Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2017-ci il tarixli qərarından Məhkum tərə findən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşid Hüseynov (sədrlik edən və məruzəçi), Şirvan Məmmədov və Xəqani Səmədovdan ibarət tərkibdə) 27 dekabr 2016-cı il tarixli hökmü ilə 22 may 1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Mə hkum edilmişdir ona görə ki, o, bacısı X6-nın 10 dekabr 2010-cu ildə əri X1 boşandıqdan sonra Yevlax şəhər sakini, əvvəllər qonşuları olmuş X9 ilə yaxın münasibət saxlamasını öyrənmiş və bacısı X6 bu hərəkətlərini əxlaqsızlıq kimi qiymətləndirib ailələrinin nüfuzuna xələl gətirməsi qənaətinə gələrək, buna görə onu qısqanclıq niyyətilə qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 12 yanvar 2016-ci ildə saat 12:00 radələrində yaşadığı evin mətbəxindən götürdüyü mətbəx bıçağını gödəkçəsinin altında gizlədib, bacısının yaşadığı ünvan 1 ünvanının yaxınlığına gələrək onun işə getməsini gözləmişdir. X6 evindən çıxıb piyada işə gedərkən onu izləyərək arxasınca gedib, saat 14:00 radələrində onun işlədiyi ünvan 4 ünvanında yerləşən 2 saylı musiqi məktəbinin inzibati binasının həyətinə çatdıqda X6 ya arxadan yaxınlaşaraq heç bir söz demədən ona bıçaq xəsarətləri yetirmişdir. X6 “ay "xxxx" dayan, vurma” deyə ona yalvarmasına baxmayaraq, buna məhəl qoymadan, müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə X6y-a aşkar sürətdə xüsusi ağrılar yetirdiyini dərk edib bunu arzulayaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmaqla ona döş qəfəsinin sol aşağı və tış hissəsinin üç ədəd, sol çiyinüstü nahiyəsinin bir ədəd, sol kürək nahiyəsinin tış və iç səthinin iki ədəd, qarının sol yan divarının bir ədəd daxili üzvlərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, həmçinin sol bazunun aşağı 1/3-nin ön-iç və arxa səthini əhatə edən, bazu arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya ai d olan cəmi səkkiz, burun qığırdaqlarnın kəsilməsi ilə müşayiət olunan, sifətin iri ölçülü kəsilmiş yarası xarakterli sağlamlığa az ağır zərərvurmaya aid olan bir, həmçinin sol süd vəzinin yuxarı və iç kvadratının iki ədəd, sol kürəkarası nahiyənin bir ədəd, sol çiyinüstü nahiyənin bir ədəd, sol dirsək oynağının ön və arxa səthini əhatə edən bir ədəd, sol saidin yuxarı 1/3-nin ön səthinin bir ədəd, sağ budun orta və aşağı 1/3-nin iki ədəd kəsilmiş yaraları xarakterli, sağlamlığa yüngül zərər vurmaya aid olan cəmi səkkiz olmaqla, ümumilikdə on yeddi bıçaq xəsarətləri yetirərək X6nı xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Rəfail Əliyev və İmanverdi Şükürovdan ibarət tərkibdə) 22 fe vral 2017-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 14 (on dörd) ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza ədalətsizdir, cəzası azaldılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışları nı dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxl ayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayəti nin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilə n cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum könüllü gəlib təqsirini boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona, CM-in 120.2.4-cü maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, ilk dəfə məhkum olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təyin edilmiş 15 il müddətə azadlıqdan məhrum etmə cəzasını 14 ilə endirmişdir. Məhkum təqsirli bilindiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də maddənin sanksiyasının minimum həddində cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifay ət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd ed ir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2017-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2017-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-43/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-43/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver