Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumlar Məhkum3nun və Məhkum2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum3nun və Məhkum2 barələrində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli (hakimlər: X.A.Nuriyev (sədrlik edən və məruzəçi), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət məhkəmə tərkibi) hökmü ilə, Məhkum2 - xx xxxxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, evli, Ünvan1-də qeydiyyatda olan və yaşayan, iş üzrə xx xxxxxxx 2017-ci il tarixdən həbsdə saxlanılan Azərbaycan Res publikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 - xx xxxxxx 1967-ci ildə Dəvəçi rayonu Zarat kəndində doğulmuş, orta təhsilli, işləməyən, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixl i hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona CM-nin 126.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxx 2015-ci il tarixdə həmin cəzanın sonu ilə azad olunmuş, Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə aminstiya haqqında qərara əsasən cəzadan azad edilmiş, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olan və yaşayan, iş üzrə xx xxxxxxx 2017-ci il tarixdən həbsdə saxlanılan Azə rbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2, Məhkum3, Məhkum1 2017-ci ilin sentyabr ayının axırları, oktyabr ayının əvvəlində öz aralarında və İran İslam Respublikası vətəndaşı olan digə r şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri istintaqa dəqiq məlum olmayan vaxtda və şəraitdə iki ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 994,7 qram narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirərək Cəlilabad rayonu Petrovka kəndi ərazisində əvvəlcədən razılaşdıqları yerdə gizlətmişlər. Məhkum2, Məhkum3 və Məhkum1 heroini götürmək üçün xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində görüşmüş, Məhkum1un idarə etdiyi “Mitsubishi Airtrek” markalı, AZ **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər üçü birlikdə Cəlilabad rayonu Petrovka kəndinə getmiş, yolun kənarında gizlədilmiş yerdən iki ədəd bağlamada külli miqdarda - 994,7 qram narkotik vasitə olan heroini götürməklə satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlamış, avtomaşında daşıyaraq Bakı şəhəri istiqamətində apararkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxxxx 2017-ci il tarixdə saat 21 radələrində Bakı-Astara maqistral yolunun 116-cı kilometrində, Biləsuvar rayonu ərazisində onların olduqları avtomobil saxlanılmış, həmin vaxt Məhkum2 iki ədəd bağlamalardakı heroini avtomobilin pəncərəsindən yerə atsa da, narkotik vasitə Döv lət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum1 müdafiəçisi X1, məhkumlar Məhkum2 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından məhkumlar Məhkum3 və Məhkum2 kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt narkotik vasitələr alverind ə olmamış və sərhəd pozucusu deyil, sadəcə narkotik vasitə istifadəçisidir. İlk dəfə cinayət törətməsini, müsbət xarakterizə olunmasını ailəli olmaqla bir azyaşlı uşağının olmasını, ailənin tək qazancgətirəni olmasını və əməlindən peşiman olmasını, Azərbaycan Respublikası Prezidentinin ədliyyə sahəsində atdığı humanist addımları nəzərə alaraq əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və minimum cəza verilməsini xahiş etmişdir. Məhkum Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş ədalətsiz cəza araşdırılaraq ədalətli qərar qəbul edilsin. Apelyasiya instansiyası məhkəməsinin qərarı ona bugünədək verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlə rinin təmin edilməsi barədə məhkumlar Məhkum3nun və Məhkum2, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətlərinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətlərində hər iki məhkum cəzalarının yüngülləşdirilməsini xahiş etməklə yanaşı Məhkum2 həm də göstərmişdir ki, heç vaxt narkotik vasitələr alverində olmamış və sərhəd pozucusu deyil, sadəcə narkotik vasitə istifadəçisidir. İlk dəfə cinayət törətməsini, müsbət xarakterizə olunmasını ailəli olmaqla bir azyaşlı uşağının olmasını, ailənin tək qazancgətirəni olmasını və əməlindən peşiman olmasını, Azərbaycan Respublikası Prezidentinin ədliyyə sahəsində atdığı humanist addımları nəzərə alaraq əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini də xahiş etmişdir. Məhkumlar Məhkum3na və Məhkum2 elan edilmiş ittihamda təsvir edilən narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmələri, yəni qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində külli miqdarda heroin narkotik vasitəsini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaları və daşımaları birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib qiymətləndirilmiş, mötəbərliyi apelyasiya məhkəməsi tərəfindən yenidən yoxlanılmış, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməy ə imkan verən sübutların məcmusu ilə müəyyən edilmişdir. Elan edilmiş ittihamlar üzrə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apelyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumlar Məhkum3nun və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə nəticələr çıxarılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Ona görə də məhkəmə kollegiyası məhkumlar Məhkum3nun və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinin mübahisələndirilməsinə aid dəlillərini, onların cinayət əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olması haqqında dəlillərini əsassız hesab edir. Kassasiya şikayətində Məhkum2 göstərmişdir ki, heç vaxt narkotik vasitələr alverində olmamış və sərhəd pozucusu deyil. Kassasiya instansiya məhkəməsinin məhkəmə iclasında da hər iki məhkum onların narkotik vasitələrin qaçaqmalçılığı cinayətininin törədilməsində köməkçiliklərini inkar etmişlər. Cinayət işi üz rə birinci və apelyasiya instansiyası məhkəmələrinin qərarlarında məhkumlar Məhkum3nun və Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə cinayət əməlləri törətmələri toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının bu cinayət işi üzrə xx xxxx 2020-ci il tarixli Məhkum1 barəsindəki kassasiya şikayətinə dair qərarında göstərilmişdir ki, işdə olan sübutlara, o cümlədən mobil telefon əlaqələrinə dair məlumatlara, hətta Məhkum1, Məhkum3nun və Məhkum2 ibtidai istintaqda verdikləri etirafedici ifadələrə görə İran İslam Respublikasında olan həmin ölkənin şəxsiyyəti məlum olmayan vətəndaşı ilə narkotik vasitənin əldə edilməsi, Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda Məhkum1 iştirak etməmiş, həmin ş əxslə Məhkum2 və Məhkum4 əlaqə qurub narkotik vasitəni sifariş etmiş və qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra götürəcəklərini ona qabaqcadan vəd etmişlər. Məhkum1 isə müstəsna olaraq Məhkum3la narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə, artıq narkotik vasitə onun rolu olmadan İİR-nın istintaqa məlum olmayan vətəndaşı tərəfindən göndərildikdən və naməlum şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilib Cəlilabad rayonunun Petrovka kəndinin ərazisində gizlədildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra həm də Məhkum2lə həmin yerdən narkotik vasitənin götürülüb Bakı şəhərinə daşınması barədə qabaqcadan razılaşıb onlarla birgə satış məqsədilə narkotik vasitənin əldə edilməsi və polis tərəfin dən saxlanıldıqları anadək daşınması cinayətini həyata keçirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Məhkum3 ifadəsində göstərmişdir ki, əvvəllər uzun müddət azadlıqdan məhrum etmə növündə cəza çəkmiş, 2016-cı ildə amnistiya qərarı ilə azadlığa çıxmışdır. O, son vaxtlar narkotik vasitədən istifadə etmişdir. Ucuz narkotik vasitə tapmaq məqsədi ilə cəzaçəkmə yerində tanış olduğu, əslən Astaradan olan, X1 adlı şəxslə əlaqə saxlayaraq ona narkotik almaqda köməklik etməsini xahiş etmişdir. X1 ona X2 adlı şəxsin telefon nömrəsini vermiş və həmin şəxslə əlaqə saxlamasını demişdir. O, 2017-ci il sentyabr ayının sonlarında X2ə zəng edərək narkotik vasitə lazım olduğunu demişdir. Özünü gah X2, gah da Əli kimi təqdim edən həmin şəxs onunla əl aqə saxlayacağını bildirmişdir. X2lə narkotiklə bağlı söhbəti barədə qohumu Məhkum1 demişdir. Məhkum1 da 100 qram heroin almaq istədiyini bildirmişdir. Bunan sonra o, X2 ilə əlaqə saxlamaqla ona və qohumu Məhkum1ya, hər birinə 100 qram olmaqla, cəmi 200 qram heroin lazım olduğunu demişdir. xx xxxxxxx 2017-ci il tarixdə X2 ona zəng edərək Bakı şəhərində «20 Yanvar» dairəsi yaxınlığında yerləşən «Azərsu»nun qarşısına getməsini, orada Məhkum2 adlı şəxsin onunla görüşəcəyini demişdir. O, Məhkum1la görüşmüş və Məhkum1nın avtomobili ilə Bakı şəhərində «20 Yanvar» dairəsinə gedərək «Azərsu»nun qarşısında dayanmışlar. X2ə zəng edərək həmin yerdə olmaları barədə bildirmiş və Məhkum2 adlı şəxsin onları tapması üçün avtomobilin qəza işıqlarını yandırmışlar. Bir neçə dəqiqə sonra bir nəfər şəxs onla ra yaxınlaşmış, həmin şəxsin X2in dediyi Məhkum2 olduğunu bilmişlər. Məhkum2 onlara tanışlıq vermiş və avtomobilə minmişdir. Sonra isə Məhkum2 X2lə telefonla danışarkən X2 ona özünə və Məhkum1ya məxsus 4000 manat pulu Məhkum2ə verməyi tapşırmışdır. O da özünə məxsus 2000 manat və Məhkum1ya məxsus 2000 manat - cəmi 4000 manat pulu Məhkum2ə vermişdir. Bundan sonra Məhkum2 Nəriman Nərimanov metro stansiyası yaxınlığına getməli, pulu orada X2in dediyi adama verməli olduqlarını demişdir. Həmin gün saat 15 radələrində Nəriman Nərimanov metro stansiyası yaxınlığına gedərək «Saat» deyilən yerdə dayanmışlar. Orada Məhkum2 və o, avtomaşından düşərək X2in dediyi adamla görüşmüşlər. Məhkum1 isə avtomaşından düşməmişdir. Məhkum2 ondan aldığı, Məhkum1ya və ona məxsus, 4000 manat pulu və öz pulunu tanıma dıqları həmin adama vermiş, sonra isə hər ikisi avtomobilə qayıtmışlar. Narkotik vasitələri götürmək üçün Məhkum1nın avtomobili ilə şəhərdən kənara hərəkət etməyə başlamışlar. Yol boyu Məhkum2 X2lə telefonla danışmış, X2 onları Cəlilabad rayonuna kimi sürdürmüş, Cəlilabad rayonunun kəndlərinin birində Məhkum2 avtomobildən düşərək narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomaşına gətirmişdir. Bundan sonra Bakı istiqamətində hərəkət etməyə başlamışlar. Biləsuvar rayonunda olarkən polis işçiləri avtomaşını saxlatmışlar. Məhkum1 avtomobili kənarda saxlayarkən Məhkum2 arxa pəncərədən narkotik vasitəni bayıra atmışdır. Həmin vaxt bir neçə nəfər sərhədçi yaxınlaşaraq onları saxlamışlar. Bundan sonra o, bütün olanları danışmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirl əndirilən şəxs qismində dindirilən Məhkum2 ifadəsində göstərmişdir ki, əvvəllər cəza çəkmə müəssisəsində tanış olduğu hansısa şəxs onun telefon nömrəsini X2 adlı şəxsə vermişdir. O, X2 adlı şəxsin İran İslam Respublikasında yaşadığını bilməmişdir. X2 adlı şəxslə telefonla danışarkən X2 narkotik vasitə lazım olsa, təşkil edə biləcəyini, heroinin qX2ı 30 manata verdiyini demişdir. O, narkotik vasitə qəbul etdiyindən X2dən 200 qram heroin alacağını bildirmişdir. xx xxxxxxx 2017-ci il tarixdə X2 ona zəng edərək Bakı şəhərində «20 Yanvar» dairəsində «Azərsu»nun qabağında onu adamların gözlədiyini, onlarla görüşməli olduğunu demişdir. O, həmin yerə getmiş, X2in deməsinə əsasən «Mitsubishi» markalı avtomobili tapmış, avtomobildə olan adlarını sonradan bildiyi Məhkum3 və Məhkum1 ilə görüşmüşdür. X 2 onlara Nəriman Nərimanov metro stansiyasının yaxınlığına getməli, orada narkotik vasitənin pulunu onun tanışına verməli olduqlarını demişdir. Onlar həmin metro stansiyası yaxınlığında «Saat» deyilən yerdə X2in dediyi adamı tapmış və görüşmüşlər. O, özündə olan 4800 manat və Məhkum3in verdiyi 4000 manat pulu tanımadığı həmin şəxsə vermişdir. Sonra X2ə zəng etmiş, X2 narkotiki Cəlilabad rayonundan götürməli olduqlarını demişdir. O, Məhkum3 və Məhkum1 Cəlilabad rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili Məhkum1 idarə etmişdir. Cəlilabad rayonuna çatdıqda X2 onları hansısa kəndə sürdürmüş, soruşa-soruşa onun dediyi yerə getmiş, narkotik vasitəni hansısa plakatın yanından götürmüş və avtomobilə oturmuşdur. Bundan sonra Bakı şəhərinə yola düşmüşlər. Biləsuvar rayonunda onları Dövlət Yol Polisi avtomobili saxlatmışdır. Bu anda bir neçə avtomobilin onlara yaxınlaşdığını görmüşlər. O, həbs olunmaqdan qorxduğu üçün narkotik vasitəni avtomobilin pəncərəsindən kənara atmışdır. Lakin sərhədçilər bunu görmüş və narkotik vasitəni atdığı yerdən götürmüşlər. Onları isə saxlamışlar. Təqsirləndirilən şəxs Məhkum2 ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi və birinci instansiya məhkəməsinin məhkəmə istintaqında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, narkotik vaitənin təşkili barədə telefonla iranlı X2 adlı şəxslə danışaraq razılaşmışdır. İran İslam Respublikasında olan X2 adlı şəxslə telefonla danışarkən X2 narkotik vasitə lazım olsa, təşkil edə biləcəyini, heroinin qX2ı 30 manata verdiyini demişdir. O da bu barədə Məhkum1 demişdir. Təqsirləndirilən şəxslər Məhkum3, Məhkum1 və Məhkum2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əməliyyat müvəkkili X3 birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid kimi dindirilərkən göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri istiqamətində hərəkət edən **-CK-*** dövlət nömrə nişanlı, «Mitsubishi Airtrek» markalı avtomobildə olan şəxslərdə külli miqdarda narkotik vasitə olması və narkotik vasitənin həmin şəxslərə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilməsi, barədə əməliyyat məlumatı daxil olmuş dur. Daxil olmuş məlumata əsasən xx xxxxxxx 2017-ci il tarixdə saat 20 radələrində əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə əməliyyat qrupu tərəfindən Biləsuvar rayonu ərazisindəki «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında ərazini müşahidə etməyə başlamışlar. Saat 21 radələrində **-CK-*** dövlət nömrə nişanlı, «Mitsubishi Airtrek» markalı avtomobilin hərəkət etdiyini görərək onu izləməyə başlamışlar. Həmin avtomobil Cəlilabad rayonundan Bakı istiqamətində hərəkət etmişdir. Avtomobildəki şəxslərin şübhələnməmələri üçün ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarından həmin avtomobili saxlamağı xahiş etmişlər. Yol patrul xidməti əməkdaşları Bakı-Astara magistral yolunun 116-cı kilometrində avtomobili saxlatmışlar. Avtomobil dayanarkən arxa sağ tərəfdə oturan şəxslə rdən biri arxa sağ pəncərədən bayıra, yolun kənarına bağlama atmışdır. Əməliyyat müvəkkili Emin Cabbarov dərhal həmin bağlamanı götürmüş və avtomobildəki şəxslərə yaxınlaşaraq yerə düşmələrini tələb etmişlər. Avtomobildə olan üç nəfər şəxslər Məhkum3, Məhkum2 və Məhkum1 olduqlarını bildirmişlər. Həmin şəxslər avtomobil və avtomobilin pəncərəsindən atılmış bağlama ilə birlikdə 2-ci sərhəd zastavasına aparılmışlar. Hal şahidlərinin iştirakları ilə avtomobilə və bağlamaya baxış keçirilərkən bağlamada heroinə oxşar, bükümlə birlikdə çəkisi 1 kq olan maddə aşkar olunaraq götürülmüşdür. Saxlanılan şəxslər aşkar olunan maddənin heroin olduğunu, heroinin onlara məxsus olduğunu, İran İslam Respublikasından X2 adlı şəxs tərəfindən göndərildiyini, narkotik vasitəni öz aralarında bölmək məqsədlərinin olduğunu etiraf etmişlər. Dövlət Sərhəd Xidməti əməkdaşı X2 da X4lə birinci instansiya məhkəməsində eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin rəisi X7 birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid kimi dindirilərkən göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə əraziyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitənin «Mitsubishi Airtrek» markalı, Az **-CK-*** qeydiyyat nişanlı avtomobildə olan şəxslər tərəfindən qəbul olunmaqla Bakı şəhəri istiqamətində daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri keçirilməklə həmin avtomobil nəzarətə götürülmüş və BakıAstara magistral avtomobil yolunun 116-cı k m-də Dövlət Yol Polisi əməkdaşlarının köməkliyi ilə avtomaşını saxlatmışlar. Onlar avtomaşına yaxınlaşarkən avtomobildə olan şəxslərdən biri avtomobilin pəncərəsindən bir ədəd bağlamanı yerə atmışdır. Onlar həmin bağlamanı götürmüş və avtomobildə olan üç nəfər şəxsləri saxlamışlar. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları Məhkum3, Məhkum2 və Məhkum1 olduqları müəyyən edilmişdir. Həmin şəxslər, onların avtomobilləri və avtomobilin pəncərəsindən yerə atdıqları bağlama sərhəd zastavasına aparılmaqla avtomaşına və bağlamaya onların iştirakları ilə baxış keçirilmişdir. Bağlama açıldıqda içərisində iki ədəd polietilen balğamada çəkisi təxminən 1 kiloqram olan, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Məhkum1, Məhkum2 və Məhkum3 hər üçü bağlamadakı maddənin narkotik vasit ə heroin olduğunu, heroinin onlara məxsus olduğunu, İran İslam Respublikasından göndərildiyini və məqsədlərinin heroini satmaq olduğunu etiraf etmişlər. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sərhədkeçmə barədə hesabatdan görünür ki, təqsirləndirilən şəxs Məhkum2 2014-cü ildən etibarən İran İslam Respublikası istiqamətində getmiş və geriyə qayıtmış, təqsirləndirilən şəxs Məhkum3 xx xxxxxx 2016-cı il tarixdə İran İslam Respublikasına getmiş və həmin tarixdə qayıtmışdır. Telefon danışaqlarına dair məlumatlardan və mobil telefonlara keçirilmiş baxış protokollarından görünür ki, təqsirləndirilən şəxs Məhkum2 xx.xx.2017-ci il tarixdə ***-*****-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri ilə, təqsirləndirilən şə xs Məhkum3 ******-**-**, ***-***-**-**, 077-41032-63, ***-***-**-** nömrələri ilə danışıqlar aparmışlar. Beləliklə, təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum2 ifadələrindən və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusundan görünür ki, 2017-ci ilin sentyabr ayının axırlarında onlar hər ikisi ayrıayrılıqda İran İslam Respublikasında yaşayan X2 adlı şəxslə telefon vasitəsi ilə danışaraq əvvəlcədən narkotik vasitəni sifariş etmişlər. X2 adlı şəxs onlarla razılaşaraq əlaqə saxlayacağını bildirmiş və narkotik vasitənin cinayətkar qrupun digər üzvləri tərəfindən Azərbaycan Respublikasına keçirilməsindən sonra xx xxxxxxx 2017-ci il tarixdə həm Məhkum3la, həm də Məhkum2lə telefon vasitəsi ilə danışmaqla onları Bakı şəhərində “20 Yanvar” dairəsi yaxınl ığında görüşdürmüş, narkotikin pulunun onun dediyi şəxsə ödənilməsindən sonra narkotik vasitənin Cəlilabad rayonu ərazisində yerini onlara demişdir. Hər iki məhkuma elan edilmiş bütün ittihamlar üzrə cinayət əməlləri sübut olunduğundan cinayət əməllərinin hüquqi tövsifi barədə kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyini edərkən təqsirləndirilən şəxs Məhkum3un cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, onun əvvəllər qəsdən ağır və az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, həmin cinayətlərə görə məhkumluğu ödənilmədiyi halda yenidən ağır cinayət törətdiyindən CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli resi divinin olmasını məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs Məhkum2 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum3a təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə almışdır. Belə ki, həmin maddənin tələbinə görə təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə təyin olunan cəzanı fərdiləşdirərkən həmçinin təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum2 narkotik vasitənin əldə edilməsində və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində daha fəal iştirak etmələrini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin cəza təyini barədə gəldiyi nəticələr qanuni və əsaslı olmaqla cəzanın məqsədi barədə qanunun tələbinə də uyğundur. Ona görə də bu barədə də kassasiya şikayətləri təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması məhkumlar Məhkum3nun və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəy işdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumlar Məhkum3nun və Məhkum2 kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum3nun və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-43/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-43/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver