxx 2001-ci ildə xxxx rayonunun xxxx Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, işləməyən, əvvəllər məhkum olunmuş, xxxx rayonunun xxxx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 315-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 18 yanvar 2023-cü il tarixdə saat 15 radələrində işlə təmin olunmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) MilMuğan Regional Məşğulluq filialının Saatlı şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Saatlı rayon xidmət şöbəsinə müraciət etmiş, həmin vaxt ƏƏSMN-nin tabeliyində DMA-nın Mil-Muğan Regional Məşğulluq filialının Saatlı rayon xidmət şöbəsinin müdiri vəzifəsində işləmiş hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agen tliyinin İdarə Heyətinin sədri tərəfindən təsdiq olunmuş vəzifə təlimatına müvafiq daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 maddəsinə əsasən, şikayəti qəbul edib, qanunla müəyyən olunmuş qaydada baxıb və cavab vermək vəzifəsinə uyğun olaraq, Saatlı rayon xidmət şöbəsində vətəndaş qəbul otağında Məhkum qəbulunu həyata keçirib sonuncuya qanunvericiliyə müvafiq olaraq məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun Məşğulluq Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinə uyğun münasib iş olmadığına görə iş təklif etmək mümkün olmadığını bildirən zaman, Məhkum işlə təmin olunmadığını əsas gətirərək hiddətlənib qəsdən Rəşad Musazədənin əyləşdiyi xidməti stula tərəf yaxınlaşıb zor tətbi q edərək sol ayağı ilə təpiklə sonuncunun sağ ayağına vurmaqla sağ baldırın orta 1/3-də ön səthdə qançır, sağ əli ilə yumruqla sifət nahiyəsinə vurmaqla burun qanaxması ilə müşayiət olunan burnun əzilməsi, burnun belində, alın nahiyəsində qançırlar, alın nahiyəsində, sağ gözün tış hissəsində yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsinin qanuni şəkildə öz iş funksiyalarını icra etməsini mümkünsüz etməklə fəal şəkildə əngəlləmiş, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və İlkin Abdullayev) 1(106)-545/ 2023 nömrəli 30 avqust 2023-cü il tarixli qərarı ilə Saatlı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(055)-34/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum kassasiya şikayəti və həmin kassasiya şikayətinə əlavə verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2023-cü il tarixli 1(106)-545/2023 saylı qərarını dəyişdirərək təqsirləndirilən şəxsin barəsində təqsirli b ilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın mədudlaşdırılması cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, bu onun ilk məhkumluğudur. Atası dünyasını dəyişmiş, anası isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ailəsində azyaşlı bacısı da var. Əməlindən peşmançılıq hissi keçirir. Ailəsinə maddi və mənəvi köməklik edə bilməməsi onu çox narahat edir. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləmişdir. Haqqında müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir. Söz verir ki, bir daha cinayət törətməyəcəkdir. Azərbaycan Respublikası vətəndaşı adını daima yüksək tutacaqdır. Məhkumun müdafiəçisi Mü dafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Məhkum hadisədən sonra dəfələrlə Zərərçəkmiş şəxs ilə görüşərək ondan üzr istəmiş, törətdiyi əməldən peşman olduğunu bildirmiş və onunla barışmağa çalışmışdır. Lakin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamışdır. Bundan başqa bildirir ki, birinci instansiya məhkəməsi və həmçinin apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət hesab edilməsini, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CMin 61-ci maddəsində nəzərdə tutulmuş cəzam ağırlaşdıran halların olmamasını və həmçinin təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının olmasını yetərincə nəzərə almamış, təqsirləndirilən şə xsin barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının göstərişləri, təqsirləndirilən şəxsin daimi yaşayış yeri olması, ailəsində xəstə anası, yetkinlik yaşına çatmayan bacısı və həmçinin özündən kiçik xəstə qardaşının olması, ailəsinin yeganə qazanc gətirəni olması ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun və Müdafiəçi çıxışlarını dinləyib hesab edir ki, aşağıd a göstərilənlərə əsasən kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxa rıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətlərində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlili ondan ibarətdir ki, məhkuma təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddən artıq ağır olmaqla işin faktiki hallarına, məhkumun şəxsiyyətinə uyğun olmamış, bununla əlaqədar ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya daha yüngül cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və i ctimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsa sən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilm əsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 315-ci maddəsi 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və məhkəmə hökmlərinin sürətlərindən görünür ki, Məhkum əvvəllər dörd dəfə, o cümlədən bir dəfə CMin 221.1-ci maddəsi ilə, bir dəfə CM-in 330.1 və 332.1-ci maddələri ilə və bir dəfə CM-in 330.1-ci maddəsi ilə məhkum olunmuş, onun həmin cinayət əməlləri zərərçəkmiş şəxslərə xuliqanliq niyyəti ilə və zərərçəkmiş şəxslərin xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq edilməsində ifadə olunmuşdur. Həm də qeyd edilməlidir ki, CM-in 330.1 və 332.1-ci maddələri ilə məhkum azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və real həmin cəzanı çəkmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsindən daxil olmuş 08 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Məhkum 2-ci Qarabağ müharibəsində iştirak edibetməməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum işlə təmin olunmadığını əsas gətirərək hiddətlənib qəsdən xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə onun sağlamlığına yüngül zərər vurması ilə əlaqədar cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq, Məhkum təqsirli bilindiyi maddə ilə daha aşağı həddə cəza təyin edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinin tələblərinə uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edərək cəz anı yüngülləşdirən halla yanaşı əsaslı olaraq onun şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də işin hallarına və onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birlə şmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin dəlilləri əsassız olduğundan və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar