Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən v erilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Məmmədov) Məhkum (xx xxxx 1980-ci il tarixdə ünvan2ndə anadan olmuş, ailəli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər 1) Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 170.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2) Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən CMin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il 6 ay müddətə, CM-in 67.1-ci maddəsinə əsasən – hökmlərin məcmusu ü zrə 3 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm elan edilənədək 8 ay həbsdə saxlandığı müddət cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə ona təyin edilən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 3) Gəncə Ağır Cinayətlər Məhkməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə CM-in 177.3.3-cü maddəsi ilə və CM-in 67.1-ci maddəsinə əsasən – hökmlərin məcmusu qaydasında qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən əməli Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən həmin Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hökmlərin məcmusu qaydasında üzərində 5 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2011-ci ildən cəza çəkməsi nəzərə alınaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmiş, Məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, hökmlə iş üzrə maddi sübutlar - “Nairi” yazılı, ümumi kütləsi 23,7 qram olan qolbaqlı qol saatının gövdəsi və qolbağının, kütləsi 2,11 qram olan gümüşü rəngli üzüyün, qaş hissəsi paxlava formalı kütləsi 2,76 qram olan üzüyün, kütləsi 32,77 qram olan sırğa, üzük, qolbağ, boyunbağı dəstinin, kütləsi 1,25 qram olan uşaq qolbağının, kütləsi 3,46 q ram olan boyunbağının, kütləsi 17,35 qram olan boyunbağının onların sahibi X80yə qaytarılması nəzərə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə gizli yolla özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2018-ci il tarixdə təxminən saat 10 radələrində ünvan5ndə X4 yaşadığı evə a ilə üzvlərinin evdə olmamasına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçərək evin giriş qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olmaqla X80nin yataq otağında olan qızıl-zinət əşyalarının saxlanıldığı “termo”nun sivirməsini açıb qırmızı rəngli qabın içərsindən “Nairi” yazılı, ümumi kütləsi 23,7 qram olan 583 əyarlı 1000 manat dəyərində qızıl qolbaqlı qol saatının gövdəsini və qolbağını, kütləsi 2,11 qram olan gümüşü rəngli 925 əyarlı 8 manat dəyərində gümüş üzüyü, qaş hissəsi paxlava formalı kütləsi 2,76 qram olan 583 əyarlı 138 manat məbləğində qızıl üzüyü, kütləsi 32,77 qram olan 583 əyarlı 2156 manat dəyərində qızıl sırğa cütü-üzük-qolbaqboyunbağı dəstini, kütləsi 1,25 qram olan 62 manat dəyərində qızıl uşaq qolbağını, kütləsi 3,46 qram olan 583 əyarlı 173 manat dəyərində qızıl boyunbağını, kütləsi 17,35 qram olan 583 əyarlı 867 manat dəyərində qızıl boyunbağını və təxminən kütləsi 3 qram olan 583 əyarlı 150 manat dəyərində qızıl uşaq qol bağını gizli yolla talayıb zərərçəkmiş şəxs X80yə 4554 (dörd min beş yüz əlli dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən atasının və anasının yaşlı olması, evli və himayəsində azyaşlı uşağının olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini, yuxarıda qeyd olunan halla rı nəzərə almaqla cəzasının yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələb ini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən v ə ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin resdivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün so n həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli t ədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi il ə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutu lmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – beş ilin dördə üçündən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin xüsusilə təhlükəli residivinin olması, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən əsaslar qismində müəyyən edilmiş halları və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının, ədalət prinsipinin tələblərinə əməl etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində istinad olunan, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən halların Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verməməsi barədə nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxx xx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-43/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-43/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver